30.04.2017

ABŞ-ın hər saat başı borcu 168 milyon dollar artır

Sahil Qənbərli

Amerika Birləşmiş Ştatları! Dövrümüzün ən güclü dövləti! Dünyanın ən böyük iqtisadiyyatı! Dünyanın ən güclü silahlı ordusu! Və əhalisinin böyük əksəriyyətinin artıq yağlanmadan əziyyət çəkdiyi ölkə.
ABŞ dolarlı dünyanın 1 nömrəli pul vahididir. Onlar bunu hər gün deyirlər. Amma Amerikanın iflas etmiş ölkə olduğundan heç danışmazlar.
ABŞ-ın rəsmi borcu 15 trilyon dolardan daha çoxdur. Hətta 1 trilyon dollar belə çox böyük bir rəqəmdir. Keçmişdən bu günə qədər çıxarılan bütün qızılların toplam ümumi dəyəri 8 trilyon doları keçmir. Dövlətin borclarından başqa, digər borclar da çox böyük rəqəmlərlə hesablanır. İctimai borclar, şirkət borcları, Ştatların borcları, pensiya və səhiyyə üçün lazım olan nadir gördüyümüz rəqəmlər…
Bəzi ekspertlər ABŞ-ın ümumi borcunun 100 trilyon dolardan daha çox olduğunu deyirlər. 2008-ci il krizisindən sonra ABŞ-ın borcu ən üstün səviyyəyə çatdı. ABŞ-ın hər saat başı borcu 168 milyon dollar artır. ABŞ 2012-ci il büdcəsinin yarısını borc alaraq bağladı. Yəni 1.6 trilyon dollar- bunu geri ödəmək sadəcə mümkün deyil! Onsuz da ABŞ bu borcu geri ödəməyi ağlının ucundan belə keçirtmir. Hədəf sadəcə daha az borc almaqdır.
ABŞ-ın borc problemini həll etməsinin iki yolu var: 
1.Borcu ödəməkdən imtina etmək. 
2.Hiperinflyasiya ilə dolarlı dəyərsizləşdirmək.
Bəs Amerika daha çox borc almazsa nə olar? İflas dalğalarından sonra dünyanın ən böyük iqtisadiyyatı (!) şişirilmiş şar kimi partlayar. Dünya iqtisadiyyatının təməli olan “Amerikan istehlakı” tarixi eksponat olar. Əgər ödəmə yoxdursa, mal verən də olmaz (Bəsit tələb təklif funksiyası). Beləcə dünyanın ən güclü ordusu dağılmağa başlayar. Çünki Amerikanın ordusunun böyük əksəriyyəti muzdludur. Muzdlu əsgərlərə pul ödəməyincə nələr baş verir tarix kitablarına bir baxın. Köhnə əsgərlər daha az təhsilli olan xalqın üzərində hegemoniya quracaqlar. Amerikanların bu gün fəxr etdikləri o bahalı silahlar pulsuzluqdan tez bir zamanda köhnələcək. Dəmirçilər də bunlardan geridə qalanları istifadə etmək üçün toplayacaqlar. Borc pul ala bilməyən Ştatlarda xaos başlayacaq. On milyonlarla işsiz insan ortaya çıxacaq. 50 milyondan çox pensiyaçı ay sonu əli boş evə dönməyə məhkum olacaq. Səhiyyə xidmətlərindən faydalanmaq tez bir zamanda bəzi qisim insanlar üçün lüks sayılacaq. Xalqa verilən köhnə kreditlər silinib yeni kreditlər verilməsə, xalqın fərdi ekonomikası məhv olacaq. Yoxsulluq içində boğulan xalqın böyük əksəriyyəti evlərindən atılacaq (Bu onsuz da hal-hazırda da baş verir.) Ümidsizlik ictimai narahatlığı artıracaq, bəlkə də toqquşmalar yaranacaq. Amerikalıların əlində çoxlu silah var. Bu silahlar atmağa başlayacaq. Təbii ki ABŞ höküməti vəziyyətə əl qoymağa çalışacaq. Təcili fövqəladə hal elan olunacaq, istədikləri adamları məhkəməsiz-filansız həbsxanalara salacaqlar. Həmin dövrdən Amerika hökumətinə çoxlu əsir koloniyası və saysız-hesabsız plastik tabutlar lazım olacaq. Amerikan mifi uçub gedəcək. Ölkəni dağılma vəziyyətinə gətirən höküməti heç kim dinləmək istəməyəcək və heç kim bağışlamayacaq. Beləcə hər kəs başlı-başına olacaq. Amerikadakı qorxunc krizisə heç bir dövlət reaksiya verməyəcək. Çünki Amerikanı məhv edən bu iqtisadi böhran bütün ölkələrə təsir etmiş olacaq (Ölkələrin sıfır reaksiya verməsinin digər səbəbi də ABŞ-ın yaxın tarixdə ən çox müharibə edən və qan tökən ölkə olmasıdır). 
Amerikanın gələcəyi ümidsizliklə məhv olmaqdadır.
ABŞ bütün gücünü və ən böyük dövlət olma funksiyasını borc aldığı dolarlar üzərində qurmuşdur.
ABŞ çoxdandır borcla yaşamaqdadır.
Borcu isə artıq ödəmək lazımdır.
Və sadəcə pulla deyil...

Zamiq Səfai - Rəngi

Ey göz, yenə görsəndi pərvanələrin rəngi,
Məst etdi təmam bəzmi məstanələrin rəngi.

Heyrandı mənim könlümzülfündəki ecazə,
Bir dürri-mütərradur fərqanələrin rəngi.

Cəzb eylədin eşqinlə, qıldın bizi divanə,
Bir nuri təcəlladı divanələrin rəngi.

Məst oldu görən gözlərgördükdə təri-ruyin,
Övsafinə zivərdi dürdanələrin rəngi.

Yetmiş iki xaqanla yandırdılar əflakı,
Ey dil, nə rəva solsun həmxanələrin rəngi.

Sərməst olub, ey Şahim, bir piri-Məzahir ki
Qorxutmadı meydanda mərcanələrin rəngi.

Ey Kərbübəla Şahim, aləm sənə heyrandı,
Bir zərrədi mülkündə kaşanələrin rəngi.

Çırpındı fəraqundan divanələrün, ey gül,
Şeydalərə məxsusdu fərzanələrin rəngi.

Bir badə gətir, saqi, qoy nuş eləsin Zamiq,
Xoşdur bu şəhadətlə peymanələrin rəngi.

Rusiyaya sevgi azaddır

Nadir Qocabəyli

"Rusiyanın dostları" qrupuna dəvət etdiyim yaxşı dostlardan biri yazıb ki, bağışlayın, dəvətinizi qəbul edə bilmirəm. Çünki Rusiyaya münasibətim mənfidir.
Mən bu səmimi etirafın qarşısında acizəm. Mənfi münasibətin səbəbini də soruşmadım, çünki təxminən bilirəm. Ölkədə aparılan total anti-Rusiya təbliğatı, təbii ki, öz nəticəsini verib.
Ancaq bu bizim xeyrimizə deyil.
Təbii ki, Rusiya da elə bizim kimi yalnız yaxşı adamlardan ibarət deyil. Orada bir çoxları mələk deyillər. Amma sizi inandırım ki, nə Rus xalqı bizim xalqımızdan pisdir, nə də Rusiyadakı hakim dairələr.
Mən Rusiya ilə dostluğu ona görə təbliğ edirəm ki, bu ölkə çox böyükdür, orada bizim üçün də geniş imkanlar var. Orada çoxlu türkdilli xalq yaşayır, çoxlu azərbaycanlı yaşayır, çörəkpulu qazanır. 
Biz qonşuyuq. Tarixi əlaqələrimiz var.
Rus xalqı geniş ürəklidir. Bizdə min manata həll edə bilmədiyin işi, onlarda bir konfet qutusuna həll etmək olur.
Onlarla düşmən olmaq nəinki bizə heç nə vermir, həm də çox ziyandır.
Çox şey yazmaq olar. Amma çox yazmışam. Bir şeyi çox deyəndə də zibili çıxır.
Özünüz bilərsiniz. Sevgi azaddır...

Azər Bandoj - Ya Hüseyn

Mən mərizəm, dərdimin dərmanı sənsən, ya Hüseyn,
Müttəqilər rövzeyi-rizvanı sənsən, ya Hüseyn.

Kim düşə səndən cüda, tampaz nicat məhşər günü,
Çünki ol məhşər günün mizanı sənsən, ya Hüseyn.

Eyləmiş rahində Əbbas qolların qurban sənə,
Pər-pər olmuş qolların qurbanı sənsən, ya Hüseyn.

Zeynəbi-nalanənin yer naləsindən titrədi,
Doxtəri-şəmsvəşin nalanı sənsən, ya Hüseyn.

Namın əzbərdir dilində cümleyi-aşiqlərin,
Aşiqi-sadiqlərin sultanı sənsən, ya Hüseyn.

Ağlayır göylər bu matəm içrə, yerlər ağlayır,
Ta qiyamət dillərin dastanı sənsən, ya Hüseyn.

Cəbrəil açmış qanad kim, yanmasın başsız bədən,
Qumlar üstə zikr edən Sübhanı sənsən, ya Hüseyn.

Hər gələndə mahi-matəm, sinəsin dağ eyliyən,
Yas tutan bu Bandojun ünvanı sənsən, ya Hüseyn.

Rusiya dağılajax deyənlərin qulaqlarına pıçıldayıram

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -66

Arzu Abdulla: Bir dəstə ağıldankəm “qoçaqlar” hər gün İranı İsraillə Amerikanın nə zaman bombalayacağını gözləyir. Daha anlamır ki, onun uşağına zəhər yedirdən, təhsilini və məmləkətini viran qoyan İran deyil. Daha bu zavallılar anlamır ki, bu gün Azərbaycan təhsilini məhv edən kurikulum sistemini də ölkəmizə İran sırımayıb, Amerika sırıyıb. Kurikulum təhsil sistemi Amerikada yaradılmış və dünya ölkələrində təhsili sıradan çıxarılması üçün xüsusi olaraq hazırlanan sistemdir ki, Azərbaycan kimi ölkələrdə tətbiq etməklə xalqı məhvə sürükləyirlər. Tibbdə belə bir fikir var ki, dünyada heç bir xəstəlik yoxdur. Bütün xəstəliklərin başlanma səbəbi var- immun çatışmazlığı. Bütün problemlərin bir həlli var, hədəfi düz tapmaq. Bundan ötrü mütləq bəsirət gözünü açmalısan. Allah bəsirət gözünüzü açsın!
Fərhad Həsənzadə: Türkiyənin Azərbaycanı taladığını görmək üçün gözlər lazımdı. Azərbaycanlıların əksəriyyəyti isə kordu.
İlqar Salmanov: Muzdlu politoloqlar muzdlu döyüşçülərdən az təhlükəli deyil.
Elvin Şahinoğlu: Deyir çox geniş bir dilimiz var. Adam bilmir saçını kəsdirsin, qırxdırsın, vırdırsın, yoxsa götüzdürsün!?
Rəhim Həsənli: “Müstəqil olub nə edəcəksiniz, uzaqbaşı Türkiyə olacaqsınız”- deyirdi Jirinovski. 
Qabil Fəttahov: 20 ildir Rusiyada yaşayıram, mən bu millətdə 1 nəfər yaltaq görmədim. Azərbaycanda olan yaltaqlar elə müsəlmanın məhsuludur.
Tərana Əliyeva: Rusiya ilə Türkiyənin fərqi ondadır ki, biri gəlib məktəblər gətirib, biri də vahhabizm və insan alveri...
Səttar Məmmədov: RF ordusunda 100 minə yaxın azəri əsgər və zabit var.
Nadir Qocabəyli: ABŞ, Avropa gəlib burada bizim əvəzimizə demokratiya qurası deyil- son illərin populyar deyimlərindən biri də budur. Amma ruslar gəlib bizim əvəzimizə, bizimlə birlikdə burada çox şey qurdular: kənd, qəsəbə, rayon, şəhər sovetləri, ana dilində məktəblər, klublar, kitabxanalar, klublar, institut və univerisitetlər, teatrlar, hətta konservatoriya və opera... Əgər Sovet dövründə bizdə milli təhsilə bu dərəcədə geniş imkan verilməsəydi (necə ki İranda verilmədi) bu gün bu ölkədə bu qədər Türkiyə sevdalısı, bu qədər millətçi olmazdı. Onların (yəni rusların) yerində mən olsaydım, buna qətiyyən imkan verməzdim. Amma onlar verdilər. İmişli boyda rayonda 50-dən artıq məktəbin cəmi bircəciyi rus məktəbi idi, onun da yarısı Azərbaycan bölməsi. Amma onların hər rayondakı 50 məktəbin əllisini də rus məktəbi etmək imkanları vardı... İrandakı kimi...
Afiq Əliyev: Rusiya dağılajax deyənlərin buradan qulaqlarına pıçıldayıram ki, Rusiyada hər doğulan birinci uşağa 250 min (7500 AZN) pul verir. İkinci uşaqda isə “Materiniskiy Kapital” deyilən sertifikat verilir və bu sertifakata görə 450 min (10500 AZN) pul verilir. Əgər evi yoxdursa qeydiyyatda olduğu yerdə ev, torpaq verilir. Dağılmaq deyəndə siz dağılmısız ee, xəbəriniz yoxdur!
Fizuli Zahidov: 2003-cü ildə İraqda bioloji və kimyəvi silahlar var deyib oranı işğal edən, cəhənnəmə çevirən, 2 milyona yaxın insanın ölümünə səbəb olan, bu gün Suriyada da kimyəvi silah var bəhanəsi ilə oranı bombalayan və oranı da işğal etmək istəyən eyni ABŞ-dır və onda da, indi də onu dəstəkləyənlər də eyni imperialist Qərb dövlətləri və onların Yaxın Şərqdəki qulları olan dövlətlərdir.
Zahid Mikayılov: SSRİ- ümumi vətənimizdir.
Tofik Səfərzadə: Sumqayıtdakı SOXAR şirkəti karbamid zavodunun inşaatında çalışan Türkiyədən gəlmiş fəhlələrlə  yerli Azərbaycan fəhlələri arasında kütləvi dava düşüb. Səbəb isə Türk fəhlələrin Azərbaycan fəhlələrindən qat-qat yüksək maaş almaları olub. Türk fəhlələri yerli fəhlələrə təhqiramiz ifadələr işlədərək, siz heç nə bacarmırsınız, savadsızsınız, ona görə biz sizdən yüksək maaş alırıq deyib və divarlarda Azərbaycan vətəndaşlarına təhqiramiz sözlər yazıblar. Türk fəhlələri tikintidən qovulub və Azərbaycandan deportasiya olunublar. Bu da sizin bir millət, iki dövlət!
Səxavət Əliyev: Bizim liberallarla “millətçilər”, içlərindən gələn yaşasın işid, yaşasın cəbhət ən nusra nidalarını güclə boğublar.
Qəmlo Əsədullah: Heç kimə sirr deyil ki, Suriyadaki o vəhşi “müxalifət”in kislorodu, havası həm də Türkiyədən gəlir. Türkiyənin siyasəti birbaşa şiəliyin mənafeyinə ziddir. Mən də bir şiə kimi buna qarşıyam. Şiə olub Türkiyənin bu siyasətini dəstəkləyən adam ya münafiqdir, ya din nədir indiyə kimi qanmayıb, ya ruhi xəstədir, ya da ən yaxşı halda siyasi təhlili çox bərbad səviyyədədir, ya da heç əsl şiə deyil.
Elxan Zaman: Getdikcə məndə belə təəssürat yaranır ki, dünyanın ən tupoy, ən kütbeyin adamlarını seçib türkçülük ideologiyasının öndə gedənləri ediblər. Sizə elə gəlmir ki?
Ağalar Qut: Türklər bizi lap xilas etmiş olsalar belə, bunu sosial şəbəkələrdə və e-mediada o formada, bir futbol komandasının azarkeşləri kimi fışqırmaq doğru deyil(di), xalqın adına ayıbdır. Bir xalq -hətta biri gəlib onu xilas etsə belə- öz vüqarını ayaq altına atıb, bunu “Onlar gəlib bizim namusumuzun qisasını alıblar!” formasında dilinə gətirməz, gətirməməlidir, əksinə, “Bu nədir tarixdə mənim başıma dönə-dönə gəlir?” deyə qara-qara düşünməyə başlamalıdır. Minnətdarlıqla öyünməzlər. Qul olmaqdansa, yaxşılıqbilməz görünün! Mən gələcəyimiz üçün “rezerv həqiqət” (P.Sloterdijk) yaratmaq istərkən, yaxşılıqbilməz görünürəmsə, siz daha pis görünürsünüz…
Zərdüşt Əlizadə: 1991-92-ci illərdə, xalqın xam olduğu, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı. Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü.
Doktor Əli Şəriəti: Keçmişdə insanın cəhaləti, zəifliyi, qorxusu və maddi ehtiyacları din ilə qarışmış, hər şeyi dindən almaq istəyirdi. İndi elm çox ehtiyacları aradan qaldırır, amma qaldıra bilmədiyi şey uca dindir. İnsana və həyata məna bağışlayacaq bir din. Bugünkü insan həmişəkindən daha çox bu dinə möhtacdır.
Telman Mikayılov: Mən neçə il bu türklərlə işləmişəm. Bunların içində bir dənə sözünə düz, dost dalıyca danışmayan görmədim. Puldan ötrü qardaş dediyi adamı satırlar. Rus xristian olsa da bunlardan 100 qat yaxsıdı- sözünə düz, dediklərini edən olurlar. Kim hara fırlatsa da, mən inanmaram, çünki 7 il bunların hər sifətini görmüşəm. Amma bir dənəsini görmüşəm onların içində, o da bizim xasiyyəti götürmüş biriydi, Naxçıvan tərəflər idi çünki. Qalanı çox yalançı olurlar, onlarln ipiylə quyuya enmək olmaz.
Adil Hüseynoğlu: Şah İsmayıl Səfəvinin 13 yaşda ölkəmiz üçün etdiklərini onu bəyənməyənlərin liderləri 70 yaşında edə bilmirlər. Nəinki edə bilmirlər, onun etdiklərini fikirləşə bilmirlər. Ona görə də Şah İsmayılı itin-qurdun ayağına verirlər. Elə “adamların” bir adı var: satqın. Vətən xainləri.
Elman Əliyev: 20-ci əsrdə Lenin babanın köməyilə düzəldilən bir respublikanı, qlobusun yarısına məxsus Rusiya və min illik tarixə mənsub İranla müqayisə edən(lər)dən nə gözləmək olar?!
Ferdinand Tomas: Saqqalsız vahhabilərin sayı saqqallı vahhabilərdən qat-qat çoxdur. Saqqallılar məscidlərə, saqqalsızlar isə banklara, göydələn və plazalara, dövlət idarələri, təhsil mərkəzləri və şirkətlərə yığışıb.
Fidan Fəradi: Qaz 2 dəfə artdı. İşıq 50% artdı. Maaşlar 7%, pensiyalar 8% artıb.
Vaqif Rəsulov: Hər kəsin ABŞ tərəfindən biçilmiş donu var. Türkiyəyə Rusiyaya rəqib olub ABŞ-a xidmət etmək, Azərbaycana da Qərbə qul olub sərvətlərini sağa-sola paylamaq rolu verilib.
Taleh Məmmədov: Ziya Bünyadovun Allah o biri dünyasını versin, terminalogiyamıza “yeraz”  sözcüyünü gətirən yerdə. Onları öz yerlərindən qovmaqla zatən ermənilər Azərbaycana ən böyük zərbəni vurdular.
Rəfail Ağayev: Rus dilini yaxşı bilməsəniz də, çalışın rus kanallarına baxın...
Əli Nasir: Mən talış olduğum qədər türkəm.
Samir Tağıyev: Rusiyadakı 3 milyonun burdakı ailələrinə göndərdiyi 5-10 manat hesabına bir 3 milyonu da burda dolanır. Yerdə qalan 3 milyonu sürünür. Qalan dəv kimi yaşayan 5-6 yüz mini də bu bu 7-8 milyonu soymaqla məşğuldular.
Vüqar Aslanov: Hazırki təhsil sistəmi mütəxəssis yox, menecer (işbaz) yetişdirir.
Oktay Quliyev: Xalqın hardasa 80%-i hər axşam sakitləşdirici dərman atıb yatır ki, bu qədər bahalıqdan, pis güzərandan və dərd-bəladan ürəyi və əsəbləri az da olsa rahat olsun, rahat yatsın. Heç olmasa sakitləşdirici dərmanların qiymətini ucuz edərdilər kaş ki...
Elxan Xəlilov: Gürcüstanın 4 milyon əhalisi var, bu il 4,5 milyon turist qəbul edib. Ağıllı millətdir. 5 ildən sonra Gürcüstan ən yaxşı yaşayan Avropa dövlətlərindən biri olacaq. Bizim kimi başkəsənlik etmirlər. Əsl turizm ölkəsidir...
Kənan Rövşənoğlu: Bakıda Sovet hökumətinin toxunmadığı tarixi məscidi sökürlər amma bir adam səsini çıxarmır. 1937-ci ildə İrəvanda məscidləri sökürlər, Göy məscidi də sökmək istəyirlər, amma erməni yazıçıları etiraz edir. Moskvaya müraciət edirlər ki, tarixi abidəni sökmək olmaz. Bu səbəbdən o məscid sökülmür. Bizdə bir ziyalı çıxıb demədi məscid heç, bu axı tarixi abidədir sökməyin.
Zaur Musayev: Deyilənə görə İslam oyunlarına tamaşaçı qismində qatılmağa maddi imkanı yetərli olmayan xarici vətəndaşların xərclərini də özümüz qarşılayacağıq. İstər-istəməz insanın ürəyində təəssüf hissi yaranır ki, kaş mən də xarici ölkə vətəndaşı olaydım, gəlib Azərbaycanda keçirilən idman yarışlarına pulsuz tamaşa edərdim.
Pərvin Cəfərzadə: Dostluğumda olan Şiə və Sünnü qardaşlar, Allah köməyiniz olsun. Bütpərəst və heyvan pərəstlər, inəklər və bütlər köməyiniz olsun. Ateistlər, özünüz özünüzə kömək olun. Xristianlar, Hz. İsa sizi qorusun. Deməyim odur ki, kimsə kimsənin əqidəsini, inancını təhqir etməsin! Əsasən də bizə, Şiəyə çox ilişirlər. Cənnət var? Cəhənnəm var? Seyyidlərə inanırsız? Və s. kimi kasıb suallar. İlişən qaqaşlara baxıram, burnun sıxsam canı çıxacaq qədər zəifdilər (əqli və fiziki). Nə isə deməyim odur ki, hər kəs öz işini görsün, bacardıqca özündən danışsın. İyrənirəm fəlsəfi stat yazıb qatıq-qatıq iddialar edənlərdən. Demək olar ki, hər gün 2-3 qıjını silirəm dostluqdan. Sonrada arsız kimi yazırlar, məni niyə sildin? Bugünkü gündə önəmli olan insan olmaqdı. Bir-birinizə hörmət edin.

Xamenei: ABŞ-ın rəhbərləri İŞİD-ın güclənməsinə köməklik göstərirlər

Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu. report xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib. “Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər”, – deyə o bildirib.
Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar. “Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər. ABŞ da eyni səhvləri təkrar edir”, – deyə Xamenei bildirib.

MTN zabiti özünü niyə asıb? - General Mirvətovanın ifadəsi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova şahid qismində dindirilib.
Teleqraf.com Natəvan Mirvətovanın Elçin Quliyevin cinayət işi üzrə istintaqa verdiyi ifadəsini əldə edib. İbtidai istintaq zamanı şahid qismində dindirilən Natəvan Mirvətova bildirib ki, 1971-ci ildən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub: “2006-cı ildə əməliyyat-texniki idarənin rəisi təyin olunmuşam. Həmin vəzifədə 2015-ci ilədək xidmət etmişəm. 2015-ci ilin noyabr ayından isə xidmətdən sərəncama götürülmüşəm”.
Natəvan Mirvətovanın sözlərinə görə, mərhum Malik Mustafayevi hələ Milli Təhlükəsizlik Nazirliyinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdən tanıyıb: “Onunla münasibətim yaxşı olub. Heç bir düşmənçiliyimiz, ədavət və qohumluq əlaqələrimiz olmayıb. Bir iş yoldaşı kimi Malik Mustafayevin xidməti fəaliyyəti barədə həmişə yüksək fikirlər eşitmişım. Buna görə ona xüsusi hörmətim olub. Malik Mustafayev hələ nazirliyin 5-ci baş idarəsində xidmət edən zaman kadrlar idarəsindən mənimlə əlaqə saxlanılaraq Malik Mustafayevi rəisi olduğum idarəyə götürə bilib-bilməyəcəyim barədə soruşdular. Mən də buna razılıq verdim. Malik Mustafayevin özü ilə də bu barədə söhbət etdim. Lakin sonradan eşitdim ki, Malik Mustafayev digər idarəyə təyinat alıb. Hətta buna görə, Malik Mustafayevdən incidim”.
Natəvan Mirvətova qeyd edib ki, 3 noyabr 2014-cü il tarixdə Malik Mustafayevin intihar etməsi barədə idarədə işçilərdən eşidib: “Həmin zaman eşitdim ki, Malik Mustafayev Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama verilib. Həmin zaman mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub, buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Bildiyim qədərilə Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Bu söhbətlər nazirliyin işçiləri arasında gəzən söhbətlər olub. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.
Natəvan Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olması barədə məlumatı olmayıb: “Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilməyib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.
İttihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib. Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib. Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib. Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağırtdırıb. Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevi də xidmətdən xaric etdirəcəyini deyib. General Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib. Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar. Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər. Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən qardaşına özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib. Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.
Məlumat üçün bildirək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Onu da əlavə edək ki, Natəvan Mirvətovanın təqsirləndirilən şəxs qismində barəsində cinayət işi ayrıca icraatda araşdırılır. O və onunla birlikdə mühakimə olunan Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumların digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Hacı Zeynalov            teleqraf.com

DƏRBƏND TƏHLÜKƏSİ

İbrahim Sel

Azərbaycan qalaları Xazar təcavüzündən qorunmaq üçün tikilmişdir

 3 iyul- Qoy xalqların Xazariya üzərində qələbə günüdür. 3 iyul 964-cü ildə Cəsur ləqəbli əzəmətli rus knyazı Svyatoslav İqoreviçin drujinası Xazariya Xaqanlığı ordusunu darmadağın etdi. İudey Xazariyasının paytaxtı İtil Rus drujinası tərəfindən tutuldu və yerli-yeksan olundu. Salnamələrdə deyildiyi kimi, knyaz Svyatoslav bu məkr yuvasında daşı daş üstə qoymadı. Bundan sonra Rus igidləri Şimali Qafqaza doğru hərəkət edərək xazarların digər qalalarını da dağıtdılar. Beləcə parazitik dövlətin varlığına son qoyuldu. Avrasiya xalqları növbəti dəfə rusların sayəsində rahat nəfəs aldılar.
 Knyaz Svyatoslav sələmi, pul quldarlığını, mənəvi pozğunluğu bütün bəlaların və cinayətlərin mənbəyi hesab edən bir adam idi. Knyaz iudey xazarların sayəsində regionu bürümüş sələmə qarşı kəskin mübarizə aparırdı. O faizə pul verənlərin hər iki əlini kəsir, sələm paylayanları kütləvi surətdə sala bağlayıb Dnepr çayı ilə Qara dənizə doğru axıdırdı. Böyük knyaz öz əsgərlərinə qızıl, var-dövlət hərisi olmamağı və həyatlarını “qaranlıq” ilə mübarizəyə sərf etməyi tövsiyə edirdi. “Qaranlıq” dedikdə o Xazar parazitik sosial sistemini nəzərdə tuturdu.
 Yəhudilərin idarə etdiyi Xazariya dövlətini məhv etməklə böyük knyaz regionu amansız təcavüzdən qurtarmış oldu; baş alıb gedən və günü-gündən geniş vüsət alan qul alverinə, amansız soyğunçuluğa və üzücü sələmə son verildi. İudeylərin ticarət yollarına nəzarət etməsi, Böyük İpək Yoluna qoyduqları ağır tas, eləcə də qonşuluqdakı qoy xalqların istehsalatından aldıqları böyük vergilər nəinki regionda, həm də qitədə ticarətin və iqtisadiyyatın çökməsinə gətirib çıxarmışdı. Xazariya dövlətinin məhv edilməsi ilə Avropa və Asiya arasında ticarət əlaqələri yenidən öz normal məcrasına düşdü. Xazariya üzərində qələbə həm də qlobal əhəmiyyət daşıyırdı; konspiroloqlar qeyd edirlər ki, bu qələbədən sonra Yer sivilizasiyasının inkişafı dağıdıcı yox, yaradıcı xarakter aldı. Parazitik dövlətin məhvi yadelli (əslində yadplanetli) yırtıcıların bəşəriyyəti süquta uğratmaq planlarını alt-üst etdi.
 Xazariya üzərində qələbə- Rus silahının təntənəsi, Rus xalqının yenilməz ruhunun göstəricisi idi. Knyaz Svyatoslavın bu qələbəsi Rusiyanın əzəmətini möhkəmləndirdi və onun dünya siyasətində qabaqcıl mövqeyə çıxarmış oldu. Sionizmin üstümüzə yolladığı alman faşizmi üzərində qələbəni qürurla xatırladığımız kimi sionizmin sələfi olan Xazariya iudaizmi üzərində qələbəni də şövqlə xatırlamalıyıq. Uluların böyük zəfərlərini yadda saxlamaq və hörmətlə yad etmək- bizim hər birimizin müqəddəs vəzifəsidir. Belə ki həmin qələbələrin mahiyyətini bilmək bizi gələcək fəlakətlərdən sığortalayır və yaşamımızı düzgün qurmaqda yardımçı olur.
 Persiya şahları da Xazariya Xaqanlığından gələn təhlükəni gözəl anlayır və şimal regionunu nəzərdə saxlayırdılar. Dərbənddən şimaldakı ərazilər Xazar xaqanının əlində idi. Xaqanın paytaxtı əvvəllər Səməndər şəhəri, 722-723-cü ildən sonra isə Volqa çayı üzərindəki İtil şəhəri olmuşdu. İudey mahiyyətli Xazar xaqanlığı Persiya İmperiyası üçün ən böyük təhlükə mənbəyi sayılırdı. Mirzə Kazım bəyin “Dərbəndnamə”sində qeyd edildiyi kimi, Xazar xaqanının dörd yüz min dilavər pəhləvandan ibarət qoşunu var idi. Xazarların əsas hədəfləri şimalda Slavyan çarlığı olduğu kimi, cənubda da Persiya şahlığı idi. Belə ki xazarlar Avrasiya qitəsinin bir çox yerlərində sosial-iqtisadi sistemləri ələ keçirsələr də, vedik ənənələrin güclü olduğu Persiya və Rusiyada həyati rıçaqları ələ keçirə bilməmişdilər. Xazar xaqanı ilə Sasani şahları arasında daim ədavət və müharibə gedirdi.
 Sovet tarixçisi, akademik Boris Qrekov xazarların 7-9-cu əsrlərdə Qafqaza tez-tez hücum etdiklərini və böyük fəsadlar törətdiklərini bildirir. Tarixi mənbələrdən aydın olur ki, 7-ci əsrin əvvəllərində müasir İsrailin sələfi olan Xazar Xaqanlığı müasir NATO-nun sələfi olan Bizans İmperatorluğu ilə birlikdə İranın Sasani dövlətinə müharibə elan etmişlər. Xazar xaqanı Cəbunun oğlu və sərkərdəsi Şad 623-624-cü illərdə Albaniyaya soxulmuşdur. Bizans imperatoru İrakli də (610-641) İran şahı 2-ci Xosrov Pərvizə (590-628) arxadan zərbə endirmək məqsədilə çoxsaylı ordusu ilə Zaqafqaziyaya gəlmişdir. Bu zaman Xazar qoşunları Albaniyanı talan etmiş, region xalqlarını qırıb çataraq böyük qırğınlar törətmişlər. Xazariya daim Persiya xalqlarının baş bəlasına çevrilmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanın Şabran, Məsqət, Şirvan, Beyləqan, Muğan, Şiz və bir çox başqa şəhərləri, habelə Gülüstan, Girdman, Xunan, Mehyariyyə, Məluğ və digər qalaları məhz xazarlar tərəfindən dağıdılaraq məhv edilmişdir. Xazar basqınları nəticəsində Maq sivilizasiyası tarix səhnəsindən silinmiş, Muğan əvvəlki əzəmət və möhtəşəmliyini itirmişdir. Böyük İpək Yolunun buradakı özəyi olan böyük ticarət bazarı öz fəaliyyətini dayandırmışdır. Regionda əvvəllər nəzərə çarpan iqtisadi və ictimai inkişaf məhz xazar aqressiyası nəticəsində sönərək sıradan çıxmışdır.
 Dərbənd əsrlər boyu Xazariyanın cənubdakı forpostu rolunu oynamışdır, yalnız Qafqazda Rusiya dövlətçiliyi bərqərar olduqdan sonra həmin mövqeyini əldən vermişdir. Dərbənd regionda yeganə yer idi ki, yəhudilər burada qul bazarı açmışdılar və müxtəlif ölkələrdən gətirdikləri qulları satırdılar. Qul alveri yəhudi tacirlərinin ənənəvi gəlir mənbəyi idi. Qonşu vilayətlərə requlyar basqınlar nəticəsində xazarların əlinə çoxlu əsirlər düşürdü, onlar bu əsirləri Dərbənd bazarında satmaqla böyük qazanc əldə edirdilər. “Hüdud əl-aləm” əsərinin müəllifi Dərbəndə satmaq üçün hər cins qulların gətirildiyini bildirir. Araşdırmalar göstərir ki, xazarlar əlləri çatdıqları yerlərdə qonşu xalqların hamısını tasa otuzdurmuşdular. Erməni tarixçisi Moisey Kalankatlı yazır ki, 7-ci əsrin əvvəllərində xazarlar Albaniya torpaqlarını tutduqları zaman nəzarətçilər göndərərək, müxtəlif biliklərə malik olan sənətkarlardan qızıl əldə etdikləri, gümüş əritdikləri, dəmir çıxardıqları, mis şeylər emal etdikləri üçün vergi tələb edirdilər. Müəllif sözünə davam edərək göstərir ki, Xazar xaqanı “ixrac edilən ticarət mallarından gömrük, hətta Kür və Araz çaylarında balıq ovlayanlardan vergi tələb edirdi”. Əsrlər boyu Dağıstanın yəhudi əmirləri Azərbaycanı təcavüz altında saxlamışlar. “Dərbəndnamə”dən aydın olur ki, 9-11-cı əsrlərdə Şirvanın bağ və əkin yerləri satın alınaraq Dərbənd “mühafizəçilərinin” məxaricini təmin etmək üçün vəqf edilmişdi. Bakının neft və duz mədənlərinin, habelə bir sıra vəqf malikanələrinin mədaxili uzun müddət Dərbənddəki əmirlərin cibinə axmışdı. Mənbələrdə göstərilir ki, Məhəmməd ibn Ümmar adlı ərəb Bakının neft və duz mədənlərinin gəlirini toplayıb Dərbənd əmirlərinə çatdırırdı. Həmin dövrdə isə artıq Bakı nefti külli miqdarda gəlir verirdi. 10-cu əsrdə Bakı şəhərində olmuş ərəb səyyahı Əbu Duləf bu haqda məlumat verərək yazır: “Bakı Şirvan vilayətindədir. Mən orada neft mədənləri gördüm ki, qəbalə ilə bir günlük gəliri 1000 dirhəmdir. Bunun yanında başqa mədən vardır ki, gecə və gündüz daim buradan civə kimi ağ neft çıxır. Bunun da gəliri birinci qədərdir (yəni 1000 dirhəmdir)”. 9-cu əsrdə yaşamış ərəb tarixçisi Əhməd Bəlazurinin yazdığına görə, ərəblərin hakimiyyəti dövründə Dərbənddə regionun taxıl anbarı tikilmişdi ki, ərəblər qonşu vilayətlərdən topladıqları taxılı burada saxlayırdılar; harda aclıq olsa da, Dağıstan yəhudiləri gen-bol dolanırdılar. Dərbənd əmirləri bir müddət Şirvan ilə Dərbənd arasındakı münbit Məsqət vilayətini (massaget torpağı) də ələ keçirmişdilər, lakin sonradan Şirvanşahlar onu böyük çətinliklə geri qaytara bildilər. Şərq ölkələrindən şimal ölkələrinə gedən ticarət karvan yolu Dərbənddən keçirdi ki, əmirlər həmin karvanlardan külli miqdarda haqq alırdılar. Persiya hakimliyinin zəiflədiyi dönəmlərdə xazarlar avtomatik olaraq regionun iqtisadiyyatını və siyasi təsir vasitələrini öz əllərinə keçirirdilər. Araşdırmalar göstərir ki, həssas dönəmlərdə Dərbənd əmirlərinin xırda təsiri belə Şirvanşahlar sarayında müəyyən iğtişaşlara səbəb olurdu.
 Vaxtilə Sasani şahları imperiyanın şimal sərhədlərini xazar təcavüzündən qorumaq üçün bir sıra tədbirlər həyata keçirmişlər. Xüsusilə bu rayonda böyük istehkamlar, qalalar tikmiş, buraya təcavüzə sinə gərə bilən mətin qoy tayfalarını köçürmüşlər. Bəlazuri yazır ki, Sasani şahı Qubad (489-531) Şirvan vilayətindən Allan keçidinə qədər əraziyə çiy kərpicdən hasar çəkdirdi; şah bu hasar boyu 360 şəhər saldırmışdı ki, Babul-Əbvab tikiləndən sonra bunlar hamısı dağılmışdı. Mənbələrdə bildirilir ki, Sasanilər etibar etdikləri köçərilərdən və müxtəlif yerlərdən tayfalar köçürərək, Dərbənd ətrafında onlara yer verir və istehkamlar çəkirdilər. “Dərbəndnamə”də göstərildiyi kimi, Qubadın fərmanı ilə Dərbənd ətrafına bir çox tayfa köçürüldü: “Bunların bəziləri təmir edilmiş böyük Dərbənd şəhərinə sakin edildi”. “Dərbəndnamə”də bildirilir ki, Ənuşirəvan (531-579) atasından sonra Qafqaz dağlarında 360 şəhər və qala tikdirib hər birinə əmirlər təyin edərək sərhədin mühafizəsini onlara tapşırdı. Sasanilər tərəfindən çəkilmiş Dərbənd hasarı haqqında orta əsr müəllifləri bir sıra maraqlı məlumat verirlər. Bəlazuri göstərir ki, Dərbənd hasarı dənizdən başlayaraq dağın başına qədər çəkilmişdi: “Bu hasarın eni üç yüz dirsək idi. Hasar dənizə üç mil uzanmışdı. Hasar tikilib qurtardıqdan sonra ona dəmir qapı qoyuldu; əvvəllər Dərbəndi mühafizə etmək üçün əlli min əsgər lazım olduğu halda, indi yüz süvari mühafizəçi təyin edildi”. 9-10-cu əsrlərdə yaşamış İran coğrafiyaşünası İbn Fəqih Həmədani Dərbənd haqqında məlumat verərkən belə yazır: “Ənuşirəvan həmçinin öz məmləkəti ilə xəzərlər arasında daşdan və qurğuşundan eni 300 dirsək olan sədd çəkdirdi və onu dağların zirvəsinə qaldırdı; sonra həmin səddi dənizə qədər uzatdı və divarda dəmir qapılar qoydu”.  İbn Fəqih eyni zamanda qeyd edir ki, Babul-Əbvab şəhəri bina edildikdən sonra Sasanilər Qafqaz dağlarında 300 şəhər və qalanın bünövrəsini qoydular. Məsudi yazır ki, Babul-Əbvab adlanan şəhərin su və quru ilə uzanan və dağlara qaldırılmış divarının tikilməsi qurtardıqdan sonra Ənuşirvan buraya öz hakimləri ilə birlikdə əhali köçürdü, hər birinə rütbə təyin etdi və bu şahların ərazisinin sərhədlərini müəyyənləşdirdi. Ərəb müəllifləri Qafqaz dağlarında, xüsusilə Dərbənd keçidində tikilən istehkamlarla çox maraqlandıqları üçün bu haqda bir sıra məlumat vermişlər. Qafqaz dağlarında, Şirvan və Dağıstan ərazisində bu istehkamların yeri və xarabalıqları zəmanəmizə qədər qalmışdır. Dərbənd hasarı və onunla əlaqədar tikilən müdafiə istehkamları möhtəşəmliyi ilə heyrət doğurur. İbn Fəqih qeyd edir ki, Ənuşirvan tərəfindən tikilən Dərbənd divarları 7 fərsəng (təqribən 45-50 kilometr) məsafədə keçilməz meşəlik və uçurum qayalara qədər uzanır: “O yonulmuş dördkünc daşlardan tikilmişdir, bu daşlardan birini 50 adam qaldıra bilməz. Bu daşlar bir-birinin üzərinə qoyulmuş və bir-birinə dəmir bəndlərlə bərkidilmişdir. Bu 7 fərsəng məsafədə yeddi keçid düzəldilmişdir, bu keçidlərin hər birində mühafizəçilər qoyulmuşdur”. Şübhə yoxdur ki, Dərbənd hasarının çəkilməsi çox böyük strateji əhəmiyyətə malik idi. Ona görə də bu istehkamlar uzun əsrlər boyu öz əhəmiyyətini saxlamışdır. Xüsusilə bu istehkamların Persiya xalqlarını yırtıcı xazarların basqın və hücumlarından mühafizə edilməsi üçün böyük əhəmiyyəti vardı. Bu nəhəng istehkamlar bir sıra əfsanələrin yaranmasına da səbəb olmuşdur.
 Qafqaz dağlarında tikilmiş istehkamlar nəinki Şirvan və Azərbaycan, eyni zamanda bütün Şərq xalqları üçün ölüm-dirim məsələsi idi. Qeyd etmək lazımdır ki, orta əsrlərdə hələ texnikanın inkişaf etmədiyi bir dövrdə bu nəhəng istehkamları yaratmaq üçün çoxlu insan əməyi və vəsait lazım idi. Bu istehkamların yaradılmasında albanlar, azərbaycanlılar, ermənilər, şirvanlılar, ləzgilər birgə çalışaraq böyük əmək sərf etmişlər. Yerli əhali ilə bərabər bu istehkamlarda Persiya İmperiyasının qoşun dəstələri, memarları, daşyonanları, mühəndisləri də işləmişlər. “Dərbəndnamə”də qeyd edilir ki, Dərbənd hasarını çəkmək üçün buraya 10 min əsgər, mühəndis, memar və səriştəli fəhlələr gətirilmişdi. Şərqşünas alim Boris Dorn yazır ki, Ənuşirəvan Dərbəndi tikdirdikdən sonra Qafqaz dağlarında olan qalaların hər birinə hakim (sərkərdə) təyin etdi, onların ixtiyarına qoşun dəstələri, yaşayış üçün müəyyən torpaq sahələri və əhali verdi. Sərhəd boyunca meydana çıxan belə hakimlərin vəzifəsi, əsas etibarilə, sərhədləri şimaldan basqın edən xazar tayfalarının hücumundan mühafizə etmək idi. Qədim müəlliflər Dərbənd hasarından başqa burada diqqəti cəlb edən binaların olması haqqında da məlumat verirlər. Bu nöqteyi-nəzərdən İbn Fəqihin verdiyi məlumat daha çox qiymətlidir. O yazır: “Bab şəhərindəki divarın üstündə iki daş sütun vardır, sütunun hər birinin üstündə ağ daşdan yonulmuş şir heykəli durur. Onlardan aşağıda iki daş var və həmin daşların üstündə də şir təsvir edilmişdir. Qapının yaxınlığında insan heykəli vardır. Onun ayaqlarının arasında ağzında üzüm salxımı olan tülkü təsvir edilmişdir. Şəhərdən kənarda “Məsruf hovuzu” (Qübbəli hovuz) adı ilə məşhur olan hovuz vardır. Hovuzun içərisində pilləkən qayırılmışdır, hovuzda su az olduqda pillələrdən hovuza enirlər. Pilləkənin hər iki tərəfində daşdan iki şir qayırılmış, bu şirlərin birinin üzərində isə daşdan adam heykəli qoyulmuşdur. Hökmdarların evi üzərində də daşdan yonulmuş və divardan bir qədər aralı olan iki şir heykəli qoyulmuşdur”… 
 İran tarixçisi Hilal əs-Sabinin (969-1056) yazdıqlarından aşağıdakılar aydın olur. Dərbənd şəhəri hasarının dəniz suları içərisində olan hissəsi dağılmışdı. Hasarın bu hissəsi limanı dənizdən 600 dirsək uzunluğunda xəzərlərin hücumundan mühafizə edirdi. Hasarın dağılan yerlərinin düzəldilməsi üçün 60000 dinar lazım gəldiyi müəyyən edilir. Sacilər sülaləsinin hakimi Yusif ibn Əbu Sac xəlifənin vəziri İbn əl-Furata müraciət edərək, Dərbənd hasarının dənizin içərisinə doğru uzanan hissəsini düzəltmək üçün lazım olan bu məbləğin verilməsini xahiş edir. Vəzir ona göstərir ki, Xosrov Ənuşirəvan hasarı çəkdiyi zaman hər təsadüfə qarşı ehtiyat üçün yonulmuş və deşik açılmış daşları birləşdirməkdən ötrü dəmir qarmaqlar, qurğuşun və sairə şeylər hazırlanmışdır. Vəzir bu tikinti materialının basdırıldığı yeri də Yusifə yazmışdır. Yusif də həmin ehtiyat edilən tikinti materiallarının yerini öyrəndiyinə görə, işin icra edilməsindən başqa nəzərdə tutulan qalan məxaric azalmışdır. Hilal əs-Sabinin bu məlumatından aydın olur ki, Dərbənd Yusifin hakimiyyəti altına düşdüyü üçün o bu böyük strateji əhəmiyyətə malik olan qalanı təmir etdirmiş və beləliklə də, Sacilər dövlətinin şimal sərhədlərini xazarlardan mühafizə etməyə çalışmışdır.
 Persiya şahları Şirvan vilayətinə, buradakı hərbi-strateji əhəmiyyəti olan qalalara və şəhərlərə çox böyük diqqət yetirirdilər, çünki xazar basqınları zamanı ilk zərbə həmişə Şirvana dəyirdi. Xazar təcavüzündən ən çox əziyyət çəkən Şirvan vilayəti idi. Şimaldan basqın edən tayfalar əvvəlcə Şirvanı qarət edirdilər. Bunun qarşısını almaqdan ötrü Şirvan ərazisində dayanıqlı istehkamlar və əlçatmaz qalalar tikilirdi. Şirvanşahlıq Dərbənddən şimaldakı İud aqressiyasının qarşısında sədd rolunu oynayırdı. Şamaxı şəhəri uzun əsrlər boyu Şirvanın mərkəzi, Şirvanşahların paytaxtı olmuşdur. Qədim müəlliflərə görə, Şirvan sözü Dərbənd hasarını çəkdirən Sasani şahı Ənuşirəvanın adı ilə əlaqədardır. Bəlazuri yazır ki, Sasani şahı Ənuşirəvan Qafqaz sıra dağlarının şərq hissəsində bir neçə şahlıqlar yaradaraq, bunların hər birinə “şah” təyin etdi. Bu şahlıqlardan biri də Şirvanşahlıq idi. Məhz buna görə Şirvan adı Ənuşirəvanın adı ilə əlaqələndirilir. İbn Fəqihin Şirvan haqqında verdiyi məlumatda göstərilir ki, “Şirvan şəhəri Ənuşirəvan tərəfindən bina edilmişdir”. Şirvan haqqında ilk mənbələrin verdiyi məlumata və sair ədəbiyyata əsaslanan B.Dorn yazır ki, Şirvan sözü, bir rəvayətə görə Ənuşirəvan tərəfindən tikdirilmiş məşhur Şirvan şəhərinin, başqa bir rəvayətə görə Ənuşirəvan tərəfindən bu vilayətə təyin edilən Şirvan adlı birinci hakimin adından alınmışdır. B.Dorn Məsudiyə əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Şirvana təyin edilən ilk hakim Şirvan Ənuşirəvanın yaxın qohumlarından olmuş və bunun nəslindən olan hakimlər də Şirvanşah titulunu daşımışlar. Məsudiyə görə Şirvanşah Bəhram Gur (421-441) nəslindən idi. Dövlətşah isə Şirvanşahları Bəhram Çubin nəslinə mənsub edir. Bir sıra qədim müəlliflər də Şirvanşahları Sasanilər nəslinə bağlayırlar.
 Mənbələrdən aydın olur ki, Sasani şahı Qubad  və onun oğlu Ənuşirəvan xazarların basqınından qorunmaq üçün Dərbənd hasarını çəkdirdikləri zaman Şamaxı şəhəri mühüm strateji əhəmiyyətə malik idi. Yunan əsilli ərəb coğrafiyaşünası Yaqut əl-Həməvinin (1179-1229) məlumatına görə, Şamaxıya Yəzidiyyə də deyilmişdir: “Yəzidiyyə Şirvan vilayətinin əsas şəhəridir ki, Şamaxı adı ilə məşhur olmuşdur”. Osmanlı tarixçisi Münəccimbaşı Əhməd Dədənin “Cami əd-düval” əsərində göstərildiyinə görə, Yəzidiyyə şəhərini 918-919-cu ildə Məzyədilər sülaləsinə mənsub olan Şirvan hakimi Yəzid tikdirmişdir. Məzyədilərə Şirvanşahlar olmamışdan qabaq Lahicanşahlar deyilirdi, buradan anlaşılır ki, Şirvan aristokrasiyası Gilan kökənlidir. Xalq arasında olan rəvayətə görə, Şamaxı iki adın birləşməsindən əmələ gəlmişdir; bu kəlmə birinci hissəsi “şah” (hökmdar), ikinci hissəsi isə “max” (maq kahini) sözlərinin birləşməsindən əmələ gələn “Şah-maxi”- “maq şahı” mənasına gəlir.  “Maq şahı” anlamı da Şamaxı aristokratiyasının muğanlılara bağlılığına dəlalət edir. Tarixi mənbələrdən aydın olur ki, Sasanilər dövləti ərəblərin zərbəsi altında dağıldığı zaman, 642-ci ildə ərəb sərkərdəsi Əbdürrəhman ibn Rəbiə Şirvana hücum edərkən Şirvanı Şəhriyar adlı hakim idarə edirdi. Şəhriyar haqqında Təbəri maraqlı məlumat verir. O yazır ki, ərəblər ilk dəfə 640-cı ildə Azərbaycan hakimi İsfəndiyarla ölkənin tabe edilməsi haqqında müqavilə bağladıqdan sonra xəlifə Ömər (634-644) Əbdürrəhman ibn Rəbiəni və onun qardaşı Səlmanı Dərbəndi fəth etməyə göndərdi. Əbdürrəhman əl-Baba (Dərbəndə) yaxınlaşdıqda sərhəd vilayətinin hakimi Şəhriyar onu qarşıladı. Müəllif əlavə edərək yazır ki, Şəhriyar iranlı olub, Şəhriyar şahın nəslindən idi. Hətta Şəhriyar Əbdürrəhman ilə görüşdükdə ona özü haqqında demişdi ki, erməni olmadığı kimi, nəsil etibarilə qafqazlı da deyildir. Tarixi mənbələrdən aydın olur ki, maq kahini Şəhriyar şahın əsas missiyası şimaldakı Xazar təcavüzü ilə mübarizə aparmaq olmuşdur. Şəhriyar şah islam xalqlarının iudaizm ilə mücadiləsinə öz dəyərli töhfələrini vermiş tarixi bir şəxsiyyətdir. 9-cu əsrdə yaşamış ərəb tarixçisi Əhməd Yəqubinin fikrincə isə, Şamaxı şəhərini Əbu Cəfər xəzərlərə qarşı qoşun göndərdiyi zaman tikdirmişdir və xəzərlərə qarşı mübarizə etmək üçün onu istinad məntəqəsinə çevirmişdir. Bu versiyalardan hansı düz olur olsun, əsas odur ki, şamaxılıların tarixi missiyası iudaizmə və onun müasir davamçısı sionizmə qarşı mübarizə etməkdir.
 Araşdırmalar göstərir ki, Azərbaycan qalalarının hamısı xazar-yəhudi hücumlarının qarşısını almaq üçün tikilmişdir. Mənbələrdə göstərilir ki, Məzyədilər sülaləsinə mənsub olan Qubad ibn Yəzid 1045-ci ildə xazarların hücumlarına qarşı müqavimət göstərmək məqsədilə Yəzidiyyə şəhərinin ətrafına yonulmuş daşdan hasar çəkdirərək, ona dəmir qapılar qoydurmuşdur. Bir sıra Azərbaycan şəhərlərinin, xüsusilə Bərdə, Şamaxı, Şabran, Dərbənd, Görkərə, Məsqət, Beyləqan, Qəbələ və sair şəhərlərin Sasani şahlarının, xüsusilə Ənuşirvanın dövründə bina edilməsi haqqında məlumatlar vardır. Persiya şahları Dərbənd, Şirvan, Bərdə, Qəbələ, Beyləqan kimi qoşun dəstələri saxlanılan şəhərlərin ətrafına qala divarları çəkdirmiş, bəzi yaşayış məntəqələrini möhkəmlətmiş və yenilərini bina etdirmişlər. 
 Gəncə Çar Albaniyasının “kazna”sı- xəzinəsi olmuşdur. Tarix elmləri doktoru, professor Yevgeni Paxomovun fikrincə, həmin yer qoşunun xəzinəsi olduğu üçün “Gənc” (Gəncinə), yəni “xəzinə, anbar” mənasında Gəncə adlanmışdır. Paxomov bildirir ki, sonralar əmələ gələn Gəncə şəhəri 8-ci əsrin əvvəllərindən göstərilən adı daşımağa başlamışdır. Münəccimbaşının “Cami əd-düvəl” əsərində Gəncə şəhərinin tikilməsi haqqında yazılır ki, Məzyədilər nəslinə mənsub olan Məhəmməd ibn Xalid (Moisey Kalankatuklu onun adını Maxmat Xoxti oğlu kimi göstərir) 856-857-ci ildə Böyük Buğanın səyi ilə yenidən Azərbaycan, Ermənistan və Arran hakimi təyin edildi və o 859-860-cı ildə Arran vilayətində Gəncə şəhərini tikdirdi. Bu şəhərin tikilməsinin səbəbi Xunanın (Xubant) yaxın olması idi. Sonralar Xunan hərbi sərhəd nəzarət məntəqəsi rolunu oynayırdı. Münəccimbaşı yuxarıda adını çəkdiyimiz əsərində Məhəmmədin Gəncə şəhərini tikdirməsi haqqında əfsanəvi bir hadisə də nəql edir. Bu məlumata görə, Məhəmməd Xunan yaxınlığındakı təpədə- Gənzə (xəzinə) adı verilən yerdə şəhər bünövrəsini qoyaraq onu Cənzə (Gəncə) adlandırır. Beləliklə, qədim Gəncə şəhərinin əmələ gəlməsi haqqında bir-birinə uyğun gələn hər iki məlumatın həqiqətə müvafiqliyi üzə şıxır.
 Moisey Kalankatlının yazdığına görə, Bərdə şəhəri 5-ci əsrdə tikilmişdir. O göstərir ki: “Albaniya çarı Vaçe İran şahı Perozun əmri ilə Perozapat şəhərini tikdirdi, indi o Patrav adlanır”. İbn əl-Fəqih Bərdə, Beyləqan və Qəbələ şəhərlərinin Sasani şahı Qubadın (488-531) hakimiyyəti dövründə tikildiyini bildirir. Bəlazurinin yazdığına görə isə, Arran şəhərlərindən Beyləqan, Bərdə, habelə Qəbələ Sasanilər dövründə (6-cı əsr) tikilmişdir. Qədim mənbələrdə Nəşava adlandırılan Naxçıvan da, Bəlazurinin yazdığına görə, Sasani şahı Ənuşirəvan dövründə tikilmişdir. Bəlazurinin “qədim şəhər” adlandırdığı Şəmkür xazarlar və onların bir qolu olan Dağıstan yəhudilərinin basqınları nəticəsində dəfələrlə ziyan çəkmiş və dağılmışdır. Bəlazurinin yazdığına görə, 854-855-ci ildə Xilafətin sərkərdəsi Buğa islam dinini qəbul edən xazarlardan bir hissəsinin Şəmkürdə sakin olmasına icazə vermiş, şəhəri yenidən düzəldərək buraya Bərdədən tacirlər köçürmüş və şəhərin adını dəyişdirərək Mütəvəkkiliyyə adlandırmışdır. 6-cı əsrdə Sasanilərin hakimiyyəti dövründə xazar və iudey basqınlarından qorunmaq üçün Şəki də diqqət mərkəzində olmuşdur. Bəlazuri bildirir ki, “Sasani şahı Ənuşirəvan “Əbvab Şəkin” adlı yeri düzəltdikdən sonra qonşu dağ keçidini möhkəmlətmişdi”. İbn Fəqihin yazdığına görə, Şabran, Məsqət və Babül-Əbvab (Dərbənd) dağlardakı yollar üzərində olduğu üçün “bab” (darvaza, qapı) adlanırlar. Müəllif sözünə davam edərək yazır ki, Babül-Əbvab şəhəri (Qafqaz) dağının zirvəsindən başlayaraq Xəzər dənizinə qədər uzanır və üç mil məsafədə dənizi yarıb ora daxil olur. 9-10-cu əsrlərdə yaşamış ərəb səyyahları İstəxri və Məsudinin yazdıqlarına görə, Dərbəndin “ətrafına daşdan, kərpicdən və gildən hörülmüş möhkəm hasar çəkilmişdir”. Dərbənd hasarı haqqında Abbasqulu ağa Bakıxanovun qeydləri də maraqlıdır. O yazır: “Deyirlər ki, bu səddin bir milə qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. Hasarı Təbərsaranın yuxarısına qədər çəkib ona dəmir qapılar saldılar. Bundan sonra o Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı yeddi ilə tamam oldu”.
 Mənbələrdən aydın olur ki, Dərbənd hasarı çəkildikdən sonra şimaldan hücum edən azğın xazar tayfalarının qarşısını almaq mümkün oldu; belə ki hasarın hər qapısında mühafizə üçün qoyulan 100 nəfər keşikçi hücum edən 100 min qoşunun qarşısını saxlaya bilirdi. Göstərdiyimiz kimi, ilk növbədə Persiyanın Şirvan vilayəti şimaldakı Xazariya regionunda cəmləşmiş çeçen-avar-iud tayfalarının hücumlarına məruz qalırdı. Xazar tayfaları əsasən Qafqaz dağlarının Dərbənd hasarı çəkilən keçidindən aşaraq varlı Persiya ərazilərinə, Azərbaycana və qonşu ölkələrə soxulurdular. Bu sədd çəkildikdən sonra Şirvan və Azərbaycan əhalisi ardı-arası kəsilməyən hücumlardan müəyyən qədər rahatlaşdı. Dərbənd- Şirvan, Arran, Azərbaycan, Ermənistan kimi ölkələrin forpostu hesab olunurdu. Şimaldan basqın edildiyi zaman Dərbəndin yaxınlığındakı uca dağdan bu ölkələrə düşmənin gəldiyi xəbər verilirdi. İstəxri yazır ki, Dərbənd şəhərinin tərəfində uca bir dağ vardır ki, ona “Əl-zıb” dağı deyirlər. Hər il bu dağın zirvəsinə çoxlu odun toplayırdılar, əgər qəflətən düşmən hücum edirdisə, o zaman Azərbaycan, Arran və Ermənistan əhalisini xəbərdar etmək üçün burada toplanılan odunu yandırırdılar. Beləliklə, bu böyük məşəlin alovları Dərbənd tərəfdən yenə İudanın (İsrail övladlarının) basqın etdiyini bildirirdi.
 Dərbənd bir tərəfdən hərbi-strateji əhəmiyyətə malik idi, digər tərəfdən isə Xəzər dənizinin sahilində yerləşən ölkələr üçün böyük liman hesab olunurdu. 10-cu əsr ərəb coğrafiyaşünas-səyyahı İbn Havqəl yazır: “Bab ül-əbvab Xəzər dənizi üzərində yerləşən şəhərdir və şəhərin ortasından gəmilər üçün liman vardır. Dənizdən şəhərə tərəf uzanan bu limanın hər iki tərəfindən divar kimi çəkilmiş tikinti vardır, gəmilər dənizə bu tikintidən keçirlər. Keçidin ağzına Tir və Beyrutdakı zəncirlərə oxşar zəncir çəkilmişdir. Gəmilər icazəsiz buraya daxil olub, çıxa bilmir. Bu iki divar daşdan, qurğuşundan hörülmüşdür”. 

“Avrasiya tarixi” kitabından

29.04.2017

QRU Moskvadakı Amerika cəsusunu dir-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI

Kəşfiyyat müharibələri bütün dövrlər üçün aktualdır. Bütün zamanlarda bu müharibə gizli və amansız olub. Hazırda kəşfiyyat müharibəsinin əsas tərəfləri ABŞ və Rusiyadır. Bu iki gücün gizli müharibəsinin tarixi 100 ildən də artıqdır. Bu müharibə SSRİ dövründə də aparılırdı, indi də davam edir.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) SSRİ-dəki ən məşhur cəsusu Pyotr Popov olub.
Popov 1923-cü ildə Volqa sahillərində yerləşən Kostrama vilayətinin yaxınlığındakı kiçik kənddə doğulub. 18 yaşı olanda II Dünya müharibəsinə yollanıb. Özünü intizamlı əsgər kimi tanıdıb, çoxsaylı mükafatlar alıb. Onu tanıyanlar kifayət qədər əsəbi olduğunu deyirlər.
Müharibədə böyük qələbədən sonra Popov Leninqradda Hərbi-Diplomatiya Akademiyasında oxuyur. Daha sonra o, Vyanaya ezam olunur. Avstriyada Popov “QRU”-nun (Hərbi Kəşfiyyat İdarəsi) agenti kimi adi vətəndaşları əməkdaşlığa cəlb edirdi. Məqsəd Yuqoslaviyadan məlumatlar əldə etmək idi. Çünki 50-ci illərdə SSRİ Yuqoslaviya ilə münaqişədə idi. ABŞ kəşfiyyatı Popovu elə Vyanada “verbovka” edərək, öz cəsusuna çevririr.
MKİ-nin Popovu əməkdaşlığa cəlb etməsi ilə bağlı 2 versiya mövcuddur. Birinci: Amerika tərəfi iddia edir ki, Popov özü ABŞ-ın Vyanadakı səfirinin avtomobilinə əyləşərək, əməkdaşlıq etmək istədiyini deyib. İkinci: ABŞ kəşfiyyatı onu oğurlayaraq, təhdid edib. Popov özü məhkəmədə bildirib ki, amerikalı kəşfiyyatçılar onu oğurlayaraq maşına mindiriblər və əməkdaşlıq etməsi üçün təhdid ediblər. Əgər rədd etsəydi, onu ABŞ-a göndərəcəkdilər və SSRİ casusu kimi mühakimə ediləcəkdi.
1954-cü ildə Popov “Qreyspeys” adı altında Amerika kəşfiyyatı ilə əməkdaşlıq etməyə başlayır.
Popov MKİ-də xüsusi agent kimi böyük imtiyazlara malik idi. Onunla iş üçün xüsusi bölmə yaradılmışdı. Bu bölmə “Soviet Russia”, qısaca olaraq “SR-9” adlanırdı. Bu əfsanəvi bölmə anti-sovet kəşfiyyat əməliyyatlarını hazırlayırdı. Bölməyə Corc Kayzvalter rəhbərlik edirdi.
Popov Corcun rəhbərliyi altında Avstriyada sovet xüsusi xidmət orqanlarından məlumatlar əldə etməyə başladı. Amerika bu iş üçün külli miqdarda pul xərcləməkdən də çəkinmirdi. Nəticədə sovet tank diviziyalarının yerləri, hərbi nizamnamələrin sürətləri, nüvə sınaqlarının keçirilməsi ilə bağlı hesabatlar MKİ-nin əlinə keçdi.
Popov o qədər əhэmiyyətli adam idi ki, onunla birbaşa Corc Kayzvalterin özü görüşürdü. Sovet qoşunları Avstriyadan çıxarılandan sonra o Moskvaya qayıtdı, lakin tezliklə təyinatı Almaniya Demokratik Resublikasına çıxdı. 1956-cı ilin yanvarında Popov amerikalı bosları ilə yenidən əlaqəyə girdi. O, bir növ ikiqat agent idi: həm başqa ölkələrə göndərmək üçün sovet cəsuslarını hazırlayır, həm də SSRİ-nin sirlərini ABŞ-a satırdı.
Popov avstriyalı xanım Emiliey Koxaneklə sevgili idi. O, Almaniyaya təyin olunandan sonra da məşuqəsi ilə əlaqəni kəsmədi. Bu isə “QRU”-da maraq oyatmışdı. Satqının ifşası ilə bağlı əməliyyat 1958-ci ildə başlandı. Bu əməliyyatın adı “Bumeranq” idi.
Sovet rəhbərliyi Popovun Almaniyada olduğu vaxt əməliyyata başlamağı təhlükəli hesab edirdi. Buna görə də onu Moskvaya çağırdılar. Bir neçə ay ərzində diqqətli müşahidələr aparıldı. Popovun amerikalı agentlərlə əlaqələri aşkarlandı. 1959-cu ildə Popov danılmaz faktlarla ifşa olundu. Onu həbs etdilər.
Popovun SSRİ-nin xeyrinə sonuncu əməliyyatı amerikalı Rassela Lenjellinin cəsus kimi hazırlanması idi. Lakin bu “uğurlu əməliyyat” hökmü yumşaltmadı: 1960-cı ildə Popova güllələnmə hökmü çıxarıldı. Lakin Qərb mediasında tezliklə məlumat yayıldı ki, Amerika casusu güllələnməyib. “QRU” keçmiş əməkdaşını diri-diri yandırmışdı. Belə qəddar divan digər əməkdaşlara dərs vermək üçün həyata keçirilir.

DUQİN YENİ AVRASİYAÇILIĞIN ƏSAS İDEOLUQU KİMİ

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə İnstitutunun doktorantı,
ADMİU-nun redaktoru

Müasir dövrdə Rusiyanın ən vacib ictimai xadimlərinindən biri sayılan filosof, politoloq, sosioloq və tərcüməçi Aleksandr Qelyeviç Duqin 7 yanvar 1962-ci ildə Moskva şəhərində anadan olmuşdur. Aleksandrın hüquq elmləri namizədi olan atası Qelium Aleksandroviç Duqin (1935-1998) SSRİ Silahlı qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) general-leytenantı olmuş və həmçinin Rusiya Gömrük Akademiyasında çalışmışdır. Tibb elmləri namizədi olan anası Qalina Viktorovna Duqin (Onufrienko) (1937-2000) isə həkim kimi fəaliyyət göstərmişdir.
Ali təhsil almaq məqsədilə 1979-ci ildə Moskva Aviasiya İnstitutuna daxil olan Aleksandr Duqin hazırda sosiologiya elmlər doktoru, siyasi elmlər doktoru, fəlsəfə elmləri namizədidir. 1980-ci illərin sonlarından başlayaraq Aleksandr Duqin irəli sürdüyü radikal yönümlü baxışları ilə diqqəti öz üzərində çəkməyə başlamışdır. 2008-2014-cü illər arasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetində professor kimi çalışan Duqin 2015-ci ildən etibarən “Çarqrad TV”də fəaliyyət göstərir. Duqinin tanınmış şagirdləri arasında xüsusilə Aleksey Yuryeviç Belyaev-Qintovt (1965), Vladimir İqoreviç Karpeç (1954-2017), Valeri Mixayloviç Korovin (1977) aktivliyi və fəallığı ilə seçilir.
Duqin 1990-cı ildə “Mütləqiyyət yolları”, 1993-cü ildə “Konspirologiya”, 1994-cü ildə “Hiperborey nəzəriyyəsi” və “Mühafizəkar inqilab”, 1996-cı ildə “Proletariatının məbədləri”, 1996-cı ildə “Avrasiya misteriyayası”, “Kilsə zənginin metafizikası”, 1997-ci ildə “Geosiyasətin əsasları” (rumın, serb, gürcü, fransız, italyan, ispan və ingilis dillərinə tərcümə edilib), 1999-cu ildə “Mütləq Ana Vətən” və “Yolumuz” kimi əsərləri qələmə almışdır. Duqin eyni zamanda “Avrasiyalığın əsasları” (2002),  ““Avrasiya” layihəsi” (2004), “Nursultan Nazarbayevin Avrasiya missiyası” (2004), “Siyasətin fəlsəfəsi” (2004), “Müharibə fəlsəfəsi” (2004), “Postmodern geosiyasət” (2007),  “Postfəlsəfə” (2009), “Radikal subyekt və onun dublu” (2009), “Dördüncü siyasi nəzəriyyə” (2009), “Geosiyasət” (2011), “Etnososiologiya” (2011), “Sosiologiyanın geosiyasi prosesləri” (2011), “Rusiya geosiyasəti” (2012), “Çoxqütblü dünya nəzəriyyəsi” (2012), “ABŞ və yeni dünya nizamı”  (2013), “Beynəlxalq münasibətlər. Paradiqmalar, nəzəriyyə, sosiologiya” (2014), “Dördüncü yol” (2014), “Martin Haydegger. Sonuncu Allah” (2014), “Rusiyanın Avrasiya revanşı” (2014), “Ukrayna: Mənim müharibəm. Geosiyasi gündəlik” (2015), “Xəyal. Fəlsəfə, sosiologiya, qurumlar” (2015 ), “Rus müharibəsi” (2015), “Çoxqütblü dünya nəzəriyyəsi” (2015), “Martin Haydegger. Metapolitika” (2016) və s. kimi kitabların və çoxsaylı məqalələrin müəllifidir. 
Aleksandr Duqin 1990-cu ildən "Müqəddəs Mələk" adlı pravoslav almanaxı jurnalının, 1991-ci ildən bəri “Elementlər” jurnalının baş redaktoru olmuş, həmçinin bir sıra qəzetlərdə köşə yazarı kimi də fəaliyyət göstəmişdir. Duqin 1999-ci ildən bu yana Dumada strateji və geosiyasi məsələlərlə bağlı baş müşavirdir. 2001-ci ildən bəri Beynəlxalq Avrasiya Hərəkatının lideridir.
Avrasiyaçılıq nəzəriyyəsinin mədəniyyət baxımından ellin, Bizans, türk-tatar və rus submədəniyyətləri ilə xarakterizə olunması faktı bizə məlumdur. Ümumiyyətlə, SSRİ parçalandıqdan sonrakı dövrdə Rusiyada "Yeni Qərbçilik" və "Yeni Avrasiyaçılıq" kimi iki əsas cərəyan ortaya çıxdı. İki əsas cərəyanlar- "Yeni Avrasiyaçılıq" və "Yeni Qərbçilik" ideologiyası bir-birinə əks olan ideologoiyalar idi. "Yeni Avrasiyaçılıq" ideologiyasının formalaşmasında ilham mənbəyi kimi "Klassik Avrasiyaçılıq" ideologiyası mühüm rol oynadı. 
Müasir dövrdə Avrasiya materikinin həm geostrateji, həm geosiyasi və həm də  geoiqtisadi önəminin artdığı bir dövrdə Avrasiya İttifaqının meydana gəlməsi olduqca mühüm bir mahiyyət kəsb edir. “Avrasiyanın geosiyasi xarakteristikası, dünya ölkələrinin bölgədə təmsil olunan və toqquşan maraqları, regional münasibətlərin vəziyyəti və inkişaf meyilləri, Rusiyanın geosiyasi maraqları, onun bölgə ölkələri ilə münasibətlərinin xarakteri və s. mövzuları klassik rus geosiyasətçilərindən tutmuş “köhnə” və “yeni Avrasiyaçılar” adlanan cərəyanların nümayəndələri də daxil olmaqla əksər rus alimləri öz əsərlərində geniş təhlil etmiş, çoxsaylı mülahizələr söyləmiş və Rusiyanı bölgədə öz maraqlarını fəal surətdə, müxtəlif yollarla və vasitələrlə təmin etməyə çağırmışlar.
Duqinin yaratdığı Yeni Avrasiyaçılıq ideologiyası Yeni Qərbçilik ideologiyasına qarşı idi. Atlantikaçılıq və ya islahatçılıq kimi də adlandırılan Yeni Qərbçilik ideologiyası Rusiya Federasiyasının ilk prezidenti olmuş Boris Yeltsin (1931-2007), Rusiyanın keçmiş baş naziri Yeqor Timuroviç Qaydar (1956-2009) və xarici işlər naziri Andrey Vladimoroviç Kozırev (1951) tərəfindən yaradılmışdı.
Müasir dövrdə Atlantikaçılıq və Yeni Avrasiaçılıq blokları arasında tərəddüd edən bir sıra ölkələr vardır, belə ölkələrə Qırğızıstanı misal göstərmək olar. "Yeni Avrasiyaçılıq" ideologiyasının akademik mərhələdə hazırlanmasında Aleksandr Qelyeviç Duqin (1962), İqor Nikolayeviç Panarin (1958), Eduard Aleksandroviç Baqramov (1930) və Rüstəm Rinatovuç Vaxitov (1970) böyük rol oynamışlar.
Duqinin müxtəlif sahələrə aid məqalə, kitab və tərcümələri dərc olunmuşdur. Tərcümələri içərisində tradisionalizm məktəbinin nümayəndələri olan Rene Genon, Yulis Evola, Qustav Mayrink kimi mütəfəkkirlərin kitab və məqalələri xüsusi yer tutur. Poliqlot kimi də tanınan Duqin doqquz dil bilir.
Duqin 1991-ci ildən başlayaraq Rusiyalı dövlət xadimi, Rusiya Federasiyası Kommunist Partiyasının sədri Genadiy Andreyeviç Züqanov ilə əlaqə yaradır. Duqin və Yeni Avrasiyaçılar bu dövrdən başlayaraq Yeni Avrasiyaçılığa aid mütəmadi olaraq konfranslar, simpoziyumlar, seminarlar, dəyirmi masa görüşləri və s. keçirirlər. 1993-cü ilə qədər aparılan kütləvi kompaniya nəticəsində Yeni Avrasiyaçılar öz ideyalarını beynəlxalq aləmdə qısa müddət ərzində tanıtmağa nail olurlar.
Duqinə görə, Rus xalqının əsas vəzifəsi dünyaya mədəniyyət yaymaqdır, Pravoslavlıq da bu mədəniyyətin müqəddəs dinidir. Bu nöqteyi-nəzərdən də Rusiyanın əsas məqsədi bütün dünyaya hökm etmək olmalıdır. Rusiyanın dünyaya hökm etmək iddiası zamanı ona qarşı çıxan əsas müxalif qüvvə ABŞ-dır. Rusiyanın bu yolda əsas mütəffiqləri isə İran, Almaniya, Yaponiya olmalıdır. Rusiyanın tarixi düşmənləri olan Çin və Türkiyə isə bölünməlidir.
Rusiya müasir dövrdə Çingiz xanın qurduğu böyük imperiyaının varisi kimi çıxış etməlidir. Bu imperiyanın tərkibində yaşayan bütün xalqlar, o cümlədən də rus və türk xalqları Avrasiya Birliyinin tərkibində yer almalıdır.
Duqinin irəli sürdüyü Avrasiyaçılıq ideologiyası təkcə Rusiya siyasətçilərinin və dövlət xadimlərinin deyil, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də ciddi marağına səbəb olmuşdur. "Millət Lideri" (Elbası) titulunun sahibi olan Nazarbayev Avrasiya Birliyi dediyi zaman əsasən Sovet İttifaqının yenidən dirçəldilməsi amilinə üstünlük verirdi. Vaxtilə Yeni Avrasiyaçılıq ideologiyası Rusiyada hakimiyyətdə olan Boris Yeltsinin Qərbçi dünyagörüşə qətiyyən uyğun gəlmirdi. Nazarbayevin gördüyü işlər həmin dövrdə Duqinin ideologiyasına böyük mənəvi dəstək oldu. Nazarbayev Avrasiyaçılıq ideologiyasını dəstəkləmək üçün öz ölkəsində tarixçi-etnoloq Qumilyov adına universitet də təsis etdi. Avrasiyaçılıq hərəkatının məşhur nümayəndələrindən olan Lev Nikolayeviç Qumilyovun (1912-1992) adını daşıyan Avrasiya Milli Universiteti 1996-cı ildə Qazaxıstanın Astana şəhərində yaradılmışdır. Bu ali təhsil məbədində Yeni Avrasiyaçılıq ideologiyası təbliğ olunur və universitetdə “Avrasiya” Humanitar Elmi Tədqiqatlar Mərkəzi geniş spektrdə fəaliyyət göstərir.
Keçən əsrin 80-ci illərinin sonlarından etibarən müəyyən səbəblərdən SSRİ-də xaos baş verdi. Məhz belə bir şəraitdə patriot və mühafizəkar mahiyyət kəsb edən "Yeni Avrasiyaçılıq" ideologiyası formalaşmağa başladı. Duqinin irəli sürdüyü ideologiya Rusiyada bir sıra həm sol meyilli, həm də sağ meyilli partiyalar tərəfindən yekdilliklə qəbul olundu. Qısa müddət ərzində Duqin tezisləri bu partiyalarının əsas şüarlarından birinə çevrildi. Bu ideologiyanı qəbul edən partiyalar içərisində Rusiya Fererasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası, "Bizim Evimiz- Rusiya" Partiyasını misal çəkmək olar.
Avrasiya tarix boyu siyasi icmalçıların, dövlət xadimlərinin diqqət mərkəzində olmuş, önəmli geostrateji əhəmiyyət verilən bir materikdir. Avrasiya kontinentinin Hartlənd, yəni planetimizin orta məkanı adlandırılması heç də təsadüfi deyildir. "Quru Hakimiyyət Nəzəriyyəsi"nin banisi, ingilis coğrafiyaçısı və geosiyasətçisi Helfrod Con Makkinder (1861-1947) Avrasiyanı Hartlənd (Ürək sahəsi) adlandırırdı. O deyir: “Hartləndə sahib olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya sahib olanlar isə bütün dünyaya sahib olacaq”. Ümumiyyətlə, Avrasiyanın ümumi geosiyasi xarakteristikasını analiz edən tədqiqatçılar iki qitəni özündə ehtiva edən bu materiki dünyanın ən əhəmiyətli bölgələrindən biri hesab etmişlər. Keçmiş SSRİ isə Avrasiya kontinentinin ən mühüm bölgələrindən biridir.
Hər baxımdan Duqinin irəli sürdüyü Yeni Avrasıyaçılıq ideologiyası heç də birdən-birə və kortəbii bir şəkildə meydana çıxmamışdır. Duqin bu ideologiyanı ortalığa qoyarkən Slavyanofillərin və Avrasiyaçıların mütərəqqi fikirlərindən bəhrələnmiş, Slavyanofillərin və Avrasiyaçıların irəli sürdüyü ideyaları mənbə kimi dəyələndirmiş, Rusiyanın mühüm, strateji və zəruri ideoloji mənbələrindən ilhama gəlmişdir. Heç də təsadüfi deyil ki, Duqin öz işinə rus xalqının dini əqidəsinin, milli mənəvi dəyərlərinin və ənənələrinin formalaşması tarixini araşdırmaqla başlamışdır. 
2000-ci ildə Vladimir Vladimiroviç Putinin hakimiyyətə gələrkən Duqinin irəli sürdüyü Yeni Avrasiyaçılıq ideologiyası artıq təkmilləşmə dövrünü başa vurmuşdu. Bəzi tədqiqatçıların ultramillətçi deyə adlandırdığı Duqin Yeni Avrasiaçılıq ideolgiyası ilə Putinin böyüki marağına səbəb oldu. Bu baxımdan da Putin Avrasiya Birliyinin bütün postsovet məkanında yerləşən respublikalarının üzünə açıq olması fikrini aydın şəkildə ifadə etdi.
Heç şübhəsiz ki, yuxarıda vurğulandığı kimi Avrasiya ittifaqının yaranması ideyası türk və slavyan xalqlarının birgə cəhdi sayəsində reallaşdırıla bilər. Həm keçən əsrin iyirminci illərində meydana gələn Klassik Avrasiyaçılıq ideologiyası və həmçinin müasir dövrdə də geniş yayılmış Yeni Avrasiyaçılıq ideologiyasının reallaşmasında əsas faktor kimi türk və slavyan xalqları iki güclü etnos kimi çıxış edə bilərlər. Bu baxımdan da Avrasiyanın müxtəlif etnosları, ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdırılması prosesində Yeni Avrasiyaçılıq ideologiyası olduqca önəmli və mühüm bir mahiyyət kəsb edir.

27.04.2017

Dünya sözə dönüb qalar...

Zeynəb Cəfərli

Söz – bəşəriyyətin ən böyük silahıdır, deyib ulularımız. Və bu silahdan layiqincə istifadə edənlər elə sözün özü kimi əbədi yaşayır.

Onun şeirini ilk dəfə bir dostumun gündəliyində oxudum. Anidən üstündən keçsəm də, beynimdə misralar fırlanmağa başladı. Və məni alıb götürdü.
Sonra isə onun söz səltənətinə səyahət etməyə başladım:

İradəmə asi oldun,
Yağış tək yağası oldun,
Başımın ağası oldun,
Başına dolanım, sözüm!...

Deyib, nalə çəkən söz ustalarımız, şairlərimiz bu müqəddəsliyi, sözün aliliyini qoruyub saxlamağı bacarırlar.

Söz tanrının neməti
Gözəlliyin özüdür.
Bu dünyanın qiyməti
Elə şair sözüdü!

Belə dəyərli inciləri misralara çevirib tarixin yaddaşına yazan isə Füzuli Soltandır. Bəlkə də dünya söz sərrafının ismini daşıdığı üçündür onda sözə bağlılıq bəlkə də daşıdığı ismin ağırlığını duyduğu üçün. Mən onu sözün Allahı olan Füzuli səviyyəsinə qaldırmaq fikrində deyiləm, heç qaldıra da bilmərəm. Lakin onun bizlərə, yəni sözü anlayıb, dəyər verən oxuculara və gələcək nəsillərə bəzi ərmağanından danışmaq istəyirəm. O ərmağandan ki, oxuduqca dünyanın gerçəklik deyilən bir üzünü görürsən, həm qəmlənirsən, həm sevinirsən və beləcə, poeziya deyilən bir aləmin zərif dünyasına qərq olursan:

Zaman çoxlarının qəddini əyib,
Könlünü sındırıb, xətrinə dəyib,
Qəlbində qüssəyə, dərdə dözməyib,
Sinənin altında şişməsi varmış!...

Zərif bir söz bağçasında ürəyin niskilini elə sadə dillə ifadə edib ki, oxuyanda istər-istəməz əlimiz ürəyimizin üstünə gedər və yaxud da əzmkarlıq ruhu duyarsan misralarında:

Könül, Əlahəzrət sözün mülkünə 
Qəlbləri tərpədən sözün varsa, gəl!
Fikirlər cəngində, söz meydanında
Bir güştü tutmağa dizin varsa, gəl!

Deyib, sözü cəng meydanına çevirir şair. Hərdən isə həzin,ahəstə bir duyğunun mizrabına çevrilir şair sözü: 

Təzədən gəlmişəm bu dünyaya mən,
Elə həmin ömrü yaşamaq üçün. 
Çiynimə götürüb bir də təzədən, 
Dünyanın qəm yükün daşımaq üçün...

Bəzən bir ömür niskili bəs eləmir insana ikinci bir həyatı da yaşamaq keçir könlündən. Şair isə iki təzadlı fikri ilə aydınlıq gətirir bu istəyə:

Baxirsan deyirsən kefdi, toydu ki,
Amma ürəyimi elə oydu ki,
Bu dünya gəlməyə bir üz qoydu ki?!
Təzədən doğulmaq istəzdim heç!.

Bütün şeirlərində ictimai motivlər, təbiətin vəsfi, nakam sevgi, torpaq eşqi, vətən sevgisi canlanır:

Dünya sözə dönüb qalar...
Vətənə dayandım, vətəni bildim,
Vətənlə ağladım, vətənlə güldüm.
Dünyaya bir vətən eşqiylə gəldim,
Elə vətən oldum, ”mən” deyəndə, mən!

Yaxud da: 

Xəyalım dolanır Azərbaycanı,
Deyir gövhərindi, dürründü vətən
Şirin torpaqları bərəkət kamı,
Şoran torpağıyla şirindi, vətən...

Və bu vətən torpağını özünün bir parçası bilir şair. Bunu elə incəliklə nəzmə çəkir ki, acı sonluğu belə duymursan:

Bu düzlər, dərələr, bu dağlar vətən,
Bu ucuz-bucaqsız torpaqlar vətən.
Bir qəbir boyda da Füzuli sənsən,
Sonuncu mənzilin yerindi, vətən!

Beləcə, vətən sevgisinin, torpaq niskilinin daxili təlatümünü heyranlıqla verir Şair və bu təlatümə acı bir inam da qatır:

Darılmayın, daralmayın, şəhid ruhlar, etməyin qəm,
Bir qələbə sabahında sevinərik sizlə bahəm.

Nə qədər oxusan da, Füzuli Soltan yaradıcılığında artıq sözə, kənar kəlməyə rast gəlmədim. Ədəbi dilimizin bütün qayda-qanunlarına tam dürüstlüklə əməl edir şair. Mənim üçün də maraqlı oldu ki, bu qədər şeiri necə sırf ədəbi dil qanunları ilə yaradır. Axı şairlərimiz, elə mən özüm də hərdən qaydalardan kənara çıxıram, yəni danışıq dilinə də müraciət edirəm... Bu da istər nəzm də, istərsə də nəsrdə yazılanı ilə oxucunu özünə cəlb edir. Ancaq Füzuli Soltan yaradıcılığında buna rast gəlmədim və bu şeirlərin incə ruhuna daha da şirinlik qatmışdı. Hansını oxuyursan oxu, hansı səmtdən baxırsan bax, şair qəlbinin incəliklərini duyub, kövrək ürəyinin səsini eşidirsən:

Dağları özünə söykək eləyən
Dağ boyda kişilər tərk edib bizi.
Dağların başından salıblar deyə
Bəlkə itirmişik qüdrətimizi?!

Vəsfin gözəlliyinə baxın! Tarixən qüdrətli olan Azərbaycan kişisini dağlar qədər vüqarlı, qürurlu sayır şair... Və bildirir ki, dünya necə çevrilir çevrilsin, kişilərimiz öz qeyrətini, qürurunu itirən deyil. Elə buna görə də ritorik sualla üz-üzə qoyur oxucunu:

Dünyanın ən böyük şeir kitabı
Elə bu dünyanın özüymüş, demə!
Hər ömür bir şeir, nəğmə timsalı
Uca yaradanın sözüymüş, demə!

Bu da şeiriyyətin bir fəlsəfəsi... Deyilməmiş sözlər, işlənməmiş ifadələr... Dünyanı hələ tam oxunmamış şeir kitabı sanır şair ürəyi. Heç bilmədiyim, duymadığım bir ifadədi bu. Bəlkə də elə Füzuli Soltan şeiriyyəti bu qəribəliyi ilə seçilir:

Zaman-zaman günah işlədən Zaman
Günah işlətməkdən doyarmı bir gün?!
Hər gün incitdiyi könlümü alıb
Görən günahını yuyarmı bir gün?!

Oxuduqca dərk edirsən ki, şair güclü duyuma malikdir. Həm də müasir dövrümüzün bəzi əlamətləri ilə barışa bilmir:

Kimsə salmır yaradanı yadına,
Qardaş doğma qardaşını aldadır.
Yandırmaqçün alovuna, oduna
Bir ocaqda quru-yaşı aldadır.

Deyib, hadisələri özünəməxsus zövqlə nəzmə çəkir:

Artdı zalimlərin zülmü günbəgün,
Ədalət günəşi batdı büsbütün.
Zülmdən, zalımdan qurtarmaq üçün
Kəndirdən savayı nə çarə qaldı?!

Bax, Füzuli Soltan yaradıcılığının əsl siması budur. Həm satirikdi, hən romantik, həm lirikdi, həm epik. Fərqi yoxdu, hansı janrda yazır-yazsın, onun bir əqidəsi, bir ünvanı var: vətənə sevgi, millətə xidmət!

Kəlbəcər dağların görməmişəm mən,
Kəsməyib yolumu zirvələrdə çən…
Laçın, Qubadlıdır könlümdən keçən,
Hələ gəzməmişəm Cıdır düzünü,
Ürəyim deməyib hələ sözünü...

Oxuduqca varlığında itib-batdığım, hansını necə oxumağı bilmədiyim şeir dünyasında, şair hələ ürəyinin sözünü deyə bilməyibsə, bunun ancaq bir adı var: Qurban! Özünü şeirə, sənətə, sözə qurban edən bir şair, bir insan və əbədilik qazanan şair sözü!.. Bunları yazdıqca içimdən bir hiss – “Yox, zəif yazırsan, onu daha güclü, daha dolğun vəsf etmək lazımdı”, deyir. Amma bu güclü hissiyyatın qarşısında aciz qalıram bəzən, söz tapa bilmirəm, sözdən özünə əbədi heykəl qoyan şairə...
Oxuyuram, oxuduqca çaşqınlıq içində nə yazacağımı belə bilmirəm... Hər şeir bir ömür, hər şeir bir ürəyin duyğusudu...

Dərdini özünlə təkbətək sanma,
Bu boyda atəşə təklikdə yanma,
Canımı istəsən verərəm, amma…
Mən sənə təsəlli verə bilmirəm!..

Doğma torpağı yadların tapdağı olan birinə necə təsəlli vermək olar, şair?! Bu, bizim heç qaysaq bağlamayan yaramızdı. Şeirlərində bu yaralardan, düşmən qurbanına çevrilən igidlərimizdən elə yanıqlı, elə sızıltıyla yazır ki, göz yaşımı saxlaya bilmirəm…

Sən şəhid oldun ki, ana torpağa
Toxunmasın yağıların ayağı..
Qeyrətli oğullar qalxsın ayağa,
Xilas etsin nalə çəkən torpağı!..

Yaxud: 

Məzarlara qapanaraq, ağlamayın şəhidlərə
Məzarları məzar deyil, vətən sanın şəhidlərə!..
“Öldü” demə şəhidlərə, xəcalətdən ölər, ölüm,
Şəhidlərə bir müjdənin qanadında gələr ölüm!

Bundan layiqli bir söz demək olmaz, bu acıya...
Necə deyərlər gözün bitdiyi yerdi bu!..
Niskilli bir ürəyin hayqırtısıdı bu... və öz-özünə təsəllidir bu!
Qəmli, naləli, qürurlu təsəlli.
Bütün bu dərdiylə bərabər, şair söz boxçasını gözəlliklə də bəzəyir...

Bir daşın dibində novruzgülünə,
Bir susüz səhrada yağış gölünə,
Sığal çəkib bir gözəlin telinə -
Bir şirin sözə də vurulmaq olar!

Elə mən də sözə vuruldum, Füzuli Soltan! Və bu vurğunluq şair dünyasının şeir aləminə çəkdi məni...

Sərin bulaq, yaşıl meşə
Ruha qidadır həmişə!
Ətrafı nərgiz, bənövşə,
Cığır sənə yaz deyəcək!

Könül, yenə ötmə dil-dil
Füzulidən bir xəbər bil!
Başqa bir söz deyən deyil
Fağır sənə “yaz” deyəcək!..

Elə mənim də ürəyim yaz dedi... Belə söz səltənəti quran şairdən yaz, dedi.. Ürəyinin duyğusundan, bu duyğuları şeirə çevirən şair dünyasından və bu dünyada əbədi sözə abidə qoyan şairdən yaz, dedi... Yazdım... Amma nə qədər dolğun, nə qədər layiqli yazdım, bilmirəm. Bəlkə də olduğu kimi şeir sənətinə yanaşmağı bacarmadım, bəlkə də hisslərimi düzgün verə bilmədim, bəlkə də yazdıqlarım heç Füzuli Sultan dünyasına layiq deyil... Amma az da olsa, şeirə, sözə, şairə qiymət verməyi bacaran adi bir jurnalistin ürək çırpıntıları, sözə heykəl qoyan bir şairin səsinə səs verən bir haray çağırışıdır! Və nəhayət, bir Tanrı payı, ilahi çağırışıdı bu!...

Sözlərimdə olsa əsər,
Füzuli də yada düşər..
Bu dünyaya gələn gedər,
Dünya sözə dönüb qalar...