27.09.2018

İskəndər Həmidov quldur idi

Amin Ramazanlı:
-İskəndər Həmidovun dəstəsi oğurluqla məşğul idi. Bakı şəhərində eşidirdik ki, qoçuları ilə Təzə bazarı soyub, dükanları günün günorta çağı çapıb. Xalqlar Dostluğu metrosunun yanında indiki park ərazisində o vaxtlar “Tolkuçka” vardı- Əbülfəzin vaxtında böyük bazar var idi. Mən “Tolkuçka”ya getmişdim, nə isə alırdım. Birdən hay-küy qopdu, alıcı-satıcı hamı dəydi bir-birinə. Satıcılar malları qoyub qaçdı ki İskəndər gəlib. İnanın ki, İskəndərin dəstəsi əlində avtomat bütün “Tolkuçka”nı mühasirəyə aldılar. Alverçilərin mallarını gətirdikləri boş yük maşınlarına yüklədilər. Öz gözümlə gördüm. Meşokla qoz-fındıq ləpəsi, parçalar, geyimlər- bazarda bir dənə şey qoymadılar. Hamını bir-bir sumkalarını yoxlayıb buraxdılar. Mənim də sumkamı yoxladılar ki, alverçilər qoyub qaçdığı mallardan birdən götürərik. İskəndər belə İskəndər idi. Onun adı gələndə vahimələnirdik, quldur, oğru, cinayətkar kimi başa düşürdük. Onun ipini də Əbülfəz yığmırdı. Debatlara çıxanda ekran qarşısındakı şəxsi təhqir edirdi. Bilinirdi ki, mədəniyyətsiz adamdır. İndi millətdən, qeyrətdən, vətəndən danışır. Özbaşınalıq və quldurluq edən adamda vətən sevgisi ola bilməz.

26.09.2018


Məşədi Dadaş məscidi: Sorosun öldürə bilmədiyi inam

"KN lounge" kafesi sizi dəvət edir!

İsmayıl Hidayətzadə küçəsi 49: Sərfəli qiymət, əla keyfiyyət!

"KN lounge" - Bakının ən rahat, ən sərfəli, ən sakit kafelərindən biri sayılır.
Beş kabinetdən ibarət olan məkanda müştərilərin istirahəti üçün hər cür şərait və imkan yaradılıb.
Kafenin qiymətləri olduqca sərfəli və əlverişlidir və təamları zəngindir.
Kafenin sahibi Rasim Hüseynov tanınmış facebook aktivisti, Beynəlxalq Avrasiya Hərəkatının üzvü və dindar bir adamdır.
Söhbət zamanı Rasim müəllim bildirdi ki, müştərilərin razı qalmaları üçün onların istəklərinə uyğun davranmağa çalışırlar.
Kafedə spirtli içki verilmir.
Kafedə müxtəlif növ dadlı dolmalar, qoyun, mal və toyuq ətindən xörəklər, qulyaş, düyü, qreçka, spaqetti, püre, fri, Bakı qutabları, Bakı düşbərəsi və s. verilir.
Əziz müştərilər, siz də yolunuzu "KN lounge"dən salın və bu gözəl istirafət mərkəzindən yararlanın. Sərfəli qiymət, əla keyfiyyət!

Elman Rüstəmov məhkəməyə verilə bilər - Dollar kreditlərinə dair yekun qərarın şərhi

Bu gün Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə dair son qərarını verib. BakuPost xəbər verir ki, dollar krediti götürənlər borclarını bugünkü məcəllə ilə ödəməli olacaqlar. Məsələni şərh edən, ekspert Əkrəm Həsənov deyib ki, qərar gözlənilən idi: "Möcüzə baş vermədi. Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan üçün gözlənilməz deyil, çünki o, krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmüş hesab edilir və buna görə də devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, borc alan devalvasiya faktına istinad edərək, kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir”.
Mütəxəssis əlavə edib ki, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi. Mahiyyət etibarı ilə yenə eyni qərar verilib: "Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı (səbəbi müəmmalı olaraq qalır!). Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi.
Digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.
2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə "örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta Məhkəmənin iclasından sonra belə. Yalnız mənim açıqlamamdan sonra Məhkəmə belə bir işə baxdığını etiraf etdi.
Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı "tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir".
Bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Məsələn, qiymətlərin kəskin dəyişməsini və s. Demək olar ki, qiymətin dəyişməsi qanunun müqavilə azadlığı və bazar iqtisadiyyatı prinsiplərindən irəli gəlir. Halbuki xarici təcrübədə qiymətlərin kəskin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsinin klassik və geniş yayılmış misalıdır. Onda belə çıxır ki, biz aparıcı ölkələrdən daha ağıllı və savadlıyıq?!
Ən maraqlısı isə odur ki, bu yanaşması ilə Konstitusiya Məhkəməsi dolayısı ilə borc alanlara imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Əgər devalvasiya sırf Mərkəzi Bankın "əməyinin" nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də yalanına görə cavab versin! Belə olsa, yəqin ki, Konstitusiya Məhkəməsi məsələyə üçünü dəfə də baxmalı olacaq. Bu dəfə Mərkəzi Banka qarşı olan iddialar çərçivəsində”. /bakipost.az/

22.09.2018

Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib – 3 milyard dollar

Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı cinayət işi davam etdiriləcək. Gələn ay, oktyabrın 14-də Beynəlxalq Bankın keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının ikinci ili tamam olacaq. Təbii ki, növbəti mərhələdə davam etdiriləcək məhkəmə istintaqının yekununda sabiq bankirə əlavə iş verilib-verilməyəcəyi bəlli olacaq, bu öz yerində.
Bilməyənlər üçün xatırladım ki, Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin onun üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər…
Beynəlxalq Bankdakı mənbələrdən aldığım məlumata görə, məhkəmə işinin iki il əvvəl başa çatan birinci mərhələsində Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir. İndiyədək mətbuatda belə bir fikir formalaşmışdı ki, istintaq araşdırmaları “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru”nu tam açmaqda acizdir. Ancaq hökmdən iki il keçəndən sonra ona qarşı olan cinayət işinin davam etdirilməsi, konkret olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülməsi onu deməyə əsas verir ki, deyəsən bu dəfə istintaq C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricdə səpələnən kreditlərin izinə düşüb.
Mənbənin bildirdiyinə görə, Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay, və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.
Mənbənin məlumatına görə, Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin, xadimələrin, bağbanların adına kreditlər rəsimləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsimləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması, 2007-ci ildən bankın likvidliyinin itirilməsinə baxmayaraq xaricdə lobbi işlərinə, xüsusilə özünün yüksək imicinin formalaşdırılmasına milyonlarla dolların xərclənməsi, mükafatların alınması növbəti məhkəmə araşdırmalarının əsas mövzuları olacaq.
Mənbənin məlumatına görə, mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü olan sabiq bankir hər il bunun üçün bir-neçə milyon xərcləyirmiş. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi.
Adi vətəndaşın Beynəlxalq Bankdan bir-neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit alamaq şansının faktiki olaraq mümkünsüz olduğu halda C.Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini amansıscasına talayıb.
Bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.
E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq Bakıya gətiriblər.
Beləliklə, C.Hacıyevə yeni yeni ittihamlar səslənir və sabiq bankirin dövlətə vurduğu ziyanlar üzə çıxır. Doğrudur, hökumətin restrukturizasiya planı baş tutdu və nəticədə Azərbaycan dövləti 3 milyard dollarlıq borcla əlavə yükləndi. Bu isə təbii ki balaca məbləğ deyil və Ermənistanın dövlət büdcəsinin xərclərindən belə çoxdur. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 465 milyard dram olub – təxminən 3 milyard dollar. Bu vəsaitlə Ermənistanın həm təhsil, həm səhiyyəsi, həm dövlət strukturları və ən başlıcası isə erməni ordusu maliyyələşir. Ancaq C.Hacıyevin dəstəsi bundan artıq vəsaiti ofşorlara daşıyaraq mənimsəyiblər.
Bir az öncə isə C.Hacıyevin siyasi dustaq elan edilməsi ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bəzi hüquq müdafiəçiləri guya onun yalnız E.Mahmudovun qudası olması ilə bağlı qəzəbə tuş gəlməsini iddia edirdi. Halbuki C.Hacıyev E.Mahmudovdan 7 ay tez işdən azad edilmiş və haqqında cinayət işi açılmışdı. Yalnız London Ali Məhkəməsinin məlum qərarından sonra həmin hüquq-müdafiəçiləri “sakitləşdi”.
İndi düşünmək sadəlövlük olardı ki, Cahangir Hacıyevin bacısı vasitəsi ilə ölkə prezidentinə silsilə müraciətləri, guya ailələrinin təqib olunması (baxmayaraq ki, onun ailəsi İngiltərədə yaşayır), bir manatı belə mənimsəmədiyi barədə “səmimi etirafları” onun vəziyyətini yüngülləşdirəcək. Çünki Cahangir Hacıyev və dəstəsi təkcə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb, ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcək, verdiyi vergilərdən onun götürdüyü və mənimsədiyi vəsaitlərin borcunu ödəniləcək. /modern.az/

18.09.2018

Üzünə

Mirzə Ələkbər Sabir

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.

Gəldi şurə dedi: Ey şəmi-şəbistanım oğul,
Yetmədi kami muradə məhi-təbanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

Ey səba! Bircə əs, ol zülfi-pərişanı dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə.

Çün kənar etdi səba zülfi-şikən pürşikəni,
Görünüb Haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülə dəfi-dairəni,
Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.

Qaşların tağı, oğul sureyi-"Yasin" oxuyur,
Baxsa hər kim üzünə ayeyi-"Təhsin" oxuyur,
Əhli-Qur'andu bular cümləsi "Ta Sin" oxuyur,
Necə çəkdilər qılınc məzhəri-"Ta Ha" üzünə?

Dedilər: Kimdi bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə?

Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.

Arizin səfheyi-İncili-Xudavəndi-vədud,
Nizə başında başın, həm oxuyur süreyi-Hud,
Deyəsən nizə ayağında durub qövmi-Yəhud,
Darın üstündə baxırlar hamı İsa üzünə.

Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin,
Ayeyi-"Şəmsü Züha" mehri cəmalındı sənin,
Süreyi-"Nunü Qələm" Həşimi xalındı sənin,
Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə.

Başdakı şuri-şəhadətdi sənin tacın, oğul,
Arizin Kə'bə, hərəmlər hamı hüccacın, oğul,
Rəfrəfin nizə, mübarəkdü bu Me'racın, oğul,
Qaşların qiblədü "Qövseyni-ov-ədna" üzünə.

Gəh üzün ayineyi-Müshəfü Tövratü Zəbur,
Atəşi-Turi-təcəlladı cəmalında zühur,
Misridür Şam bu qibtilərə, ya vadiyi-Tur,
Ali-Fir'on gəlib baxmağa Musa üzünə.

Sabira, hər il əza saxla Əli Əkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.
Многие забывают, что сионисты воюют не только против мусульман. 
Население Ливана – 60 % христиане.

17.09.2018

TƏLƏB EDİRİK: MƏKTƏBLƏRDƏ RUS DİLİ TƏDRİS OLUNSUN!

İbrahim Sel

RUS DİLİ – QƏLBİN HALI. Darvin nəzəriyyəsini təkzib edən dəyərli amerikan arxeoloqu və antropoloqu Maykl Kremo Kanzas ərazisində arxeoloji qazıntılar zamanı 60 milyon il əvvələ aid insan ayaqqabıları tapmışdı. O sübut edirdi ki, bu ayaqqabılardakı yazılar qədim kiril hərfləri ilə yazılmışdır. Digər tanınmış alim, qədim Vedaların araşdırıcısı, purnik kosmologiya mütəxəssisi, evolyusiya bioloqu Riçard Tompson bildirirdi ki, dünya xalqlarının qaymağı ruslardır. Məhz kosmogenetik slavyan irqi qədim çinlilərə mədəniyyət verdi, Amerika hindularına biliklər bəxş etdi, hind sivilizasiyasını formalaşdırdı. Biz də öz inkişaf amilimizi rus faktoru üzərində qurmalıyıq.
 Mütəxəssislər qeyd edirlər ki, rus dilinin 100 min il yaşı var. Məhz rus dilindən sanskrit, protoslavyan və protohind dialektləri törəmişdir. Dünyanın bir çox başqa dillərinə rus dilinin əsaslı təsiri duyulmaqdadır. İudey akademikləri tarixi saxtalaşdıraraq xalqların beyninə yeritmişlər ki, Rusiya əsrlər boyu monqol-tatar əsarəti altında qalaraq öz dövlətinə, mədəniyyətinə və əlifbasına yiyələnməmişdir. Bunlar hamısı ağ yalandır. Heç bir monqol-tatar əsarəti olmamışdır. Tarixə monqol-tatar adı ilə düşənlər əslində Avrasiya qitəsində at oynadan moğol-tartar ari-slavyan süvariləridir. “Monqol-tatar əsarəti” adı verilən əslində moğol-tartar slavyan-kazak hakimliyindən başqa bir şey deyildir. Moğol qədim rus dilində moquç, moquçiy- nəhəng, böyük, qüdrətli mənasındadır ki, Qurana Məcus (Mujis) kimi düşmüşdür. Orda sözü də qədim slavyan sözüdür, kökü “rat”- qoşun mənasını bildirir ki, slavyan ölkəsi olan Ukraynanın dövlət duması- rada hal-hazırda bu adı yaşadır. Talış dağlarının qədim sakinləri olan orattıların da adında nişanəsi qalmışdır. Teymurilər massagetlərin - maştaşalıların- Bakı kəndlilərinin - qədeşlərin - kadusilərin - talışların rəhbəri Tomirisin aristokratik soyundan olanlara deyilir. Böyük İpək Yolunun əsas qaynar ərazisi Xəzər dənizinin cənub sahilləri olmuşdur, Tartariya İmperiyasının paytaxtı da burada- Muğanda (mujiklərin torpağında) yerləşirdi. Rusiyanın xristianlaşdırılmasına qədər ruslar da biz azərbaycanlılar və iranlılar kimi veda və yaxud vesta adı daşıyan Avesta dininə sitayiş edirdilər. Şiə və pravoslavların kökü eyni zərdüştçülüyə (Zaratustra – zolotistıy) bağlıdır. Bizim Avrasiya qitəsi min illər boyu qədim universal biliklər sistemi olan Avesta ənənələri ilə yaşamış və formalaşmışdır. Təsadüfi deyildir ki, İranın qədim adı Persiya elə Prussiya - Rusiya deməkdir.
 Azərbaycanlıların rus dilində danışmasının nəyi pisdir ki? Təəssüf ki, bu gün ortalığa düşmüş bir çox monqolid politoloqlar rus dilinə düzgün dəyər verə bilmirlər. Rus dilinin dünya sivilizasiyasındakı, xalqların ictimai-siyasi həyatındakı rolu danılmazdır. Rus dilini bilməmək bir çox mənəvi aşınmalara və məişət problemlərinə yol açır. Bizim ölkəyə problemləri həmişə rus dilini bilməyən məmurlar gətirmişlər. Bu gün gənc nəsil rus dilini bilmir, ona görə də onların təfəkkür səviyyəsi rus dilini bilən yaşlı Sovet nəslindən qat-qat geridədir. Əlbəttə, içinizdə etiraz edənlər tapılar, amma bu gün hətta türklər, ərəblər, avropalılar belə qeyd edirlər ki, rus dilini bilmək yaşayış normativlərinə (müsbət) təsir edir, irəli getməyə asanlaşdırır. Əgər biz ölkəmizdə rus dilinin populyarlaşması üçün təcili tədbirlər görməsək, xalqımızı gələcəkdə böyük mənəvi aşınmalar və qloballaşmanın meydana çıxardığı qaçılmaz problemlər gözləyir.
 İsrail alimləri rus dili ilə bağlı heyrət doğuran tədqiqatlar aparmışlar. Araşdırmalar belə bir nəticəyə gəlməyə imkan vermişdir ki, əgər uşağınızın şüurlu olmasını istəyirsinizsə, hökmən ona rus dili öyrətməlisiniz. Övladınızın həqiqi mənada əsl insan kimi böyüməsini arzulayırsınızsa, onu rus sektoruna qoymalısınız. Nə ingilis, nə də ivrit dili uşağınıza əqli meridianlar açmayacaq, o ki qaldı yabançı türk dili ola! Rus qrammatikası xarüqələr yaradır və uşağın beynini ariləşdirib duruldur. Ruslar kosmik xalq olduqlarından onların dilinin də öz sakrallığı vardır. Rus dili beyni pozitiv formalaşdırır, insani baxış və struktur yaradır. Rus dili ilə start götürən uşaq həyata daha mətin addımlarla atılır. Tədqiqatlar göstərir ki, əgər bir sinifdə müxtəlif millətlərdən uşaqlar oxuyursa və orda 2-3 rus uşağı varsa, məktəbi qurtaranda bütün sinif hökmən rus dilində danışır. Rus dilinin gözlə görünməyən öz cazibəsi vardır. Rus uşaqlar o biri millətlərdən olan uşaqlara baxanda dərsi daha yaxşı mənimsəyirlər və adətən sinifdə əlaçı olurlar.
 Məhz belə müşahidələrin nəticəsi alman alimlərini məcbur etmişdir ki, rus beyninin tədqiqatı ilə geniş spektrdə məşğul olsunlar. Rus insanının beyin hüceyrələrinin neyron əlaqələrini öyrənən alman alimləri heyrətə gəlmişlər. Məlum olmuşdur ki, insan beyninin neyronları sıxlıq dalğalarında bir-biri ilə rus dilində təmasa girirlər! Bəşər övladının ruhu rus dilində danışır! Alimlər belə nəticəsə gəlmişlər ki, bu dil kosmosun dilidir, sadəcə ruslar onun daşıyıcılarıdır. Özü də əsl sakral dil itib getmiş, ruslar onun müəyyən hissəsini, kiçik parçasını əxz edib saxlamışlar. Çudinov, Sidorov kimi dünya səviyyəli alimlərin bu barədə riqqətə gətirən tədqiqatları vardır. Rusların Allahın seçilmiş xalqı olduğunu görməmək üçün gərək kor olasan. Bizə isə yeridirlər ki, seçilmiş xalq yəhudilərdir. Elə indi də dünyanın ən savadlı uşaqları məhz rus uşaqlarıdır. Ən intellektual insanlar rus insanlarıdır. Rus orta məktəblərinin bilik səviyyəsi İngiltərə, ABŞ, Türkiyə kimi tərifli ölkələrin hətta universitetləri ilə müqayisədə qat-qat üstündür. Kapitalist ölkələrində elm puçdur, təhsil yoxdur- bircə yaxşı pokazuxa vardır! Biz bunu kapitalizmə qədəm qoyduğumuz son 25 ildə öz timsalımızda gözəl anladıq. Savadı bizə ruslar gətirmişdi, elə onlarla da getdi! Ruslar gedəndən sonra ölkəmizdə elmin yerinə şor-biznes yarandı.
 Suriya xalqının lideri Bəşər Əsəd deyir: “Biz ingilis və fransız dillərini sıxışdırıb çıxaracayıq və Rus dilini ikinci dövlət dili edəcəyik. Suriya üçün Rusiyadan yaxın dost yoxdur. Bu gün suriyalılar Rusiya elmi, mədəniyyəti və tarixi ilə maraqlanırlar, odur ki biz artıq başlanğıc siniflərdən Rus dilinin məcburi öyrədilməsini dərs proqramlarına salmışıq”. Azərbaycanlılar da bunu istəyirlər! Orta məktəb proqramına rus dili fənni salınmalıdır. Məktəblərdə yenə də Rus sektorları yaradılmalıdır. Övladlarımız Rus dilini bilməlidirlər. Biz balalarımıza ingilis, türk dillərinin yox, rus dilini öyrətməliyik. Sərvətlərimizi çapıb talayan ingilislər də, onları ortağı olan işğalçı osmanlılar da tezliklə Azərbaycandan qovulacaqlar. Bu gec-tez baş verəcək. Ölkəmiz Avrasiya Birliyinə daxil olur. Biz ruslarla əsrlər boyu eyni dövlətdə yaşamışıq. Azərbaycan və Rus xalqları qardaşdırlar. Azərbaycan xalqına Rus xalqından yaxın xalq yoxdur. Azərbaycanlılar Rusiyanı sevir, Rusiyanın qələbələrinə sevinir və Rusiya ilə qürur duyurlar. Sıravi azərbaycanlılar Rusiya heyranıdırlar. Rusiya bizim tarixi vətənimizdir. Amma bizə həyasızcasına Rusiyanı düşmən obrazında sırımağa çalışırlar. Zombiləşdirməyə son qoyulmalıdır. İngilis dilini ona görə kütləvi öyrətmirlər ki, azərbaycanlıları ağ günə çıxaracaqlar- yox! Nə qədər ki ingilislər Azərbaycanda ağalıq edir, azərbaycanlılar Hindistandakı kimi bir qarın ac, bir qarnı tox olacaqlar. İngilis dilini ona görə kütləvi şəkildə öyrətməyə girişiblər ki, bu dil əsas manipulyasiya dilidir- ingilis dilini bilənlər daha tez zombiləşməyə məruz qalır. Çünki ingilis dilində nə normal elmi material, nə də düzgün informasiya vardır- bu dil dezinformasiya və şou dilidir. Elmi və ayıldan materiallar hamısı rus dilindədir. Ona görə də xalqımızın rus dili ilə əlaqəsini kəsmək istəyirlər.
 Tədqiqatlar göstərir ki, rus dili tədris edilən siniflərdə şagirdlər daha mükəmməl, daha qavrayışlı, daha kommunikabelli, daha mehriban və daha sakit olurlar. Rus dili insana şəfqət verir. İudeyləşmiş ingilis dili, eləcə də erməni yəhudisi Akop Dilaçarın qondardığı osmanlı türkcəsi bizim qoy xalqın şüuruna mənfi təsir göstərir. Bu yabanı dillər bizim genetikamızı dağıdır. Zərərli təsir xüsusən vaxtilə rus tədrisinin geniş tətbiq olunduğu bölgələrimizdə daha kəskin şəkildə özünü biruzə verir. Orta məktəb proqramlarından zombiləşdirici ingilis dili çıxarılaraq yerinə mütərəqqi rus dili salınmalıdır- bu, xalqımızın bütün təfəkkürlü insanlarının tələbidir!
 Azərbaycanlı ziyalılaşdıqca ruslaşır. Nəyə görə? Çünki bu təbiidir. Allahın nizamı belədir. İnsan savadlandıqca intuitiv şəkildə başa düşür ki, dünyanın kosmogenetik başlanğıcı rusla bağlıdır. Ruslaşaq!
İNGİLİ DİLİ KURSUNA GEDƏNLƏR HANSI DİLDƏ DANIŞDIQLARINI HEÇ ÖZLƏRİ DƏ BİLMİRLƏR! İngilis dili kurslarına yazılan həvəskarların nəzərinə çatdırırıq ki, bu kurslarda öyrədilən dil əsl ingilis dili deyildir. Araşdırmalar göstərir ki, bu kurslarda ingilis dili öyrənənlər fərqli danışırlar və ingilislər özləri belə onların nə dediyini anlamırlar. Bu kurslarda dil mənimsəyən vətəndaşlarımız ingilisdilli beynəlxalq tədbirlərdə iştirak edərkən ordakı aparıcıların dediklərini qanmırlar və anqlosakson ölkələrdə olarkən yerli əhalinin danışığını başa düşmürlər. Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlərarası məşqçi Çia Suan Çonq bildirir: “İngilislərin bir çoxu ingilis dilinin dünya dilinə çevrilməsindən şaddırlar. Onlar düşünürlər ki, başqa dil öyrənməyə vaxt sərf etmək kimi ehtiyacları yoxdur. Amma... dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür”.
 Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilislər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Bundan başqa, onlar e-maillərdə “ofisdə deyiləm” əvəzinə OOO (ingiliscə: out of office) kimi abreviaturalar işə salırlar. Çonqun fikrincə, ingilisdilli beynəlxalq görüşlərdə “ana dili ingilis dili olan şəxs başqalarına uyğun danışmayan və ya digərləri ilə ayaqlaşmağı bacarmayan yeganə insan olur”. Başqa dillərin nümayəndələri adətən ingiliscə məhdud lüğətə və sadə ifadələrə əl atırlar. Buna görə də onlar əsl ingilisləri başa düşməsələr də bir-birləri ilə rahat anlaşa bilirlər.
 Southampton Universitetinin professoru Jennifer Jenkins müəyyənləşdirmişdir ki, məsələn, Britaniya universitetlərində təhsil alan beynəlxalq tələbələr bir-birlərini ingilis dilində daha yaxşı anlayırlar və dili daha az bilən üzvlər istənilən qrupa asanlıqla yovuşurlar. Bəli, cənablar, inteqrasiyanız oseçka verdi: ingilis dilini öyrənən cüvəllağılarımız əsl ingilis cəmiyyətinə yox, maksimum London truşşobalarında məskunlaşmış hindistanlı və pakistanlılara yovuşa bilərlər! Jenkinsin fikrincə, ingilis dilini müxtəlif səviyyədə bilən şəxslərdən ibarət qrupla ünsiyyət qurmağa çalışarkən anlayışlı və uyumlu olmaq şərtdir: “Qulaqlarınızı istifadə olunan ingiliscənin müxtəlif tezliklərinə uyğun kökləmək lazımdır. Başqa dilləri öyrənən insanlar bunun öhdəsindən asanlıqla gəlirlər. Lakin ana dili ingilis dili olan şəxslər adətən birdilli olurlar və dili müxtəlif yanlardan istifadə etməyi yaxşı bacarmırlar”. Sürix Sığorta Qrupu şirkətinin İP Əməliyyatları üzrə təlim və təklif rəhbəri Mişel Blattner də deyilənləri təsdiqləyir. Onun ana dili isveçcə-almancadır, amma işində daha çox ingilis dilindən istifadə edir. Maraqlı burasındadır ki, onu əsl ingilislər başa düşməsə də, “ana dili ingilis dili olmayanlar daha rahat başa düşürlər”. Əsas çaşdırıcı məqamlardan biri abreviaturalardır. “Beynəlxalq ölçüdə yenicə işləməyə başlamışdım və bir nəfər mənə ETA (ingiliscə: Estimated Time of Arrival - təxmini çatdırılma vaxtı) 5-ə qalmışdır dedi. Öz-özümə fikirləşdim: ETA nədir axı?”- Blattner deyir. “Ən qəlizi isə bəzi qısaltmaların Britaniya ingiliscəsində başqa, Amerika ingiliscəsində başqa olmasıdır”. Blattner söyləyir ki, hətta “mədəni” üsul da var: “Bir britaniyalı verilən təklifə “Maraqlıdır” deyərək reaksiya verirsə, başqa britaniyalı onu “Boş şeydir” kimi başa düşə bilər. Digər millətlər üçün isə bu, adətən hərfi məna verir”. Blattner deyir ki, qəribə sözlər, sürətli nitq və mızıldamaq heç bir işə yaramır, xüsusilə də aşağı keyfiyyətli internet üzərindən telefon və ya video danışığı zamanı: “Diqqətin yayınmağa başlayır və başqa işə köklənirsən, çünki anlamaq qeyri-mümkündür”.
 Blattnerin dediklərindən məlum olur ki, ingilis dilində keçirilən beynəlxalq tədbirlərdə iştirak edənlərin əksəriyyəti orda nə danışıldığını anlamırlar və yalnız bəzək üçün belə tədbirlərdə iştirak edirlər: “Görüşlərdə tipik olaraq söhbətin 90%-ini ana dili ingilis dili olanlar aparırlar. Digərləri görüşdə eyni məqsədlə iştirak etsələr də belə”. Burda haqlı olaraq sual meydana çıxır: Əgər ingilisdilli beynəlxalq tədbirlərdə nə danışıldığını anlamırlarsa, ingilisdilli liberallarımız həmin tədbirlərə niyə belə canfəşanlıqla qatılırlar? Şikil atdırmaq üçünmü?! İsveçrənin Baden şəhərində yerləşən dil kursu TLC Beynəlxalq Evində ingilis dili rəhbəri Dale Coulter də deyilənlərə şərikdir: “Başqa dildə danışa bilməyən ingilisdillilər ingilis dilinin beynəlxalq səviyyədə istifadə üsulundan xəbərsizdirlər”. O Berlində “Fortune 500” adlı şirkətin alman işçilərinin Kaliforniyada yerləşən baş ofisdən göndərilən bir videolinki izlədiklərini görüb və misal çəkir. İngiliscə yaxşı bildiklərinə baxmayaraq, həmin almanlar amerikalı layihə rəhbərlərinin nə demək istədiyini heç cür anlamaya bilməyiblər. Nəticədə ortaq məxrəcə gələrək öz aralarında videodakı mənanı yozmuşdular. Halbuki həmin məna Kaliforniyadan gələn məqsədlə üst-üstə düşməmişdi. “Bir çox danışıqlar yanlış anlaşılır”- Coulter deyir.
 “Beynəlxalq Biznes Maşınları” şirkətinin (ingiliscə IBM) marketinq üzrə keçmiş icraçısı Jean-Paul Nerrierenin dediklərindən məlum olur ki, beynəlxalq tədbirlər keçirilərkən, hətta dövlətlərarası müqavilələr bağlanarkən ana dili ingilis dili olmayanlar əsl ingilisləri başa düşmürlər: “İngilis dili ana dili olmayan bir çox insanlar, xüsusilə də asiyalılar “axmaq görünməkdən” çəkinirlər və deyilənləri başa düşməsələr belə, razılıqla baş tərpədirlər”. Burdan aydınlaşır ki, ingilis dilliləri beynəlxalq müqavilələr bağlaması qəti qadağan edilməlidir! Nerriere hətta bu problemin aradan qaldırılması üçün asiyalılar üçün “Globiş” adlı bir aparat da düzəltmişdir. Burada ingilis dilində süzgəcdən keçirilmiş 1500 söz, sadə, amma standartlara əsaslanan qrammatika tətbiqi toplanıb. Nerriere özlərinin ingilis dilini öyrəndiklərini zənn edən bizim kimi asiyalılara üz tutaraq deyir: “O dil deyil, alətdir”. Nerriere 2004-cü ildən istifadəyə buraxdıqdan bəri 200 000-dən çox “Globiş” dərsliyi satmışdır. O ingilis dilini öyrənmiş qeyri-ingilislərə onun dərsliklərini almağı və ingilis dilini yenidən öyrənməyi məsləhət görür: “Məhdud və sadə dillə ünsiyyət quraraq vaxta qənaət edir, yanlış anlaşmadan yaxa qurtarır və ünsiyyətdə səhvlər buraxmırsan”. Vay vay vay! Demək belə çıxır ki, ingilis dili kursuna yazılanlar ingilis dili ilə yanaşı onun dublikatını da öyrənməlidirlər!
 Telekommunikasiya nəhənglərindən biri olan NTT Kommunikasiyaların Avropada marketinq üzrə baş icraçı direktoru Rob Steqles isə ingilislərə məsləhət görür ki, ana dili ingilis dili olmayanların və kursa gedərək bu dili öyrənənlərin onları anlaması üçün öz üzərlərində işləsinlər və nitqlərini sadələşdirsinlər: “Qısa, aydın və birbaşa danışmalısan və nitqini asanlaşdırmalısan. Amma bununla özünü yuxarıdan aparmaq arasında incə bir xətt var. Həmin xətt kəndirbazın kəndirinə bənzəyir”. Steqlesin dediklərindən də aydın olur ki, beynəlxalq iclaslarda ingilislər fərqli tərzdə danışdıqlarından başqa ölkələrdən gəlmiş ingilisdilli iştirakçılar onların nə dediklərini başa düşmürlər. O bildirir ki, iclaslarda ingilislər adət etdiklərinə görə sürətli danışırlar, söhbətlərdə boşluqları doldurmağa tələsirlər və buna görə də ana dili ingilis dili olmayan iştirakçılar heç nə anlamırlar. Steqles ingilislərə məsləhət verir: “Bəlkə qarşındakı ingilis dili ikinci dil olan adam cümlə qurmağa çalışır. Bir anlıq gözləmək və imkan vermək lazımdır. Əks halda görüşdən sonra yaxınlaşıb soruşa bilərlər: Söhbət nədən gedirdi? Yaxud heç nə başa düşmədiklərinə görə bir söz demədən gedə bilərlər”. O eyni fikri bir neçə fərqli yollarla çatdırmağı, aydın olub-olmadığını soruşmağı, reaksiya və ya hərəkət gözləməyi məsləhət görür. Steqles vurğulayır: “İştirak yoxdursa, dediklərinin anlaşılıb-anlaşılmadığını bilməyəcəksən”.
 Vəziyyətdən çıxış yolu kimi professor Jennifer Jenkins bildirir ki, dünyanın böyük hissəsində ingiliscə danışa bilən insanların əksəriyyətinin ana dili başqa dildir, ona görə də ingilislər özləri danışıqlarını onların danışıqlarına uyğunlaşdırmalı və vəziyyətlə ayaqlaşmağa çalışmalıdırlar: “Müxtəlif dilli insanlar arasında ingilisdillilərin vəziyyəti adətən daha çətin olur. Anlamaq və anlatmaqda çətinlik çəkənlər məhz ana dili ingilis dili olan şəxslərdir”. Qısası, ingilislərin canı çıxmalıdır sizin danışdığınız ingiliscəni öyrənməlidirlər!)))
«Мы не одиноки, за нами стоит огромная, сильная, могучая наша Родина – Россия».
Лидер Евразийского ДвиженияАзербайджана Ибрагим Сел

16.09.2018

100 İL ÖNCƏ BAKIDA SOVET HAKİMİYYƏTİNİN SÜQUTU FƏHLƏ-KƏNDLİLƏRİN FACİƏSİ İDİ

Ədalət Abdinov

1918-ci ilin yazında Sovet Azərbaycanının beynəlxalq və daxili vəziyyəti son dərəcə gərginləşmişdi. Bundan istifadə edən türk qoşunları mayın axırında və iyunun əvvəlində Gəncəyə toplanmağa başladı. Mayın 25-də 40 topu olan 7 min nəfərlik böyük bir qoşun dəstəsi Nuru paşanın və Nazim bəyin başçılığı ilə Yevlaxa girib oradan Gəncəyə tərəf yola düşdü. Batum rayonundan Mürsəl paşanın komandanlığı ilə göndərilən 5-ci Çanaqqala diviziyası da iyunun 5-də Gəncəyə gəlib çatdı. İyul ayında Kazım Qarabəkir paşanın qoşunları Naxçıvanı, Culfanı və Ordubadı zəbt etdilər.
Türklər arzularında olduğu Azərbaycanın iqtisadiyyatının ən mühüm sahələrini ələ keçirirdilər. İyunun 4-də türk komandanlığı ilə Müsavat nümayəndə heyəti arasında Batumda bağlanılan sazişdə və iyunun 14-də həmin sazişə qəbul edilən əlavədə neft sənayesinin, dəmir yollarının və Xəzər ticarət donanmasının Türkiyə və Almaniya sərəncamına verilməsi nəzərdə tutulurdu.
İyunun 16-da Müsavat hökuməti Gəncəyə köçdü. Lakin türk komandanlığı onu tanımaqdan imtina etdi. Türklərin tələbi ilə Müsavat hökuməti üzvləri istefa verdilər. İyunun 17-də Müsəlman Milli Şurası F.Xoyskinin başçılığı ilə  Müsavat hökumətinin yeni heyətini təsdiq etdi. Həmin hökumət  türk komandanlığın nəzarəti altında idi. Hökumətin heyətinə X.Məlik-Aslanov, N.Yusifbəyov, X.Xasməmmədov və başqa bu kimi qatı türkpərəstlər daxil oldular. Yenə həmin gün Müsəlman Milli Şurası buraxıldı. Bütün hakimiyyət türk  ordusu komandanı Nuru paşanın əlinə keçdi.
Xoyskinin  hökuməti türk müdaxiləçilərı ilə əlbir olub xalq kütlələrini soyur və onlara zülm edirdi. Türk  ordusunun xərcini çəkmək üçün iyunun 21-də taxıl bitkilərinin 10/1-i miqdarında “zəkat” vergisi qoyuldu. 1918-ci il iyunun 22-də Azərbaycanın bəy-xan hökuməti torpaq islahatı haqqında Zaqafqaziya seyminin qəbul etmiş olduğu qanunun həyata keçirilməsini dayandırmaq, xüsusi sahibkar və xəzinə torpaqlarının kəndlilərin əlindən alınması və torpaq komitələrinin ləğv etmək haqqında qərar qəbul etdi. Müsavat hökuməti feodal torpaq sahibliyini nəinki bərpa etdi, hətta xanların və bəylərin xeyrinə alınan və 1917-ci ildə ləğv edilmiş torpaq pulu ödənclərinə dair 1912-ci il 20 dekabr tarixli qanununu da qüvvədə saxladı.
Türk komandanlığı və müsavatçılar tutduqları Azərbaycan ərazisində iyunun 19-da hərbi vəziyyət elan etdilər. İyunun 24-də etibarən hərbi-səhra məhkəmələri quruldu ki, bunlar da “ictimai asayişi və dövlət təhlükəsizliyini” pozanlarla mübarizə aparmalı idi.
Türk müdaxiləçiləri və müsavatçılar Sovet Bakısı üzərinə hücuma qızğın hazırlaşırdılar. Bilmək lazımdır ki, türk ordusunun Azərbaycandakı fəaliyyəti alman komandanlığının planlarına daxil idi. Feodal Türkiyəsi Almaniyadan qul kimi asılı vəziyyətdə idi. Alman imperialistləri Türkiyənin iqtisadiyyatında, maliyyə və hərbi işlərində ağalıq edirdilər. Alman imperializmi türklərin əli ilə Bakını və bütün Azərbaycanı zəbt etmək ümidində idi.
Yaranmış təhlükəli vəziyyəti düzgün qiymətləndirən bolşeviklər Zaqafqaziya xalqlarının milli mənafeyinin əlehinə çıxmış müsavatçıları, daşnakları və gürcü menşeviklərini ifşa edirdilər. İyunun 7-də Bakı Sovetinin iclasında söylədiyi nitqdə M.Əzizbəyov hiddətlə deyirdi: “Menşeviklərlə müsavatçılar bu fikirdədirlər ki, bolşeviklərlə əlbir olmaqdansa, Türkiyənin Zaqafqaziyada ağalıq etməsi daha yaxşıdır”.
İyunun 15-də Bakı Xalq Komissarlar Sovet bildirdi ki, “Bakı proletariatı və Sovet Qızıl Ordusu hücum edən alman-türk dəstələri ilə axıradək vuruşmağa, öz azadlığını və istiqlaliyyətini, böyük Rusiya Sovet Respublikası ilə qırılmaz əlaqəsini qorumağa hazırdır”.
Lakin bu mübarizədə ciddi səhvlər də olmuşdur. Sovet qoşunları tərkibinə erməni milli qoşun hissələrinin hamısı daxil edilmişdi. Sözsüz ki, burada həmişə antimüsəlman mövqedə olmuş riyakar S.Şaumyanın əli olmuşdur. Daşnakların güclü təsiri altında olan erməni milli qoşun hissələrinin bir qisim əsgərləri çox vaxt fitnəkarlıq məqsədi ilə Azərbaycan kəndlilərinə qarşı təcavüzkarlıq edirdilər. Avetisov, Amazasp və başqa yüksək rütbəli erməni zabitləri Sovet ideologiyasına xəyanət edirdilər. Bu isə Qızıl Orduya və Sovet hakimiyyətinə kəndlilərin etimadını sarsıdır, müsavatçıların millətçi, antisovet təbliğatına qida verirdi.
Bu cür fitnəkarlıqlara baxmayaraq Sovet hakimiyyətinin silahlı qüvvələrinin yaradılması işi davam edirdi. B.Sərdarov, M.Məmmədxanov, H.Sultanov, D.Bünyadzadə və başqa bu kimi kommunistlər Sovet qoşun hissələrinin təşkilində fəal iştirak edirdilər.
Minlərlə fəhlə Azərbaycanda sosialist inqilabının nailiyyətlərini qorumaq üçün Qızıl Ordu sıralarına daxil olurdu. Kaspi maşınqayırma zavodu fəhlələrinin yarıdan çoxu, Tağıyevin toxuculuq fabrikinin 600 nəfər azərbaycanlı fəhləsi cəbhəyə getməyə hazır olduqlarını bildirmişdilər.
Sovet hökuməti özünün Berlin səfiri İoffenin vasitəsi ilə Almaniyadan tələb etdi ki, Brest sülh müqaviləsinə riayət etsin və türklərin Bakıya hücumunun qarşısını alsın. Almaniya hökuməti Brest müqaviləsi şərtlərinə riayət etdiyi təsirini oyatmaq məqsədi ilə bildirdi ki, guya özlərinin İstambul səfirinə göstəriş vermişdilər, türkləri Bakını işğal etməkdən çəkindirməyə çalışsın. Lakin bu bəyanat həqiqətə uyğun deyildi.
Sonrakı danışıqların gedişində Kayzer hökuməti həyasızlıqla işarə vururdu ki, əgər Bakı neftinin bir hissəsi Almaniyaya vəd edilərsə, onda Türkiyəni Bakı üzərinə hücumu dayandırmağa məcbur edər. V.İ.Lenin 1918-ci il iyulun 7-də Berlində Sovet səfirinə edilmiş olan bu təklifi elə həmin gün Bakı Xalq Komissarları Sovetinin nəzərinə çatdırdı. Lakin almanların bu vədi də, quru bir söz olaraq qaldı.
İranda yurd salmış ingilis generalı Denistervil Zaqafqaziyanın əksinqilabi qüvvələrindən Bakını ingilislərin işğal etməsi üçün istifadə etməyə çalışırdı. Polkovnik Biçeraxov Denistervil ilə gizli razılığa gələndən sonra Bakı Xalq Komissarlar Sovetinə müraciət edib, hücuma keçən türklərə qarşı Qızıl Ordu ilə birlikdə mübarizə aparmağa hazır olduğunu bildirdi. Biçeraxova inamı olmasa da şəraitə uyğun hərək etməyə məcbur olan Bakı Xalq Komissarlar Soveti Biçeraxovun dəstəsindən xarici müdaxiləçilərlə mübarizə üçün istifadə etmək qərarına gəldi.
Bakı esserlərinə, menşeviklərinə və daşnaklarına geniş hərbi və maliyyə yardımı edən Denistervil Bakıdakı əksinqilabi qüvvələri ilə ingilis konsulu Makdonel vasitəsi ilə əlaqə saxlayırdı. Makdonel eserlərin nümayəndəsi olan Nacarovun vasitəsi ilə eserlərlə, “Erməni Milli Şurası”nın rəhbəri S.Ter-Qazaryan vasitəsi ilə daşnaklarla əlaqə saxlayırdı. İngilis müdaxiləçiləri özlərinin agenti olan, Sovet işçilərindən bəzilərinin qılığına girmiş daşnak Cigityandan da istifadə edirdilər.
Eserlər Bakı Sovetini dağıdıb bolşeviklərin rəhbərlərini həbsə almaq niyyəti ilə iyunun ortalarında Makdonelin başçılığı ilə antisovet qəsdi təşkil etdilər. Qəsdin iştirakçılarından biri də Bakıda İran konsulu Mirzə Məmmədxan Səyid ül-Vizar idi. Ölkənin başqa rayonlarında eserlərin hazırladıqları əksinqilabi çıxışlarla sıx əlaqəda olan bu qəsd aşkara çıxarıldı və ləğv edildi.
1918-ci ilin yayında Britaniya müdaxiləçiləri Zakaspini zəbt edib, bolşeviklərə qarşı əlbir vuruşmaq haqqında yerli eser hökuməti ilə saziş bağladılar. İngilis imperializmi bütün Türküstanı zəbt edib, Sibirdəki əksinqilab cəbhəsi ilə birləşmək niyyətində idi və digər tərəfdən, Zakaspidən Sovet Bakısı üzərinə hücum üçün bir dayaq nöqtəsi kimi istifadə etmək ümidində idi.
İngilis komandanlığın planlarına ABŞ imperialistləri tamamilə tərəfdar idilər. “Nyu-York Tayms” qəzetinin 1918-ci il 14 iyul tarixli nömrəsində Şimali İranda və Qafqazda istifadə etmək üçün böyük qüvvələr hazırlamaq zərurəti qeyd edilirdi. Həmin qəzet ABŞ inhisarlarının çirkin mənafeyini ifadə edərək yazırdı: “Ola bilsin ki, bu istiqamət – müttəfiqlər üçün ən mühüm istiqamətdir. Qafqazın ən mühüm neft rayonlarını zəbt etmək – müttəfiqlər üçün birinci vəzifədir”.
Azərbaycan Sovet hakimiyyəti Antanta imperialistlərinin agentlərinə qarşı mübarizə aparmaqla bərabər, türk və müsavat qoşunlarının hücumunu dəf etmək üçün var qüvvəsini toplayırdı.
1918-ci ilin yayında beynəlxalq imperializmin əlaltısı olan türk hərbi qüvvələrinə və müsavatçılara qarşı Azərbaycanda Sovet qoşunlarının hərbi əməliyyatı üç əsas istiqamətdə: şimal, cənub və mərkəz istiqamətləndə gedirdi. Cənub istiqamətində müsavatçılardan başqa, Sovet hakimiyyətinə qarşı başçıları İrandakı ingilis müdaxiləçiləri ilə əlbir olan şahsevən quldur dəstələri də vuruşurdular.
Bütün istiqamətlərdə gedən döyüşlərdə fəhlə-kəndli Qızıl Ordusu üstün mövqeyə malik idi. Musavat hökuməti İstambuldan yeni qüvvələr istədi. Musavatın xarici işlər naziri Hacınski Türkiyədəki diplomatik missiyasına yazırdı: “Cəbhədə vəziyyətimiz çox pisdir. İrəliləyə bilmirik. Bolşeviklər möhkəm dayanmışlar, onların çoxlu mərmisi vardır... Bunların hamısını mən Sizə teleqramla müfəssəl bildirdim və xahiş etdim ki, ən tezliklə yeni bir diviziya göndərilməsini Ənvərdən (Türkiyənin hərbi naziri Ənvər paşadan – Ə.A.) təkidlə tələb edəsiniz, əks təqdirdə hər şey batıb gedər və biz Bakının üzünü görmərik. Türkiyə nüfuzdan düşər. Hətta mən deyərdim ki, indi artıq  nüfuzdan düşməyə başlamışdır”.
Buna cavab olaraq 1918-ci il iyunun ikinci yarısında Azərbaycan cəbhəsində Nuru paşa ordusunun əsas qüvvələri toplaşdı.
İyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında qızğın döyüşlər getdi. Sovet qoşunları qəhrəmancasına vuruşsa da istidən və susuzluqdan əziyyət çəkirdilər. Tələfat verdikcə yeni qüvvələr gəlmirdi. Çünki mövcud qüvvələrin hamısı cəbhəyə göndərilmiş, yeni hissələrin səfərbərliyə alınmasına və təşkilinə isə esserlərin, menşeviklərin və daşnakların pozuculuq fəaliyyəti mane olurdu. Nəticədə cəbhədə qüvvələr nisbəti dəyişilirdi. Fəhlə-kəndli hərbi qüvvələri Göyçaydan geri çəkildi və Kürdəmirdə mövqe tutdu. Yeganə yeni əsgəri qüvvə, 1918-ci il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxardılıb Kürdəmir cəbhəsinə göndərilən Biçeraxov dəstəsindən ibarət idi. Biçeraxov dəstəsinin xəyanətkarlığı nəticəsində iyulun 10-da Sovet qoşunları Kürdəmiri tərk etdi.
Şamaxı istiqamətində Sovet qoşunlarının məğlubiyyətinin əsas səbəbkarı üçüncü briqadanın komandiri daşnak Amazaspın ərazini tərk edib geri çəkilmək barədə qoşunlarına verdiyi xəyanətkar əmr olmuşdur.
1918-ci il iyulun ortalarında Bakıda siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Şəhərdə ərzaq çatışmazlığı təhlükəli həddə çatdı. Bakı proletariatı aclıq çəkirdi. Menşeviklər, eserlər və daşnaklar Bakını ingilislərə təslim etmək üçün hər cür fitnəkarlığa əl atırdılar.
1918-ci il iyulun 16-da Bakı Sovetinin fövqəladə geniş iclasında daşnaklar, eserlər və menşeviklər hücuma keçən türkləri guya dəf etmək üçün ingilisləri çağırmağı tələb etdilər. Qəbul edilən qətnamədə bu təklif rədd edildi.
İyulun 25-də Bakı Sovetinin fövqəladə geniş iclasında daşnaklar, eserlər və menşeviklər ingilisləri cağırmaq məsələsini yenidən irəli sürdülər. Bolşeviklərin qəti müqavimətinə baxmayaraq ingilisləri Bakıya cağırmaq qərarə cüzi səs çoxluğu ilə (236 səsə qarşı 259 səs ilə) qəbul edildi. M.Əzizbəyov fəhlə-kəndlilərin adından bildirdi ki, bolşeviklər ingilislərlə əməkdaşlıq etməyəcəkdir.
İyulun 27-də bolşeviklərin Ümumbakı konfransı oldu. Konfrans hakimiyyəti döyüşsüz təhvil verməməyi, ümumi səfərbərlik elan etməyi qərara aldı.
Lakin daşnakların, eserlərin və menşeviklərin xain hərəkətləri nəticəsində Bakının qəhrəmancasına müdafiəsi pozulurdu. Burjua ideoloqları bu mübarizədə tez-tez “bolşevik-daşnak birliyi”ni uydururlar. Əslində isə belə deyil. Daşnaklar bolşeviklərə qarşı xəyanətkar mövqe tutaraq bir sıra qoşun hissələrini döyüş mövqelərindən çəkib aparırdılar.
İyulun 31-də Bakı Xalq Komissarları Soveti vəziyyəti müzakirə edərək öz səlahiyyətlərini üzərindən götürməyi qərara aldı.
Kommunistlərin başçılığı ilə fəhlələrin qəhrəmancasına mübarizə aparmasına baxmayaraq Azərbaycanda Sovet hakimiyyəti türk-alman və ingilis imperialistlərinin və onların agentlərinin təzyiqi altında süqut etdi. Bu süqut bir sıra xarici və daxili amillərlə bağlı idi:
-Azərbaycan daxilindəki bütün əksinqilabi qüvvələrin yardım etdiyi türk-alman və ingilis müdaxiləçiləri eyni zamanda hücuma keçmişdilər;
-Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş kəndliləri arasında möhkəm ittifaq yaradılmamışdı;
-Millətlərin öz müqəddaratını təyin etməsi hüququ şüarını müsavatçılar və başqa millətçilər milli burjuaziyanın və mülkədarların hakimiyyətə sahib olmaq hüququ kimi yozurdular. Müsavatın milli-ərazi müxtariyyəti şüarı - əksinqilabi şüar idi, çünki onun həyata keçirilməsi Azərbaycanda burjua-mülkədar dövlətinin yaradılması demək idi. O vaxt burjua-mülkədar muxtariyyatının əsil mahiyyətini tam ifşa edə bilməmişdilər. Daha doğrusu, Azərbaycan bolşevikləri Sovet muxtariyyəti şüarını burjua muxtariyyəti haqqındakı müsavatın şüarına qarşı qoya bilməmişdilər;
-Bakı Xalq Komissarları Soveti həm arxada, həm də  cəbhədə pozuculuq işi aparan menşeviklərin, eserlərin və daşnakların antisovet fəaliyyətini puç etmək üçün qəti tədbirlər görməmişdi.
1918-ci il avqustun 1-də Bakıda hakimiyyət eserlərin, daşnakların və menşeviklərin əksinqilabi ittifaqının əlinə keçdi. Sentrokaspi və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin Diktaturası adlanan hakimiyyət yaradıldı.
İngilislər Xəzər ticarət donanması gəmilərini zəbt edərək, Bakıdan quldurcasına nefti daşıyıb aparmağa başladılar. Bir neçə həftə ərzində Ənzəliyə 40 min pud benzin göndərildi.
Bakını türklərdən qorumaq bəhanəsi ilə şəhəri işğal etmiş ingilislər özləri vuruşmaq istəməyərək, Sentrokaspi Diktaturası qoşunlarından istifadə edirdilər. İngilis müdaxiləçiləri verdikləri vədlərin əksinə olaraq, aclıq çəkən şəhər əhalisini ərzaqla təmin etməyi heç fikirlərinə də gətirmirdilər.
Avqustun 1-də türklər Bakının Çəmbərəkənd ərazisinə, avqustun 5-də isə Bayıl tərəfdən Bakıya girdilər. Sentyabrın 13-də türk qoşunları Bakını güclü top atəşinə tutdular. Əvvəlcə ingilislər, sonra isə Sentrokaspi Diktaturasının üzvləri Bakıdan qaçdılar. Sentyabrın 15-də Bakı türk hərbçilərin nəzarətinə keçdi.
Türkiyə Sovet hökumətinə borclu idi. Məhz Sovet hökuməti Türkiyəni bölüşdürmək haqqında Çar hökumətinin İngiltərə, Fransa və İtaliya ilə bağladığı sazişləri ləğv etmişdi. Bu yaxşılığın müqabilində isə Türkiyə Sovet siyasi sisteminə düşmən mövqe  tutmuşdu. Bakıda Sovet hakimiyyətini süquta uğratmaqla Türkiyə Brest-Litovsk sülh müqaviləsini pozdu. Buna cavab olaraq Sovet hökuməti sentyabrın 20-də Brest-Litovsk müqaviləsininin Türkiyəyə aid olan hissəsini ləğv etdi.
Öz hakimiyyətini quran Müsavat hökuməti Azərbaycanda Sovet hakimiyyətinin sosialist tədbirlərini ləğv etdi, mədənləri, zavodları, fabrikləri kapitalistlərə qaytardı. 8 saatlıq iş gününü ləğv etdi. Fəhlələrin kütləvi təşkilatlarını- həmkarlar ittifaqlarını, mədən-zavod komissiyalarını və s. qadağan etdi. Müsavatçıların “Azərbaycanın müstəqilliyi” iddiasının əksinə olaraq nə Türkiyə, nə də Almanniya həmin vaxt Azərbaycanın müstəqilliyini rəsmən tanımadılar. Nuru paşanın razılığı olmadan Müsavat hökuməti heç bir ciddi qərar qəbul edə bilməzdi. Yüksək rütbəli məmurları türk komandanı təyin edirdi. Məsələn, türk ordusunun polkovniki Məhməd Fəthi bəy Bakı qubernatoru təyin edilmişdi. Azərbaycanın sərvətlərinin talan edilməsində alman müdaxiləçiləri hərtərəfli iştirak edirdilər. Polkovnik fon-der Qoltsun başçılığı ilə xüsusi nümayəndə heyəti Bakıya gəlmişdi. Müsavat hökuməti neft və neft məhsullarının, pambıq, mis və ərzaq mallarının daşınıb aparılmasında türklərə və almanlar hər vasitə ilə yardım etməklə məşğul idi. Alman-türk müdaxiləçilərinin Bakıdan apardıqları neftin ümumi miqdarı gündə 40-45 sisternə çatırdı.
Türklərin kəndlilərin məhsullarını əllərindən alması, onları müxtəlif ağır mükəlləfiyyətlər icra etməyə məcbur etməsi barədə də kifayət qədər faktlar var. Türk müdaxiləçiləri bir sıra qəzalarda hər evdən 10 pud taxıl hesabı ilə zəkat yığmağı əmr etmişdi. Təkcə Cavanşir qəzasında qısa müddət ərzində türklər əhalidən 14 min puda yaxın buğda, 18 min puddan artıq arpa, 600 arabaya yaxın quru ot və saman, minlərlə baş mal-qara məcbur almışdılar. Gəncə qəzasında türk komandanlığı 37 min puddan artrıq buğda, 118 araba quru ot və s. almışdı. Türklərin Bakını zəbt etməsi Azərbaycanın sərvətlərini, xüsusilə nefti ələ keçirmək məqsədi daşıyırdı. Onların təhriki və təzyiqi ilə 100 il bundan əvvəl Bakıda Sovet hakimiyyətinin süquta uğraması  kollektivizm, sosial ədalət, bərabərlik, humanizm, şəxsiyyətin inkişafı kimi dəyərlərə ziddir.

Gürcü kəşfiyyatçı Cənubi Qafqazdakı gizli ABŞ laboratoriyalarının sirrini açır - BAKTERİOLOJİ SİLAH MƏRKƏZLƏRİ

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze “Russia Today”ə verdiyi müsahibədə ekspertləri Tbilisidəki Amerika laboratoriyasının faliyyəti ilə bağlı sənədləri öyrənməyə çağırıb. 
Bundan öncə o, 2011-ci ildə açılmış Luqar adına Mərkəzdə ABŞ-ın insanlar üzərində təcrübələr aparması və bakterioloji silahı sınaqdan keçirməsi hallarını sübuta yetirə biləcək sənədləri dərc etmişdi.
Giorqadzenin sözlərinə görə, əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib. Həmin sənədlərdə Giorqadze və köməkçiləri bir gün içində 24 nəfərin ölümü barədə məlumatlar aşkarlayıblar. Eyni zamanda, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Giorqadze vurğulayıb ki, yaranmış vəziyyətə diqqət cəlb etməyə və beynəlxalq araşdırmanın aparılmasına nail olmağa çalışır.
Kəşfiyyatçı müsahibəsində bildirib ki, laboratoriya rəsmən 2011-ci ildə açılsa da, 2004-cü ildən qurulub. Onun açılışında Gürcüstan hakimiyyətinin nümayəndələri və ABŞ müdafiə nazirinin müavini iştirak ediblər. Adəti üzrə, bu cür laboratoriyalar Hərbi təhlükənin ixtisarı üzrə Agentliyin (Defense Threat Reduction Agency, Kütləvi qırğın silahları ilə mübarizə üzrə ABŞ Müdafiə Nazirliyinin idarəsi – red.) bayrağı altında qurulur. Bu, Pentaqonun struktur bölməsidir. Lap əvvəldən həmin laboratoriyanın yaradılması, açılışı və fəaliyyəti ilə bağlı müxtəlif şayiələr dolaşırdı, yerli miqyasda araşdırmalar aparılırdı. Yaxınlıqda yaşamış və yaşayan insanlarda həyəcan və təhlükə hissi doğurmuşdu. Laboratoriya keçmiş Rusiya hərbi bazasının ərazisində - Tbilisidən 17 kilometr aralıda Alekseyevka adlanan kənddə yerləşir.
“Russia Today”in “2013-cü ildə Riçard Luqar Mərkəzinin bağlanması və Gürcüstan hökumətinin tabeliyinə keçməsi” ilə bağlı sualına cavab olaraq Giorqadze deyib ki, bu məlumat o qədər də səhih deyil. Onun sözlərinə görə, yeni hökumətin fəaliyyətə başlamasından sonra ilk addımlardan biri laboratoriyanın ABŞ-ın yurisdiksiyasından çıxarılaraq Gürcüstan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi olub. Səbəb isə əhalinin narahatlığı idi. 2018-ci ildən başlayaraq laboratoriyanın maliyyələşdirilməsi də Gürcüstan tərəfinə keçəcək.
Keçmiş nazir qeyd edib ki, hazırda laboratoriyada çalışan 50 nəfərdən cəmi 6-sı ABŞ mütəxəssisləridir, yerdə qalanları gürcüstanlılardır.
Giorqadze əlavə edib ki, 1990-cı illərdə analoji laboratoriya Rusiyada da fəaliyyət göstərib və prezident Putinin hakimiyyətə gəlməsindən dərhal sonra bağlanıb. “O ki qaldı postsovet məkanına... Bu sirr deyil, açlq mənbələrdə də var. Belə laboratoriyalar Cənubi Qafqazda və MDB məkanında mövcuddur”,- Giorqadze deyib.

15.09.2018

İsrail xalqının formalaşmasında futbolun rolu

Tural Həmid

Futbol milli xüsusiyyətləri ortaya çıxarmaq üçün ideal arena sayılır. Xüsusən də, vətənpərvərlik ruhu ifadə edən şüarlar beynəlxalq yarışlarda tez-tez nəzərə çarpır. Bəzi hallarda milli duyğular ziddiyyət ortamı yaradan yeni bir arenaya çevrilir ki, bu da az qala müharibəyə belə gətirib çıxarda bilir (2009-cu ildə Dünya Kuboku seçmə mərhələsində Misir və Əlcəzair matçlarında olduğu kimi).
Yerli klublara gəldikdə isə özləri və tərəfdarlarının çoxu adətən komandaya, şəhərə və ya digər bir yerli kontekstə yönələn identifikasiya qurmağa çalışırlar. Futbol fanatlarının milli və yerli identikliyinin kəsişməsində İsrail unikallığı ilə fərqlənir.
İsrail cəmiyyətindəki müxtəlif milli qruplar arasındakı fərqlərin futbol klublarına təsiri çox böyükdür. Bu ölkədə yaşayan insanların identikliyini fərqləndirən amil sadəcə ərəblərlə yəhudilərin fərqli inanclara malik olmaları deyil, eyni zamanda yəhudilərin içindəki fərqliliklərdir. İsrailin hakim elitası olan aşkenazilər tərəfindən mizrahilərə (Yəhudi dilində “Şərq Yəhudiləri” anlamı daşıyır) qarşı ölkənin ictimai həyatında ərəblər qədər ayrı-seçkilik edilməkdədir.
Bu özünü ölkənin aparıcı klublarından olan “Beytar Yerusəlim”in fanatları timsalında göstərir. “Beytar” İsraildə aşırı milliyətçi, irqçi futbol azarkeşlərinə sahib olan klub kimi tanınır. Bu klubun tərəfdarlarının ideologiyası dini, eyni zamanda milli zəmində qurulduğu üçün komanda azarkeşlərindən sadəcə ərəblər deyil, eyni zamanda mizrahilər də xaric edilir.
Klubun fanatlarının ideoloji mübarizəsinin ən böyük nümunəsi 2013-cü ildə baş verib. “Beytar Yerusəlim” rəhbərliyi həmin il komandaya Rusiyanın “Terek” klubundan iki çeçen əsilli futbolçu – Zaur Sadayev və Cəbrayıl Kadıyevi gətirdi. Oyunçuların rəsmi təqdimatından sonra 15 nəfər tərəfdar məşq bazasına gələrək, “Ərəblərə ölüm” – deyə bağırmağa başladı.
Adıçəkilən futbolçuların iştirakı ilə ilk matç İsraildə ərəblərin klubu olan və Beytarın qatı düşməni hesab edilən “Bney Saxnin”ə qarşı keçirildi. Stadiona irqçi pankartlar keçirmək istəyən Beytar azarkeşlərinə polis izn vermədi. Oyun 2-2 hesabı ilə bitdi. Matç zamanı “Bney Saxnin”in futbolçusu Məhəmməd Xalibatın qol vurması və qolun sevincini ənənəvi müsəlman dua hərəkəti ilə qeyd etməsindən sonra stadionda azarkeşlər arasında çaxnaşma düşdü. Polis hər 2 klubun fanatlarından 100-dən çox adamı həbs etdi.
3 mart 2013-cü ildə baş tutan “Makkabi Netanya” ilə matçda Zaur Sadayevin qol vurmasından sonra “Beytar” azarkeşləri oyunçunu lənətləməyə başladı və yüzlərlə fanat – klubun Premyer Liqada qalma uğrunda mübarizə aparmasına baxmayaraq – stadionu tərk etdi. Oyun zamanı “Makkabi Netanya”lı Omri Ben Haruş “Beytar” qapısına qol vurduqdan sonra “Beytar” azarkeşləri nümayişkaranə şəkildə futbolçunu alqışladılar. Oyundan sonra komandanın baş məşqçisi Eli Kohen bunları açıqlamışdı: “Azarkeşləri anlaya bilmirəm, dünyada 1 milyarddan çox müsəlman var və biz onlarla yaşamalıyıq. Mən həmin futbolçuların müsəlman olduğunu bilmirdim və ümumiyyətlə, futbolçuları milli və dini kimliyinə əsasən transfer etmirik. Ümidvaram, məsələ həll olunar”. Zaur Sadayev isə hadisələrlə bağlı fikirlərini belə açıqlamışdı: “Mən ərəb deyiləm, müsəlman da deyiləm, mən sadəcə futbolçuyam. Bundan sonra “Beytar”ın gerbi bizimdir. Bəlkə də, gəlişimizlə bura sülhü gətirəcəyik”.
Ancaq Sadayevin optimistliyi ilə “Beytar” azarkeşlərinin ideologiyası uyğunlaşmırdı. Çeçen futbolçuların klubdan ayrılması üçün sadəcə 3 ay yetərli oldu. Klub rəhbərliyi bu futbolçuları istirahətə göndərdiklərini bildirsə də, onlar bir daha geri dönmədilər.
Bütün bunlar “Beytar” azarkeşlərini təkcə öz klublarında deyil, həmçinin digər komandalarda oynayan ərəb əsilli futbolçuları təhqir etməkdən uzaqlaşdırmadı. Onların ən çox təhqir hədəfində olan futbolçu “Hapoel Tel-Əviv”də oynayan ərəb əsilli Salim Tuama idi.
2018-ci ildə ABŞ prezidenti Donald Trampın qərarı ilə ölkənin paytaxt Tel-Əvivdəki səfirliyi Yerusəlimə köçürüldükdən sonra “Beytar” “Beytar Tramp Yerusəlim” kimi adlandırılır. Klubu hazırda ölkə iqtidarında olan Likud partiyası dəstəkləyir.
İsrailin ən böyük 4 futbol klubundan ikisi Tel-Əviv şəhərini təmsil edir. Bunlardan biri “Hapoel”, digəri isə “Makkabi”dir. Kommunist yəhudilər tərəfindən qurulan “Hapoel” indi də İsraildə sosial-demokrat imicini qoruyur. İşçi partiyası tərəfindən dəstəklənən klubun emblemində olan oraq və çəkic hələ də qalır. Klub Avropada qazandığı  uğurlarına görə digər İsrail təmsilçilərindən üstün olsa da, ideoloji xətt baxımından daim tənqidə məruz qalır.
2001/02 mövsümündə “Hapoel” UEFA kubokunda ¼ finala çıxdı və burda İtaliya “Milan”ına məğlub oldu. Klubun ultrasları bu dönəmlərdə üzərində “Biz İsraili təmsil etmirik, Hapoeli təmsil edirik” yazılı pankartı stadiona aparmağa başlamışdı. Bu şüar beynəlxalq arenada ilk dəfə Moskva “Lokomotiv”inə qarşı oyunda açılmışdı. “Hapoel” fanatları bu şüara mahnı həsr etdi və bu pankartı bütün oyunlara aparmağa başladı.
Beləcə, klubun tərəfdarları etno-milli ritorikadan çıxaraq, yerli futbol klubu xüsusiyyəti daşıyan yeni bir yol ortaya qoymuşdular. Bu, İsraildə populyar olan və etno-milli ritorika ilə hərəkət edən futbol klublarına qarşı yeni bir etiraz növü idi. Yəhudi hegemoniyasına qarşı olan şüar İsraildə şok effekti yaratdı və bu hərəkətə qarşı münasibət çox kəskin oldu. “Hapeol” İsraildə bütün azarkeşlərin nifrət etdiyi  klub olmağa başladı (“Bney Saxnin” azarkeşləri istisna). “Hapeol”lə oyunlarda rəqib klub azarkeşləri komandada oynayan ərəb əsilli futbolçulara qarşı irqçi şüarlar səsləndirməyə başlamışdı. Digər komandaların fanatları stadionda “Hapoel” əleyhinə “Hapoel ərəbləri”, “Ərəblərə ölüm”, “Qırmızı xainlər” kimi pankartlar açırdı. Ancaq bütün bunlar “Hapoel” azarkeşlərinin düşüncələrinin dəyişməsinə səbəb ola bilmədi. Onlarla dost münasibətdə sadəcə İsrail ərəblərinin klubu olan “Bney Saxnin” idi. Bu iki klubun tərəfdarları İsrail fanat səhnəsinin ostrakistləri olaraq qəbul edilirdi. Beləcə, “Hapoel” rəqibləri tərəfindən “Ərəblər” adlandırılaraq, yəhudi milli tərəfdarları siyahısından xaric edilmişdi. Klub artıq hegemon olan yəhudi kollektivinin bir parçası olmaqdan çıxmışdı. Bu, özünü ən çox “Hapoel”lə “Bney Saxnin” arasında 21 dekabr 2013-cü ildə keçirilən oyunda göstərdi. Matç zamanı stadiondakı “Hapoel” azarkeş qrupları içərisində bir neçə saniyə Fələstin bayrağı dalğalanmışdı. Bu klubun tərəfdarlarına qarşı ayrı-seçkiliyin daha da artmasına səbəb oldu.
Ölkənin digər məşhur klubu “Makkabi Tel-Əviv” azarkeşləri isə etnik baxımdan qeyri-müəyyən və birləşdirici xüsusiyyəti olan ritorikaya malikdi. 26 avqust 2010-cu ildə komanda Avropa Liqasında PSJ ilə qarşılaşarkən, klubun azarkeşləri belə bir pankart açmışdılar: “Biz Makkabini və İsraili təmsil edirik”. Bu ifadə yerli identifikasiya tərəfdarı olan “Hapoel”ə, həmçinin etno-milli kursu olan “Beytar Yerusəlim” və “Bney Saxnin”ə qarşı yönəlmişdi.
“Makkabi” azarkeşləri şüarı bu formada bəyan edirlər: “Bizim komandanın beynəlxalq arenada digər klublar tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılı olmayaraq, biz beynəlxalq oyunlarda yerli klublarla özümüz arasında heç bir fərq görmürük, çünki biz Makkabini və milləti təmsil edirik”.
Ancaq millət anlamına hələ İsraildə cavab tapılmayıb. Kim özünə “israilli” deyə bilər? Yəhudilər və ərəblərin daxil olduğu bütün vətəndaşlarmı? Yoxsa təkcə yəhudi kollektivimi?
İsraildəki futbol tərəfdarları digər qrupların əksinə cəmiyyətdəki başlıca münaqişələrin yenilənmiş real güzgüsünü göstərir. Bu səhnə ingilis tarixçisi Erik Hobsbaumun “Futbol azarkeşləri millətin simvolu olacaq” deyimi ilə tamamilə uyğunlaşır. İsraildə futbol klubları arasındakı fərqlərdən ortaya çıxan nəticələri göstərərək, əminliklə iddia etmək olar ki, bu ölkədə millət hələ formalaşmaq ərəfəsindədir. Bu formalaşmanı quran futbol azarkeşlərinin qarşısında çətin bir məsələ durur: Millət nədir? /futbolpress.az/

15 sentyabr Osmanlının Bakıya girməsi ilə bağlı bilinən səhv məlumatlar

Tural Həmid

1. Osmanlı Bakı uğrunda döyüşdə bolşeviklərlə vuruşub. 
Xeyr. Bakı kommunası 31 iyulda artıq süqut etmişdi. Onun yerini isə ingilis meylli Sentrokaspi diktaturası almışdı. Taleyin ironiyasıdır ki, Bakı döyüşündə Osmanlıya qarşı vuran ingilislər 2 ay sonra Bakıya girmişdilər. ADR isə Britaniya himayəsində respublika kimi fəaliyyət göstərməyə başladı. Keçmiş Sentrokaspi diktaturası üzvləri olan daşnak və menşeviklər isə dekabrda Azərbaycan parlamentində oturmuşdu.
2. Qafqaz İslam Ordusunun məqsədi Bakını Azərbaycan paytaxtı elan etmək olub. 
Xeyr. Qafqaz İslam Ordusu Bakını aldıqdan sonra şimala istiqamətlənib 6 oktyabrda Dərbəndi, 23 oktyabrda Temirxan Şuranı, 8 noyabrda isə Petrovsku tutmuşdu. Osmanlının bu kampaniyasında azərbaycanlı əsgərlərin iştirakı məcburi idi. Dağıstana getməyən əsgərin cəzası ölüm idi. Bununla bağlı Manaf Süleymanovun kitabında da məlumat var. 
3. Osmanlı Azərbaycanı müstəqil respublika kimi tanıyırdı. 
Bunu Azərbaycan mənbələrindən başqa heç bir qərb və rus mənbəsi təsdiqləmir. Azərbaycan mənbələri Batumi anlaşmasını əsas gətirərək bunu de fakto müstəqillik kimi qələmə verirlər. Qərb mənbələri isə Osmanlının Gəncədə olarkən Azərbaycan Milli Şurasını buraxmasını və Osmanlı mənbələrində Azərbaycanın Osmanlı sancağı olaraq göstərilməsini tanınmama kimi qələmə verirlər. Tadeuş Svitoçovski kitabında Osmanlının Azərbaycanı quracağı Turan imperiyasının bir ərazisi kimi gördüyünü qeyd edirdi. Osmanlı yalnız Mudros anlaşması imzalanandan sonra Azərbaycanı tanımağa məcbur oldu. 
4. Osmanlı ordusu olmasaydı Bakıdakı müsəlmanların hamısı ermənilər tərəfindən öldürüləcəkdi. 
Mart qırğınında Bakıda 3 minə yaxın müsəlman daşnaklar tərəfindən öldürülüb. Bu dövrdə Bakıda 100 mindən çox müsəlman yaşayırdı. Daşnaklar yalnız Bakının bir tərəfində sadəcə Müsavat Partiyasi simpatizanlarına qarşı bu qətliamı gerçəkləşdirmişdilər. Məsələn, Sabunçu əhalisi qətliam zamanı neytral olduğu üçün kimsə onlara toxunmamışdı. Bu barədə Yale Universiteti professoru Firuz Kazımzadə öz kitabında qeyd edib.
5. Osmanlı Bakını azad etməsəydi Azərbaycan daha sonra SSRİ tərkibində müttəfiq respublika statusu daşımayacaqdı.
Azərbaycan onsuz Osmanlı dönəmi və Britaniya himayəsində hüquqi olaraq müstəqil dövlət statusu daşımayıb. Azərbaycanın müstəqilliyi RSFSR Orqbürosu tərəfindən 1919-cu ilin iyulun 19-da qəbul edilmişdi. Buna görə də, Versalda 1920-ci il yanvarında tanınan de-fakto müstəqilliyin RSFSR üçün heç bir əhəmiyyəti yox idi. Azərbaycanın şimalında qurulan Dağlı respublikasını 7 dövlət tanısa da sonra qurulan SSRİ tərkibinə muxtar respublika kimi daxil olub.
Quba yəhudiləri Azərbaycanın KTMT-ya üzv olmasından təşvişə düşüblər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat, Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Vahid Əhmədov: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsaq müstəqilliyimizi itirəcəyik"

1. "Nikol Paşinyanın Azərbaycana qarşı söylədiyi təhdidedici fikirlərin arxasında Rusiya dövləti dayanır". ----- Paşinyan Rusiyanı da təhdid edir, demək Rusiya Paşinyana pul verib özü özünü söydürürmüş!
2. "Əgər müstəqillimizi itirmək istəyiriksə, bu başqa məsələ, o zaman Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərik". ----- Sən demə, ABŞ və İsrailin qapazaltısı olmağımız, bir qarnı ac bir qarnı tox işləməyimiz bizim müstəqilliyimiz imiş!
3. "Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir, kifayət qədər dövlətçilik təcrübəsi var". ----- Azərbaycan 27 ildir ki, sionist işğalı altındadır və təbii sərvətləri İsrailə havayı vermək sahəsində böyük təcrübə toplayıb.
4. "Azərbaycan artıq Avropa ilə müəyyən iqtisadi layihə sənədləri imzalayıb, təbii qazı Avropaya satır. Təbii ki, bütün bunlar Rusiyanın xoşuna gəlmir". ----- Nədənsə həmin iqtisadi layihə sənədləri Azərbaycan və Avropa dillərində yox, ivrit dilində aparılır. Demək sionistlər qorxuya düşübər ki, ruslar onların Azərbaycandakı biznesinə mane ola bilər.
5. "Tutalım ki, biz sabah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulduq. Bəs bu tərəfdən NATO, Avropa bizə nə deyəcək?" ----- Ölkəmizi kurasiya edən Quba yəhudiləri NATO qarşısında öhdəlik götürüblər ki, Azərbaycan Rusiyaya meyllənməyəcək və KRMT-yə birləşməyəcək.
6. "Məgər Dağlıq Qarabağ münaqişəsini mən yaratmışam? Rusiya yaradıb da!" ----- Həmişə olduğu kimi Qarabağ münaqişəsinin yaradılmasında kürd və yəhudi sionistlərinin rolu barədə susulur.

Dövlət Milli Onkologiya Mərkəzini himayəyə götürsün!

Rizvan Şıxızadə

Geni dəyişdirilmiş məhsulları birdəfəlik boykot etmək lazımdır

Xərçəng xəstəliyi getdikcə sürətlə yayılmağa başlayıb. Artıq hər ay tanışlarımızdan kiminsə bu xəstəliyə tutulduğunu, 90%-nin rəhmətə getdiyini eşidirik. 
Biz uşaq olanda nadir halda olurdu ki kimsə xərçəngə tutulsun. Tutulanlar nisbətən yaşlı adamlar olardı. İndi isə artı 20-20 yaş arası gənclərdə də bəd xassəli şiş qeydə alınır.
Əsas səbəb ondan ibarətdir ki bizim nəsil düzgün qidalanmadığına görə orqanizm bizi cəzalandırır. Teksun yağı, geni dəyişdirilmiş məhsullar axır öz bəhrəsini verməli idi. Mən 1-ci sinifdən 11-ci sinifə qədər, Braziliyadan gətirilən toyuq budu olardı, ondan yemişəm, Allah bilir axırı necə olacaq)))
Nəticə göz qabağındadır: hər il minlərlə vətəndaş bu xəstəliyin cənginə düşür. İmkanı olanlar müalicəyə xaricə gedir, kasıblar isə öz taleyi ilə barışıb ölümü gözləyirlər. Dünyanın ən qəddar, əzazil adamı da bizim Onkoloji Mərkəzdə ümidsiz xəstələri görüb rəhmə gələr.
Çıxış yolu. İlk növbədə körpələri düzgün qidalandırmaq lazımdır. Təbii məhsullardan çox istifadə etmək lazımdır. Geni dəyişdirilmiş məhsulları birdəfəlik boykot etmək lazımdır. Broyler toyuğundan tutmuş parnik pomidor-xiyarına qədər olan məhsullar gələcəkdə xərçəngə səbəb ola bilir. Hər bir vətəndaş özünü və ailəsini ildə iki dəfə heç olmasa, bir dəfə ümümi müayinədən keçirməlidir. Hər hansı bir xəstəlik olanda vaxtında qabağını almaq olsun.
Onkologiya Mərkəzi barədə. Bu mərkəzdə savadlı həkimlərlə yanaşı savadız, pula görə vicdanını satan həkimlər də var. İmkanı olan xəstələr Almaniya, İzrail kimi ölkələrə üz tutduğundan bura ancaq orta təbəqə və daha da kasıblar üz tutur. Kimya terapiya bahalı olduğundan çoxunun buna hətta imkanı çatmır.
Yaxşı olar ki Dövlət Onkologiya mərkəzinin xərclərini öz öhdəsinə götürsün. Beləliklə 10 minlərlə ailəyə sevinc bəxş etmək olar.

MÖHTƏŞƏM 11 SENTYABR YALANI: Alim sübut edir ki, "göydələnlər"i hec bir təyyarə dağıtmayıb

Larry Silverstein Dünya Ticarət Mərkəzinin minalarla çökdürülməsindən səkkiz milyard dollardan çox gəlir əldə etdi

11 sentyabr 2001-ci ildə dünya ABŞ-da baş vermiş dəhşətli faciədən xəbər tutdu. Mətbuatda dörd təyyarənin terrorçular tərəfindən qaçırıldığı bildirilirdi. Onlardan birinin Pennsylvaniyada qəzaya uğradığı, başqa bir "Boeinq"in Pentaqona istiqamət götürdüyü də bildirilirdi. Digər iki təyyarə isə Dünya Ticarət Mərkəzinin qüllələrinə arxadan dəyərək "göydələnlər"in dağılmasına səbəb oldu.
Kembric Universitetinin fizika bölməsi üzrə fəlsəfə elmləri doktoru Con Vayndhem bildirib ki, əslində, burada heç bir təyyarə olmayıb və baş verənlər Dünya Ticarət Mərkəzinin dağıdılmasna yönəlik çəkilişdən başqa bir şey deyil. ABŞ hakimiyyətinin qüllələrin məhv edilməsi barədə ictimaiiyyətdə inam yaratmasının xüsusi səbəbləri vardı. Lakin əslində Dünya Ticarət Mərkəzinə minalar qoyulmuşdu.
Çəkilişə aşağı sürətlə baxdıqda aydın olur ki, Dünya Ticarət Mərkəzinin qülləsinə dəyən təyyarə sanki, bıçaq yağı kəsən kimi bir tərəfdən girib digər tərəfdən çıxır. Con Vayndhem iddia edir ki, çəkilişdə göstərilən təyyarə adi qoloqramdır. Digər faktı da qeyd edək ki, Dünya Ticarət Mərkəzi Kompleksinin üçüncü qülləsi dağılsa da ona heç bir təyyarə dəyməmişdi. Sözügedən bina hansısa yeddi saniyə müddətində çökür, əslində o elə inşa edilmişdi ki fırtına, sunami və ən ağır zəlzələyə qarşı belə tab gətirməli idi. Bu bina güclü metal konstruksiyaya malik idi.
Bəs əkiz binaların partladılması kimə və nə üçün lazım idi? Con Vayndhem bu suala da cavab verir. Onun sözlərinə görə, faciəli hadisədən altı həftə əvvəl daşınmaz əmlak bazarında böyük oyunçu kimi tanınmış Larry Silverstein adlı bir nəfər "göydələnlər"ə sahib olur. Larry Silversteinin bu addımı rəqiblərini təəccübləndirir. Dünya Ticarət Mərkəzi "ağ fil" adlanırdı və onu saxlamaq çox baha başa gəlirdi. "Ğöydələnlər"in əvvəlki sahibləri binaları dağıtmaq və yerində səmərəli şəkildə mənzillər inşa etmək istəyirdilər. Amma şəhərin hakimiyyət orqanları binaların dağılması nəticəsində Manhetteni kanserogen asbest tozunun örtəcəyindən qorxaraq buna icazə verməmişdilər. Vətəndaşların sağlamlığına dəyən zərər haqda məhkəmə tələbləri şəhərin büdcəsini məhv edə bilərdi.
Bəzi insanları Dünya Ticarət Mərkəzi - "göydələnlər" çox narahat edirdi. Və qəfldən hökumət dairələri ilə yaxın əlaqəsi olan Larry Silverstein kimi bir biznesmen peyda oldu. Larry Silverstein nəinki icarə müqaviləsi bağlayır, həm də sığorta dəyərinin inanılmaz dərəcədə qaldırılmasına nail olur. Nəticədə Silverstein Dünya Ticarət Mərkəzinin dağılmasından səkkiz milyard dollardan çox gəlir əldə edir.
Onu da qeyd edək ki, dağıntının aradan qaldırılması zamanı heç bir təyyarə hissəsi aşkar edilmədi. Təyyarələr sanki havaya buxarlanmışdı.
Xatirladaq ki, Dünya Ticarət Mərkəzinin dağılması nəticəsində 2600-dən artıq insan həlak olub. /sfera.az/