30.06.2012

Məmməd Əmin Rəsulzadə

ABŞ hegemonluğu davam edir

Suriya xalqının böyük oğlu Bəşər Əsəd və həyat yoldaşı

Üç il öncə yazılmış bir şeir

Profile Picture Ramin Cabbarlı


versən mənə Qərənfil boyalı dağlar yükündən
Qaş ağaran vaxtda,
Mışıl- mışıl yatmış küçələrin
ilk addımcısı olardım.
ağrı dolu yükümlə,
südəmər körpələrin
pəncərəsi önündən keçərdim.
Və hər pəncərə şüsəsinə
bir ağrılıq çınqıl çırpardım
yatmış körpələr diksinsin deyə.

Bəzz qalası - Güney Azərbaycan


Doğu Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km güney-batıdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.

Bəs, məni niyə tapdayırsan?!

Olmuş hadisə, tam real!
Bu yaxınlarda, səhər-səhər marşurutda basabasdaydım. Cavan bir oğlan marşuruta minib, camaatı itələyə-itələyə arxaya keçmək istəyəndə, oturan yaşlı bir kişinin ayağını basdaladı. Kişi, əsəbləşib, oğlanın əlindən tutub:
- A bala, naxçıvanlısan?
- Yox!
- Ermənistanlısan?
-Yox, sənə nə lazımdır, dayı?!
- Dayan, sualıma cavab ver, kürdsən?
- Yox!
- A, köpəy oğlunun küçüyü, bəs, məni niyə tapdayırsan?! :)))))))))))))


Zaur Qeriboglu

VHP və Müsavat gənclərinin görüşündən

Salatın Əsgərova və oğlu Ceyhun Əsgərov

Dombıra [HD] Türkçe Alt Yazı

Fələstinli uşaqlar və İsrail əsgərləri (ölümə meydan oxuyanlar)

İnsanlara dilədiklərinin qıymamaq olmaz

Axundov Mirzə Şəfidən Bakıxanov haqqında fikir soruşur. Vazeh bir xeyli Abbasqulu ağanı tərif edir. Tarixçi kimi, fikir adamı kimi, insan kimi. Poeziyası haqda tərəddüdlə danışır. Bu məqamda qapı açılır, Bakıxanov içəri girir. Özünə müəllim saydığı Mirzə Şəfigilə sabah gedəcəyindən onunla görüşmək üçün gəldiyini deyir Abbasqulu ağa. Sonra da bir az sıxıla-sıxıla gecə bir şeir yazdığını söyləyin vərəq uzadır Mirzəyə. Mirzə oxuyur və şeiri tərifləyir. Bakıxanov gedir. Axundov sual verir ki, bəs, az əvvəl deyirdiz ki, şeiriyyəti zəifdir Bakıxanovun. Mirzə Şəfi susur və deyir: İnsanlara dilədiklərinin qıymamaq olmaz... (düşündürücüdür)


Salim Babullaoglu

Amerikalı əsgərlərin bu cür hərəkətləri islami dəyərlərin təhqiridir

Müxtəlif reyslər

Soros bunu istəyir

Şəklə diqqət et

BİRÖLÇÜLÜ İNSAN. I HİSSƏ

Vüqar Xəzaralının tərcümələri

Herbert Markyuze 

Nəzarətin yeni formaları

Gəlişmiş sənayeləşmiş cəmiyyət- dinc, komfortlu, ortabab, demokratik qeyri-azad texniki tərəqqi xanədanlığının  göstəricisidir. Doğrudan da, əziyət vermiş olsa belə,fərdiliyi sosial gərəkli fəaliyyət növlərində basılmasından(yatırılmasından), və yaxud fərdi müəssisələrin daha effektiv istehsal korporasiyalarında əridilməsindən, və yaxud texniki cəhətdən fərqli təchiz olunmuş iqtisadi subyektlərin azad rəqabətinin tənzimlənməsindən, yaxud resursların beynəlxalq təşkilinə əngəl olan milli suveren hüquqların və preroqativlərin məhdudlaşdırılmasından daha rasional nə ola bilər?

Baba Pünhana nəzirə


Laçın Məmişov


Ey çərxi fələk bir belə dövranına bir qoz
Şeytan oturan çərxi dəyirmanına bir qoz


Baba Pünhan


Ey çərxi fələk bir belə meydanına bir qoz
Meydan qoruyan yırtıcı heyvanına bir qoz 


Bir söz deyə bilmirsə əgər alimi ürfan
Sözsüz, dili lal alimi ürfanına bir qoz 


Dərdin diləməyçin elə formalnısa ünvan
Formalnı dəva eyləsə, loğmanına bir qoz 

Diş pastalarındakı təhlükə fluorid!


Televiziya ekranlarındakı ağ önlüklü diş həkimlərinin ağızından salmadığı söz: ağ və sağlam dişlər üçün, içində fluorid olan diş pastalarının istifadə edilməsi lazım olduğunu, diş pastası reklamlarında mütləq eşidərik.
Araşdırmalara görə; diş pastalarınındakı fluorid, bir növ sakitləşdiricinin təsirli maddəsidir. fluoridlə əlaqədar ilk təcrübələr, nasist almaniyasında edilmişdir. Nasist elm adamları, suya  qarışdırdıqları fluoridin, beynin bəzi bölgələrini keyitdiyini, kəslərin müqavimət göstərmə, dözmə gücünü qırdığını təyin etmişlər.
Bu görüş, nasist toplama düşərgələrində istifadə edilmiş, içmə sularına fluorid qarışdırılaraq, düşərgələrdəki əsirlər sakitləşdirilmiş, keyidilmiş və uyğun şəxsiyyətlər halına gətirilmiş.

Media

Ququş - Ayrılıq Mahnısı

Taliban Qarabağda

DİZ CÖKDÜRÜLMÜŞ bir MƏMLƏKƏTİN " TƏHLÜKƏLİ ARZUSU "...!!!

Tarix dərsləri ilə birlikdə qiymətlidir.Bu yazı cərcivəsində biz bəzi tarixi müqaisələrlə günümüzün faciələrinə işıq tutmağa calışacağıq.


Bu faktdırki ölkəmizin iqtisadi inkişafı tamamı ilə xammal satışı üzərində qurulub və gəlirimizin 70%, ixracatımızın isə 95%-i neft və neft xammalının satışına əsaslanır.Bəs burjua hökuməti necə vəziyətdən cıxmaq ücün calışırmı?…Azərbaycanın cox dəyərli valyuta ehtiyyatlarının ölkədən cıxarılması bizə deməyə əsas verirki hökumət iqtisadi təslimcilik siyasəti yeridir və ölkəni xarici mperializmin ucuz xammal ambarına cevirmək ücün calışır.Onlar bu iqtisadi təslimcilik siyasətlərini “ inkişaf “ kimi xalqa yedirmək ücün bütün təbliğat maşınlarını işə salıblar.
Bəs NƏ ETMƏLİ?…kommunistlər nə təklif edirlər, axı tənqid etmək asandır, bəs cıxış yolu nədədir?…Əgər tarixə baxsaq biz bu yolun nədən ibarət olduğunu görərik.

Day-day qazet heveskaridi aa :D

Əyrilərin arasında

Провинция Гильменд - вид сверхуHafiz Rəhim


Zaman-zaman axdı sular,
Düzlər yenə düzdə qaldı.
Gözlər zilləndi göylərə,
Əllər yenə dizdə qaldı.


Ayaqları dəyənəkdi,
Əlləri qabar düzlərin.
Hər vaxt sümsük tula kimi
Ehtiyac tapar düzləri.


Mat qalıbdır bu gərdişə,
Bəlkə də göydən düşüblər.
Bu havaya uyuşmurlar
Taqətdən-heydən düşüblər.

Qoru görüm

Eynulla Müslüm

Kəs deyəndə kəsir səsin,
Tanıya bilmir yiyəsin.
Öz başını yeyən kəsin,
Baş daşını qoru görüm.

Yurdu boğan bürkü deyil,
Qovan qorxu-hürkü deyil.
Vətən ata kürkü deyil,
Qarışını qoru görüm.

Vətən

Qərib Aşkari


Vətən-
Mənim var ağacım,
namus, qeyrət-ar ağacım,
Vətən - mənim bar ağacım...
Alma, heyva,
nar ağacım.
Zəncəfilim, istiotum,
duzum, acım...
Vətən mənim anam, bacım,
Odum, külüm, təknəm-sacım...
Əl ağacım!
Gor ağacım!
Vətən mənim Hələbdəki dar ağacım...


Quba

Ты кто такой? Давай, до свидания-rock meyxana remix Sevən Ürəklər (xit2012)

“COCA-COLA”DAN İMTİNA BAŞLANDI

"Coca-cola"nın virus yaydığı ortaya çıxdı


Bu günlərdə «Coca-Cola» və «Pepsi Cola» şirkətinin məhsulları ilə bağlı daha bir gerçəklik ortayıa çıхıb. Belə ki, Fransa Milli İstehlakçı Təşkilatının laboratoriya araşdırmaları «Coca Cola» və «Pepsi Cola» içkilərində alkoqolun olmasını üzə çıхarıb. Azərbaycanda istehsalı təхminən ötən əsrin 90-cı illərinə söykənən «Pepsi Cola», «Coca Cola»-nın hesab edirəm ki, yalnız adı mövcuddur. Keyfiyyət baхımından təmiz, saf təqdim olunan bu içki хərçəngə, şəkərə yol açır. Gəlin görək yerli əhali bu içkilər barədə nə düşünür?

Azərbaycan Suriyanın tərəfində olmalı idi

ŞOK: BƏŞƏR ƏSƏD AZƏRBAYCANDAN NƏYİ UMUR?DİA.AZ: - Bu gün az qala bütün dünyanın hədəfində olan Suriyanın qaniçən prezidenti Bəşər Əsəd İranın dövlət televiziyasına şok açıqlamalar verib. Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verən DİA.AZ bildirir ki, bir çox ölkələri müsahibəsində təhlil edən Dəməşq rejiminin başçısı Azərbaycandan da bir-iki cümləlik danışıb.
Məlumatlara görə, hazırki durumunu Bəşər əsəd aşağıdakı formada izahlayıb: «Biz islahatlara gedirik, amma ölkəmizdəki terrorçular və onları dəstəkləyən ölkələr buna imkan vermirlər». Daha sonra qardaş Türkiyə ilə Suriyanın münasibətlərinə toxunan Bəşər Əsəd «Türk xalqı ayrı, Ankara ayrı» deyərək Ərdoğan hökumətinə olan aqressiyasının Türkiyə türklərinə yönəlmədiyini də bildirib.

"Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri: polemik!


"Yeni Yazarlar" Ədəbi-kulturoloji kurs öz işinə başladı


29 iyun 2012-ci il tarixində, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası birlikdə təsis etdiyi "Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri keçirildi.

ƏTƏNƏ

Bəxtiyar Hidayət


Şair Səfər Pik özünü Şoloxovla müqayisə edərdi, nədi- nədi o da kənddə yaşayır. Adına dar dünya, vəfasız dünya  dediyi bu dünyada bu şairin  olan qalan iki oğlu, bir arvadı, bir  Ala inəyi və bir də beş-altı kitabı vardı ki bu kitablar da o Ala inəyin hesabına basılırdı. Kəndin bütün həndi pay torpağı kimi əhaliyə paylandığından Şair Səfər  Pik Ala İnəyi sahədən gətirdiyi otla həyətdə bəsləyirdi.

29.06.2012

Герои мейханы «Давай, до свидания» на передаче «Вечерний Ургант»

bakı gəl alım aparım səni

Canlı klassiklər


Oktay Hacımusalı


a kişi nə var bax burda nöş oturmusan
hə atam atam sualıma cavab ver də
harda istəsən xan bəy balası kimi yaşayarsan
istəsən lap rəqqasələr də oynayar qabağında babam qəbri
gəl bakı
gəl alım aparım səni


xoşuna gəlir məzun günündə atəşfəşanlığın işıqları altında
bir küncə çəkilib sevişən cavanları görüb başını qaldırmamaq
bəlkə sənə ləzzət eləyir hər yağış yağandan sonra

28.06.2012

"Alçaqklıq, haksızlığa taş attım!"

Yəhudilərin dünya xalqlarını genosidi davam edir

Günün fotosu

BAŞÇI: «KÜRDLƏR BU ÖLKƏNİN AĞALARIDIR»

BAŞÇI: «KÜRDLƏR BU ÖLKƏNİN AĞALARIDIR»VİLYAM HACIYEV HANSI ÖLKƏNİN VƏTƏNDAŞI OLDUĞUNU UNUDURMU?


Vaxtilə pambıqçılıq və heyvandarlıq İmişli əhalisinin əsas “çörək ağacı” idi. Ancaq kənd təsərrüfatı sürətlə tənəzzül etdikcə rayonda kütləvi işsizlik və yoxsulluq tüğyan etməyə başlayıb. İndi İmişli rayonunda daha çox yaşlı nəslin nümayəndələri qalıb, onlar da qəpik-quruş pensiyalarını almaq üçün...
Elə bu səbəbdən Vilyam Hacıyev İmişliyə başçı göndərildiyi zaman onun əvvəllər rəhbərlik etdiyi Samux rayonunun camaatı bir yandan sevindilərsə, digər yandan onsuz da günləri qara olan İmişli sakinlərinin hallarına acıdılar. Hətta redaksiyamız vasitəsilə onlar İmişli camaatına «keçmiş olsun»larını da yolladılar.

Rüşvət almadığı üçün Universitetdən qovuldu

Həsən Bəy Zərdabinin nəvəsi Rəbiyyə Zərdabi: Artıq rüşvətxor bir universitetin müəllimi deyiləm


Niyə İlyas Əfəndiyevin rüşvətxor oğlu Teymurcin Əfəndiyev kimi alimliyi pulla satmadınız?


Azərbaycan milli mətbuatının banisi, maarifçi ziyalı Həsən Bəy Zərdabinin nəvəsi, uzun illər Mədəniyyət və İncəsənət Universitetində başkimi çalışmış Rəbiyyə Zərdabi bu universitetdən uzaqlaşdırılıb. Bu barədə məlumat daxil olan kimi R.Zərdabiyə yaxın şəxslər və onun özü ilə əlaqə saxladıq.
Təəssüf ki, xəbərin doğru olduğunu öyrəndik və R.Zərdabi işdən çıxarılması ilə bağlı bunları bildirdi:

Dilimizi öldürməyin!

Şərqin Əhmədov
                                             
Dil-mədəniyyətdir. Dili məhv etmək-mədəniyyəti məhv etməkdir. Mədənniyəti məhv etmək isə Bəşəri Cinayətdir!
Son vaxtlar bizim mətbuata baxıram və heç anlamadığım əcayib simvollara rast gəlirəm. Onlardan bə`ziləri də beliəyri mötərizlələrdir ki, cümlələrin sonunda bu mötərizələri yan-yana düzürlər. Alınma sözlərlə bir yana çıxmadıq, bunlar hardan əmələ gəldi ki? Çox axtardım, çox fikirləşdim və nəhayət ki, bu işarələrin “mə`nasın”ı tapa bildim. Sən demə sosial şəbəkələrdə yazılı ünsiyyət zamanı fikirlərin daha dəqiq deyilməsi, misal üçün, yazdığı cümlənin zarafat və ya narahatlıq bildirdiyini ifadə etmək üçün bu simvollardan istifadə edirlər.

Çəkilin, demokratiya gəlir!

Günün köynəyi))

KAPİTALİST 1 qoyundan 50 manat, 1 tələbədən isə 2500 manat QIRXIR...


Qırxım sezonu yaxınlaşır.Kənd yerində yaşayanlar və ya ən azındasa kənd həyatına bələd olanlar qırxım sezonunun nə olduğunu hec şübhəsiz ki, yaxşı anlayırlar.Amma bu hecdə o demək deyildir ki, şəhərlərimiz qırxım sezonundan kənarda qalıb.Yox küll halında millət olaraq kapitalizmin qırxım sezonunun qurbanlarına cevrilmişik.Sovet vaxtı biz elə bilərdik ki, ancaq qoyunları qırxırlar, kapitalizm sübut etdiki qırxım insanlara yad deyil və insanlar qoyundan daha yaxşı qırxılır.Məsələn ən cox yun verən meranus cinsli qoyunlar 1 ildə orta hesabla 25 kq yun verir.Əgər yunun kiloqramının bazarda 2 manat olduğunu düşünsək onda kapitalist bir meranus qoyunundan ildə cəmi 50 manat pul “ qırxar “.Amma bizim tələbələrmizdən kapitalist ildə 2-3 min manat qırxır.Deməli bir tələbənin qırxım əmsalı meranus qoyununun qırxım əmsalından 50 qat daha coxdur.İndi gördünüz ki, Azərbaycanda kapitalislər nə ücün meranus qoyunculuğunun inkişafında maraqlı deyillər?. Əksinə maraq qoyunculuqdan cox tələbəciliyə yönəlib.

“Davay, do svidaniya” deyənlər Rusiyaya gediblər

“Tı kto takoy? Davay, do svidaniya” meyxanası ilə populyarlıq qazanan İntiqam və Ehtiram qardaşları Rusiyaya yollanıblar


İntiqam Rüstəmovun Gün.Az-a verdiyi açıqlamasına əsasən, onlar bu gün axşam ORT telekanalında İvan Urqantın aparıcılıq etdiyi “Veçer s Urqantom” verilişinin qonağı olacaqlar.
Verilişdə həmçinin dünya şöhrətli futbolçu Zinəddin Zidan da olacaq.
Səfərin bütün xərclərini ORT kanalı öz üzərinə götürüb.

DÜNYADA ONUN QƏDƏR TİTULA SAHİB İKİNCİ İDMANÇI YOXDUR


Süleyman Məmmədli heç bir idmançının çata bilmədiyi zirvələri fəth edən, saysız-hesabsız titul və dərəcələri qazanmış, Şərq əlbəyaxa döyüş növləri ustasıdır


Əslən Tovuz rayonundan olan döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do) olan Süleyman Məmmədli, sonuncu dəfə aprel ayında Avropa çempionatının 4 qızıl medalını da qazanıb. Türkiyənin Kəmər şəhərində keçirilən döyüş sənətləri üzrə Avropa çempionatında müxtəlif versiyalar üzrə 4 qızıl medala sahib çıxıb.

SURİYALI NAZİRDƏN MARAQLI AÇIQLAMA: "ELƏ BİLDİK İSRAİL TƏYYARƏSİDİR"

FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin "A Xəbər" telekanalında canlı yayıma qoşulan Suriya informasiya naziri Omran Əl Zubi maraqlı açıqlamalar verib. Nazir bildirib ki, bizim bölgədə İsrail rejimi kimi sionist ölkə var. Türk hərbi təyyarələriylə İsrail hərbi təyyarələri bir-birinə bənzəyir. İsrail təyyarəsi Suriyaya daxil olsa odla qarşılaşar. Türkiyənin təyyarəsini İsrail təyyarəsi ola bilsin ki, səhv salıblar. Biz türk təyyarəsini vurmaq istəməzdik.

"Давай, до свидания" – песня не про Путина

В среду в Центральном доме журналиста представители талышской диаспоры провели пресс-конференцию: "Ты кто такой? Давай, до свидания!", во время которой обратились к Владимиру Путину с просьбой о помощи.
"В администрацию Путина мы уже писали – ни ответа, ни привета", – говорит лидер региональной общественной организации "Талышская диаспора" Исмаил Шабанов. Он уверен: Путин им бы точно помог, если б узнал всю эту страшную историю.
История в изложении талышей выглядит так: на одной из свадеб редактор оппозиционной азербайджанской газеты "Голос Талыша" (талыши – малый народ, проживающий в Азербайджане) Гилал Мамедов записал на видеокамеру народную песню-механу. "Это что-то наподобие русских частушек, которые исполняют на свадьбе. В механу можно подставить имя любого присутствующего или не присутствующего на свадьбе человека", – рассказал брат Гилала Мансур.

Kredit, sələm - cəhənnəm...


Sultan Laçın

Əcnəbi dövlətlərdən, təşkilatlardan götürdüyümüz kreditlərə ödədiyimiz faizlər sonradan raket və mərmilərə çevrilərək Qarabağda, Fələstində, İraqda, Əfqanıstanda... müsəlmanların başına yağır... 


“Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...”(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 275-ci ayə)
“Filankəs fərasətlidi, yaxşı pul qazanır”... Son onilliklərdə ən çox eşitdiyimiz cümlələrdən biridir. Bəs həmin “filankəs” nə qədər günah qazanır? Təəssüf ki, bu, çoxumuzu düşündürmür. Əksər valideynlər övladlarına ”Bala, get pul qazan” –deyir. Ardınca “Günah qazanma!” -demir.

Baş redaktorun evində yenidən axtarış aparıldı

Hilal Məmmədovun digər vəkili evə buraxılmayıb, gələnlər evdəki noutbuku, DVD diskləri və video-kasetləri özləriylə aparıblarAzərbaycan Ziyalılar Birliyi Hilal Məmmədovun həbsini siyasi motivlərlə bağlayır
İyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həbsdə olan «Tolişi sado» qəzetinin baş redaktoru Hilal Məmmədovun evində təkrar axtarış aparıblar.


Bunu «Azadlıq Radiosu»na onun vəkili Anar Qasımlı deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə iş günü başa çatdığından bu haqda məlumat verə bilməyəcəyini söyləyib.
Hilal Məmmədovun evində isə axtarış təxminən 3 saat davam edib.

İsrail terrorçuları Azərbaycana niyə yerləşdirib?

Tehran rejimə müxalif "xalq mücahidləri"nin Daşkəsən və Mingəçevirdə yerləşdirildiyini iddia edir


Iranın “Mehrnews” saytı iyunun 27-də Azərbaycan Respublikası hökumətini Iran hakimiyyətinin ən güclü müxalifi sayılan Xalq Mücahidlər Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirməkdə günahlandırıb.
“Media forum” saytının məlumatına görə, xəbərdə deyilir ki, Iraqdan Azərbaycana köçürülən 800 nəfər mücahid hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib: “Münafiqlərin müəyyən bir çərçivə əsasında Iraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist recimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi”.

Qərbi Azərbaycanlılar Bakıdan çıxarılsın, ya çıxarılmasın?

“Urbanizasiyası səbəbi ilə Bakı şəhəri həddə artıq yüklənib. Paytaxtda nəqliyyatından hərəkət çətinləşib, ölkə əhalisi əsasən burda cəmləşib. Ya paytaxt dəyişdirilməli, ya da miqrasiya dayandırılmalıdır”."Vətəninfo.az"ın məlumatına görə,bu təkliflə Hüquqi və Demorkatuik İslahatlar Mərkəzinin sədri İlham Əliyev çıxış edib. HDİM sədri hesab edir ki, əsasən Bakıda daha çox məskunlaşmış Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız kənara köçürülməlidir: “1988-ci ildə Ermənistandan köçkün düşmüş soydaşlarımız müxtəlif rayonlara səpələniblər. Mənim fikrimcə, zaman keçdikcə bu, onlar arasında qohumluq əlaqələrinin itməsinə səbəb olacaq. Ona görə də, qərbi azərbaycanlılar hardakı məskunlaşdırlıblar, ordan bir bölgəyəy köçürülməlidir. Belə bir ərazi Xızı rayonu və ya Samux ola bilər. Orada qərbi azərbaycanlılar üçün yeni rayon yaradıla və şəhər salına bilər. Bu halda həm qərbi azərbaycanlılar arasında qohumluq bağları itməz, həm də Bakı şəhəri əhali baxımından xeyli yüngülləşər”.

Yaz nağılı

martı adalar nostalji manzara resimleriŞahinə Könül


Gəlsənə, sənə danışam
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin
Bir şıdırğı yaz nağılı.


Söyləyim, öyrən qədərin,
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.


Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı...