19.12.2010

Müqəddəs nemət- çörək

Samir Süleymanlı
Gəncə Media Mərkəzi


        Çörək! Dünyada ən müqəddəs, ən gözəl nemətdi

Ta qədimlərdən ata babalarımız çörəyə tapınmış “çörək haqqı” ən müqəddəs ant kimi səslənmişdir. Bəzən ən qəddar düşmənlər çörək kəsəndən sonra barışmışlar, insanlar bu vaxta qədər vəfalı dostlarına- “seninlə duz çörək kəsmişik” deyib çörəyi üstün tuturlar.
Çörək dinimizdədə müqədəs nemət kimi göstərilib, qiymətləndirilib.
Lakin hər dəfə küçələrdə, səkilərdə, zibil çalalarında çörək parçaları gördükdə bəzi insanların bu nemətə necədə hörmətsizlik etdiyini düşünürsən. Yemək xanalarda, şadlıq saraylarında, restoranlarda bəzən hər gün neçə kiloqramlarla çörək zibil çalalarına tullanır zay olur və ya heyvanlara atılır. Çörək elə bir qiymətli nemətdir ki, onun her qıramı alın təri, sonsuz əziyətlər, böyük zəhmətlər hesbına əmələ gəlir. Çörəyin əmələ gəlməsində təkcə insanların zəhməti deyil eyni zamanda təbiyətində zəhməti olur.
Gəlin, (mütəxəsislərin hesabı ilə) bir kiloqram taxılın yetişməsinə təbiyət nə qədər enerji sərf etdiyinə baxaq. Məlumdur ki, bitkilərin yetişməsinə, onların böyüməsinə günəş öz enerjisini sərf edir. Bitkilər, fotosintez zamanı günəş şuaları radiyasiyasının ançaq bir faizi gərəkdir. Bir kiloqram taxılın fotosintez zamanı minumum 18 kilovat / saat enerji sərf olunur. Bir kiloqram taxılı almaq üçün 6,4 kvadrat metir səhə lazımdır. Onda bir kiloqram taxılın yetişməsinə sərf olunan rədiyasiyanın illik artımı 115 (18×6.4) kilovat / saat təşkil edir. Bu zəhmətə yağışıda rolunu əlavə edək. Məlumdur ki, bir kiloqram taxılın yetişməsi üçün bir ton su lazım gəlir. Bir ton suyun axıdılmasına isə 750 kilovat / saat enerji lazımdır. Nəticədə bir kiloqrm taxılın yetişməsinə 865 (115+750) kilovat / saat qədər enerji sərf olunur. Ölkədə hal hazırda bir kilovat / saat enerji, tarifə görə qiyməti 6 qəpik olduğundan, buradan belə nəticəyə gəlmək olar ki, təbiyət bir kiloqram taxıla 51 manat 90 qəpik dəyərində enerji sərf edir.
Hal hazırda bazarda 1 kiloqram taxilin qiyməti 0.18 manat olduğunu nəzərə alsaq baxın biz təbiyətə nə qədər borçluyuq?.
Hələ biz bütün bu enerjinin qiymətinə, taxılın səpilməsinə, yetişdirilməsinə, çəkilən zəhmətə və taxılın yığılmasına sərf olunan enerjinin, onun üyüdülüb una çevirilməsinə, bişirilməsinə çəkilən xərcləri də hesab etsək görün bir kiloqram çörəyin qiyməti nəqədər edər?
Göründüyü kimi biz çörəyi təkcə yox, təbiyətlə birlikdə qazanırıq. Çörəyə yalnız insan yox eyni zamanda təbiyətdə zəhmət çəkir.
Gəlin bu muqəddəs, gözəl nemətə həmşə hörmət edək, onu qoruyaq qədirini bilək.

1 комментарий: