31.12.2010

AZƏR QARAMANLI: “MƏSUL ŞƏXS OLARAQ BÜTÜN SORUMLULUQLAR MƏNİMLƏ BAĞLIDIR”

“Yeni ildən etibarən “Poliqon İnformasiya Agentliyi” olaraq saytımızda yeni layihələr həyata keçirməyə başlayacağıq. Eyni zamanda mərhum Şahin Ağabəylinin vəfatına qədər mövcud olmuş əlaqələrə yenidən baxılacaq. Agentilyimizin tərəfdaşları, siyasi və ictimai, o cümlədən iqtisadi strukturlarla da əlaqələrimizi yenidən quracağıq”. Bu barədə «pia.az» saytının rəhbəri Azər Qaramanlı açıqlamasında bildirib. O qeyd edib ki, saytın ümumi strukturunda da bir sıra dəyişikliklər həyata keçiriləcək.
Azər Qaramanlının sözlərinə görə, “pia.az” informasiya portalının və «Milli Yol» qəzetinin qurucusu olan Şahin Ağabəylinin vəfatından sonra bu qurumların fəaliyyətində təbii olaraq müəyyən problemlər yaranıb. «İstər saytın, istərsə də «Milli yol» qəzetinin fəaliyyətini mən, Şahin Ağabəylinin qardaşı olaraq davam etdirəcəm. Məsul şəxs olaraq bu qurumlarla bağlı bütün sorumluluqlar mənimlə bağlıdır.Ona görə də, bundan sonrakı münasibətlərin tənzimlənməsinə şəxsən nəzarət edəcək, çalışacağam ki, işlərimizi əvvəlki qaydada və yüksələn xətlə davam etdirək» deyə Azər Qaramanlı bildirib.
Qeyd edək ki, Azər Qaramanlı 2003-cü ildə «Milli Yol» qəzetinin qurucularından biri olub.

30.12.2010

Canavar yağında yumurta bişirib yeyən görücü

Mirxanlar: “Mənfi enerjimi atmaq üçün Zeynəb Xanlarovanın “Nə qaldı” mahnısına qulaq asıram”
 
Onu ilk dəfə telekanallardan birində falçı Yeganənin dərsini verəndə gördüm və belələrinin də olduğuna çox sevindim. Falçı Yeganə ölkədə canavar saxlayan və qurd yağıyla evlər dağıdan bir qadın kimi tanınır. Əslində qurd yağı deyilən bir anlam millətin psixologiyasında o qədər qorxunc bir imic yaradıb ki, genetic olaraq bu qorxunu çoxları daşımaqdadır. Bəli, bu nə qədər iyrənc və gülünc olsa da qurd yağı qorxusu artıq genimizə ötrülməkdədir. O zaman Mirxanlar adlı öncəgörən Yeganəyə üzünü tutub: gətir o qurd yağına yumurta vur, qayqanaq bişir, mən yeyim. Heç nə də olmayacaq mənə. Qurd yağı zadı hamısı yalandır, cəfəngiyyatdır demişdi.
O zaman bu görücünün cəsarəti xoşuma gəldi. Ötən günlərdə təsadüfən Mirxanlarla müsahibəm alındı. Amma deyim ki, o, televziyada göründüyü qədər dini, həyatı dərindən bilən bir insan deyil. Buna da səbəb onun təhsil almamasıdır. Qeyd edim ki, uşaqlıqda uzun müddət yataq xəstəsi olan Mirxanla ilk təhsilini də ala bilməyib, odur ki, o, hazırda yazıb-oxuya bilmir. Eyni zamanda Mirxanların görücülüyü və ya şəfavericiliyi ilə bağlı da ürəkaçan bir söz deyə bilməyəcəm. Sadəcə o, realisti. Bu çox maraqlıdı. Müsahibəni diqqətlə oxuyanlar isə Mirxanların kimliyini və necə görücü olduğunu məndən daha yaxşı görəcəklər.
“Maqura” gözəllik salonunun yaxınlığında kirayədə yaşayan Mirxanlar başqa falçılar kimi qaz vurub qazan doldurmadığını deyir. 



-Masallının Tiklə kəndində kasıb bir ailədə doğulmuşam. 7 il xəstə yatmışam. Bu yeddi ildə o qədər əziyyət çəkmişəm. Amma Allah mənim əziyyətlərimin müqabilində mənə böyük bir dəyər verdi. Ona görə, o yeddi ilə heyfim gəlmir.

- İlk dəfə nə zaman bildiniz ki, sizdə görücülük qabliyyəti var?
- Əslində məni daha çox şəfaverici kimi tanıyırlar. Çünki daha çox şəfavericiliklə, müalicəylə məşğulam. Amma xəstə yatanda bəzən yanımdakılar hiss edirmiş ki, mən kiminsə həyatını danışıram. Bir-neçə dəfə belə hallar olub, sonra özümdə nələrin baş verdiyini anladım. Moskvada da müalicə aldım. İndi bu günümə hər dəqiqə şükür edriəm. Sağ-salamatam və ayaq üstə rahat yeriyə bilirəm.
- Mirxanlar, səni daha çox telekanallardan birində şou verilişində qurd yağıyla guya evlər yıxan Yeganəyə cavab verəndə gördülər. Əslində o zaman Yeganəyə yaxşıca dərs keçdiz. Bu təkcə Yeganəyə deyil, onun kimi fırıldaqçılara və bu fırıldağa inananlara yaxşıca cavb idi.
- Mən həmişə deyirəm ki, insane hamıdan və hər şeydən güclüdü. Qurd yağını da belə fırıldaqçılar uydurub. Mən bilirəm və görürəm öılkədə o qədər fırıldaqçılar var, onlar adamların həyatına girib parçalyırlar. Hamını bir-biriylə düşmən edirlər. Deyirlər sənə qaynınarvadı, baldızın qurd yağı edib. Nədir axı bu qurd yağı düşüb camaatın dilinə? Mən canavar yağında yumurta bişirib yemişəm. Nədir hamını aldadırlar, qurd yağı, qurd dərisi, qurd ayağı, aurd tükü. Artıq adamlarda elə fikir yaranıb ki, qurdla ölünü diriltmək, dirini öldürmək olar. Hamıdan və hər şeydən güclü olan Allahdır, sonra insan.
- Hə, çox maraqlı məqamdır əslində. Türk xalqlarının totemi olan, türkün xilaskarı olan qurdu falçılar, fırıldaqçılar dəhşətli, əcaib bir məxluqa çeviriblər. Artıq qurd deyəndə, canavar deyəndə heç kimin ağlına xilaskar gəlmir. Hamı o anda dağılan ailələri, bir-biriylə yola getməyən insanları düşünür. Sən qurdu yenidən xilaskar kimi insanlara təqdim edə bilərsənmi?
- Mən o zaman sübut etdim ki qurd yağı zadı yalandı. O zaman mənə o qədər zənglər gəldi, müxtəlif insanlardan. Mənə təşəkkür edirdilər ki, bəs biz çoxdandır bu qorxununiçindəydik. Yəni hansısa falçı deyib ki, sənin arvadına qurd yağı çəkilib. Bir onkoloji xəstə var idi. Bu adama həkimlər artıq vaxt qoymuşdular. Amma falçı bütün ailəni öz qohumuyla düşmən edir ki, bəs qurd yağı çəkilib, qurd yağıdır bunu belə əridən. Kimə lazımdır, bu çəkişmələr, parçalamalar?
- Bu gün onsuzda social-iqtisadi problemlər ailələri kökündən silkələyir, münaqişələrin yaranmasına səbəb olur. Belə bir zamanda falçılar ailələrə böyük problem yaradır və ailədaxili zorakılığın dərinləşməsinə şərait yaradır.
- Elədi. Adamların özlərində də günah var. Kimin yanına getdiklərini bilmmirlər. Özü də biz müharibə şəraitində yaşayırıq.
- Fala neçəyə baxırsız?
- 10 manata.
- Vergi ödəyirsizmi?
- Ödəyirəm.
- Xeyriyyəçiliklə məşğul olursuzmu?
- Hə. Nənəm rəhmətə getdi, amma mən rayona onun hüzürünə getmədim. Amma burda bir həftə pulsuz görücülük elədim. Bu da oldu nənəmin ehsanı.
- Bəs niyə pesokla baxırsız? Məşhur görücü Vanqa qəndlə baxırdı. Oxşarlığınız var?
- Yox, bilmirəm, niyə görə belədir. Amma mən ilk zamanlardan elə pesokla baxıram.
- İndiyə qədər konkret kimləri sağaltmısız? Sağaltdığınız adamlardan birinin tarixçəsi haqqında danışa bilərsizmi?
- 2010-cu ildə 2700 nəfər adam sağaltmışam.
- Onlardan biri haqqında məlumat verə bilərsizmi?
- Yox. Bunu özüm bilirəm bəsdir. Toxunmaq istəmirəm.
- Bəs siz hansı üsulla sağaldırsız?
- Xəstə gəlib oturur stulda mənimlə üz-üzə. Bir az aralı, mən öz enerjimi ona ötürürəm.
- Bəs o, xəstələrdən sənə yüklənən mənfi enerjidən necə qurtulursan? Axı enerjinin balanslaşdırılmasını bacarmalısan. Bir xəstədən sənə yüklənən mənfi enerjini başqa sağlam adama da ötürə bilərsiz.
- Mən mənfi enerjiylə yükləndiyimi hiss edəndə Zeynəb Xanlarovanın “Nə qaldı” mahnısına qulaq asıram və tamamilə təmizlənirəm.
- Məncə mahnı enerjini balanslaşdıra bilməz və ya mənfi enerjini çıxara bilməz. Mahnı sadəcə yorğunluğu götürə bilər. O da oynaq mahnılar, belə kədərli, qəmgin mahnılar yox.
- Yox, bu mahnı mənə enerji verir.
- Deyir dama-dama göl olar. Elə dəryadan da damla-damla götürərsən boşalar. İlk ibtidai təhsilin olmadığına görə, yəqin ki, oxuya bilmirsən. O zaman qabliyyətini nəylə artırırsan?
- Bu gücü mənə Allah verib. Həm də mən dini kitaba qulaq asıram.
- İndi falçılar evlərinə iri-iri şəkillər qoyurlar. Bu şəkillərdə peyğəmbərimiz (ə.s.s) çox qorxunc şəkildə ifadə olunub. Amma əslində islam dini insanın şəklinin çəkilməsinin əleyhinədir. İslamda eyni zamanda baxıcılıq, görücülük də günahdır. Quran-ın Fəlaq surəsində deyilir ki, ya Rəbbim qoru məni cadu edib ofsun üfürənlərin şərindən. Amma bu gün cadugərlər, fırıldaqçılar Quran açır, Quranla fala baxır. Axı Quranda, müqəddəs kitabmızda bu qadağan olunub.
- Yox, mən Quranla baxmıram, pesokla baxıram. Mən Quranı evdə stolun üstünə-zada qoymuram. Bu müqəddəs kitabdır və hər şeydən hündürdə olmalıdır. Evə hər gələn onun üstünə çıxmalı deyil.
- Amma səni sonralar verilişlərdə görmədik. Eyni zamanda mediada da çox az görünürsüz.
- Hə, mən xoşlamıram, pul verib reklam olunmağı. Mənim üstümə jurnalistlər gəlir, onlar mənimlə konkret pul danışırlar, mən isə onlara qapını göstərirəm. Deyirlər, müsahibən çıxacaq qəzetdən 100-nü sən götürməlisən.
- Zirəddin Rzayev Azərbaycanda bütün falçıların yuxusuna haram qatıb, çörəyinə mane olur. Sizin münasibətiniz necədir ona?
- Belə də. Adi. Mən tək görücü deyiləm, həm də şəfavericiyəm.
- Adətən şou ulduzları parlayıb ulduz olmaq üçün özlərinə sponsor tapırlar. Bu artıq falçılarda da belədir.
- Yox, mən xəstə olanda qohumlarımın, yaxınlarımın çoxu bizdən uzaq qaçırdılar. İndi o, adamlar mənim rayona gedəcəyim günü gözləyirlər.
- Başının arxasında uzun saç saxlamısan, bunu fərqli görünmək üçün edirsən?
- Yox, mən seyid nəslindənəm. Bu da seyidliyin işarəsidir.
- Amma yapon alimləri başlarının arxasında uzun saç saxlayırmışlar. Onlar bununla da kosmosdan enerji aldıqlarını deyirdilər.
- Yox, mən seyidəm. Ona görə saxlamışam
- 7 il az bir vaxt deyil. O günlərdən ən çox yaddaqalan bir məqama qayıda bilərsizmi?
- Hə, yadımdan çıxmaz. Bir gün yataqda uanıb yenə gözümü tavana zilləmişdim. Birdən iki qaranquş içəri girdi. Onlar çığrışa-çığrışa çılçırağın başına dolanıb, qapıdan çıxdılar. O zaman dedim ki mən sağalacam. Aradan az bir vaxt keçdi. Qəfil ayaqlarımın hərəkətə gəldiyini hiss etdim. Düz deyirlər qaranquşlar şad xəbər gətirir.

Gülsüm Nəbiqızı                                                                                
"Yeni xəbər"

Mətbəxdə












Arzumu parıldadan kimdir?

Sofya Sadıqlı


Mayda Almaniyada keçriləcək “Eurovision-2011” beynəlxalq mahnı yarışmasına artıq iştirakçı dövlətlərin çoxu öz namizədlərini seçiblər. Bizdə isə azərbaycansayağı vur-çatlasındı. Hələ də namizədlər arasında seçim turu başa çatmayıb. Namizədlər çoxdu, amma üç nəfərin adı daha çox hallanır. Arzum, İlqarə Kazımova və Aynişan Quliyevanın seçim turuna qartılması seçimin şəffaflığına şübhə yaradıb. Onsuzda bu ölkədə bütün seçkilərin tapşırıqla sonuclandığını görən camaat bu dəfə də həmişəki kimi yuxarıların zövqünün şahidi olacaqlar. Söhbət də elə yuxarılardan gedir. Deyilənlərə görə, Arzum “Eurovision”un Azərbaycandakı bütün hüquqlarına sahib çıxan İctimai Televziyanın (İTV) direktoru İsmayıl Ömərovun sevimli müğənnisidir. Məhz İsmayıl Ömərovun zövqünə əhəmiyyət verən olsa o zaman ağ bənizli, sarı saçlı, gözəllər gözəli Arzum Almaniya səhnələrində tüğyan edəcək. 
Amma torbada pişik var. deyilnələrə görə, İlqarəylə, Aynişanın arxası daha böyükdür. Belə ki, müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov himayə edir. Amma müğənni Aygün Kazımovanın qızı İlqarənin arxası ondan da güclüdür. Deyilənlərə görə, İlqarəni fövqaladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov seçib. Bax belə, buna deyirlər azərbaycansayağı seçim turu.  
 
“Maşın”dakı pıçıltılar aləmə yayıldı

Lider TV yenə də Murad Dadaşovun aparıcılığıyla “Maşın” realiti şousunu yayımlayır. Murad şouxanamızın qaymaqlarını başına yığıb döyüşdürür. Daha doğrusu başqa vaxtlarda bahalı maşınlarını, evlərini reklam edənlər indi bütün günü əllərini bir maşının üstünə qoyub bütün sifətlərini onu əldə etməkdən ötrü açıb-tökürlər ortaya. Artıq şounu bir-neçə nəfər tərk edib. Onların arasında Aygün Kazımova da var. O, plastik əməliyyatlar kraliçası, palatka toylarının mahir ifaçısı Rəqsanəni qucaqlayarkən çaşıb əlini maşının üstündən götürdü. Bununla da iş bitdi. Amma maraqlısı odur ki, Murad Dadaşov həmişə olduğu kimi bu dəfə də özünə sərf etdiyi üçün ört-basdır etməyə çalışsa da Aygün onun “sədəqəsini” başına çırpdı. O, özü şoudan getmək istədiyini deyəndən sonra Murad Aygünün əlini çəkdiyi anı sərgiləyən kadrları göstərdi. Üstəlik, o, Aygünü yenidən yanına çağırsa da şampanyella Muradın çağrışına məhəl qoymadan şounu tərk etdi. 
Bu atışmada qazanan Rəqsanə oldu. O, göz yaşlarına bülənd olub elə yazıqlandı ki, Murad onu şouda saxlamağa məcbur oldu. 
Amma şouda marağa səbəb olan ikinci məqam da heç kəsin gözündən yayınmayıb. Iştirakçılardan Aqil E.Quliyevlə Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova arasında baş verən gizli sevgi oyunları hamının diqqətini özünə cəlb etdi. Aqilin “Maşın”ı tərk etməsi isə əsl şounu izləyən tamaşaçıların da oyunu yarımçıq buraxması ilə nəticələndi. Belə ki, çoxları “bundan sonra orda maraqlı heç nə yoxdur” deyib, “Maşın”a baxmadı.  

Röya yenə sevir?
 
Adıçəkilən şounun iştirakçılarından bir də Röyadır. Hazırda hamilə olan Röya elə bu vəziyyətdə saatlarla ayaq üstə, əli maşında dayanmağa məhkumdu sanki. Qızı olacağını deyən Röya Muradla yaxın dostluğundan istifadə edib şouda yetənə yetir, yetməyənə bir daş atır. O, skripkaçı Ceyhunu, müğənni Vasif Məhərrəmlini yaş yuyub, quru sərir. Belə yerdə deyərlər arxalı köpək qurd basar.
Arxada kı, nə arxa. Ötən gün ANS-in “Zərif çərşənbə”sinə çıxan Röya bir daha müxalifətə nifrətini dilinə gətirdi. Bu təbiidir, axı müxalifətdə Röyaya “Range Rover” alan tapılmayacaq. Röya eyni zamanda hazırda böyük kürsülərdə oturan bərkgedənlərin hamısını dərindən sevdiyini dedi. Bir uşaq anası, hamilə Röya ən çox da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevi o birilərindən lap çox sevdiyini də dilinə gətirdi. Sən demə, qızın dərdi varmış. Elə verilşə də buna görə çıxan “ulduz” rahatladı. Amma hamilə, ərli qadının telekanala çıxıb özünə “sponsor” axtarması ayıb deyil, ayıb olan odur ki, belələri televizyaya çıxıb xalq əxlaq dərsi keçirlər.  
 
Xuraman Brilliant Dadaşovaya meydan oxudu

Ötən gün “Space”yə çıxan müğənni Xuraman şouxanamıza bir meydan oxudu ki, gəl görəsən. Sən demə, şouxanamızda ən yaxşı toy aparan elə Xuraman imiş. Ərə gedəndən sonra özünü Röyadan fərqli olaraq bir az abırlı-həyalı aparmağa çalışan Xuraman hamilə olduğunu mətbuat katibi vasitəsilə bəyan etdirsə də, özü bu barədə danışmır. Bəs nə, abırlı qadınlar belə olur. Belələrinə deyən gərəkdi, balam siz niyə abırnızı ərə gedəndən sonra sərgiləyirsiz? Abır yaxşı dəyərdi, amma həmişə ola. 
 
İti sevdiyi üçün dərisini geydi

Deyirəm, bizim şouxanamız əsl dəlixanadır. Bu dəlixananın aparıcı üzvlərindən də biri Elza Seyidcahandı. Guya heyvanları sevdiyi üçün onlara konsert verdiyini deyən müğənni bunun ardınca xəz, dəri geyimlərini reklam edir. Harda bir xəz dükanı açılır, Elza özünü ora çatdırır. Deyirəm, adam heyvanları nə qədər sevərmiş. O günlərdə seyid qızı pişiyini gətirmişdi studiyaya və onu çox sevdiyini deyirdi. Ağlıma fantastik bir fikir gəldi. Bəlkə də Elza bir gün bu pişiyin başını üzüb, ətindən şorba bişirəcək, dərisini isə belinə bağlayacaq. Adətən xəzi qadınlar çiyinlərinə salırlar, amma Elza avanqard olduğu üçün belə etməyəcək. Bir sözlə, deyir pişik balasını çox istədiyindən yeyir. İndi Elza da pişiyini çox istədiyindən yeyəcək. Bax əsl avanqardizm buna deyərəm. Çünki indiyə qədər heç bir “ulduz” saxladığı heyvanın başını üzməyib, ətini yeməyib, xəzini belinə bağlamayıb. Elə isə, bu Elza niyə dayanıb, görən? 

29.12.2010

Yardımlıda işsizlik faciəsi

   Yardımlı hazırda can verən bir insana bənzəyir

 İnsanlar bir tikə çörək üçün, ölməyib sağ qalmaq naminə hər şeyə əl atmağa məcburdurlar

Yardımlı rayonunda iş tapmaq lotereyada nə isə udmaq, iş itirmək isə az qala könüllü qəbirə girmək kimi bir şeydir. Bu rayonun çox cüzi miqdarda əkinə yararlı torpağı olduğu üçün əkinçiliklə məşğul olmaq çoxlarına qismət olmur. Ucqarda yerləşdiyindən və bura gediş-gəlişin az olduğundan kommersiya işləri də Yardımlıda aşağı səviyyədədir. Bir neçə il öncə rayonda tikinti işləri bir az canlansa da, indi həmin işlər də dayanıb. İnsanlar bilmir ki, harada işləyib, balalarını hansı pulla dolandırsınlar. Yardımlıların bu çətin durumundan istifadə edən rayon rəhbərliyi iş yerləri ilə açıq bazarlıq edir, bundan təzyiq və şirnikləndirici vasitə kimi faydalanırlar. Kim ki müxalifətçidir, yaxud müstəqil düşünür, yerli məmurların saxta, riyakar əməllərinə boyun əymir, həmin adama nəinki hökumət idarələrində iş verilmir, əksinə, bütün qohum-əqrəbasından kim ki, büdcə təşkilatından əmək haqqı alır, onu da bir tikə çörəkdən məhrum edilər. Hətta belələrinin gözətçi, süpürgəçi, bağban işləyən qohumlarını da gözümçıxdıya salırlar. Xüsusən, seçki ərəfəsi vəzifə bazarlığı tüğyan edir. Demək olar ki, “çətin” adamlara eyni təkliflər olunur: - “Ya lal ol, saxtakarlığa şəriklik et, iş yeri al, ya da bu torpaqda sənə çörək yoxdur”.
Elə öz timsalımda da bunu aydın görmək olar. 40 yaşım var, 3 uşaq atasıyam. Özüm və həyat yoldaşım orta ixtisas təhsilliyik. Lakin 20 ildən artıqdır ki, bizə iş yoxdur. Çünki müxalifətçiyəm, AXCP-nin üzvüyəm. Çünki həmişə rayonumuzdakı haqsızlığa, rüşvətxorluğa, seçki saxtakarlığına etiraz etmişəm. Nə vaxt ki, seçkidə bunların oğurluğunu tuturam, quzu kimi adamın ayağına yıxılırlar. Elə ki vəziyyət bir az normallaşır, əfi ilana dönürlər. Məsələn, noyabrdakı seçkilər zamanı icra başçısının müavini Mahir Mirzəyev haqqında seçki qanunlarını pozduğuna görə akt tərtib etdik. Üstümə onlarla xahişçi göndərdi. Seçki bitən kimi isə saxtakar işlərini davam etdirməyə, xalqı yalan vədlərlə süründürməyə başladı. Adi bir misal çəkim. Bir neçə il öncə Yardımlıda Qaz İstismarı İdarəsi yaradıldı. Onlarla təhsilli iş axtarmaq üçün növbədə olsa da, həmin idarəyə ancaq öz yaxınlarını, savadı olmayanları, hətta latın qrafikasından xəbərsiz olduqlarından qəbz yaza bilməyənləri götürdülər. Bütün bu işlərin başında isə icra başçısının müavinləri Mahir Mirzəyev, Etibar Fərruxov, Azər Əkbərov və Elçin Mirzəyev dayanır. Sanki bu insanlar öhdəlik götürüblər ki, yardımlılara zülm etsinlər, onları əzsinlər, alçaltsınlar. Təəssüf ki, icra başçısı Xəzər Aslanov da onların bu özbaşınalığına göz yumur, bəzən də belələrinə yardımçı olur. Həmişə mərd kişiləri ilə öyünən Yardımlıda bu gün vəzifə başında olan bəzi məmurlar kişi sözünə əməl etmir, verdikləri vədlərdən namərdcəsinə boyun qaçırırlar.
Yardımlı hazırda can verən bir insana bənzəyir. İnsanlar bir tikə çörək üçün, ölməyib sağ qalmaq naminə hər şeyə əl atmağa məcburdurlar. Elə həftə olmur ki, Yardımlıda narkotiklə kimsə yaxalanmasın. Hətta böyüklərin də qohumları bu yolla çörək qazanır. Elə bu yaxınlarda icra hakimiyyətində məsul vəzifədə çalışan Şakir Kərimovun qardaşı narkotiklə yaxalandı.


Kərəm Şabıyev, Yardımlı rayonu, 20 ilin işsizi                         cenubxeberleri.com

Zaur Baxşəliyev: Müharibə şəraitində olan ölkənin oğlu

                                                Utanmasan oynamağa nə var ki!!!!

Ədalət Salman. Şeirlər

Azərbaycan şeir antologiyası 

                                              GÜNAH

Gəlib əfv diləsin öz günahına,
Naümid qaytarma suçlu bəndəni.
İlahi, üz tutub haqq dərgahına
Tövbəyə durmuşam, bağışla məni.

İlahi, hamımız günah içində,
Hərənin nədəsə bir günahı var.
Xoşbəxt görünsə də öz sevincində
Güunahkar bəndənin bir gün ahı var.

Günahı olanı barmaqla göstər,
Günahsız axtarmaq yoxsa xəyaldı.
Günahsız yolunda canımı istə,
Günahsız bədənə qanım halaldı.

Halalı, haramı itən dünyanın,
Mizan tərəzisi şeytan əlində.
Gündə bir günaha batan insanın
«Tövbə» kəlməsi də yoxdu dilində.

Gəlib əfv diləsin öz günahına,
Naümid qaytarma öz bəndənizi.
İlahi, üz tutub haqq dərgahına
Tövbyə durmuşuq, bağışla bizi.
 

                                                     
OLA

Bizə öyüd verən insan,
Gör nə qəşəng danışırsan.
Gözəl sözlər demək asan,
Gözəl də əməlin ola.

Böləsən elnən çörəyi,
Olasan elin dirəyi.
Hamıya yanan ürəyin,
Səxavətli əlin ola.

Dar gündə qapı açasan,
Köməkçün haya qaçasan.
Hamını dost tək qucasan,
«Can» deyən də dilin ola.

28.12.2010

Кто твой враг


Чтобы победить - надо знать кто твой враг. А а гои не знают даже что пресловутые "кавказцы" - это на самом деле горские евреи - легендарные хазары - пресловутые "пропавшие колена Израилевы", Гои могут только надеяться победить крипталиенов, когда сначала поймут, что сами они - ГОИ. В гойской борьбе обретёшь ты право своё - именно как гой, а не как "русский" или "украинский", славянин или "прибалт"!
Вот видно что этот человек хасид: http://www.kaz-volnoe.narod.ru/images/bragin.jpg. Вы думаете это кто? Это не более и не менее как главный редактор Всеславянской газеты Русского Национально-Освободительного Движения РУССКАЯ ПРАВДА Анатолий Брагин. Опять гойская школота начёт причитать, как же так, он же жыдокусатель, осужден на 3 года условно и т.д. - Вы, Уотсон, смотрели Рязановский фильм "Забытая мелодия для флейты"? http://www.kinoexpert.ru/index.asp?comm=4&num=194 Вы ведь знаете, что чем выше крипт, тем больше он в теме. Так вот в этом фильме артист Ширвиндт говорит буквально следующиие сакраментальные слова. Не упустите из виду, что фильм снимался в 1986 году. До дерьмократической России было ещё 5 лет! Так вот Ширвиндт говорит буквально:
"Чтобы иметь возможность разрушить - надо возглавить и организовать".
И это правило настолько руководящее правило у криптоалиенов, что сейчас возьми любых руководителей, любых организаций и движений, (Журнал "Казаки" главред Лисенков: Images/KaZAK1LisenkovGenaGlaRed.JPG иhttp://zarubezhom.com/Images/Kazaki22.JPG . Гей славяне: Images/SinavinIgor.JPG и Images/Gaft-Kandyba.gif рокеры и панки Images/Laitman-Neumoev.jpg однофамилец французского писателя и великий русский "таёжный садовод" Владимир Мэгре: http://www.predeina-zaural.ru/img/upload/142.jpg ; бывший предатель родины и перебежчик на Запад, член Народно-Трудового Союза (НТС), ответственный секретарь журнала «Посев», заграничый орган советских еврейских диссидентов, (всегда содержались на средства ЦРУ) Михаил Назаров. Это не гой:http://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%B9%D0%BB:%D0%9D%D0%B0%D0%B7%D0%B0%D1%80%D0%BE%D0%B2.jpeg многодетный ДПНИвец Алекс ШЕВАстьянов: Images/SevastianovAntisemit.JPG - Да все, кого терпит, потому что тайно сам их и работодатает и организовывает, Евреоналовый официоз. Вы не забыли, что уже лет как двадцать существует, дескать, русская организация "Память", о которой не слышно и не видно, и её можно было бы переименовать в "Память Отшибло". Но такие, якобы, гойские "Рога и Копыта" всецело устраивают критоалиенскую власть. Можете, не глядя, Уотсон, брать всех, претендующих выражать стремления и чаяния гоев - и можете не глядя топить их в пруду. Ошибка сейчас невозможна! Может быть когда-нибудь гои дорастут то того, что будут появляться действительно их лидеры, но не сейчас. И, видимо, не в ближайшем будущем. Вот только сегодня получил от "русской правды" рассылку. И какое меню нам предлагают тамошние нац-повара?
В НОМЕРЕ:
ЖАЛОБА АНАТОЛИЯ БРАГИНА НА НЕЗАКОННЫЕ ДЕЙСТВИЯ СЛЕДОВАТЕЛЯ СО ПО ЮВАО СУ СК ПРИ ПРОКУРАТУРЕ РФ ПО Г. МОСКВЕ ГОМОЗОВА Е.Г.;
╚Борьба с мифическим экстремизмом порождает реальный бандитизм!╩ (статья А.Аратова, А.Батогова и А.Брагина);
ЗАЯВЛЕНИЕ АЛЕКСАНДРА СЕВАСТЬЯНОВА О СОВЕРШЕНИИ ПРЕСТУПЛЕНИЙ, ПРЕДУСМОТРЕННЫХ ст.ст. 129, 307 УК РФ (клевета, дача заведомо ложных показаний);
╚Главные неофашисты России╩ (список Марата Гельмана);
Никаких реальных действий. Сплошная болтовня. За этим их и ставят, чтобы вместо гойских дел была одна болтовня. И гои напрасно вникают в суть этих словесных споров. Это гоям не надо делать. Над резко уйти из области словесной в область практическую. С 1984 года это уже длиться - почти 30 лет, а всё хуже и хуже болезнь. Я вот как врач, давно уже понял, что не те методы лечения, если больному всё хуже и хуже. А этих криптов как раз и держат для того, чтобы подменять дела словами. Понятно, что во всём мире, а не только в России и на Украине , - попробуй рыпнись, - в тех же США и Англии, - жесточайшая тотальная диктатура критоалиенов иверского происхождения. И поэтому необходимое условие реальных действий - это их строжайшая тайна и полнейшая конспирация. Только тогда станет возможным прогресс. А это что? "ЖАЛОБА АНАТОЛИЯ БРАГИНА НА НЕЗАКОННЫЕ ДЕЙСТВИЯ СЛЕДОВАТЕЛЯ СО ПО ЮВАО СУ СК ПРИ ПРОКУРАТУРЕ РФ ПО Г. МОСКВЕ ГОМОЗОВА Е.Г.;" - Один криптоеврей жалуется на другого критоеврея, а гойские долбоёбы стоят, открыв варежки, смотрят. Это криптоеврейский напёрсток. Маскерад. Оборотни рулз! Везде одни оборотни! Нет тут никакой ошибки. То что нет никакого позитива в гойской жизни, это гарантия того, что всё возглавляется теми, кто хочет разрушить. Пока до гоев дойдёт, что это не шутки, что вокруг одни криптоевреи, до тех пор и буду показывать криптоэкземпляры. Во всяком случае на поверхности социальной жизни только они на 99.9% вертятся. Крипты рулз!


zarubezhom.com

Daş ağlamaz, qardaş!

Hüsamə bin Sərxan
 
 Fəzail Ağamalı olub Ulu Öndəri sevməyə nə var ki?..

1400 il əvvəl: İslam dünyasının ən əzəmətli fikir və düşüncə sahibi Həzrəti Əli ona qılınc çalan şəxsin kimliyini biləndə şaşırmış və demişdi: «Mən ona heç bir yaxşılıq etməmişdim.»

1400 il sonra: İslam dünyasının etiqad və inancları bəlli olmayan azəri adlı milləti 2010-cu ilin günəşli noyabr günlərindən birində inanılmaz və ağlagəlməz yaxşılıq nümunəsi göstərdi. Bu yaxşılığın ona neçəyə başa gələcəyini fikirləşmədən. O mənada ki, heç kim seçki məntəqəsinə gəlib öz seçim hüququndan istifadə etmədi. Şəxsən mənim tanıdığım hər hansı seçki məntəqəsində real səsverənin sayı 60-dan yuxarı yüksəlmədi. Halbuki hər bir seçki məntəqəsində minimum 1200 nəfərlik seçici siyahısı asılmışdı.
Dünya ölkəmizdəki sakitlikdən və əmin-amanlıqdan əməlli-başlı şokdadı və keçirilən seçkiyə münasibət bildirməyə nə münasib ad, nə də obyektiv qiymətləndirmə sistemi tapa bilmir. Məhz bu üzdən bütün müşahidə missiyalarının xüsusi olaraq qeyd etdiyi yeganə bir fraza mövcuddur: «Seçki çox sakit keçdi». Fəqət bunu ciddi, yaxud ironiya ilə qeyd etdikləri isə hələ də anlaşılmır. Bütün bu kimi anlaşılmazlıqların fonunda ölkəmizin ən «dəqiq, qərəzsiz, vicdanlı» jurnalisti Mirşahin ağa kəndiri ilan, ilğımı su kimi göstərməkdə davam edir. İqtidar ideoloqlarınınsa dünya heç qulaqlarının ucuna da deyil. Onlara elə gəlir ki, qazandıqları və əldə etdikləri nailiyyətlər sırf Tanrı hədiyyəsidir və xalqa-zada aidiyyatı yoxdur.
Hər halda, seçkini xoş-naxoş tutuzdurdular. İqtidar öz siyahısındakı «daş»ları Milli Məclisin komfortlu və yumşaq oturacaqlarında «düzməyə» nail oldu. Bu isə o deməkdir ki, xalqın xəzinəsi daha 5 il talan ediləcək, daha 5 il icrasına nəzarət edilməyən düşük və mənasız qanunlar doğulacaq. «Daş»ların doğduğu «daş qanun»lar!

1. «Qabbar Sinq» gəlsin, gəlməsin?» Olanlar olub, olacaqları deməyə cəsarətim çatmır. Desəm əvvəlcə evimin işığını, sonra öz işığımı kəsəcəklər. Tək mən bu gündə deyiləm. Bütün millət danışmağa, zir-zibillə dolu ürəyini boşaltmağa yer gəzir. Yer hardaydı, atam-qardaşım… Canlı-sansız juçokların əlindən durub-oturmağa, itirə biləcəyimiz bir tikə çörəyə xatir dilimizi soxmağa anus dəliyi gəzirik.
Minimum yaşayışını təmin edə bilmədiyimiz övladlarımız bütün arzu və istəklərini içlərində Daşa döndəriblər. Əllərindən ana-bacı əmcəyi kəsməkdən, oğurluq etməkdən, «qara» satmaqdan, «Toy olsun»da məzələnməkdən, «Onun yarısı»nda avaralanmaqdan başqa heç iş gəlməyən övladlarımızın gələcək aqibəti qeyri-müəyyən olaraq qalır. Bulaşdığımız, içində boğulduğumuz çirkabdan, üfunətdən qurtulmağa nə cəhd edirik, nə səsimizi qaldırırıq. Çünki qorxuruq. Qorxuruq ki, «Qabbar Sinq» gəlib bizi aparar.
Məəttəl qalmalı millətik, qardaş! Yüz illərdir bu millətin kişisi Daş əkib Daş biçir, qız-gəlini Daş yeyib Daş doğur. Yüz illərdir bu millətə böyüklük edənlər həmin daşlardan imarətlər, holdinqlər, vətəgələr, silah-sursat anbarları, saunalar, «quşxana»lar, qumarxanalar, həbsxanalar tikir. Yüz illərdir bu millət bir-birinə ağlamır. Heç öz əkdiyi, doğulduğu doğma daşa ağlayanı da yoxdu. Söz yox ki, Daşın Daş missiyası var. Əzəldən Daş ağlamaz, Daş Daşı sındırar, qardaş!

2. Qəribə noyabr ayı. Bu ilki noyabr ayı təkcə parlamentə seçkilərlə deyil, həm də Həcc ziyarəti və Qurbanlıq bayramı ilə rövnəqləndi. 125 deputatın yeri məlum, üstəlik ölkəmizdəki hacıların sayı daha 2000 baş artsa da, iri və xırda buynuzlu heyvanlar öz yerində, at və eşşək kimi heyvanların başsayında da kəskin azalma prosesi yaşandı. Rayonlardakı icra orqanları özlərini və pul verib almadıqları heyvanları ölkəmizin telekanalizasiyaları vasitəsilə bəh-bəhlə çəkdirdikdən sonra, əldə olunan ət məhsullarını özləri və əlaltıları arasında pay-püş etdi.
Noyabr ayının ən əlamətdar və sevindirici hadisəsi qəhrəman şəhidlərimizin cəsədlərinin qaytarılması oldu. Seçkidə iştirak etməyən millət, bütün müsbət enerjisini bu mühtəşəm hadisənin qeyd edilməsinə sərf etməklə bütün seçki prosesi ərzində yükləndiyi mənfi emosiyalardan da qurtuldu.
Dekabır ayı Turqut Ər qalmaqalı ilə başlandı. Çoxdandır danışmağa söz tapa bilməyən «Ana Sakit Partiyası»nın sədri Fəzail Ağamalı qollarını çırmalayıb, dilini yağlayıb atıldı meydana.
Deyirəm ay brat, Fəzail Ağamalı olub Ulu Öndəri sevməyə nə var ki?.. Kişi o adama deyərəm, mənim günümdə olub (daxmada yaşayıram, aylıq əmək haqqım 80 manatdır) Ulu Öndəri sevsin…

Yazımın dabanı: … Biz heç vaxt ermənilərlə barışmayacağıq. Yəni – küsülü qalacağıq.

                                                                                               xural.com

Sionistlərə dəstək olan müsəlmanlar kimlərdir?

İbrahim Sel  
 
Müsəlmanların Həcc mövsümündə xərclədikləri pulları Səudiyyə Ərəbistanı rəhbəri Məlik Abdullah İsrail tanklarının benzin puluna verir!

 2008-ci ildə 280 min nəfər yəhudi İsraili tərk edib və yaşamaq üçün başqa ölkələrə gedib. İsrailə yaşamaq üçün gələn yəhudilərin sayı isə 230 min nəfər olmuşdur ki, bu da İsrail tarixində ölkəyə gələnlərin azalması kimi ilk dəfə baş verib. İsraili tərk edən yəhudilər buranı özləri üçün təhlükəsiz hesab etmirlər. Onların əksəriyyəti, xüsusilə də cavanlar İsrailə geri dönməyəcəklərini bildirirlər. Bununla da “sionistlərin”, İsraili “bütün yəhudilərin ölkəsi” etmək niyyəti ürəklərində (əgər ürəkləri varsa) qalıb.
 Bundan əlavə daxili parçalanma olduqca sürətlənir. Burada olan partiyaların dünyada “analoqu” yoxdur: əkinçilər partiyası, təqaüdə çıxmışlar (ölümə hazırlaşanlar) partiyası və sair. Partiyalar vəhdətə və daha böyük partiya olmağa doğru deyil, parçalanmağa və daha kiçik olmağa üz tutublar ki, bu da əhalinin olduqca kiçik bir qismini əhatə edir. Zavod, fabrik və sair müəssisələrdə işləyənlər “Əkinçilər Partiyasına” üzv ola bilməzlər! Təqaüdə çıxmamış şəxslər isə ümumiyyətlə “Təqaüdə Çıxmışlar Partiyasına” üzv ola bilməzlər! Bu faktor isə burada olan parçalanmanın böyüklüyündən xəbər verir.
 Onlar həm də sionist və yəhudi olmaqla iki yerə bölünüblər. Yəhudilər “Məsiha”nın gəlişini gözləyirdilər. Gözləyirdilər ki, “Məsiha” gəlsin və onların hakimiyyətini bərpa etsin. Sionistlər isə “Məsiha”nı gözləmədilər və dedilər: “Nə üçün biz Məsihanı gözləməliyik? O gələnə qədər özümüzə dövlət qurarıq. Bununla barışmayan yəhudilər sionistləri və onların qurduqları dövləti qəbul etmədilər. Buna görə də bəzi yəhudilərin şüarı belədir: “Mən yəhudiyəm, sionist deyiləm!”.
 İndi dəbdə olan belə bir kəlam var: “Hər gün Aşuradır, hər yer Kərbəla!”. Bu günün Kərbəlası Qəzzadır. Oranın hər günü sözün həqiqi mənasında Aşuranın ölüm-itim səhnəsini xatırladır. Digər tərəfdən isə...
 Çox böyük təəssüflər olsun ki, İsrailə dəstək verən müsəlman ölkələri də tapılır. Bu siyahıya başçılıq edən ölkə Misir Ərəb Respublikasıdır. Qədim fironlar ölkəsinin MÜASİR FİRONu “Hüsnü Mübarək”! (Bizim rəhmətlik Şeyx Məhəmməd çox haqlı olaraq ona “Hüsnü namübarək” deyirdi.) O, İsrail rəsmiləri ilə gizli anlaşmasına əsasən Qəzza ilə sərhədini bağlayıb, İsrailin Qəzzadakı müsəlman və ərəbləri necə qırmasına tamaşa edir, bəzən də İsrailin Həması məhv etmədə yubanmasından hiddətlənir. Onun kimi düşmən dəyirmanına su tökənlərin sayı-hesabı məlum deyil. Lakin bu məlumdur ki, “heç kim unudulmur, heç nə yaddan çıxmır!” səhifəsində sizin də adınız özünüzəməxsus yerdə qalacaq.
 Səudiyyə Ərəbistanı! Məlik Abdullah! Bir müddət əvvəl Nyu-Yorkda dinlərarası dialoqda yəhudi cəlladı Şimon Perezin otel pulunu və digər xərclərini ödəyən bu şəxs, İsrail rəsmilərinə söz verib ki, əgər Həması məhv etsələr, onlara yardım edəcək! Xəstəxanalarını yaralı qəzzalıların üzünə bağlayacaq! Nəinki onların gözünün yaşına, heç üzlərinə də baxmayacaq. İndi isə müsəlmanların Həcc mövsümündə xərclədikləri pulları İsrail tanklarının benzininə verir. Qibləgahımızın, Kəbəmizin zəvvarlarından əldə etdiyi gəliri, İsrail əsgərlərinə verir ki, gedib öz müsəlmanlarımızı qırsınlar. Axı orada öldürülən müsəlmanlar Səudiyyəyə “xeyir” verə bilməyiblər! Axı onların dünyanın heç bir yerində vətandaşlığı yoxdur! Axı onların pasportu yoxdur! Axı onların pasport almağa yaşları çatmır! Axı onların maddi imkanı həccə getməyə, orada pul xərcləməyə imkan vermir! 
 Bu siyahıda İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Mərakeş və digər ərəb-müsəlman ölkələrinin də adı yer alır. Çox sağ olun, İsrail və ABŞ sizdən razıdır. Əgər yaxın şərq kukla teatrıdırsa, Kral Abdullah, Hüsnü Mübarək yəhudi sionistlərinin əl kuklalarıdır. Sonra isə kral Abdullah gəlib həcdə müsəlmanlara iman dərsi deyəcək və şeytanın əmrlərinə itaət etməməyi tövsiyə edəcək. Deyəcək ki, Allah düşmənləri ilə düşmən olun, Allah dostları ilə dost!!!
 Şərə qarşı birgə mübarizə aparaq.

Нас стравливают жиды!

demativation.ru

Dövlət üstümüzə gəlir!!!

Əvəz Zeynallı

              Ramiz Mehdiyev bizdən 10.000 manat pul tələb edir!

Biz bütün gücümüzlə Yeni ilə, yeni layihələrə hazırlanarkən, «Xural»ın saytının gözləmədiyimiz dərəcədə oxunması ilə bağlı bəzi əlavə layihələr üzərində işləyərkən, 30 İyun Sevgililər gününə hazırlıqlara start verməyi düşünərkən, hətta xoşniyyətli adamların məsləhətləri ilə «ətəyimizdən daşı töküb» Prezident yanında KİVDF-yə müraciət etməyi belə nəzərdən keçirərkən, Azərbaycan hakimiyyətinin ən güclü adamının tərs təpkisi ilə üzləşdik. Prezident Administrasiyasının rəhbəri, Azərbaycanın «kölgə prezidenti» kimi qəbul olunan Ramiz Mehdiyev bu il iyun ayının 10-da bizi çəkdirdiyi məhkəmə prosesində qorxusundan nəfəs almayan hakimlərin qərarı ilə qoydurduğu 10.000 manatlıq cəriməni tələb etdi! Məhkəmə icraçılarının redaksiyaya daxil olan məktubunda «Xural»a Ramiz Mehdiyevin tələb etdiyi 10.000 manatlıq cəriməni ödəmək üçün 10 gün vaxt qoyulub. Deməli, bizim üçün Yeni il bəri başdan zəhrimara döndü və biz Yeni ilə yox, yeni 2011-ci ildə şiddətli döyüşə hazırlaşmağa başlamalı olacağıq. Həm də kiminlə – təxminən Azərbaycan Respublikasının prezidenti ilə… Onsuz da bu ölkəni böyük mənada Ramiz Ənvəroğlu idarə edir…

Boz Kardinalla nə etməli?!

Qərarı gözləyirdim. Hələ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qalmaqallı müsahibəsindən sonra mənə ən müxtəlif cinahlardan «başıma oyun açılacağını» demişdilər. Bilirdim ki, sürətlə bu qərarı icraya yönəldəcəklər. Amma mən 10.000 manata görə mətbuatın və özümün prinsiplərimdən imtina edə bilmərəm. Zatən Mehdiyev və vəkili məni bu prosesdə azı 3-4 dəfə aldatmışdılar. Məhkəmə proseslərində qarşılıqlı hörmətlə davranılmış, guya yeni bir presedent yaradırıq iddiası ilə qəzetdə təkzib vermiş, hörmətli Mehdiyevdən üzr istəmişdik. Qarşı tərəf də bunun müqabilində maddi təzminat tələbindən imtina edəcəyi sözünü vermişdi. Sonra Ramiz Mehdiyevin Prezident Administrasiyasındakı kabinetinə telefon etmiş, köməkçisi Anar müəllimlə danışmış, Ramiz Mehdiyevlə görüşərək bu məsələni yoluna qoymaq istəmişdim. Daha nə etməliydim? Daha nə lazım idi ki? Mən mübarizələrim tarixində bir adama telefon açmamış, ona barış üçün ilk olaraq müraciət etməmişəm. Bunu bircə Ramiz Mehdiyevə etdim. O da dövlətin de-fakto birinci adamı olduğu üçün. Nə vəkilindən cavab gəlmədi, nə də köməkçisindən. İcra vərəqi gələndən sonra ortada çox alternativlər varkən, yenə Ramiz Mehdiyevin köməkçisini aradım. «Yeni ilə problemlərlə girmək istəmirəm. Ramiz Mehdiyevlə görüşmək, bu məsələni yoluna qoymaq istəyirəm. Bizim 10.000 manat ödəyəcək gücümüz yoxdur, bizdən 10.000 manat tələb etmək və bu tələbi icraya yönəltmək bizim baltalanmağımız və batmağımız deməkdir» dedim. Sağ olsun, Anar müəllim məni diqqətlə dinlədi və telefonlarımı götürüb Ramiz Mehdiyevə məruzə edəcəyini və cavab verəcəyini dedi. Yazının bu məqamına qədər cavab gəlməyib…

Bütün hallarda 2011-ci il bizim üçün həlledici il olacaq. Bunu Ramiz Mehdiyev istədi… Bu istəyin qarşısında dostların müqavimət üçün bəzi təklifləri var. Gələn sayımızın işıq üzü gördüyü günə qədər bu təkliflərin hansılarının üzərində dayanacağıq, məlum olacaq…

Mehdiyevə qarşı təkliflər…

* Hər ayın başında Ramiz Mehdiyevin evinə 1 manat pul göndərək…
* Aralıqlarla aclıq aksiyası keçirək və Azərbaycan ictimaiyyətinin diqqətini məsələyə cəlb edək…
* Beynəlxalq təşkilatlara müraciət edək və səfirliklərlə görüşlərə başlayaq…
* «1000 aktiv Oxucu» layihəsinə başlayaq və hər Oxucudan 10 manat toplayıb bu bəladan xilas olaq…
* Dövlət başçısı kimi Prezident İlham Əliyevə məktub yazaq və məsələdən onu agah edək…
* Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edək…
* Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan məsələyə müdaxilə etməsini xahiş edək…
* Heç nə ödəməyək və həbsxanaya gedək…
* Bu məsələdən istifadə edərək qəzetin və saytın reklamı ilə məşğul olaq… və s. və i.


Mərdi qova-qova namərd etmək buna deyirlər… İndi gəl işin içindən çıx…

İlham Əliyev «Xural»ın dostu deyil…

Xeyli vaxtdır fəaliyyət göstərməyən, adı yalnız KİVDF-nin pul bölüşümlərində hallanan «RUH» jurnalistlər təşkilatı o sorğudan birini də bizə gördərmişdi. Mehman Əliyevin adını yazdıq və qaytardıq. Bu zırhazırda bir də başımıza «Jurnalistlərin dostu» nominasiyasını çıxarırlar. Bu, nə rəzil bir mətbu situasiya?! Nə dost?!
Bizi məhkəmələrə çəkirlər…

Dalbadal İlham Əliyevin tabeçiliyində olan məmurlar bizə cərimə sanksiyaları tətbiq edirlər…

Yaratdığı və Azərbaycan dövlətinin büdcəsindən ayırdığı mətbuatın inkişafı üçün nəzərdə tutulan puldan bizə düşən hissəni ayırmırlar və dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, prezident İlham Əliyev bizim müraciətləri görməzdən gəlir və bizə cavab vermir…

Biz mətbuatla, hər hansı bir mətbu orqanla dövlət qurumlarının, ələlxüsus dövlət başçısının dost olacağı anlayışına qarşıyıq. Dövlət başçısı ilə media qurum və ya quruluşlarının dostluğu, ortaya yazmayan və problem qaldırmayan mətbu düzəni gətirir. İndi Azərbaycanda o düzəndir və başda Mətbuat Şurası, ortada KİV-in İnkişafına Dəstək Fondu, ayaqda isə alqışlayan media qurumları olmaqla Azərbaycan mətbuatını ölümə sürükləyirlər…

Bu prezident, bu anlayış, bu kadr siyasəti, bu mətbu nizam bizim dostumuz ola bilməz. O baxımdan, biz İlham Əliyevdən ölkəni idarə etməyi, xalqın milyardlarını talamağa son qoymağı və sərvətlərdən gələn maddi nemətləri bütün vətəndaşlar arasında ədalətlə bölüşdürməyi tələb etməkdə davam edəcək və haqqımızı almaq yolunda sona qədər mübarizə aparacağıq.

Özəl və genəl arzular bir kənara, Dağlıq Qarabağ problemi öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmayıbsa, ölkədə korrupsiya və rüşvət artan templə boy göstərirsə, Azərbaycan xalqının milyardları xaricdən gətirilən mərmərlərə verilib yola döşənirsə və prezident bunun qarşısını almaqda acizlik göstərirsə, bu qədər mətbu məddah yaradıb medianı əl buyruqçusuna çeviribsə – bu prezident «Xural» qəzetinə dost ola bilməz!

Xalqa bu qədər uzaq, vətəndaş qəbulu olmayan, öz ölkəsinin mediasına bir dəfə sərbəst müsahibə verməyən, təyin etdiyi deputatların belə səsini eşitməyi özünə rəva görməyən bir prezident «Xural» qəzetinin dostu ola bilməz !

Sivil dünya ilə əlaqəsi olmayan, demokratik prezidentlərdən çox kral kimi davranan, özünü daha çox padşahlar kimi aparan, xalqına rəiyyət gözü ilə baxan, məmurlarının özbaşınalıqlarını cəzalandırmayan bir prezident «Xural» qəzetinin dostu ola bilməz!

KİVDF-nin hər tranşda 40 min manatını alsaq da, Ramiz Mehdiyev bizi qəbul edib öpüb gözlərinin üzərinə qoysa da, Mətbuat Şurası başımıza bir iş gələr-gəlməz qapımızın ağzını kəsdirsə də, Əli Həsənovla həftədə bir dəfə ölkə məsələlərini müzakirə edib qardaşlaşmış vəziyyətdə olsaq da mövqeyimiz dəyişməz və dəyişməyəcək. Biz hər zaman xalqın, onun maraqlarının və müstəqil medianın tərəfində olacağıq…

Bütün bu problemlərin arasında cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edirəm. İşləri uğurlu, canı sağ, ömrü uzun olsun!

                                                                                                      xural.com 

Dəyərlər itəndə…

Fərəməz Novruzoğlu

Tez-tez belə bir mübahisənin şahidi oluruq: media nümayəndələri arasında ən çox oxunan yazar və ya yazarlar kimlərdir? Uzun müddət bu məsələ mənim də diqqətimi çəkib. Bir dəfə Taleh Şahsuvarlının “Reytinq” qəzetində müsahibəsini oxuyanda mütləq bu məsələni araşdıracağımı qarşıma məqsəd qoydum. Çünki Taleh bəy reytinq cədvəlinin ilk beşliyini sadalayanda elə adlar çəkmişdi ki, inanın, onlardan 3 nəfərinin adını Oxucu kütləsinin böyük əksəriyyəti bəlkə də ilk dəfə idi eşidirdi…

Xülasə, qarşıma reytinqli yazarların reytinqini ölçmək kimi bir məqsəd qoysam da, bir müddət sonra bunu unutdum. Bu məqsədimi reallaşdırmaq istəyi bu günlərdə məndə yenidən baş qaldırdı. Səbəb özünü-sözünü bilməyən bir aqressiv cəbhəçi ilə facebookda uzun və yorucu mübahisə idi. Cəbhəçi iddia edirdi ki, Azərbaycanın ən “kalitəli” (ifadə ona məxsusdu) yazarları “Azadlıq” qəzetində toplaşıblar və o yazarların yazdıqları “Quran ayəsi qədər” (bu ifadə də ona məxsusdu) doğru və müqəddəsdir. Gülüş və ironiya qarışıq etirazımdan daha da əsəbiləşən cəbhəçi təhqir dolu fikirlərini belə yekunlaşdırdı: “Sən nə haqla media məsələlərinin müzakirəsinə qalxırsan? Sən nə zamandan mediaya aid olmusan? Bir-iki dəfə “Xural” qəzetində cızma-qara etmisən, elə bilirsən, sən də yazarsan… axı “Xural” nə zamandan qəzet olub, qəzetlər sırasında özünə yer edib? “Azadlıq” və “Yeni Müsavat” kimi qəzetlərin yazarları məhkəmələrə veriləndə, süründürüləndə sizlər harada idiniz?”

Cəbhəçi bəy bu sözlərinin ardınca ünvanıma bir-iki yağlı söyüş də yağdırıb, xəttən ayrıldı. Ona cavab verə bilməməyimin ikinci səbəbi isə o idi ki, artıq məni bloke etmişdi. Ümumiyyətlə, bu bəylərin xüsusiyyətidi, polemika onların istədiyi səviyyədə keçməyəndə dərhal söyüşə əl atırlar və tərəf-müqabillərini bloke edirlər. Olsun, Allah canlarına dəyməsin, amma bu düşüncə tərzi ilə, belə cılızlıqla çox uzağa gedə bilməyəcəklər.

Nə isə, keçək mətləbə. Cəbhəçi bəyin dediklərinin həqiqəti əks etdirdiyini və ya sadəcə demaqoji olduğunu aydınlaşdırmaq üçün bir araşdırma apardım. Araşdırma zamanı 4 kütləvi informasiya vasitəsinin 17 əməkdaşının fəaliyyətini mərcək altına aldım. Hansılardır bu KİV-lər və onların əməkdaşları? “Yeni Müsavat” qəzetindən 6, “Azadlıq”dan 4, lent.az-dan 4 və cəbhəçinin qəzet hesab etmədiyi “Xural”ın 3 əməkdaşının fəaliyyətini araşdırdım. Bu arada onu da qeyd edim ki, “Xural” qəzeti həftəlik nəşr olduğundan, bəzi nüanslara ciddi riayət etdim. Məsələn, “Xural” qəzetinin son sayındakı bəzi yazıları araşdırdığıma görə, adını çəkdiyim digər mətbuat orqanları əməkdaşlarının da həmin günə və bir-iki gün öncəsinə təsadüf edən yazılarını əsas götürdüm. Qəribə bir mənzərənin şahidi oldum. Öz fikirlərimi bildirmədən öncə araşdırmanın nəticələrini olduğu kimi nəzərə çatdırıram.

1) “Xural” qəzeti:

Əvəz Zeynallı, “İlham Əliyev, Naxçıvana İrandan get!” məqaləsi. Məqalə ayın 20-də qəzetin saytına yerləşdirilib. Araşdırmanı apardığım saatda bu məqaləni oxuyan oxucu sayısı 890 nəfər idi. Bu arada onu da qeyd edim ki, Əvəz bəyin bir həftə öncəki yazısını (Babək Hüseynoğlunun xatirəsinə həsr olunmuş yazını) 1485 nəfər oxumuşdu. Bu da o deməkdir ki, qəzetin növbəti sayına qədər Əvəz bəyin son yazısını ən az 1500 nəfər oxuyacaq. Bəlkə də bu say daha da artıq olacaq. Çünki həm bu yazı əvvəlkindən daha böyük maraq kəsb edir, həm də Oxucular yeni-yeni bilirlər ki, xural.com saytı fəaliyyətə başlayıb;

“Xural” qəzetinin digər əməkdaşı Mirzə Sakitin “Bin Ladenin zühuru” adlı felyetonunu cəmi 35 nəfər oxuyub. Məncə, Mirzənin belə az sayda Oxucuya malik olması həm onun “Azadlıq” məktəbindən çıxması (“Xural”ın Oxucularının zövqü tamam başqadır), həm də əvvəllər Mirzəni sevə-sevə oxuyanların artıq onun şit həcvlərindən bezməsi ilə əlaqədardır;

“Xural” qəzetində mərcək altına aldığım 3-cü “yazar” ictimai-siyasi çevrələrdə yaxşı tanınan Əhməd Oruc oldu. Əhməd bəyin “320 adamlıq muğam konserti” məqaləsini vur-tut 15 nəfər oxumuşdu. Məncə, Əhməd bəy Oxucuları abdal yerinə qoymamalıdır (bir zamanlar Əhməd bəy özünə “Abdal” təxəllüsünü seçmişdi. 18-20 il öncə onun adı qəzetlərdə belə də keçirdi – Əhməd Abdal) və yazarlığa paydos verməlidir. Axı onu oxumurlar…

Buradan belə bir nəticəyə gəlinə bilər ki, “Xural”da yalnız Əvəz bəyin yazıları oxunur. Əsla belə deyil. Mirzə Sakitlə Əhməd Orucu oxumasalar da, digər maraqlı yazılar və müsahibələrin ən az 500-600 arası Oxucusu var. Nəzərə alaq ki, bu rəqəmlər qəzet çapa gedəndən 1 gün sonranın nəticələridir.

2) “Yeni Müsavat” qəzeti:

Qəzetin ən çox oxunan yazarı Zamin Hacıdır. Zamin bəyin müvafiq olaraq ayın 18-də və 19-da işıq üzü görən “Xalqın günahı” və “Müdafiə sənayemizin yüksəlişı” başlıqlı köşə yazılarını 888 və 741 nəfər oxuyub. “YM”in ən tirajlı yazarı belə Əvəz bəydən geri qalır;

“Yeni Müsavat”ın digər tanınmış yazarlarının nəticələri belədir:

Xalid Kazımlı – “Neft və milyardlar səltənətinin faş olan sirri” (18.12.2010, 293 Oxucu), “Rıqoroviçin ömürlük postu” (20.12.2010, 215 Oxucu);

Murad Köhnəqala – “Elçin əmi” (19.12.2010, 304 Oxucu), “Pasportstol” (20.12.2010, 274 Oxucu);

Famil Cəfərli – “Mağaraya çəkilən hökumət” (19.12.2010, 318 Oxucu), “Bəs buradakı zülm?” (20.12.2010, 357 nəfər);

Samir Sarı – “Muradın tələ şousu -3″ (19.12.2010, 542 Oxucu);

Mahal İsmayıloğlu – “Pərdə arxasında” (18.12.2010, 130 nəfər).

“Yeni Müsavat”ın yazarlarının reytinqi ilə bağlı bircə onu deyə bilərəm ki, Oxucularımızın həqiqətən də analiz qabiliyyətlərinin olduğuna bir daha inandım. Belə ki, onlar Mahalın indiyə qədərki pərdəarxası oyunlarını bildiklərindən, daha onun göz yaşlarına inanmırlar…

3) “Azadlıq” qəzeti:

Qəzetin baş redaktoru Qənimət Zahidin ayın 20-də dərc olunan “”Ömür belə olar” deyə biləcək qədər yaşamağı bacaran kişi” yazısını 696 nəfər oxuyub. Xaliq Bahadırın “İnkişafın Azərbaycan modeli – fiasko!” (18.12.2010) yazısını 520 nəfər, Elnur Astanbəylinin “Budurmu heydərizmin ədalət anlayışı?”nı (18.12.2010) 546 nəfər, gənc yazar Qan Turalının “Çay qırağından ikinci yazı”sını isə (19.12.2010) 283 Oxucu ziyarət edib.

Lent.az yazarlarının reytinq rəqəmləri iki gündəlik qəzetin yazarlarının reytinqindən bir qədər yüksəkdir. Bu da yəqin onunla əlaqədardır ki, lent.az-ın çap variantı yoxdur və Oxucular ancaq saytı ziyarət edirlər. Bununla belə, ən çox Oxucu kütləsinə malik yazarın məşhuri-cahan Turan İbrahimov olmasıdır. ANS-çi Turanın (“Günəbaxan”) ayın 19-da sayta yerləşdirilən “Dəyərlər itəndə” yazısı tam 1098 dəfə tıklanıb. O, hətta Əvəz bəyi və Zamin Hacını da qabaqlayaraq reytinq cədvəlində 1-ci yeri tutur. Görünür, həqiqətən də dəyərlər itəndə medianın reytinq cədvəlinə Turan başçılıq edər.

Lent.az-ın digər tanınmış yazarlarından İlham Tumas 645 Oxucuya (“”5 papaq sualı”), Anar Yusifoğlu “Kimsə tutamaz” yazısı ilə 717 oxucuya, illərin qovğalarından keçib gəlmiş İlqar Əlifoğlu isə 257 oxucuya (“Səkkizinci fil”) malikdirlər.

Mən araşdırma obyekti olaraq “Xural” qəzetini də seçməyim mübahisə etdiyim çəbhəçinin sözlərinə görə idi. Və özünüz də gördüyünüz kimi, bu qəzetin baş redaktoru Əvəz Zeynallı aparılan araşdırmada 2-ci yerdədir. Bu araşdırmada kifayət qədər yüksək nəticəyə sahib olan Anar Yusifoğlu ilə İlham Tumas da “Xural” məktəbindən su içmişlər.

Heç kəs etiraz etməsin ki, araşdırma zamanı cəmi 17 yazarın yazıları nəzərə alınıb. Düzdür, başqa tanınmış və söz sahibi yazarlar da var. Amma mən inanmıram ki, onlar Zamin Hacıdan daha uğurlu nəticə göstərə bilərlər. Deməli, heç də ən yaxşı yazarlar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində olanlar deyillər. Kənarda – “papaq altında yatan” o qədər oğullar var ki… sadəcə olaraq, onların “dayısı” yoxdur…

P.S. “Axı sən kimsən” və “müxalifətçi jurnalistlər həbs ediləndə sizlər harada idiniz” sualları ilə mənə irad tutan çəbhəçi bəyə bircə söz demək istəyirəm: mən Fərəməz Novruzoğluyam, öz keçmişim, apardığım mübarizə və bu gün də sərgilədiyim siyasi davranışlarımla qürur duyur, fəxr edirəm. Sizinkilər isə bu qürur hissindən məhrumdurlar!


                                                                                                   xural.com 

Əfqan Şəfiyevi Şanxayda nələr təəccübləndirib?

Əfqan Şəfiyev Astara rayonunda anadan olub. Ali təhsilli muzeyşünas və etnoqrafdır. Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü, həmin qurumun Azərbaycandakı Milli Komitəsinin üzvü, cənub bölgəsinin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına dair 14 kitabın müəllifidir. Hazırda Astara rayon Mədəniyyət Şöbəsində çalışır. Noyabr ayının 7-dən 13-nə kimi Beynəlxalq Muzeylər Şurasının (İCOM) Cin Xalq Respublikasının Şanxay şəhərində keçirilən toplantısının iştirakçısı olub. Əfqan Şəfiyevin bildirdiyinə görə həmin beynəlxalq tədbirə onunla yanaşı Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru A. Bayramova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Muzeyinin direktoru R. Tağıyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Ç. Fərzəliyev, Qobustan Dövlət Qoruq-Muzeyinin direktoru, Qax Rayon Heydər ƏLiyev Muzeyinin direktoru N. Ömərova da dəvət almışdı. Bundan əlavə bu tədbirə keçmiş sovet respublikalarının hamısından nümayəndələr dəvət olunmuşdu. Tədbirə dünyanın 137 ölkəsindən 30 minə yaxın muzeyin təmsilçisi kimi 5 minə yaxın insan qatılmışdı.
 
Əfqan Şəfiyev : - Noyabrın 6-da Səhər çağı Şanxay Beynəlxalq təyyarə limanına endik.
Məlumat üçün bildirim ki, 13 milyonluq Şanxay şəhəri Çinin ən böyük avtomobil və dəmir yollarının mərkəzi sayılır. Tarixdən məlum olduğu kimi bu şəhər 1854-1937-ci illərdə, 83 il Böyük Britaniya, Fransa və ABŞ-ın idarəçiliyi altında olmuş, 1937-1945-ci illərdə isə Yaponiyanın işğalı altına düşmüşdür. 1949-cu ildə Çin Xalq Azadlıq ordusu onu işğaldan azad etmişdir. 
Şanxay Çinin ən iri sənaye və ticarət mərkəzi sayılmaqla dünyada maşınqayırma, toxuculuq, yeyinti sənayesi, avtomobil, elektron vasitələr istehsalçısı kimi tanınmışdır. Burada istehsal edilən kompüterlər, foto aparatlar mükəmməlliyi ilə dünyanın əksər ölkələrində seçilir.
Biz Şanxayın 4 ulduzlu “Qren Qarden” otelində yerləşmişdik. Mehmanxana xidmət səviyyəsi və komfortu ilə xüsusi seçilirdi. Sadəcə onu deyim ki, burada yataq dəstləri gündə 2 dəfə təzələnirdi. O cümlədən, şəp-şəpilər hər gün təzələnir və köhnəsini də büküb qapının girişinə qoyurdular ki, yəni bunu da özünüzlə götürə bilərsiniz. Hər bir otaqda televizor və soyuducu ilə yanaşı internet xidməti olan komüter də quraşdırılmışdı ki, istirahət edənlər dünyanın hər yeri ilə pulsuz internet bağlantısı yarada bilsinlər.
Yeri gəlmişkən onu da deyim ki, muzey işçisi olsam da, həddən artıq təəccübləndim ki, bu ölkədə muzeylərə nə qədər böyük diqqət var. Sirr deyil ki, Azərbaycanın hər rayonunda çox olsa, 3-5 muzey fəaliyyət göstərir. Onların da əksəriyyəti gözdən, diqqətdən, qayğıdan uzaq. Biləndə ki, təkcə bir şəhərdə muzeylərin sayı yüzlərlə ölçülür, düzü mat qaldım. Bizim üçün ən azı 5-ci dərəcəli işlərdən olan muzey işi əksər ölkələr üçün olduqca vacib və şərəfli bir peşə imiş. Biz tədbir boyu təşkil edilən muzey yarmarkalarında və ekskursiyalarda bunun əyani şahidi oduq.
Tədbirdə aparıcı dil ingilis, ispan və cin dilləri idi. Keçmiş SSRİ məkanından gələnlərin əksəriyyətinin ünsiyyət dili rus dili olduğundan bizim üçün xeyli problem yaranmışdı. Mənim isə bəxtim gətirmişdi. Hələ Moskvadan bizimlə Şanxaya uçan həmyerlimiz, Masallı rayonunun Molloba kəndində boya-başa çatmış, hazırda Şanxayda bizneslə məşğul olan Ravil bizə dil problemini hiss etməməkdə çox köməklik göstərdi. Olduqca mədəni, xeyirxah insan olan Ravilin Çin və Rus dillərini mükəmməl bilməsi bizə çox kömək edirdi.
Tədbirin başlandığı gün axşam saat 17-də Konfransın təntənəli açılışı oldu. Qonaqları salamlayanlar sırasında Çin Xalq Respublikasının Mədəniyyət naziri, Şanxay şəhərinin meri və digər rəsmi şəxslər var idi
Bazar günü noyabrın 7-də isə səfər çərçivəsində 2-ci tədbirin – İCOM-nun XXV Baş Assambleyasının açılış mərasimi oldu və məruzələrin dinlənməsinə başlanıldı. Açılış mərasimində Azərbaycan Bayrağını dalğalandırmağımız maraqlı məqamlara səbəb oldu.
Təxminən bir həftə davam edən tədbirdə muzey işinin nə qədər əhəmiyyətli olduğu, bu sahədə Şərq və Qərb dəyərlərinin faydalı cəhətlərinin uzlaşdırılması diqqət mərkəzində idi.
Tədbir təkcə rəsmi mərasimlərlə məhdudlaşmırdı. İştirakçılar üçün maraqlı mədəni proqramlar da təşkil etmişdilər. 
Belə maraqlı tədbirlərdən biri Şanxay şəhərinin düz ortasından keçən Yан-tsze çayında gəmi ilə bizim üçün təşkil edilən “Çayda gecə gəzintisi” adlı unudulmaz səyahət idi. Bu çayın qəribəliklərinə görə onunla bağlı çoxlu rəvayətlər də yaradılıb. Çinlilər rəvayət edir ki, uzun illər Çin Xalq Respublikasına rəhbərlik etmiş Mao-Tsze-Dun haqqında söhbət yayılmışdı ki, o artıq qocalıb, halsızlaşıb, hərəkət edə bilmir. Bu şübhələrə son qoymaq üçün Mao hətta rəqiblərini də çayın sahilinə dəvət edərək, hamının gözü qarşısında soyunub çayın bu sahilindən o biri sahilinə üzmüşdü.
Çinlilər olduqca zəhmətkeş insanlardır. Burada həddən artıq ucuzluq olsa da, şəhərdə kasıblar da yox deyildir. Onlar məqam düşən kimi, polislərin müqavimətinə baxmayaraq əllərindəki suvenirləri biz. satmaq istəyirdilər.
Çinlilər tarixə böyük məhəbbəti və qayğısı ilə bizi təəccübləndirirdilər. Təkcə Şanxay şəhərində 110-dan artıq muzeyin olması onların tarixlərinə necə sayğı ilə yanaşmalarına aydın sübutdur. Bu muzeylərin hər birinə səyahətin təsviri isə az qala bir səhifəlik yazının mövzusudur.
Çin teatrlarına səyahətlər, idmançı-aktyorların tryukları və sair əyləncələr də qəribəlikləri ilə çox seçilirdi.
Köhnə Şanxay şəhərinə səyahət zamanı diqqətimizi ən çox çəkən 400-500 yaşı olan binaların hasara alınaraq böyük həssaslıqla qorunması idi.
Çin deyəndə çoxunun xəyalına “kitayski mal” ifadəsi gəlir. Lakin cinlilər öz ölkəsində həmin saxta çin mallarını satmırlar. Dükan-bazarda hədsiz bolluq və ucuzluq olsa da, malların keyfiyyəti də yüksək idi. Onlar öz sakinləri üçün keyfiyyətli mallar istehsal edirlər. Daha doğrusu, hər ölkəyə onların nəzarəti səviyyəsində mal göndərirlər. Çinlilər hədiyyə verməyi də çox xoşlayırlar. Hansı yeyinti məhsuluna nəzər salırdıqsa, dərhal ondan bizə pay verirdilər. Dili bilməsək də, onlar bizimlə tez “dil” tapırdılar. Cinli satıcının dediyi qiymətlə razılaşmayan kimi, kalkulyatoru sənə uzadırlar ki, arzuladığın qiyməti yaz. Bəzən malı satıcının dediyi qiymətin yarısından da aşağı qiymətə almaq olurdu. Onların aldığı minimum əmək haqqı bizdən xeyli aşağı olsa da, həmin aşağı məbləğə bizdəkindən xeyli artıq mal almaq olur.
Buradakı qəribəliyin biri də ondan ibarətdir ki, ölkədə ancaq Cin pulu işləyir. Burada evro və dollarla alver qadağandır. Xarici valyutanı ancaq banklarda, pasport təqdim edib, xüsusi qayimədə qeyd olunmaqla əldə etmək mümkündür. Çində taksilər o qədər ucuzdur ki, demək olar, avtobusa minən yoxdur. Taksiyə çox cüzi məbləğdə pul ödəməklə xeyli məsafə qət etmək olar.
Şəhərdə 13 milyondan artıq əhali yaşasa da, burada tıxaca rast gəlmək mümkün deyil. Kilometrlərlə uzanan tunellərdə, körpülərdə maşınların hərəkəti elə tənzimlənib ki, ən nabələd sürücü belə heç bir problemlə üzləşmir. 
Çində nəşriyyat-poliqrafiya işi olduqca yüksək səviyyədə inkişaf edib. Hər hansı tədbirdə iştirakımızdan heç 15-20 dəqiqə ötməmiş həmin tədbirlə bağlı foto-albomları, bukletləri, kitabçaları və digər çap vasitələrini bizə təqdim edirdilər. Təsəvvür etmək olmur ki, belə qısa zaman kəsiyində bunu necə hazırlayıb bu qədər insana çatdırırlar. 
Çin mətbəxindən qidalanmaq isə müsibət idi. Hələ qurbağa, kərtənkələ, ilan və sair heyvanlardan hazırlanmış yeməklər bir yana, balıqdan, toyuqdan, ördəkdən hazırlanmış yeməklərin üstünə necə yağ tökürdülərsə, pis iydən onların yaxınlığına belə getmək mümkün deyildi.
Şanxaylılar vaxta daha çox qənaət etmək, eləcə də, ərzaq məhsullarının ucuzluğundan evdə yemək hazırlamırlar. Səhər-axşam ancaq kafelərdə, restoranlarda yemək yeyirlər. Qalan vaxtlarını isə işləməyə və istirahətə həsr edirlər. Evlərdə, ümumiyyətlə, mətbəx olmur. Ən qəribəsi isə o idi ki, cinlilərin süfrəsində çörək olmur. Çəngəl-bıçağı isə xüsusi çöplər əvəz edir. 
Çin məmurları da fərqli insanlardır. Onlar xalqa yuxarıdan aşağı baxmır, öz işlərini olduqca vicdanla yerinə yetirir, obrazlı desək, özlərini həqiqi mənada xalqın xidmətçisi kimi aparırlar.
Biz səfər ərəfəsində burada yaşayan uyğurlara, qazaxlara və digər türkdilli xalqlara da rast gəlirdik və onlarla söhbətimiz çox maraqlı alınırdı. Burada məktəblər şəhərdən bir az aralıda və olduqca qapalı şəkildə yerləşir. Bütün şagirdlər məktəbə pioner qalstukunda və məktəbli formasında gəlirlər.
Çinlilər kitaba çox bağlı xalqdır. Bir dəfə yemək yediyimiz kafenin yaxınlığına böyük bir maşınla zibil kimi köhnə kitablar tökdülər. Heç bir saat çəkmədi ki, yerli sakinlər o kitabların az qala 90 faizini oxumaq üçün götürdülər. Məlum olduğu kimi, Çində əhali artımına ciddi nəzarət edilir. Ailədə 1 uşağın olması normaldır. 2-ci uşağa görə icazə lazımdır və ailəyə xüsusi xəbərdarlıq edilir. 3-cü uşağı olanlar isə cəzalandırılır, cərimə edilir, hətta hökumət işindədirsə, vəzifəsindən uzaqlaşdırılır, onlara vəzifə verilmir və sair.
Tədbirdə təəssüf etdiyimiz məqamlar da oldu. Bizimlə birlikdə konfransa qatılan cənublu soydaşlarımız can qardaşlarından - bizdən daha çox ermənilərlə ünsiyyət qururdular.
Beləliklə, 6 günlük Çin səfərimdən böyük və maraqlı təəssüratla ayrıldım. Bu qəbildən olan növbəti tədbir 1913-cü ildə Braziliyanın Rio-de Jeneyro şəhərində keçiriləcək.
 
                                                                                        cenubxeberleri.com 

26.12.2010

Amerika ekoloji faciə ilə üz-üzə

Nəhəng neft ləkəsinin (160 km x 60 km) Florida sahillərinə yaxınlaşması ilə əlaqədər fövqəladə vəziyyət elan edilib


Ştatın qubernatoru Çarli Kristanın sözlərinə görə, qazma platformasında partlayışdan sonra Meksika körfəzinə axan neft Floridanın 6 dairəsini hədələyir. 
Dni.ru xəbər verir ki, bu hadisə ABŞ tarixində ən böyük ekoloji katastrof sayılır. Prezident Barak Obama cümə günü bəyanat verib ki, bu hadisənin səbəbləri tam araşdırılmayınca kəşfiyyat işləri dayandırılır. Vesti.ru-nun verdiyi xəbərə görə, 1,5 km dərinliyə yayılmış neftin qarşısını almaq hələ ki mümkün olmayıb. Obama bu hadisəni “Milli masştabda qəza” adlandırıb. Hadisəyə görə cavabdehlik BP-nin üzərinə düşür. Amma hadisənin BP-yə onsuz da böyük zərbə vurduğu deyilir. Cümə axşamı günü BP-nin Nyu-York fond-birjasında aksiyaları 8% aşağı düşüb.

                                              http://www.abna.ir/data.asp?lang=13&Id=186314 

ƏGƏR MƏMURLAR İSRAİLDƏN ƏMR ALIBLARSA...

İslam.ru informasiya portalının baş redaktoru, "Ənsar" nəşriyyat evinin direktoru Marat Sayfuddinov Azərbaycandakı hicab qadağası barədə FaktXeber.com-a eksklüziv müsahibə verib 

- Hörmətli cənab Səyfuddinov, bildiyiniz kimi Azərbaycanda Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin hicab geyinməsinə qadağa qoyulub. Bununla bağlı bilmək istərdik, bu qadağanı necə qiymətləndirirsiniz?

- Axı burada nə demək olar. Mən də sizin kimi bir müsəlmanam və bizim dinimiz qadınlara örtünməyi buyurur, bunu da dünən icad etməyiblər və bu bir yenilik deyil, bu Allahın qanunudur. Biz çox təəssüf edirik ki, Azərbaycan məmurları bəzi avropalıların yolu ilə gedirlər. Bildiyiniz kimi, Türkiyədə də analoji bir problem var idi, amma oranın hakimiyyəti daha müdrik olub və hal-hazırda bu mövzuya yenidən baxılır. Amma Azərbaycan məmurlarının mövqeyi bizi çox təəccübləndirir. Azərbaycan bir müsəlman ərazisidir və məmurlar orda yaşayanlarla hesablaşmaq niyyətindədirlər ya yox? Amma məmurlara İsraildən əmr veriblərsə, onda nə edək, çox təəssüf. Axı onlar qiyamətdə Allahın qarşısında duracaqlar və onlar cavab verməli olacaqlar. Bax bizim mövqeyimiz budur və Azərbaycanlı bacılarımız üçün təzyiq altında olub, İslamın qayda-qanunlarını yerinə yetirə bilmədikləri üçün çox narahatıq. Bilirsiniz, hətta Avropa İttifaqının bu məsələyə münasibətinə baxsaq, deyə bilərik ki, hətta Avropa İttifaqı da hər bir insana öz dini prinsiplərinə riayət etməyə imkan yaradır. Orada vicdan azadlığı var, hicabı orada heç kim qadağa etmir. Düzdür, niqabla müəyyən problemlər var. Mən bilirəm ki, bizim hicablı bacılarımız İngiltərədə rahat təhsil alır, Amerikada da təhsil alırlar, yəni ki, tağut (ədalətsiz, zalım - red.) rejiminin hökm sürdüyü bir ərazidə. Amma Azərbaycan axı əzəldən müsəlman diyarıdır. Və ümid edirik ki, sizin məmurlarınız bu məsələyə yenidən baxacaqlar.

- Cənab Səyfuddinov, siz bir informasiya portalın rəhbəri kimi bu problemin həllini nədə görürsünüz, yəni Azərbaycanın inanclı vətəndaşları bu məsələdə hansı addımları atmalıdırlar?

- Onlar öz haqlarını tələb etməlidirlər. Addımlar müxtəlif ola bilər, əsas odur ki, effektiv olsun. Misal üçün, əgər kimlərsə yalnız güc dilini başa düşürlərsə, onda insanlar küçələrə toplaşıb etiraz edə bilərlər, bu halda effektiv nəticə əldə etmək olar. Amma hakimiyyət intellektual həll yollarını tanıyırsa, bu halda gərək belə bir yolla haqlar tələb olunsun. Əsas odur ki, vətəndaşlar öz haqlarını tanısınlar və heç kim bunu onlara qadağan edə bilməz.

Orxan Ələmdar, Aqil Mehdi

"Jalə" şirəsi damla-damlamı toplanır?

abna.ir

Ölkənin meyvə potensialı illik 700 min tondursa, 400 min ton təbii şirəni necə əldə etmək olar?!


Azərbaycanda yerli istehsalın bərbad vəziyyətdə olması sirr deyil. Ölkəmizdə demək olar ki, heç bir sahədə yüksək səviyyədə istehsaldan söhbət gedə bilməz. İstehlak bazarında təhlükəli ərzaq məhsulları tüğyan edir. İstər yerli şirkətlərin istehsal etdiyi malların, istərsə də xaricdən idxal olunanların tərkibində modifikasiya edilmiş maddələr var. Bu mənada son günlərin ən aktual mövzularından biri də Qəbələ Konserv Zavodunda istehsal edilən “Jalə” şirələrinin keyfiyyətidir. “Yeni Müsavat” olaraq dəfələrlə bu şirələrin keyfiyyətsiz olmasından yazmışıq. Bunu sübut edən ən adi məqam “Jalə”ni içdikdən sonra ağızda qalan acı daddır. Yəqin ki, çoxunuz bu dadı hiss etmisiniz. Hətta restoranlarda məcburi qaydada süfrəyə qoyulan “Jalə”ni məclis iştirakçıları istifadə etmirlər. Bu halla dəfələrlə özümüz şəxsən rastlaşmışıq. 

Məsələ ondadır ki, “Jalə” şirələri heç də televiziyalarda reklam edildiyi kimi, nə damla-damla toplanır, nə də yüz faiz təbiidir. Əvvəla, Azərbaycanda yetişməyən meyvələrin burada necə damla-damla toplandığı sual doğurur. Elə bu günlərdə ATV telekanalında yayımlanan “El içində” verilişində bu sual “Jalə”ni istehsal edən müəssisənin nümayəndələrinə ünvanlandı. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “bananı necə damla-damla toplayırsınız və necə olur ki, bananın şirəsi özündən ucuz olur” sualına şirkət təmsilçilərinin cavabı da qəribə oldu. Onlar müqavilə əsasında xaricdən banan püresi gətirdiklərini bildirdilər. 
İkincisi, ölkədə bir ildə təxminən 700 min ton meyvə istehsal edildiyi halda, təkcə “Jalə” şirələrinin illik istehlakı qeyri-rəsmi məlumatlara görə, 400 min litri keçir. Ekspertlər isə bildirirlər ki, bir litr şirəni almaq üçün ən yaxşı halda 3 kiloqram meyvə lazımdır. Bu, ən sulu meyvələrə aid olan bir göstəricidir. Hətta elə meyvə var ki, onun 5-6 kiloqramından 1 litr təbii şirə almaq zorla mümkün olur.
Odur ki, “Jalə”nin yüz faiz təbii olmadığı barədə iddialar heç də əsassız sayılmamalıdır. Yayılmış məlumatlara görə, şirənin hazırlanması üçün qarışıq, meyvə tamı verən maddələr İsraildən gətirilir. Həmin maddələrin insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu vurğulanır. Belə ki, “Jalə”nin hazırlanmasında istifadə edilən bu maddələr xərçəng və digər ciddi xəstəliklərin yaranmasına yol açır. Üstəlik, Qəbələ Konserv Zavodunda şirə hazırlamaq üçün xaricdən gətirilmiş banan püresindən istifadə edildiyi bildirilir. Şirə istehsalı sahəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan müvafiq qurumlar - Səhiyyə Nazirliyi, o cümlədən Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin üstünü açıb-ağartmırlar.
Onu da qeyd edək ki, “Jalə” şirələri Azərbaycanda “Gilan Holdinq” tərəfindən istehsal edilir. K.Heydərovun oğlu Taleh Heydərova məxsus olan “United Enterprises İnternational” şirkəti həm də “Gilan Holdinq”in beynəlxalq distribyutorudur. Həmin şirkət vasitəsilə “Jalə” şirələri artıq Almaniya və İngiltərə bazarlarına çıxarılır. Elə “Jalə”nin yeni saytında - www.jalajuice.com-da məlumatlar da yalnız alman və ingilis dillərindədir. 
Şirkət Avropa bazarlarına dörd növ - nar, albalı, ərik və qara qarağat şirələrini çıxardır: “Bu şirələrin hamısı Azərbaycanda yüksək keyfiyyətli meyvələrdən istehsal edilib”. Üstəlik, xaricə çıxarılan “Jalə” şirələri Azərbaycan bazarına çıxarılan şirələrdən tərkibinə və keyfiyyətinə görə fərqlidir. Həmin saytın yalnız ingilis və alman dillərində olması deməyə əsas verir ki, xaricə çıxan “Jalə” həqiqətən də xüsusi diqqətlə hazırlanır. Çünki daxili auditoriya üçün nəzərdə tutulan gilan-jale.com saytında baş səhifədən başqa heç bir səhifəni açmaq, şirə haqda hər hansı məlumat almaq mümkün olmur.