16.10.2017

Kürd peşmərgələr Kərkükdən qaçır, kürd müxbir ağlayır

İraqın şimalındakı türkmən şəhəri Kərkükə nəzarət edən kürd peşmərgə dəstələri mərkəzi Bağdad hökumətinə bağlı ordu qüvvələrinin hücumu qarşısında demək olar ki, müqavimət göstərmədən mövqelərini tərk edib.
İraq ordusu yüzlərlə zirehli texnikanın dəstəyi ilə gecə yarısı Kərkükə daxil olub və peşmərgələrin əsas bazalarını tutub. Qısamüddətli toqquşmalar istisna olmaqla İraq ordusu ilə peşmərgələr arasında irimiqyaslı döyüşlər olmayıb, kürd dəstələri mövqelərini tərk edib.
Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) Kərkük üzrə səlahiyyətli komandiri Vesta Rəsul RUDAW kürd xəbər agentliyinin müxbirinə açıqlamasında İraq ordusuna qarşı müqavimət göstərməyə qüvvələri olmadığından şəhəri tərk etdiklərini açıqlayıb. “Dünən gecədən bəri Kərkükə qarşısında heç cür müqavimət göstərə bilməyəcəyimiz həcmdə hərbi qüvvə cəmləşdirildi. 350 tank və zirehli maşınla 4 birliyimizə hücum etdilər”- kürd komandir bildirib. Vesta Rəsul deyib ki, sərəncamlarında olan qüvvələrlə İraq ordusuna qarşı müqavimət göstərə bilmədiklərini mərkəzi komandanlığa çatdırıblar və mövqelərini tərk ediblər.
Kərkükdəki digər kürd komandiri isə bildirib ki, onlara İraq ordusu ilə atışmaya girməmək təlimatı verilib. Son xəbərlərə görə İraq ordusu Kərkükdə bir sıra hərbi düşərgələri, neft terminallarını, strateji əhəmiyyətli kommunikasiyaları tutub.
Kürdlərin Kərkükün cənub hissəsindən də geri çəkildiyi xəbər verilir. Yerli qaynaqlar peşmərgələrin İraq ordusu ilə anlaşma şəraitində şəhərin içərsindəki mövqelərə çəkildiyini bildirirlər. Digər məlumata görə Kərkükdən peşmərgələrin qəfl geri çəkilməsindən sonra Ərbildən şəhərə əlavə qüvvələr göndərilib. İraq ordusu isə hələlik Kərkükün mərkəzinə daxil olmasa da şəhər ətrafındakı bir sıra mövqeləri tutub.
Peşmərgə qüvvələrinin kapitan rütbəli komandiri RUDAW agentliyinin müxbirinə deyib ki, onlara İraq ordusu ilə açıq döyüşə girməmək əmri verilib, nəticədə mövqelərini tərk ediblər. “Döyüşdüyümüz mövqelərdən niyə geri çəkildiyimizi anlamıram. Xalqın bu əmri verən komandirdən hesab soruşması lazımdır” -o deyib. Bu vaxt agentliyin müxbiri canlı yayımda ağlamaqdan özünü saxlaya bilməyib.
Kürd kapitan bildirib ki, İraq ordusunun hücumuna qarşı güclü müqavimət göstəriblər, bir neçə zirehli texnikanı vurublar. “3 saatdan çox minomyot və “Şilka”larla atışdıq. Amma təəsüf ki, sonda geri çəkildik. Yuxarıdan bizə əmr gəldi. Xalqdan bunun hesabını soruşmağı istəyirik. Xalq peşmərgəyə geri çəkilmə əmrini kimin verdiyini soruşmalıdır” -o deyib.
Ərbildə isə “Peşmərgə Nazirliyinin” sözçüsü Helgurt Hikmet geri çəkilmə ilə bağlı əmr vermədiklərini deyib və məsələnin araşdırılacağını bildirib.
Türkiyənin “Anadolu” agentliyi isə xəbər verir ki, peşmərgələrin geri çəkilməsindən sonra Bərzani administrasiyası Kərkükə yüzlərlə PKK-çıdan ibarət əlavə dəstələr göndərib. PKK-çılar hazırda Kərkükün mərkəzi küçələrində barrikadalar quraraq İraq ordusuna qarşı müqavimət göstərməyə hazırlaşır. Türkiyə XİN bununla bağlı bəyanat verərək bildirib ki, İraq hökuməti ilə Kərkükdə PKK mövcudluğunu aradan qaldırmaq və suverenliyi bərpa etmək məsələsində hər cür əməkdaşlığa hazırdır.
Xatırladaq ki, Bərzani administrasiyası ilə mərkəzi Bağdad hökuməti arasında gərginlik kürdlərin müstəqillik referendumundan sonra artıb. İraq hökuməti bu referendumun nəticələrini tanımır və Bərzani administrasiyasından tələb edib ki, ölkənin Türkiyə və İranla sərhəddəki sərhəd-keçid məntəqələrinə, habelə neftlə zəngin Kərkük şəhərinə nəzarəti Bağdada təhvil versin. Kürdlər bu ultimatumu qəbul etməyib və cavab olaraq İraq ordusu Kərkükdə hərbi əməliyyata başlayıb.

Robert Qrindən hakimiyyətin 48 qanunu

1. Heç vaxt özündən yüksəkdə duranları kölgədə qoyma — onları olduqlarından daha dəyərli olduqlarina inandır.
2. Dostlara hədsiz inanma, düşmənlərdən istifadə etməyi bacar.
3. Fikir və planlarını heç vaxt, heç kəsə bildirmə.
4. Həmişə ehtiyac olduğundan daha az danış, danişanda da elə et ki, dediklərinin çoxu anlaşılmaz olsun.
5. Ad-sanından çox şey asılıdır — onu, həyatın bahasına da olsa, qoru.
6. Kütlə içində itib-batma — həmişə diqqət mərkəzində ol.
7. Başqalarını sənə işləməyə məcbur et və başqalarının əməyindən bəhrələn.
8. İnsanları, ilk növbədə düşmənlərini özunə yaxınlaşdır.
9. Qələbəyə sözdə yox, işdə nail ol.
10. Bəxti gətirməyən adamlardan uzaq dur — onlar infeksiya kimi yoluxdurucu olur.
11.Insanları səndən asılı vəziyyətə sal.
12. Qurbanınızı silahsız buraxmaq üçün alicənab və düzgün seçimlər edin.
13. Kömək istəyərkən, insanların çıxarlarına görə təşəkkür edin, mərhəmət və minnətdarlıqlarına görə yox.
14. Dost kimi tanının, casus kimi işləyin.
15. Düşməninizi tamamilə əzin.
16. Hörmət və şərəfinizi yüksəltmək üçün yoxluqdan istifadə edin.
17. Hər şey hava kimi gözlənilməzdir fikri ilə ətrafdakılara şübhə altında baxın.
18. Müdafiə olunmaq üçün qalalar tikməyin- ayrı düşmək təhlükəlidir.
19. İşinizin kimlə əlaqəli olduğunu bilin- başqalarını təhqir etməyin.
20. Heç kəsə inanmayın.
21. Sadəlövhdən faydalanmaq üçün sadəlövh roluna girin.
22. Təslim olmaq taktikasından istifadə edin-zəifliyi gücə çevirin.
23. Gücünüzü birləşdirin.
24. Yaxşı polis roluna girin.
25. Özünüzü yenidən yaradın.
26. Əllərinizi təmiz tutun (kirlətməyin).
27. Başqalarının sizə qulaq asması üçün onların inanmaq ehtiyacından istifadə edin.
28. Cəsarətli olun.
29. Hər şeyi axıra kimi planlaşdırın.
30. Uğurlarınızı böyük olmayan zəhmət hesabına başa gəlmiş kimi təqdim edin.
31. Fikirlərini idarə edin: Sizin dağıtdığınız kartlarla oynasınlar.
32. İnsanların fikirləri ilə oynayın.
33. Hər kəsin zəif nöqtəsini kəşf edin.
34. Özünüzə diqqət ayırın.Kral kimi qarşılanmaq üçün kral kimi hərəkət edin.
35. Hər şeyi vaxtında edin.
36. Sahib olmadıqlarınızı dəyərsiz görün. Bu ən yaxşı intiqamdır.
37. İnsanların diqqətini özününzə yönəldin.
38. Özünüz kimi fikirləşin, başqaları kimi hərəkət edin.
39. Balıq tutmaq üçün suları qarışdırın.
40. Havayı yeməklərə fikir verməyin.
41. Böyük insanların ayaqqabılarını geyməyin.
42. Çobanı vurun, qoyunlar səpələnəcək.
43. Başqalarının ürəkləri ve beyinləri üzərində işləyin.
44. Əllərini-qollarını bağlayın, güzgü oyunu oynayın (düşmənin etdiklərini etsən, strategiyanı başa düşməyəcək).
45. Dəyişiklərin lazım olduğunu yaddan çıxarmayın, amma böyük dəyişikliklərdən çəkinin.
46. Heç vaxt ideal görünməyin.
47. Hədəflərinizdən yüksəyə çıxmayın, nə vaxt dayanmaq lazım olduğunu bilin.
48. Dəyişin.

Anamın

Vüsal Həsənəli

Köhnəlir xatirələr - dəyişdikcə fəsillər,
İtib evin düzəni, səliqəsi son illər,
Masanın üzərində köhnə solğun şəkillər.
Bir yetimlik qəmi var otağında Anamın.

Gah baxçaya apardı, gah məktəbə ötürdü.
Əlində bir qab yemək gah arxamca yüyürdü.
Mən məktəblər oxudum, o küçələr süpürdü.
Köhnə nimdaş başmağı ayağında Anamın.

Ötüb keçdi Anamı ömrün kövrək illəri.
Büküldükcə qaməti, ağarınca telləri.
Saçımı oxşayarkən gücsüz, qırış əlləri
Elə uşaqlaşardım qabağında Anamın.

Hanı o səsli-küylü evdə təbrik deyənlər?
Anamın əllərindən yağlı əppək yeyənlər?
İndi bəxtimi döyür o vaxt qapı döyənlər.
Daha qazan qaynamır ocağında Anamın.

15.10.2017

Dünya belə idarə olunur – Qızıl plan

Aqşin Evren

Bəşəriyyətin ilk dövrlərində dünyada aparıcı güc Daş idisə, sonralar bunu Dəmir əvəz etdi. XX əsrdən başlayaraq isə dünyada aparıcı qüvvə İdeya oldu. Və ideya hələ də dünyanın siyasi, iqtisadi vəziyyətini müəyyən etməkdə.
İdeyaların bizə vahid bir mərkəzdən ötürüldüyünü sadə məişət hadisələrindən belə görmək olar. Məsələn, çox uzağa getmədən bir misal çəkim. İstər doğum günlərində, istərsə bayramlarda yazılan təbrik mesajlarına, arzulara baxanda ortaya gülünc bir mənzərə çıxır: Hamı eyni təbriki yazıb! Bu, təkcə insanların təbrik məsələsində bir-birini yamsılaması deyil, həm də eyni sosial həyatı bölüşməsi, onlara müəyyən edilmiş axınla şüursuz olaraq hərəkət etməsidir.
Əsrin əvvəllərindən başlayaraq uşaqların həyatına daxil olan kompüter oyunları – “Kontr strayk”, “Medal of onor” kimi müharibə, “Drayver”, GETA kimi nəqliyyat oyunları uşaqlara nəyi öyrətdi?
Azyaşlılar bu müharibə oyunlarında qarşılarına çıxan “düşmən”ə davamlı olaraq atəş açır və ya onu bıçaqla vurur. Beləcə həmin uşaq şüuraltı olaraq adam öldürməyə hazır insan kimi yetişir.
Və ya nəqliyyat oyunlarında maşını sürətlə sürən, hər mərhələdə yeni maşın almağa çalışan uşaq sonradan – gənc yaşlarında bunları real həyatda təkrarlamağa başlayır.
Təbii, bu, daha çox zəif psixologiyalı insanların həyatında müşahidə olunur. Və mən həqiqətən də bu oyunların həvəskarına çevrilmiş bəzi uşaqların sonralar həmin oyunlardakı kimi davrandığının şahidi olmuşam.
Dünya sistemində insanları yuxuya verməyin bir yolu da onların məqsədlərini, arzularını kiçiltməkdir. Qadın tanıyıram, bələdiyyə 4 sot torpağını müsadirə edib, vecinə deyil, ancaq avtobusda yer tutmaqdan ötrü camaatı əzib keçir. Onun arzusu, mübarizəsi 4 sot torpaqdan bir oturacağa qədər enib. Bu, xalqlarda, dövlətlərdə də belədir. Dünya insanı artıq gözəl, rahat həyat yox, terrorsuz, müharibəsiz həyat axtarır. Bir növ yaşamır, gizlənir.
Daha bir dəhşətli müşahidəni yazım. Uşaqlığı 90-cı illərə düşmüş bizlər əlimizə kəndir keçəndə onu ağaca bağlayıb yelləncək düzəldirdik. Ancaq çağdaş dünya azyaşlısının alt şüurunda kəndirin mahiyyəti dəyişib. Bir-iki ay əvvəl həyətdə oynayan uşaqlara baxırdım. Onlardan biri kəndiri boğazına bağlayıb özünü asmağa, digərləri isə israrla bu hərəkəti təkrar etməyə çalışırdı.
Məsələ burada bitdi: artıq bir neçə insan intihar etməyə proqramlaşdırıldı.
Sözsüz ki, bunlar TV-lərin, mediada yer alan təhrikedici xəbərlərin vasitəsi ilə baş verir. Adını çəkmək istəmədiyim bir kompüter oyunu var. Həmin oyun bu günə qədər minə yaxın gəncin, azyaşlının həyatına son qoyub. Oyunun mahiyyəti çox sadədir: davamlı olaraq insana əmrlər verir: qolunu kəs, əlinə iynə batır və son olaraq intihar et! Təsəvvür edin ki, adi bir oyun artıq min nəfərin həyatına son qoyub.
Dünyada bizim uğurlu, sağlam, faydalı insan olaraq yetişməyimizin qarşısını alan yüzlərlə belə detal var. Nə etməli, gələcəyimiz olan uşaqları bu bataqlıqdan necə çıxarmalı?
Təbii ki, texnologiyadan birmənalı şəkildə imtina etmək olmaz, lakin onun zərərli sahələrindən uşaqları qoruya bilərik. Uşaqlarınıza maşın oyunları oynamağı yox, maşın haqqında nağıl oxumağı öyrədin. Bu, həm onun zehnini, beyninin üfüqlərini açacaq, həm də bioloji olaraq şüadan uzaq, sağlam böyüməsinə zəmin yaradacaq. Son min ildə bəşəriyyət məhz kitabın, elmin sayəsində bu qədər inkişaf edə bilib. Övladlarınızın xilası sağlam təhsildən, mütaliədən, elmdən keçir. Çünki ən böyük xilasedici elm, kitabdır.
Nəhəng Nizami də deyirdi:
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”.

mustaqil.az

13.10.2017

Afrikadan oyunçu almışıq, sağ ayağı işləmir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -69

Həmid Herisçi: Azərbaycan teleefiri, mətbuatı, ədəbiyyatı, musiqisi istedadsız, səviyyəsiz adamların inhisarındadır. Həvəskərkar bu sahələri tam qəsb edib peşəkarları burdan qovublar. Azərbaycan teleefirindən, ədəbiyyatından, mətbuatından ciddi heç nə gözləmirəm. Teleaparıcılarınızın hamısı ucdantutma zaydır. Yazıçılarınız maraqsızdırlar. Jurnalistləriniz -kiçik istisnalarla- heç cümlə qura bilmirlər. Gözünüzü açın. Reallıq sizin əleyhinizədir.
Rauf Qubadov: Azərbaycanda o adam rahat yaşayar, o Azərbaycandan başqa olkədə yaşayışın necə olduğunu görməyib.
Elçin Bayramlı: Şimali Koreya haqda mediada yayılanların azı 99 faizi yalandır, hər xəbərdən bir az sonra yalan olduğu ortaya çıxır.
Rəhim Həsənli: 15 sentyabr 1514-cü ildə Osmanlı quldurları Təbrizi, 15 sentyabr 1918-ci ildə Bakını işğal etmişlər.
Qəmlo Əsədullah: Bir an təsəvvür edin ki Rusiyadan pul gəlmir. Kəsildi axın. Nə olar ölkə? Amma Azərbaycandan pullar gedib şəxsi hesablara, xarici şirkətlərin hesablarına, ingilislərə, yəhudilərə, amerikalılara, fransızlara və s. Axırda da qərara gəldilər ki ölkəni atsınlar ərəblərin əlinə. Onlar da gəldi gördü ki bura bir qara quyudur. Bura qoyulan pul qayıtmayacaq. Həm də onlara, ərəblərə amerikalı ağaları dediləri ki qələtinizi etməyin, sürüşün ordan.
Elxan Zaman: Bu ölkənin ən bərkgedən millətçilərindən birini çox yaxından tanıyıram. Adamın sevdiyi türk millətindən, özü də çox ləyaqətli insanlar olan öz yaxın qohum-əqrəbaları ilə adam kimi davranmağa qabiliyyəti çatmır, danışanda isə deyir ki, millətimin pisi başqa millətlərin yaxşısından yaxşıdır mənimçün... Bu boyda da saxtakarlıq, geydirməçilik olar? Bunların millətçilikləri də boğazdan yuxarı, bağırsaqdan aşağı asqıraqdan başqa bir şey deyil... Qoy asqırsınlar, As-Turan köməyləri olsun...
Samir Tağıyev: Uca Allah qorusun Putini. İrana da Suriyaya da kömək eləyən Rusiyadır. ABŞ və NATO-un qarşısını alan Rusiyadır. Bunu inkar etmək ən azından haqqı inkar etmək deməkdir.
Rüstəm Hüseynov: Müasir dövrdə SSRİ-yə olan münasibət siyasi məsələ olmaqdan daha çox, əxlaq və zövq məsələsidir...
Əkrəm Məlikov: Stalin nəhəng və dahi bir şəxsiyyət idi. Bundan sonra da qədirbilən və düşüncəli insanların xatirəsində yaşayacaq.
Elxan Xəlilov: Əvvəl hər şey Vətən üçün idi, indi hər şey turistlər üçün...
Zərdüşt Əlizadə: Rus dilindən imtinanı təklif edən adamların ya başına hava gəlib, ya da millətin düşmənləridir.
Tərana Əliyeva: Adam pul götürüb 15 000 dollarla 16 000 manat olanda. 15 000 manatı ödəyib, hələ də 20 000 manat borcu qalıb! Bəli, götürdüyünü qaytarmalısan, amma insan 16 000 hesabına arxayın olub ki götürüb, bəs 35 000 hardan ödəsin? Bu hökumət hamını yedirir, Azərbaycandan başqa! Millətin pulunun sahibisiz, ay ağzıəyrilər?! Kredit aministiyası verin də, ay Allah bəlanızı versin! Qonşum 3 000 dollar götürüb, 2 ildir ödəyir, hələ 2019-cu ildə qurtaracaq ödəniş! Soyğunçular!.. Bu qədər intihar olar?!
Hikmət Babayev: Düz 97 il əvvəl bolşevik ruslar bizi işğal edib.. Əgərçi bolşeviklər bizi işğal etməsəydilər, indi biz Marsda koloniya salardıq, mərkəzi yollarımız da 5 sm qızıl olardı. Ara yollar da gümüş... Elçibəyin ruhu haqqı belədi...
Aftandil Babayev: Zaxarova duz dedi. Zaxarova deməmiş də hamı bilir ki, bizim mətbuat qərəzli məlumatlar çox verir. İkinci də ki o qədər azərbaycanlını Rusiyadan başqa hansı dövlət qəbul edər? Sizcə Türkiyə edərdi? Əgər düşmən olsaydılar, bizimkilər o qədər gedərdi ora? Biz özümüz özümüzün düşməniyik, basqa düşmən axtarmaq lazım deyil.
Fərhad Həsənzadə: Kurikulum - sionistlərin xalqların təhsilinə soxuşdurulumuş təxribatıdır.
Polad Əzizov: Əgər o vaxt bolşeviklər olmasaydı, təsəvvür eləyin bu 25 ildə xalqın başına nə oyun gəlirsə, ondan 4 dəfə artığı gələrdi başımıza. Yazığıq, vallah... Bəlkə də indi Azərbaycan yox olmuşdu... Yenə də rus yaxşıdı, qardaş, saxlayırdı əlində. 3 milyon azərbaycanlı Rusiyadan çörək yeyir. Əli boş gəlirlər, çörək qazanırlar. Sən get Türkiyəyə pulsuz-parasız, görüm çörək var orda? Ölmüşdü türk sənə çörək verə! Şabalıd kimidilər, yağ çəkərlər, yağ verməzlər...
Nadir Qocabəyli: Azərbaycan dilində ədəbiyyatın, kitabların, resursların rus dilinə nisbətdə son dərəcə kasad, hətta yox səviyyəsində olduğunu hamımız çox gözəl bilirik. Rus dilini bilməyənlərə Azərbaycanın özündə belə iş tapmaq müşküldür. Mənim bir qohumum iqtisadiyyat universitetini və idarəetmə akademiyasının magistraturasını əla qiymətlərlə bitirib. İngilis dilini bilir. Bir ildir iş axtarsa da, tapa bilmir. Deyir ki, iş tapmamağına əsas səbəb rus dilini bilməməsidir.
Rəfail Ağayev: Nə yaxşı helikopter “sözümüz” var imiş, vertolyot öldürmüşdü bizi...
Iİkin Santak: Rusun sayəsində bunların əlləri çəngəl tutub, klassik musiqini tanıyıblar, min dənə şey öyrəniblər.
Doktor Əli Şəriəti: İndiki kölələr kreditlə yaşayıb, borcla ölürlər.
Zeynəb Cəfərli: İndi bəzi ağzıgöyçəklər deyir ki, “Ruslar gəlib ziyalılarımızı qırdı, insanları məhv elədi”... Maraqlıdı, illərlə bəy-xan hakimiyyətində əzilən, qarın dolusu çörək tapa bilməyən bir millətin hansı ziyalılarından söhbət gedir?! Bir məktəbi olmayan (mollaxanadan başqa), hərf tanımayan, düzgün danışmağı bilməyən millətin görəsən neçə ziyalısını qırıb rus?! Soruşan yoxdu ki, hansı ziyalı, alimlərdi o bolşeviklər qıran?! Düşünmürlər ki, bizi cahillikdən çıxardı o quruluş! Yoxsa biz də Türkiyənin bəzi köyləri kimi hələ də elektrik nədi bilmirdik...
Müttəqi Bərməki: Elçibəy xainliyinə “Bizdə Azərbaycanda Türkiyəni o qədər çox sevirlər ki, deyirlər: Azərbaycana nə olursa olsun bircə Türkiyəyə heç nə olmasın” deməsi ilə təsdiq edib peçat vurdu.
Əhməd Rəhmanov: Hansı tərəfə baxırsan, kimi dindirirsən ölkədən getməkdən danışır. Bu gedişlə “müəllimlərə” qulluq göstərən rəiyyət qalmayacaq. TV-lər də hansısa inkişafdan dəm vurur. Gör indi ölkə nə gündədir ki, acından ölən afrikalı da bura gəlib, işləmək istəmir.
Əli Şərif: Kürdlər hər zaman bizlərə xəncər vurandı. Duz yeyib duzqabını sındırıblar! Fəxr etdikləri Bərzaninin isə babası yəhudidir.
Vüsal Həsənəli: 40 ildi bir kişi tapıb ailə qura bilmir, deyir “Böyük Turan quracam”!
Namizəd Səfərov: Ölkədə bir məmur belə tutduğu vəzifəyə layiq olub, öz yerində deyil. Bu təsadüfi yox, yalnız düşünülmüş şəkildə edilə bilərdi.
Rasim Hüseynov: Afrikadan oyunçu almışıq, sağ ayağı işləmir))) Öldüm gülməkdən; sən öləsən dəlixanadı)).
Teymur Qabulov: Müstəqillik adlandırdığınız köləlik dövrü yaxşı nə varsa hamısını məhv etdi. 
Baba Pünhan: Pantürkizmin Azərbaycanda yayılmasının qarşısındakı yeganə maneə şiəlik və bu təriqəti Azərbaycanda möhkəmləndirən Şah İsmayıl yoludur. Həm də Şah İsmayılı yalnız bir sürü heyvan sevmir- Türkiyəni öz Vətənindən çox sevən, qancıq canavarı öz “tanrısı və əcdadı” hesab edən pantürkist it sürüsü!
Vüqar Yusubov: Suriyanın bütov ərazisi 185 000 kv km-dir, ABŞ-ın Florida ştatının ərazisi isә 170 000 kv km. 1 gün ərzində İrma adlı tufan Amerikaya elə bir zərbə vurdu ki, Amerika 1 il ərzində Suriyaya, İraqa və ya Əfqanıstana vura bilməmişdi. Tufanın nәticәsi: 3 milyondan çox məçburi köçkün, 500 000 mindən çox dağılmiş ev və bina, 150 milyarddan çox ziyan. Nə ağ fosfora, nə raketlərə, nə hərbi gəmilərə, nə də qırıcı vә bombardmançı tәyyarәlәrә ehtiyac oldu. Nәhayәtsiz Qüdrәt sahibi olan Allahın qәzәbi zalımlara kifayətdir!
Kamran Hasanov: Vaxt var idi Duqinin ideologiyasına reallaşması mümkün olmayan, utopik, müasir dövrlə ayaqlaşmayan ideologiya kimi, özünə isə utopist-dərviş kimi yanaşılırdı. Amma cəmi 10-15 il keçdi və Duqinin nəzəriyyəsi faktiki olaraq praktikada tətbiq olunmağa başladı. Və bu gün liberalları məğlub edib, sındırıb bir kənara atan “dövlətçilər” (əslində onları imperiya tərəfdarları adlandırmaq doğru olardı) siyasi lider kimi Putini, mənəvi lider kimi Duqini qəbul edirlər. Proxanov kimilər bunu açıq şəkildə deyir. Bugün Putinin yaratdığı Avrasiya Birliyi əslində Duqinin “eskizləri” üzərində qurulur.
İntiqam Hacıyev: Əvvəlki bağlanan neft kontraktları əhalini milyardlarla borca saldı, görəsən təzə kontraktlar bu borcları sildirəcəkmi?
Azər Bandoj: Avropadan Azərbaycana mədəniyyətdən başqa hər nə desən inteqrasiya olundu.
Zaur Musayev: İran İslam respublikası qurulandan Amerika onunla düşməndir. Bu fakt Amerikanın nə dərəcədə murdar dövlət olduğunu təyin etmək üçün kifayətdir.
Pərvin Cəfərzadə: Avropa ölkələrinin bəzilərində belə bir video çarxlar çəkilib və dünyaya paylaşılır. Demək qaqaşın biri yolda gedən qızlara yaxınlaşaraq başlayır öpməyə. Bəziləri buna etiraz edir, bəziləri də can-başla öpüşür. Hətta bunu qızlar da edir. Qız yaxınlaşır bir başqa qıza, ya oğlana və öpüşür. Bu çirkin mənzərəni çox gözəl şəkildə çəkib paylaşırlar və çox çəkməz bizim milli gerizəkalılar bu kimi halları burda da edib adiləşdirərlər. Necə ki lütlənmək və bunu müdafiə etmək, geylik (lori dildə desək petuxluq) və bunu müdafiə etmək kimi hallar adiləşib. Hətta bunu azadlıq və insan hüquqları adı ilə pərdələyənlər də var. Biz nə çox dəyərləri itirdik və hələ də itiririk!
Şəmistan Qəzvini: Öz ev-eşiyini, yurdunu, ata-babalarının qəbrini ermənidən qoruyub saxlaya bilməyənlər gəlib oturub Azərbaycanda hakimiyyətdə və yerli, korennoy əhalinin torpaqlarını əlindən alıb, ev-eşiyini söküb özünkülərə satır.
İlqar Aslanov: İsrailin bombardmançı təyyarələri İrana daxil olsalar, sonra geri qayıtmağa yer tapmayacaqlar. Bu sözü İranin yüksək məsul hərbçisi demişdir.
Rahim Qəribov: Türkiyənin qarışqadan fil düzəldən tarixi saxtalıqlardan boldur. Qorxaq sultan Yavuz Səlimi şücaətli, sultanı meydana çağırıb meydanda at oynadan Şah İsmail Xətaini isə qorxaq kimi tanıtdıran geydirmə Türkiyə tarixi özlərinin etdikləri qətliamları, namərdliklərini heç bir zaman əks etdirməyib.
Bəhram Abdullah: Ölkəmiz ingilis yəhudilərin və onların buradakı tör-töküntülərinin əlində avarə qalıb. Ölkənin bunlardan xilası üçün Rusiya və İrana böyük ehtiyacı var.
Hacımirrauf Məmmədov: Şanlıurfa yolunda bir məscidə girdik, türklərdən 1 lirə, bizdən 1 dollar istədilər. Mən 1 lirə verməyə hazır idim, dedilər ki, sizdə “petrol” var, siz dollar verməlisiz. İnsafən abdəst (dəstəmaz) almaq bedava (havayı) idi, biz Suriyadan yol gəlirdik, təharətə ehtiyacımız var idi, bir təhər 2 lirəyə razılaşdıq.
Faiq Mirzəyev: Heç bir kapitalist ölkəsində demokratiya yoxdur, Demokratiya sadəcə varlılara aiddir. Mən Avropanın ən inkişaf etmiş ölkəsində 16 ildir yaşayıram, burda da gördim kapitalizmi. Kapitalizm ancaq varlılara aiddir.
Tofik Səfərzadə: Dostluğumda olanlardan acizanə bir xahişim var, açdığınız profillərə öz şəklinizi qoyun, ad-familiya elə də önəmli deyil, təki sifətdən sizi tanıyım. Mümkündür nə vaxtsa bir-birimizə rast gələk.
Rafael Əsədzadə: Azərbaycanı məhz Rusiyanın qorxusundan hələ sümük qarışıq udmayıblar. Yoxsa çoxdan kimlərinsə yemi olacaqdıq.
Vüsal Hətəmov: Bilirsiniz okeanın o tayı niyə abidələrinin tarixi 5 min ildən yuxarı olan Bağdadı, Şamı yerlə-yeksan etdi? Çünki öz dövlətlərinin tarixi 200 ildən artıq deyil. Qısqanclıqdan!.. Əks-təqdirdə Səudiyyəni yerlə-yeksan etməli idilər.
İbrahim Zadeh: Balam, heçmi içərinizdə Sovet dövrünü yaşayanlar olmayıb? 1 May ki bizim ən gözəl bayramlarımızdan idi! Hər bu bayram gələndə təzə paltar alardı valideynlərim, həmçinin yaxın qonşu olduğum 2 dayımoğlunun valideynləri də. Səhər tezdən əllərimizdə SSRİ bayrağı və şarla parada gedərdik. Möhtəşəm izdihamlı parad olardı. Paradddan sonra valideynlərdən aldığımız cib xərcliyini ləzzətlə xərcləyərdik. Gedərdik Mərkəzi Univermağın 1-ci mərtəbəsindəki kofeteriyaya. Hərəmizə 1 pirojna, 1 kakao nuşi-canlıqla yeyərdik. Daha sonra da məşhur Çay Evinin həyətində Stepanakert-Xankəndi marojnası yeyərdik. Daha sonra da şarları mavi qazla doldurub havaya uçurardıq... İndi o 2 dayımoğlunun biri gənc ikən haqq dünyasındadır, digəri isə... Allah tezliklə qapısını açsın.

12.10.2017



İbrahim Zadeh: 

-Balam, heçmi içərinizdə Sovet dövrünü yaşayanlar olmayıb? 1 May ki bizim ən gözəl bayramlarımızdan idi! Hər bu bayram gələndə təzə paltar alardı valideynlərim, həmçinin yaxın qonşu olduğum 2 dayımoğlunun valideynləri də. Səhər tezdən əllərimizdə SSRİ bayrağı və şarla parada gedərdik. Möhtəşəm izdihamlı parad olardı. Paradddan sonra valideynlərdən aldığımız cib xərcliyini ləzzətlə xərcləyərdik. Gedərdik Mərkəzi Univermağın 1-ci mərtəbəsindəki kofeteriyaya. Hərəmizə 1 pirojna, 1 kakao nuşi-canlıqla yeyərdik. Daha sonra da məşhur Çay Evinin həyətində Stepanakert-Xankəndi marojnası yeyərdik. Daha sonra da şarları mavi qazla doldurub havaya uçurardıq... İndi o 2 dayımoğlunun biri gənc ikən haqq dünyasındadır, digəri isə... Allah tezliklə qapısını açsın.

Rusiyadan ABŞ-a yeni ittiham: "Əlimizdə fotolar var..."

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terrorçularını himayə etməkdə günahlandıraraq, terrorçuların ABŞ-a məxsus hərbi baza ətrafında sərbəst şəkildə hərəkət etdiklərini bildirib. 
ABŞ-ın İraq-Suriya sərhəd xəttində yerləşən Əl-Tanf hərbi bazası ətrafında İŞİD terrorçularının görüldüyünü bildirən Rusiya MN əllərində terrorçuların baza ətrafında sərbəst şəkildə hərəkət etdiklərini əks etdirən fotoların olduğunu söyləyib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov ötən günlərdə ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə kolaisiyanı İraqda hava əməliyyatlarını azaltmaqda və oradakı terrorçuların Suriyaya keçməsinə şərait yaratmaqda günahlandırmışdı. ABŞ tərəfi buna cavab olaraq bu iddianın absurd olduğunu və İŞİD-lə mübarizədə qərarlı olduqlarını bildirmişdi.

Bakıda Milli Məclisə silahlı hücum edib deputatları qırmaq planı

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.
Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.
Beləliklə, istintaq materiallarına əsasən dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən  azərbaycanlılarla əlaqə saxlayaraq  bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.
İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.
Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə islamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla “Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib”. Həmçinin o, odnoklassniki.ru  saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.
Həmin qruplarda “Əbu Davud” ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri “kafir” adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb. Bundan sonra F.Sadıqov “Abdul Xaliq” adı ilə qruplarda, daha çox isə “Novosti Xalifata” qrupunda yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün  bu profil də sayt tərəfindən bloklanıb.
F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər. İŞİD-çinin ifadəsindən: “Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq”.
Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan “İslam dövləti”nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı “ədalətli şəkildə böləcək” əmir seçmək haqda müzakirə aparırdılar.
Əslində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.
F.Sadıqovun ifadəsindən: “Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik. Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik”.
Qrup üzvləri qərara alıblar ki,  silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.
Qrup üzvlərindən “Əbdülxaliq” kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.
Terrorçu qrupun ilk hücum hədəfi Qusar rayon polis idarəsi olmalıydı. Onlar hücumu İdarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.
“Əbu Həfsaf” isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb. Təqsirləndirilənin ifadəsindən: “Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün “Dəmirbank” və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovlə Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq”.
Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə “əxi” deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yəhudilərdən birinin evinə basqın etməyi təklif edib.
F.Sadıqov ifadəsində deyib: ”Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar”.
Müzakirələr zamanı “Əbu Həfsaf” Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək, daha sonra MTN və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. O, əsas hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə “Əbu Həfsaf” Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb. “Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş Prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının “razboyluq” olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi” -təqsirləndirilən şəxs ifadəsində deyib.
Məhkəmənin hökmü  ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı             virtualaz.org

11.10.2017

Polad Əzizov: "Əgər o vaxt bolşeviklər olmasaydı, təsəvvür eləyin bu 25 ildə xalqın başına nə oyun gəlirsə, ondan 4 dəfə artığı gələrdi başımıza. Yazığıq, vallah... Bəlkə də indi Azərbaycan yox olmuşdu... Yenə də rus yaxşıdı, qardaş, saxlayırdı əlində. 3 milyon azərbaycanlı Rusiyadan çörək yeyir. Əli boş gəlirlər, çörək qazanırlar. Sən get Türkiyəyə pulsuz-parasız, görüm çörək var orda? Ölmüşdü türk sənə çörək verə! Şabalıd kimidilər, yağ çəkərlər, yağ verməzlər..."
Vaxt var idi Duqinin ideologiyasına reallaşması mümkün olmayan, utopik, müasir dövrlə ayaqlaşmayan ideologiya kimi, özünə isə utopist-dərviş kimi yanaşılırdı. Amma cəmi 10-15 il keçdi və Duqinin nəzəriyyəsi faktiki olaraq praktikada tətbiq olunmağa başladı. Və bu gün liberalları məğlub edib, sındırıb bir kənara atan “dövlətçilər” (əslində onları imperiya tərəfdarları adlandırmaq doğru olardı) siyasi lider kimi Putini, mənəvi lider kimi Duqini qəbul edirlər. Proxanov kimilər bunu açıq şəkildə deyir. Bugün Putinin yaratdığı Avrasiya Birliyi əslində Duqinin “eskizləri” üzərində qurulur.

Kamran Hasanov








Vüsal Həsənəli:

40 ildi bir kişi tapıb ailə qura bilmir, deyir “Böyük Turan quracam”!

Bizi cahillikdən rus çıxardı!

“İndi bəzi ağzıgöyçəklər deyir ki, “Ruslar gəlib ziyalılarımızı qırdı, insanları məhv elədi”... Maraqlıdı, illərlə bəy-xan hakimiyyətində əzilən, qarın dolusu çörək tapa bilməyən bir millətin hansı ziyalılarından söhbət gedir?! Bir məktəbi olmayan (mollaxanadan başqa), hərf tanımayan, düzgün danışmağı bilməyən millətin görəsən neçə ziyalısını qırıb rus?! Soruşan yoxdu ki, hansı ziyalı, alimlərdi o bolşeviklər qıran?! Düşünmürlər ki, bizi cahillikdən çıxardı o quruluş! Yoxsa biz də Türkiyənin bəzi köyləri kimi hələ də elektrik nədi bilmirdik...” (Zeynəb Cəfərli)

GERÇƏKLİYİN, SULAR KİMİ PAKLIĞIN SƏSİ

Əfrahim Hüseynli

Zaman-zaman ədəbiyyatımızda öz sözünü deyən həkim-yazarlarımız az olmayıb. Əlibəy Hüseyzadədən tutmuş Nəriman Nərimanova qədər, Abbas Səhhətdən tutmuş Tağı Şahbazi Simurğa qədər, Xanımana Əlibəylidən tutmuş Tamilla Şəfəqə qədər... Və, çağdaş ədəbiyyatımızda neçə-neçə yazara kimi. Rəfiqə Abbasova da ixtisasca həkimdir.
Yaradıcılığına bələd olan bir söz adamı kimi onun şeirləri haqda fikilərimi qələmə almaq niyyətim hələ çoxdan var idi. İndi onun şeirləri ilə söz-söz, misra-misra baş-başayam. Rəfiqənin şeirlərində məni özünə çəkən nədir? Düşündüklərimizdən gördüklərimizə kimi, olub-olanlardan arzularımıza kimi nə varsa, çox səmimi şəkildə poetik ifadə etmək tərzi. Mövzu rəngarəngliyi, mövzu əlvanlığı. Bu mövzu əlvanlığının arxasında Vətən sevgisinin, torpaq müqəddəsliyinin ən ucada dayanması!
Rəfiqənin şeirlərini oxuduqca hər misranın arxasında bir gerçəkliyin, dumduru sular kimi bir paklığın səsini eşidirik. Elə bir səs ki, bu səsin sehri içində açılmaz sirri qalmayan şirin duyğular aləminə düşürük. Özünün dediyi kimi:

Dilinin söyləyə bilmədiyini, 
Sakitcə kağıza yaza bilirsən...

Bəli, sakitcə. Həm də oxucu da bu şeirləri sakitcə-sakitcə oxuquqca, sanki öz arzularını, öz demədiklərini tapır...
Rəfiqə şeirlərində elimizin oğullarının igidliyindən də, yurd uğrunda olan itgilərimizin ağrı-acısından da yan keçə bilmir. Şəhidlərimizi doğmadan-doğma, şəhid ata-analarının dərdini isə öz böyük dərdi bilir. “Şəhid atası” şeirində olduğu kimi:

Oğlunu vətənə qurban vermisən, 
Sənin qurbanına mən qurban olum...

Rəfiqə şeirlərində, başımızın üstündə “qara buludlar” kimi bizi addım-addım izləyən kədəri qovmaq arzusunu da misra-misra, çox səlis şəkildə ifadə etməyi unutmur:

Bilmirəm nə üçün, niyə bu gün mən 
Bulud tək dolmuşam, yağmaq istərəm?- 
Qara buludları göylərdən qovub, 
Səhərə günəş tək doğmaq istərəm...

Ata-ana böyüklüyü, ata-ana sevgisi də Rəfiqə Abbasovanın ən çox müraciət etdiyi mövzulardandır. Ülvi bir ata məhəbbəti, pak ana sevgisi onun bu yönümdə yazdığı şeirlərin ətinə, qanına hopub. Bu şeirlər təkcə valideyn haqqının həmişə çiynimizdə olması kimi deyil, həm də oxucunu yaxşı ata, yaxşı ana olmağa çağırış kimi səslənir.
“Atalar yanında ayağa durdum...” Təkcə bu misranın da yer aldığı şeir söz-söz bizi müəllifin "mən"inin iç dünyasına aparır. Elə bir dünyaya ki, bu aliliyin paklığına qibtə edirik. Əlbəttə, bu qibtə müəllifin əvəzsiz uğuru deməkdir!
"Anam mənim", "Ananın gözü yolda", "Atam", "Şəhid atası" da bu mövzuda qələmə alınan uğurlu şeirlərdəndir.
Rəfiqə hansı mövzuya müraciət edirsə, pafosdan uzaq olan ülvi duyğuların, səmimi hisslərin, yerinə düşən etirafların şirinliyi ilə üz-üzə qalmış oluruq. Hər şeiri beynimizin süzgəcindən keçirtdikcə bu şirinliyin tilsimindən uzun müddət çıxa bilmirik. 
Xətainin bir sözü var; "Məhəbbətdən keçən haqdan da keçər". Bəli, Rəfiqənin yazılarında da məhəbbət keçillməzliyinin, məhəbbət müqəddəsliyinin tərənnümünün də şahidi oluruq. "Adını ziyarət qoydum görüşün", "Sənsən ümid yerim", "Həsrət", "Alqış bu sevgiyə" və s. şeirlərində müəllifin əsas qayəsi elə bu keçilməzlik, bu müqəddəslikdir...
Rəfiqə Abbasovanın şeirləri haqqında uzun-uzadı danışmaq olar. Dəyərli oxucular, bu gün Rəfiqə öz şeirləri ilə görüşünüzə gəlib. Əlbəttə, şeirlərin qiymətini siz oxucular verəcəksiniz. Əminəm ki, sizlər üçün bu bir ərməğan olacaq...
Mən isə Rəfiqə Abbasovaya yeni-yeni yaradıcılıq uğurları arzulayıram!


Fərhad Həsənzadə:

"Kurikulum - sionistlərin xalqların təhsilinə soxuşdurulumuş təxribatıdır".


Aftandil Babayev: 

-Zaxarova duz dedi. Zaxarova deməmiş də hamı bilir ki, bizim mətbuat qərəzli məlumatlar çox verir. İkinci də ki o qədər azərbaycanlını Rusiyadan başqa hansı dövlət qəbul edər? Sizcə Türkiyə edərdi? Əgər düşmən olsaydılar, bizimkilər o qədər gedərdi ora? Biz özümüz özümüzün düşməniyik, basqa düşmən axtarmaq lazım deyil.
Tərana Əliyeva:

-Adam pul götürüb 15 000 dollarla 16 000 manat olanda. 15 000 manatı ödəyib, hələ də 20 000 manat borcu qalıb! Bəli, götürdüyünü qaytarmalısan, amma insan 16 000 hesabına arxayın olub ki götürüb, bəs 35 000 hardan ödəsin? Bu hökumət hamını yedirir, Azərbaycandan başqa! Millətin pulunun sahibisiz, ay ağzıəyrilər?! Kredit aministiyası verin də, ay Allah bəlanızı versin! Qonşum 3 000 dollar götürüb, 2 ildir ödəyir, hələ 2019-cu ildə qurtaracaq ödəniş! Soyğunçular!.. Bu qədər intihar olar?!
Elxan Zaman:

-Bu ölkənin ən bərkgedən millətçilərindən birini çox yaxından tanıyıram. Adamın sevdiyi türk millətindən, özü də çox ləyaqətli insanlar olan öz yaxın qohum-əqrəbaları ilə adam kimi davranmağa qabiliyyəti çatmır, danışanda isə deyir ki, millətimin pisi başqa millətlərin yaxşısından yaxşıdır mənimçün... Bu boyda da saxtakarlıq, geydirməçilik olar? Bunların millətçilikləri də boğazdan yuxarı, bağırsaqdan aşağı asqıraqdan başqa bir şey deyil... Qoy asqırsınlar, As-Turan köməyləri olsun...
Həmid Herisçi: 

-Azərbaycan teleefiri, mətbuatı, ədəbiyyatı, musiqisi istedadsız, səviyyəsiz adamların inhisarındadır. Həvəskərkar bu sahələri tam qəsb edib peşəkarları burdan qovublar. Azərbaycan teleefirindən, ədəbiyyatından, mətbuatından ciddi heç nə gözləmirəm. Teleaparıcılarınızın hamısı ucdantutma zaydır. Yazıçılarınız maraqsızdırlar. Jurnalistləriniz -kiçik istisnalarla- heç cümlə qura bilmirlər. Gözünüzü açın. Reallıq sizin əleyhinizədir.

10.10.2017

ФСБ исследует глубины подсознания пойманных боевиков

Следователям не дает покоя вопрос, как сирийский террорист сумел с помощью WhatsАpp превратить четырех обычных гастарбайтеров в убежденных последователей своих идей.
ФСБ РФ почти завершило расследование по резонансному уголовному дело о «спящей ячейке» «Джебхат ан-Нусры»* в Москве. После 15 месяцев следствия осталось только разобраться, как вообще вчерашние тихие гастарбайтеры превратились в убежденных террористов. Вопрос этот возник у следователей после того, как они восстановили всю картину событий, едва не приведших к трагедии.
Фигурантов дела о «спящей ячейке» всего четверо — Анваржан Тошболтоев, Сирожиддин Эргашов, Фарходжон Муратов и Айбек Саидов. Все они — малограмотные молодые люди, которые приехали из Киргизии в Москву на заработки. Однако найти постоянную работу ни одному из них так и не удалось.
Их жизнь изменилась после знакомства в Сети с неким Мухаммедом. После довольно непродолжительного общения по интернету (что на самом деле было идеологической обработкой), четверо киргизов уже были готовы совершить теракт в центре Москвы. Как пишет «Коммерсант», между собой они называли эту акцию «свадьбой». Близились майские праздники. Новоиспеченные террористы планировали взорвать вблизи Красной площади самодельную бомбу, а затем обстрелять людей из РПГ-26 и двух калашниковых. Они дважды проводили разведку на месте предполагаемой массовой бойни: имитируя съемку селфи, засняли окружающую обстановку, а кадры отправили через WhatsАpp Мухаммеду на одобрение. Получив согласие, террористы занялись вооружением. Мухаммед снова действовал дистанционно: просто сообщил им адрес съемной квартиры в Москве, где в ящике на балконе хранился целый арсенал. Кто был поставщиком оружия, правоохранители пока не знают. Следователям известна только его кличка — Турок.
Благодаря усилиям спецов ФСБ, опасная группировка была вычислена и вовремя обезврежена. При задержании один из террористов, Айбек Саидов, пытался отстреливаться из автомата. В итоге, чтобы нейтрализовать его, спецназовцам пришлось прострелить Саидову руку и обе ноги. Теперь боевику придется также отвечать за посягательство на жизнь сотрудника правоохранительных органов.
Лидером террористической ячейки оказался 28-летний Анваржан Тошболтоев. Он и рассказал на допросах, что все их действия курировались дистанционно из Сирии. По некоторым данным, тот самый Мухаммед близок к лидерам узбекского крыла «Джебхат ан-Нусры». При этом самого вербовщика никто из задержанных даже не видел: они общались только через мессенджеры WhatsApp и Telegram. Однако ему этого хватило, чтобы за короткий срок превратить гастарбайтеров в убежденных последователей своих извращенных идей.
Понимание, как сирийскому боевику удалось склонить на свою сторону людей с помощью текстовых сообщений, позволит совершенствовать превентивные меры спецслужб в борьбе с терроризмом, считают в ФСБ. С этой точки зрения четверо задержанных боевиков — богатый материал для исследований. Эксперты изучат и оценят всё: уровень общего развития террористов, особенности их психики и возможные отклонения от нормы.
Также будут исследованы уровень их религиозного образования и эмоциональное состояние в момент вербовки. Анализу подвергнутся и взаимоотношения обвиняемых с родственниками и земляками. «Таким образом, будет установлен социальный статус и психотип человека, наиболее подверженного интернет-пропаганде запрещенных в России "Исламского государства" и "Джебхат ан-Нусры"», — пишет «Коммерсант».
Предупреждение террористической угрозы считается одной из самых ответственных сфер работы спецслужб. На этой ниве трудится не один специалист, параллельно совершенствуются технологические возможности правоохранителей. В июне «Ридус» сообщал о том, что российская компания Ntechlab разработала программу распознавания лиц Findface, которую силовики взяли на вооружение. Программа работает на основе нейросети и может не только выявлять конкретных людей в толпе, но и находить их данные в интернете, например личные страницы в соцсетях. Также программа обучалась «читать» эмоции преступников и на этой основе прогнозировать их поведение.
____________________
* «Джебхат ан-Нусра» — террористическая организация, запрещена на территории России по решению Верховного суда

Марина Третьякова                ridus.ru

İŞİD-dən qaçan türkmən qadının DƏHŞƏT DOLU ANLARI: "Qadınları ərlərinin yanında zorlayırdılar"

Gənc qadın 2014-cü ildə Tikrit şəhərinin şimalında yerləşən Əl Alam bölgəsindən qaçırıldıqdan sonra başına gələnləri danışıb. Adı şərti olaraq N.B kimi göstərilən qadının danışdıqları eşidənləri dəhşətə gətirib. O deyib ki, İŞİD əsgərləri subay qızları ailəli xanımlardan ayırır, evli xanımlara ərlərinin gözü önündə təcavüz edirdilər: "1500-ə yaxın əsgərin öldürüldüyü "Speicher" bazasından xilas olanlar bizim evimizə gəlirdi. Ərimlə onların bir qisminə kömək etdik. Terrorçuların əlinə keçməsinlər deyə, onları təndirdə gizlədib sonra qaçmaqlarına yardım edirdik. İŞİD üzvləri bizim əsgərlərə kömək etdiyimizi başa düşəndə evimizə hücum çəkib yoldaşımı əsir aldılar. Daha sonra da evimizi bombalayıb buranı tərk etməyimizi istədilər. 2 uşağımı da götürüb yola çıxdım, amma yolda terrorçular bizi saxlayıb qaranlıq bir yerə saldılar. Orda 14 qadın, 4 uşaq var idi".
Müxbir təhlükəsizlik məqsədi ilə şiə türkməni olan qadının üzünü göstərməyib. Əri sünni olan qadın aşuranı qeyd etdiyi üçün terrorçular tərəfindən döyülüb, təzyiqlərə məruz qalıb.
N.B-nin sözlərinə görə, qarajda onları davamlı döyüb, təhqir ediblər: "Qızları gözümüzün qabağında zorlayırdılar. Hətta bir qıza 4 nəfər növbə ilə təcavüz etdi. İŞİD-ə qoşulanlar arasından bizim Əl Alamdakı sünni kəndindən olan gənclər də var idi. Düz 21 gün bizi o qarajda ac-susuz saxladılar. Yemək, su istəyənləri döyürdülər. Aclıqdan əksəriyyəti huşunu itirmişdi. Zorlanan azyaşlı qızların çoxu ölmüşdü".
Bir dəfə terrorçular gedəndə qaraja yaşlı bir kişi gəlib bizə süd və su verdi. Qaçmağımıza da o kömək etdi: "Uşaqlara süd verib düzəldik yola. 5 gün yol gəldik. Yolda uşaqlardan biri dünyasını dəyişdi. Nəhayət Kərkükə çatdıq və bizi xilas etdilər. Zorlanan qızlardan təkcə biri sağ qaldı, onu da ailəsi qəbul etmədi. Sonradan eşitdik ki, bizə kömək edən qocanı İŞİD üzvləri öldürüb".
Kərkükdə bibisinin yanında yaşamağa başlayan N.B deyir ki, uşaqlarının qorxudan dili tutulub. Özünün isə döyülməkdən psixoloji problemləri yaranıb. Baş verən hadisələr hələ uzun illər yaddaşlardan silinməyəcək.

Könül Cəfərli                    publika.az

Türkün şalvarı tapıldı

3500 il yaşı olan şalvar tapıldı və ermənilərin əsil kimliyi ortaya çıxdı

Məşhur arxeoloq Jörg Vaqner 2014-ci ilin sonunda Şərqi Türküstanın Turfan şəhəri yaxınlığında apardığı qazantılarda 500-ə yaxın məzar tapıb. Publika.az xəbər verir ki, məzarlarda müxtəlif əşyalarla yanaşı, 3 min 500 yaşı olan şalvarın tapılması elm aləminin diqqətini çəkib. Bu, dünyanın ən qədim şalvarı olaraq qəbul edildi. Təxminən 1 metr 4 santimetr uzunluğunda olan şalvarın dizində qəribə naxışların olması da diqqəti çəkirdi.
Türkiyəli tədqiqatçı Mustafa Aksoy isə ən qədim şalvarın üzərindəki naxışların Şərqi Türküstandan Şərqi Qaradənizə qədər olan bölgədə, xüsusilə Anadoluda kilim və corabların üzərindəki naxışlarla eyni olduğunu ortaya çıxarıb. 3 min 500 illik naxışlar Türkiyənin Rizə vilayətinin Həmşin əyalətindəki əllə toxunan corabların üzərindəkilərlə eynidir.
Bu, erməni diasporunun illərdir Həmşin əyaləti ilə ortaya atdığı iddiaları alt-üst edib. Onların iddiasına görə, Həmşin əyalətində yaşayanlar 1800-cü illərdə Osmanlının təzyiqi ilə dinlərini dəyişdirmək məcburiyyətində qalan ermənilərdir. Ən qədim şalvarın üzərindəki naxışlar isə bu iddiaları bir daha ortadan qaldırır.
Türkiyəli araşdırmaçılar da Azərbaycan alimlərinin ermənilər haqqında dediklərini təsdiqləyib. Artıq təsdiqlənmiş dəlillərə görə, ermənilər müxtəlif yerlərdə başqa dövlətlərin rəhbərliyi altında yaşayan xalq olub və bu xalqın heç vaxt dövlət ərazisi olmayıb.

İŞİD və Nüsrə Cəbhəsi fiziki məhv edilməklə yanaşı, beyinlərdə də bu əqidə məhv edilməlidir

Vüsal Sadıxov

İraq və Şam İslam Dövləti (İŞİD) son dövrünü yaşamaqdadır. Onunla bərabər Nüsrə Cəbhəsi və digər təkfirçi cərəyanların da hakimiyyəti İŞİD kimi öz məntiqi sonluqlarına çatmaq üzrədir. Bu sonluğu məntiqi sonluq adlandırmaqdan məqsədim budur ki, təkfirçi əqidənin fərd və ya bir dəstə yaxud cəmiyyət şəklində yaşamaq qabiliyyəti olsa da, bir hökumət və ya idarəçilik institutu kimi yaşamaq iqtidarı yoxdur. Bu əqidənin davamçıları hökümət qursalar belə həmin hökümət uzunmüddətli ola bilməz. Bir çox səbəbləri var ki, başlıcası özünə, yəni əqidəsinə müxalif fikir sahiblərini düşmən hesab edən qüvvənin uzun müddətli ömür sürməsi qeyri-mümkündür. Digərlərinə düşmən gözüylə baxmaq və gündən-günə müasirləşən cəmiyyətin yeni üsul-idarəçiliyini qəbul etməyib, 14 əsr bundan öncə olmuş idarəçiliyi indiki dövrə transfer etmək bu hökumətin yaşar olmasını mümkünsüz edir.
İraq və Suriyada öz məğlubiyyətini yaşayan İŞİD aradan getsə də öncə qeyd etdiyim kimi bu fikir aradan getməyincə daim təhlükə olaraq qalır. Bu təhlükəyə təkcə İŞİD-in əlində olan ərazilərin azad edilməsi zamanı hökumət qüvvələrinə terrorçu olduğunu hansısa bir üsulla gizlədərək dinc əhali kimi sırınan İŞİD-çilər deyil, eyni zamanda İŞİD hakimiyyətndə yaşamış insanların bir hissəsi də daxildir. Bu fikirlərim bəzilərinə qəribə gələ bilər. Amma izah etmək üçün əvvəlcə öz ölkəmizdə olan təkfirçi cərəyanlara yaxın olan vahhabilərin timsalında danışıb, sonra Suriya və İraqa qayıdacağam.
Özünə əhli-sünnə deyən vahhabi cərəyanı təbliğatçılarının insanlarımızın beyinlərini necə özlərinə cəlb etməyini xatırlayın. Onların bütün sözləri Quran və sünnə əsasındadır. Əlbəttə ki, öz interpretasiyalarında. Fiqhləri 4 əhli-sünnə məzhəbindən olan həmbəliliyə söykənən vahhabilik bir əhli-sünnə cərəyanıdır. Vahabilik ümumilikdə digər əhli-sünnə məktəblərinin qədim dövrlərdə yaşamış alimlərini və onların yazdıqları əsərləri qəbul edir. Bir sıra alimləri və bir sıra fikirləri çıxmaqla vahhabiliklə əhli-sünnə arasında heç bir baryer yoxdur. Ümumiyyətlə məlumdur ki, bu fikir ayrılıqları vahhabiliklə yanaşı əhli-sünnə məzhəblərinin öz aralarında da var. Yəni demək istədiyim budur ki, acı da olsa vahhabiliyin bu gün əhli-sünnənin bir hissəsi olduğunu qəbul etməliyik. Odur ki, onlar öz əqidələrini təbliğ etməklə insanları asanlıqla öz əqidələrinə yönəldə bilirlər. Öz əqidələrinə yönəltdikləri və onlardan biri olmuş kəs isə öz əqidəsinə sadiq qalır. Bu hal demək olar ki, bütün əqidələrdə belədir, amma vahhabilərlə çox kontaktda olan biri kimi deyə bilərəm ki, bu sədaqət daha çox zombiləşmə və beyin yuyulmasını xatırladır.
Azərbaycan vətəndaşının təkfirçiliyin bir addımlığında olması Suriya, İraq, Misir, Liviya hadisələri fonunda hansı təhlükələrə bais ola biləcəyi ehtimalından yazmayıb qayıdıram yarımçıq qoyduğum Suriya və İraq mövzusuna. Azərbaycandan fərqli olaraq İraq və Suriya əhalisinin əksəriyyəti İslam dinin qayda-qanunlarına riayət edirlər. Ölkələri 100 ilə yaxındır şəriət qanunları ilə idarə edilməsə də, Azərbaycan kimi dövlət əqidəsi ateizm olan bir hökümətləri olmayıb. İnsanlar ibadət etdiklərinə görə təqib edilməyib, məscidlər daim açıq olub, dini təhsil verən məktəb və hətta universitetləri olub.
İlk olaraq Suriyadan başlayaq. Qeyd etdiyim kimi din heç zaman tətil olmayan Suriya əhalisinin əksəriyyəti əhli-sünnə məzhəbinin davamçılarıdırlar. Lakin son 40 ildə ölkəyə rəhbərliyini ələvi olan Əsəd ailəsi həyata keçirir. Sünnilik ölkədə təqib olunmasa da, sünnilərin bir hissəsi qısqanclıqdan, bir hissəsi isə ələvilərə düşmənçilikdən bunu həzm edə bilmirdi. İran xaric Suriyada da digər müsəlman ölkələrində olduğu kimi vahhabiliyin təbliğatına heç bir maneə olmayıb. Ölkənin rəsmi dini cərəyanı vahhabilik olan Səudiyyə Ərəbistanına təhsil almağa getmək və həmçinin oradan qayıdan kəs öz dini təbliğatını sərbəst apara bilirdi. Bütün dünyada getməkdə olan proses, yəni ortodoksal sünniliyin vahhabilik tərəfindən həzm edilməsi Suriyada da cərəyan edirdi. Bura Suriyada münaqişələr başlamamışdan öncə kənd təsərrüfatının zəifləməsi və bunun nəticəsi olaraq urbanizasiyanın baş verməsini əlavə etmək olar. Bununla yaşayışı və güzəranı kənd təsərrüfatı olan xalqın maddi vəziyyətinin pisləşməsindən istifadə edən vilayətlərə göndərilmiş vahhabi emissarları camaat içərisində təbliğatları ilə böyük uğurlar əldə edə bildilər. Daha sonra məlum hadisələr baş verdi və xaricdən xüsusi adamlar dəstəkləndi ki, onlar da bu əqidənin əsas təbliğatçıları idilər. Əvvəlcə eyni əqidə davamçıları bir yerə toplaşaraq mübarizə apardılar. Daha sonra hökumət qüvvələrinə qarşı müharibələrilə rəğbət qazandılar və digər həmfikirləri də onlara qoşuldu. Bu qoşulma hökumətə qarşı mübarizə niyyətilə olsa da qoşulanlar orada qaldıqca təkfirçi əqidəsində olmasalar da tədricən o əqidəni qəbul etdilər. Hökumətin əlindən alınmış torpaqlarda hökmranlıq etmələri həmin ərazilərdə öz əqidələrini rəsmiləşdirməklə yekunlaşdı. İşğal nəticəsində şəhəri tərk edə bilməyən, yaxud hansısa bir səbəbdən tərk etməyən şəxslər bu əqidəni məcburən, yaxud sağ qalmaq üçün qəbul etsələr də bir qism insan zaman müddətində həmin əqidəyə sahibləndi, əlinə silah alıb vuruşmasa belə həmin təkfirçi əqidəni mənimsədi.
Əvvəldə yazdığım kimi əhli-sünnə məzhəbilə aralarında böyük bir baryer olmadığı üçün əhli-sünnə məzhəbində olan kəs asanlıqla vahhabi və təkfirçi əqidəsinə keçə bilir. Yaxud da köhnə məzhəbində qalmaqla yanaşı təkfirçi əqidənin bəzi fikirlərini mənimsəmiş olur.
İraqa gələk. İraqda da eynilə Suriyada olduğu kimi heç vaxt din və dini ayinlər tətil olmayıb. Dini mədrəsələr və universitetlər fəaliyyət göstərib. Vahhabiliyin təbliğatı də qadağan edilməyib. Lakin Suriyadan fərqli olaraq İraqda şiələr ölkənin əksəriyyətini təşkil edib. Amma heç vaxt hakimiyyətdə olmayıblar. Səddam Hüseynin rəhbərlik etdiyi BƏƏS rejiminin ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən süquta yetirilməsi və 8 il ərzində Amerikanın ölkəni talan etməsi və minlərlə günahsız insanı qətlə yetirməsi camaatda işğalçılara qarşı nifrət oyatdı ki, bəzi din alimlərinin onlara qarşı cihad fətvaları verməsi bu narazıçıları bir neçə dəstə olaraq birləşdirə bildi. Şiələrdən yalnız Müqtəda Sədrin başçılıq etdiyi "Mehdi ordusu" adlanan silahlılar işğalçılara qarşı döyüşürdüsə, əhli-sünnə şəhərlərində bu mübarizə daha geniş şəkildə olub. İşğalçılara qarşı bu mübarizə həm də indiyədək mühüm dövlət postu tutmayan şiələrin işğaldan sonra ölkənin baş nazir postu daxil olmaqla mühüm vəzifələrə yiyələnmələrinə şərait yaradıldığı üçün daha da əzmləşdi. Əsasən keçmiş BƏƏS-çilərdən ibarət və əhli-sünnə məzhəbindən olanlar üçün bu bir növ şərəf mübarizəsinə çevrildi. Amerika və Böyük Britaniya ordusu və xüsusi xidmət orqanlarının agentləri isə sünni-şiə konfliktinin xalqın bütün təbəqələrində vüsət alması üçün əlindən gələn hər vasitəyə əl atdı. Sünni adı altında şiə evlərinə, məhəllələrinə və ya şiə adı altında əhli-sünnə qəsəbələrinə hücumlaradək etdilər. Amerika ordusunun İraqdan çıxarılmasından sonra əhli-sünnə yaşayan bölgənin camaatının bir hissəsində artıq baş nazir olmaqla ölkədə söz sahibi olan şiələrə qarşı qısqanclıqdan nifrətləri var idi.
İşğaldan yeni qurtulan dövlətin iqtisadi problemlərdən yaxa qurtarmaq üçün göstərdiyi səylər ləng getdiyindən və ölkədə çoxalan korrupsiya sıravi camaatın onsuz da hökumətə qarşı isti olmayan münasibətini daha da alovlandırdı. Xaricdən təbliğ edilən təkfirçi əqidə və əhval-ruhiyyə yavaş-yavaş qəbilə üsul-idarə sistemi mövcud olan ərazilərdə muxtar yaşamalarına gətirib çıxartdı. Fəllucə və Ənbar vilayətlərində əsasən keçmiş BƏƏS-çilərdən ibarət qruplaşmalar əməlli güc sahibi idilər. İŞİD-in Mosulu işğal etməsindən 1 il öncə Mosulda keçirilən hökümət əleyhinə kütləvi nümayişdə əl-Qaidənin bayraqları dalğalanırdı. Mosul valisinin satqınlığı nəticəsində şəhər İŞİD tərəfindən işğal edildikdə çox az bir qism əhli-sünnə məzhəbindən olanlar Mosulu tərk etdilər. Düzdür, zaman keçdikcə çoxları İŞİD hökumətinin necə qaragüruh və qorxulu olduğunu anlasalar da artıq iş işdən keçmişdi. Qeyd edim ki, İŞİD-in vəhşi olması bütün mosullular tərəfindən qəbul edilməyib. Yəni narazılarla yanaşı Mosulda İŞİD əqidəsində olanlar da var idi. Əgər əvvəllər şiələrə yalnız sırf qısqanclığına görə nifrət edirdilərsə, bu nifrət daha sonra əqidə müstəvisinə keçmiş oldu. Bu isə İŞİD-in apardığı təbliğat nəticəində baş verdi. Və bu gün Suriya və İraq hökümətinin İŞİD-dən azad etdiyi ərazilərdə hələ də təkfirçi təfəkkürdə yaşayan insanlar var.
Əvvəldə qeyd etdiyim kimi bu təfəkkür bir növ zombiləşmə, beyin yuyulması olduğu üçün onun aradan aparılması üçün hələ çox işlər görmək lazımdır. Bu işlər görülməsə bir müddət sonra təkfirçilər yenidən baş qaldırmaq istəyəcəklər və ya qaldıracaqlar. Yəni İŞİD və Nüsrə Cəbhəsi fiziki məhv edilməklə yanaşı, beyinlərdə də bu əqidə məhv edilməlidir. Bu isə o deməkdir ki, Suriya və İraqda təkfirçi cərəyanlar məhv edilsə də hələ görülməli çox işlər var.

Şiə ideologiyasına qarşı son 20-25 il ərzində formalaşmış mübarizə vasitələri aradan götürüldü

Hikmət Babayev

Bu ilki Aşura mərasimi Azərbaycanda son dövrlərdə şiələrin əvvəlki illərə nisbətən gücləndiyini və artıq regionda maraqlı olan əksər qüvvələrçün “təhlükə yarada biləcəyini” açıq göstərdi.
Bunun məncə iki əsas səbəbi var.
1-ci Rusiya-İranın apardıqları siyasi və hərbi əməliyyatlar nəticəsində İŞİD-in və digər vahhabi-sələfi qruplaşmalarının İraq və Suriyada ağalığına son qoyulması. Və Rusiyanın təzyiqi ilə Azərbaycanda vahhabi-sələfilərə gizli dəstəyin dayandırılması və onlara zərbə vurulması.
2-ci isə Türkiyədə hakimiyyət didişmələri nəticəsində məğlub olan “Gülənçilərin” Azərbaycandakı mövqelərinə Ərdoğanın təyziqi ilə ağır zərbə vurulması oldu.
Bununla da Azərbaycanda şiə ideologiyasına qarşı son 20-25 il ərzində formalaşmış mübarizə vasitələri aradan götürülmüş oldu... Bu isə artıq təhlükəli vəziyyət yaratmış olur. Əlbəttə itirilmiş mövqeləri qısa zamanda doldurmaq çətin olacaq, çünki nurçular və vahhabilər ölkəmizdə əlverlişli mövqeləri ələ keçirməkçün illər boyu tər tökmüşlər. Amma çətin də olsa mübarizə davam etdiriləcək, çünki bu vəziyyətin daha da qəlizləşməsinə regionda maraqları olan əksər qüvvələr imkan vermək istəməz.
Eləcə hakimiyyət də bunu belə boşuna buraxmayacaq. Məsələ bundadır ki, hakimiyyətlə didişən müxalifət də bu məsələdə iqtidarla bir yerdə mübarizə aparacaq.
Məncə şiə mövqeyinə qarşı məncə yeni zərbə dalğası başlanacaq. Bunun artıq işartılarını da görmək olur. Feysbuk səhifələrində ateist səhifələrinin son zamanlar sürətlə artması və fəallaşması, müxalifət və iqtidaryönümlü şəxslərin çıxışlarındakı atmacalar və s.
Ona görə də, şiələr, eyforiyaya qapılmayın. Qarşıdan yeni zərbə dalğası gözlənilir. Hazırlaşın.

“Oliqarxlar maaş qalxmadan təxminən 1 həftə qabaq qiymətləri 15 faiz qaldırır” – Deputatdan bahalaşmaya etiraz

Ölkədəki ümumi bahalaşmadan danışarkən millət vəkili, Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə bildirib ki, xaricdən gətirilən mallarla bərabər, ölkəmizdə istehsal edilən məhsullarda da qiymət bahalaşması müşahidə edilir: “Adi bir misal çəkim. Yanvar ayında sümüksüz mal əti 9 manat idi. İndi artıq 16 manata qədər qaldırılıb. Əsas gətirirlər ki, dollar qalxıb, lakin dollar yanvar ayında qalxmışdı. Həmçinin mal əti xaricdən gətirilmir. Daxildə istehsal olunan qidaların dollara nə dəxli var? Yəqin ki, mağazalardakı 70-80 faiz endirimlər çoxlarımızın diqqətimizi çəkib. Sual olunur, xaricdən gətirilən malın üzərinə nə qədər pul qoyulub ki, indi bu qədər endirim etmək olur? Bütün bunlar möhtəkirlikdən irəli gəlir. Ölkəmizdə belə qiymət artımının iqtisadi əsasları yoxdur”.
Bu problemə nəzarət mexanizminə gəlincə, deputat vurğulayıb ki, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi məsələsi ön plana çəkilib: “Çünki bizdə bu gün anormal bazar iqtisadiyyatı hökm sürür. Bu zaman deyirlər ki, iş adamıdır, mal onundur, nə istəyir edir. Başqa ölkələrdə dövlət tərəfindən dotasiya olunan aşağı təbəqələr üçün mağazalar da var. Bu, bizdə yoxdur. Ona görə bazar iqtisadiyyatı tənzimlənən olmalıdır. Bilirik ki, ildə azı iki dəfə ölkə başçısı təqaüdləri və maaşları 10 faiz artırır. Amma bunu bilən, oliqarxlar, möhtəkirlər maaş qalxmadan təxminən 1 həftə qabaq qiymətləri 15 faiz qaldırır. Belə çıxır ki, prezidentin insanlara artırdığı 10 faiz artıq möhtəkirlər tərəfindən yeyilir. Düşünürəm ki, yanvar ayında qiymətlər bir illik dondurulmalı və ildə 20 faiz artırılan qiymətlərə müvafiq olaraq gələn il qiymətlərin 10 faiz artmasına icazə verilməlidir. Nəticədə bu cür tənzimləmə effekt verə bilər. Bu zaman ölkə başçısının xeyirxah addımını möhtəkirlər yeməz”. /palitika.az/