Bi cəfayəm dedi yar vermə cəfa sevmə məni,
Dəhridə eşq ilə olmaz ki, səfa, sevmə məni..
Dedim: ey yar, sənin bir gülüşündür nəfəsim,
Dedi: hər vəxt edərəm ahu-nəva, sevmə məni.
Dedim: ey gül, mələyimsən, sənə qurban bu can,
Dedi: yox! yoxdu sənə zərrə vəfa sevmə məni
Dedi: qurban olaraq vermə cəza sevmə məni..
Dedim: ey Yar səni Allah mənə göndərdi şükr,
Dedi:amma səni göndərdi bəla sevmə məni
Dedim: hər vəxti mənim Nazlı nigarım ol sən,
Dedi: Sevməklə məni etmə xəta,sevmə məni
Dedim: Allahı nişan eyləyirəm gəl başa düş,
Dedi: Sadiq deyiləm dərdə dəva sevmə məni
Комментариев нет:
Отправить комментарий