30.06.2014

Rizvan Şıxızadə - Günəş üzlü

Həmişə Haqqın tərəfində olan, hüqüqşünas dostumuz, gözəl xanım Gülnar Nəzərliyə

Xoş səsin, sorağın hər yanı gəzir,
Hamına sevimli birisisən sən.
Səndən ilham alıb, şairlər yazır,
Onların bir ilham pərisisən sən.

Bir həyat eşqi var, gülər üzündə,
Rəqibin nə günəş-ay ola bilməz.
Səmada parlayan ulduzlar belə,
Sənə gözəllikdə tay ola bilməz.

Sən ey Yaradanın, Haqqın mələyi,
Haqq baldan xəlq edib dilini sənin,
Necədə xoşbəxtdir Bakı küləyi,
Hər gün sığallayır telini sənin.


Akif Abbasov - BIĞ

Vəli Balayev Günəşli rayonuna yola düşməmişdən ağsaqqal rəhbər işçilərindən məsləhətlər aldı. Onlar öz iş üslubları barədə bəzi mətləbləri ona anlatdılar. Özünü hökmlü aparmağı, ciddi olmağı tövsiyə etdilər.
Vəli Balayev bundan belə birinci katib vəzifəsində çalışa¬caqdı. O, artıq bilirdi ki, hər rayonda özündən deyən, hamını təsiri altına ala bilən, sözünün qabağına çıxmayan, hər kəsin hesablaşdığı, lazım olanda üstünə borca getdiyi, onun-bunun qabağına düşüb işini düzəltdiyi bir-iki nəfər olur. Vəli öyrəndi ki, Günəşli rayonunda da belə şəxs - ictimai iaşə idarəsinin sədri Xeyrulladır. O, dərhal Xeyrulla haqqında məlumat topladı. Sonra tapşırıq verdi ki, Xeyrulla onun yanına gəlsin.
Vəli Balayev Xeyrullanı yaşlı, ağır tərpənişli bir adam təsəvvür edirdi. Lakin qəbuluna çağırdığı şəxs orta yaşlarında iri cüssəli idi. Enli, kərpic bığları vardı.
Birinci katib onunla görüşüb hal-əhval tutdu. Soruşdu ki, neçənci ildən rayonda işləyir. İdarədə vəziyyət necədir, haranı qurtarıb, neçə uşağı var və s.

Adnan Oktarın Azərbaycan şəbəkəsindəki gəncləri gözləyən təhlükə

Son günlər Azərbaycanda ən çox danışılan mövzulardan biri də A9 internet televiziyasının açılmasıdır. Bu televiziya Türkiyədən peyklə yayımlanır. Televiziyanın bir mason projesi olduğu və əsas məqsədinin hər gün axşam saatlarında yayımlanan "Adnan Oktar ilə söhbətlər" adlı proqramın, orada danışılanların təbliğidir. Verilişin təkcə bir bölümünə baxmaqla bütövlükdə nəticə əldə etmək mümkündür. Veriliş hər bölümü Adnan Oktarın mədhi ilə başlayır. Məsələn, "dünyanın ən gözəl gözləri olan bəbəyimin söhbətlərinə başlayırıq", "dünyanın ən yaraşıqlısı, sevgilimin söhbətlərinə başlayırıq", "gözümün nuru, bir tane aşkımın proqramına başlayırıq", "aşkına, sevgisinə doyamadığım bebeğimle birlikdə yayıma başlayırıq" kimi. Adnan Oktar isə bu mədhlərə "maşallah", "inşallah" qarşılığı verir, daha sonra isə bir qədər də özü özünü tərifləyir.

BAKI MERİNİN VƏHABİ OĞLU HANI: HƏBS OLUNUB, YA QAÇIB?

Bakı meri Hacıbala Abutalıbovun oğlu, vəhabi olduğu iddia edilən İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb.
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb.
Qeyd edək ki, İsrafil Abutalıbovun Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiya ictimaiyyət arasında xeyli müddətdir ki, dolaşırdı. Aşurbəy məscidində aparılan əməliyyat zamanı da hüquq mühafizə orqanı əməkdaşlarının dindarların İsrafil Abutalıbovla bağlı sorğu-sual edildiyi bildirilirdi.

Həmid Herisçi Köçəryandan nə soruşdu?

Yaman istiydi. Avara  küçə itlərinin orda-burda kölgə seyrinə çıxdığı günorta vaxtlarıydı. Ətrafına yaxşı baxsan, kölgə bircə yerdə var idi – Canciyərim, məhəllə dotum Əbdürrəhmanın geniş, böyük, heyvərə dəmir darvazasının qabağında.
Darvazanı aşıb həyətə sallanan qoca üzüm tənəyi, küləyin ən zəif həmləsinə qarşı belə həssas idi. Sərin meh vurdumu, başlardı pıçıldamağa. Üzüm yarpaqlarının dəcəl kölgələrini orda-burda, xüsusən təzəcə suvanmış alçaq divarlar üzərində seyr etmək, ürəyimə yağ kimi yayıldı. Yorğumluğumu, vallah, bir göz qırpımında silib-süpürdü. Sonrakı gümrahlığım ən çox özümə, bir də Əbdürrəhmana ləzzət etdi elə bil.

Nüvə si­lahı və əda­lət­siz­lik

Asif Həsənli

Bu ba­ya­tı­la­rın Li­vi­yada, İraq­da və baş­qa mü­səl­man öl­kə­lə­rin­də necə oxun­ma­sını dün­ya ic­timaiy­yəti yax­şı bilir!

Bu gün ABŞ baş­da ol­maq­la, de­mək olar ki, bü­tün dün­ya döv­lət­ləri İrana qar­şı sank­si­ya­lar tət­biq edir, bu öl­kəni təc­rid et­məyə ça­lı­şır, müx­tə­lif təz­yiq­lərə mə­ruz qo­yur­lar. Bə­hanə də odur ki, İran nüvə si­la­hına ma­lik ol­maq is­tə­yir.
Çox ma­raq­lı­dır! Gö­rə­sən, nüvə si­la­hına ma­lik ol­maq is­tə­yən tək­cə İran­mı­dır? Mə­gər dün­yada heç bir ölkə nüvə si­la­hına ma­lik de­yil ki, İran onu əldə et­məyə ça­lı­şan kimi ona təz­yiq edir­lər?
Bu dün­yada əda­lət de­yi­lən bir şey varsa, mə­gər bu əda­lət yal­nız Şər­qə aid ol­ma­lı­dır­mı?

Həmid Herisçi - ABREKLƏRİN ANDI

MEFİSTOFEL. «Başında ağ rəngli keçə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Təkərlərin səsi südəmər körpələrin çığırtısını andırırdı. Həmin səsi lap uzaqlardan da eşitmək olardı.
-Qardaş,-dedim,- Bakıdakı dostlarımdan birinə məktub yazacam ki, təkərlərinin oxlarını yağlamaqdan ötrü sənə bir azacıq yağ göndərsin.
Kəndli gülümsədi:
-Eh, qaradaş, mən adi adamam, nə üçün özümü gizlətməliyəm ki? Arabamın gəlişini hamı eşitsin deyə, təkərlərinin oxlarını yağlamıram. Bizdə bunu yalnız abreklər edir.

Vəhhabilik -4

Hafiz Mirzə

Vəhhabilikdə hətta Məhəmməd peyğəmbərə salavat göndərilməsi də günah hesab olunur. Guya ki, şəxsiyyətin bütün hallarda dəyərləndirilməsi ona sitayiş anlamındadır. Yəni insan heç vaxt təriflənməməlidir.Çox gülünc iddia deyilmi? Təbii ki, insan gözəl əməllərinə görə gözəl sözlərlə təriflənməli və bu da digrlərinə örnək xarakteri daşımalıdır. Yoxsa ki, Allahın tərifə ehtiyacı yoxdur. O onsuz da bütün insani təriflərdən çox yüksəkdədir. Məhəmməd peyğəmbər və onun ötən 1400 ilə yaxın vaxt ərzində öz yüksək dəyərini itirməyən əhli-beyti çox şərafətlidir və hər cür tərifə, ehtirama, ziyarətə layiqdir. Yalnız Allahın ən çox sevdiyi, bəyəndiyi bəndələr bu qədər unudulmaz və şərafətli ola bilər. Onları müqəddəs hesab etmək tam yerindədir. Əgər onlar da müqəddəs deyilsə, deməli, dünyada başqa heç bir müqəddəs yoxdur. Müqəddəslərin uyuduğu məzar da müqəddəs sayılmalıdır.

Böyükağa Qasımzadə - ŞİRİN SÖZLƏR

Mən bir güləm, qızıl rəngim salıb sayə bu aləmə,
Gülər üzlə atılmışam bu dünyaya, bu aləmə
Çağır gəlsin dostu, yarı, ürək desin, qələm yazsın.
Saqi, sən də durma, tələs, sevinc doldur piyaləmə!

Uç, ey xəyal, tut  qolumdan, buludlara apar məni,
Yol salamat, gün aydındır, kim bu yerdə çapar məni?!
Mən insanlıq yollarında cəfa çəksəm, düşsəm dara
Nə dərdim var, gər itsəm də ürək yenə tapar məni...
  
Bu yerlərdə gecə bilməz, sus, ey bayquş, yubanma keç,
Mən azadlıq carçısıyam, dan sökülür məni görcək.
Çox dolanma tülkü kimi igid aslan çevrəsinə,
Tarix boyu işıq səpən nurlu günəş sönərmi heç?


İlya Zemtsov. Oğurlanmış respublika -5

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

V hissə: Heydər Əliyev prinsiplərini necə dəyişdi?

Azərbaycanın yoxsul xalqına milyonerlər başçılıq edirdilər

Bu respublika Sovet korrupsiya sisteminin bir hissəsi idi

Müəllif Ilya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb. 

Mənim yazdığım bu sistem bir sexə, zavoda, respublikaya aid deyildi. SSRİ-də belə sistemə işləyən minlərlə sex, zavod və fabrik vardı. Məhsulun çeşidi, onu həyata keçirən, yaxud yiyəlik edən məmurların kiçikliyi və yaxud böyüklüyü dəyişə bilərdi, bir də yerləşdiyi şəhər, respublika.

Türk tarixi -6

VI hissə: Çadırı o icad etmişdir

 Mete xan (e.ə. 209-174) zamanında ildə üç dəfə dövlət tərəfindən toy (məclis) tutulardı.
 Hun dövlətlərində toy və ya məclisin hökumət idarəsində mühüm rolu var idi. Avropa hunlarında da eyni məclislər qurulurdu. Atilla zamanında seçki məclisi var imiş.
 Oğuzlarda elin işləri tərnək və ya dərnəklərdə müzakirə edilirdi.
 Toyda iştirak edən üzvlərə toygün deyilirdi. Toyların təbii rəisi xaqan və ya tanhu idi. Yalnız xaqan seçiləndə, ya da xaqan yerində olmadıqda, ayquçi və ya üke deyilən baş vəzir, ya dövlət müşaviri məclisi idarə edirdi.
 Əski türklərdə baş vəzirə ayquçi və hökumətə ayüki deyilirdi. Bu kəlmə Orxon daş yazılarında zikr edilmiş və məşhur Tonyukuq üçün söylənmişdir. Göktürk və uyğur hökumətində altı vəzir var imiş, onlara buyruq deyilirdi, xalq tərəfindən seçilirdilər.

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -4

IV yazı: Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür

 Nüvə energetikasının bütün dünyada nə üçün bu qədər nifrət qazandığını, "Roma Klubu"nun nüvə energetikasına qarşı müharibə aparmaq üçün yaratdığı və maliyyələşdirdiyi saxta "təbiət-qoruyucu" hərəkatlardan nə üçün istifadə olunduğunu aydın dərk etmək lazımdır. "Üçüncü dünya" ölkələri böyük həcmlərdə ucuz elektrik enerjisi istehsal etməyə imkan verən nüvə enerjisinin köməyi ilə tədricən ABŞ-ın maliyyə yardımından azad olar və öz suverenliyini təsdiq etməyə başlayardı. Atom Elektrik Stansiyalarında istehsal edilən elektrik enerjisi– bu, inkişaf etməkdə olan ölkələri düşdükləri geriqalmış vəziyyətdən çıxarmaq üçün açardır, lakin Komitet 300 onları bundan sonra da həmin vəziyyətdə saxlamaq əmrini verib!

ŞEYX İBRAHİM BADKUBEYİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi öz zamanının görkəmli fəqihlərindən və alimlərindən biri olub. Atası Mirzə Məhəmməd Əli bakılı idi. İbtidai və orta təhsilini qurtardıqdan sonra Nəcəfi-Əşrəf şəhərinə köçür və orada Hacı Fazil Şərəbyaninin dərslərində iştirak edir.

29.06.2014

İsmixan Kazımov - CAN HAVALANDI

Durna qatarında uçan ruhumu
Çaldı baxışların, can havalandı.
Şana barmaqları tutub üzünə
Oğru baxdığıcan can havalandı.

Gül bağçası düzüm-düzüm gül üstə
Gül düzmüsən tellərinə üst-üstə.
Qaşın yaydır, oxun atır üst-üstə.
Baxışından, canım, can havalandı.

Ağ örpəyin axıb durub çiynində,
Əsən külək tel oynadır üzündə.
Sürmələnmiş qaşın-gözün nazı da
Düşübdür canıma, can havalandı.

Heç kim İŞİD qruplaşması ilə eyni əqidədə olduğunu demək istəmir

Son dönəmlər dünya gündəminin ən ciddi mövzusu İŞİD terrorudur. Təkfirçi-vəhabi ideoloji bazası üzərində qurulmuş bu qurum 21-ci əsrdə də tarixi cinayətlərinə sələfilik edir. Ölkə mətbuatında da əsas gündəm mövzularından biri olan İŞİD terroru davam etdikcə, narahatlıqlar da səngimir. Son günlərdə isə Azərbaycanda bu cinayətlərə bəraət qazandırmaq cəhdləri meydana gəlib. Mövzu ilə bağlı ilahiyyatçı-şərqşünas, İslami mövzular üzrə tədqiqatçı Hacı Fizuli Şəfiyev "Deyerler.org"un suallarını cavablandırıb:

- Yerli sələfi liderlərinin müsahibələrində İŞİD-ə bəraət qazandırmaq səyləri müşahidə olunur. Bunu necə dəyərləndirərdiniz?
- İraqda baş verən son hadisələrlə bağlı bir çox müsahibə və münasibətlərdə, hətta telekanalların yayımladığı xəbərlərdə müsahibə verən, xəbəri yayımlayan tərəfin mövqeyi, onun hansı amala, niyyətə qulluq etdiyini, kimin sözçüsü, hansı şəbəkədən qidalandığını aydın şəkildə bəlli edir.

III YƏZDİGƏRDİN ÖMƏR İBN XƏTTABA MÖHTƏŞƏM CAVABI


“Şahların şahı, İranın və digər torpaqların sərvəri, çoxlu səltənətlərin hökmdarı, aryailərin və qeyri-aryailərin, farsların və digər irqlərin, o cümlədən ərəblərin şahənşahı III Yəzdigərd Sasanidən:

 Həyatın və Əqlin yaradıcısı, Ahura Mazdanın adı ilə. Məktubunda bizim kim olduğumuz və kimə pərəstiş etdiyimiz haqqında məlumat sahibi olmadan bizi öz Tanrına, Allahu Əkbərə yönəltməyə istədiyini yazmışdın.

Əlixan Qaya - Ay işığı

BU HƏYAT

Biz həyatımızda yamsılayırıq ölümü
Axı bu həyat deyil ki!
Cürdəyi sına bu qız dünyanın
Əlləri boş qala, qolları açıq
Məni qoynuna ala
Bağrına basa
Qəfəsdən uçan balaca quşu
Həyalı bənövşə bağrına basan kimi

ÜMİDLƏR

Laylay çaldı gecə mənə ümidlər
Səhər pəncərəni mən açıq gördüm
Hicranın dərdinə dözsə də ürək
Dedim: bir gün ümidlərim gələcək
Qapımızı döyəcək


Məhəmməd Fizuli - Sevmişəm

"Встреча" двух рек. Это в Грузии. Белая и черная Арагви.

avrasiya.info

В России построили дорогу из драгоценных камней


Челябинские дорожники оказались настолько щедры, что вместо щебня вымостили дорогу полудрагоценным камнем

Планово проверяя отремонтированную трассу М5, члены экспертной комиссии наткнулись на зелёные камни, подозрительно лежащие вдоль обочины: «Когда у ревизоров возникли подозрения по поводу использованного материала, было решено вскрыть дорожное полотно на одном из реконструированных участков. Взятые пробы щебня были отправлены на экспертизу.

28.06.2014

19 заповедей Марии Монтессори для родителей


1. Де­тей учит то, что их окру­жа­ет. 
2. Если ре­бен­ка час­то кри­ти­ку­ют — он учит­ся осуж­дать.
3. Если ре­бен­ка час­то хва­лят — он учит­ся оце­ни­вать.
4. Если ре­бен­ку де­мон­ст­ри­ру­ют враж­деб­ность — он учит­ся драть­ся.

Шииты противостоят американскому империализму в исламском мире


Арабами просто манипулируют для того, чтобы создать ситуацию управляемого хаоса. Манипулируют извне, манипулируют и непосредственно с помощью западных сетей влияния, и с помощью их субимпериалистских союзников на Ближнем Востоке. Когда в Бахрейне шиитское большинство пытается на волне Арабской весны настоять на своем, тогда все эти силы бросаются против подавляющего большинства.

Elə ki, aləmə təşrif buyurur mahi-mübarək...

Qasımbala Səfərov

Elə ki, aləmə təşrif buyurur mahi-mübarək, bu lütflərlə dolu ay bizə bir rahi-mübarək, çağırır bizləri dərgahi-mübarək və gərəkdir ki, bu aydan götürək nuri-hidayət, eləyək zikri-ibadət, qazanaq haqqa ləyaqət, yaşayaq eşqü-məhəbbət, yerə nazil ola rəhmət, belə bir ayda Xuda səltənətindən, o Şahın mərhəmətindən, keçər əlbət qələtindən, təki et xalisi-tövbə.
Elə aydır bu mübarək Ramazan ki, sayılır yatmaq ibadət, nəfəs almaq dəxi, təsbihdi ki, etmiş Yaradan lütfi- inayət, bu tövr etdi isabət, bizə bəxş etdi şərafət, Ramazan mahi-kəramət, kərəmindən bir əlamət, bizə rəhmani ziyafət, bu əziz ayda ki, var qayda ki, yox fayda ki, şeytan qolu bağlı, yolu bağlı, sağı bağlı, solu bağlı, dəxi, zəncirləyib Allah onu əlbət, bu, bizə lütfüdür Allahın, o Allah ki, buyurmuş bu ay üçün;

27.06.2014

Nurçu ordusu "türk ordusu"dur?

Şəhriyar Məcidzadə

15 ay əvvəl biz, Milli Fikir Mərkəzi olaraq silsilə tədbirlər keçirib, nurçuların Azərbaycanda açdıqları məktəblərdə yetişdirilən nəslin ölkənin idarəetməsindən tutmuş, bütün strurkturlarını iflic vəziyyətə salacağını, bu sistemin köklərindən, pasifizm ruhunu aşılamasından, siyasətdən-biznesə, dövlətin ən üst qədəmələrinə qədər uzandığını, öz aralarında evlənib yayılan bir şəbəkə olduğunu, bunun isə dövlətin içində dövlət qurmaq olduğunu deyirdik.
Deyirdik ki, məktəblərdə yetişdirilən nəsil artıq öz ölkələrinin maraqlarından çox, şəbəkənin, konkret olaraq Fətullah Gülənin "mürid” ordusudur. Deyirdik ki, bu ordu mütləq itaətə sahibdir, bank sektorundan mediaya, mediadan güc strukturlarına qədər... və bütün ictimai-siyasi həyatımız, parlament, bu adamların əlinə keçir.

Süni qidalar uşaqların psixologiyasını şikəst edir

“Süni qidalar uşaq psixologiyasına mənfi təsir edir. Körpə ana südündən məhrum edilirsə, həmin uşaqlarda cəmiyyətə qarşı qisasçılıq hissi formalaşır”. Bunu Modern.az-a açıqlamasında K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, dünyada insandan başqa ikinci bir canlı yoxdur ki, öz balasına yad qida versin.
“Uşaqlar doğulandan 6 ay müddətində yalnız və yalnız ana südü ilə qidalanmalıdırlar. Yalnız 6 ayından sonra əlavə qida verilə bilər. Həmin vaxta qədər uşaqlara süni qida verməkdən mümkün qədər çəkinmək lazımdır. Uzun illər gəldiyim qənaətə görə, deyə bilərəm ki, körpəni ana südündən məhrum etmək, yaşlı bir insanın azadlığını əlindən almaq kimi bir şeydir.

Azərbaycanda satılan bu dərmanlar bəla ola bilər

Narkotik, psixotrop və sedativ maddələr insanın mərkəzi sinir sisteminə təsir edən, uzun müddət istifadə olunduqda isə asılılıq yaradan vasitələrə deyilir. Cəmiyyətdə belə preparatlara təlabat günü-gündən artmaqdadır. Bu vasitələrin nəinki onu istifadə edən şəxsə, həmçinin ailəyə və bütün cəmiyyətə mənfi təsiri, belə maddələrin qanuni olaraq məhdudlaşdırılması zərurətini yaradıb.
Problemlərə “çarə”. Həkim-narkoloq Namiq Süleymanovun Milli.Az dediyi sözlərə görə, narkotik və psixotrop dərman vasitələrinin tərkibində əqli və ruhi vəziyyətə təsir edən bəzi maddələr mövcuddur. Tibbdə belə maddələrdən antidepressantlar, mərkəzi sinir sisteminə təsir edərək beynin fəaliyyətini yavaşladır. Psixi problemlərin həllində, həyəcanı azaltmaq və sakitləşdirici olan sedafiv peraparatlardan, qorxunu və narahatlığı aradan qaldıran və sinir sisteminin sakitləşdirən dərmanlardan, ağrıkəsicilər olan analjeziklərdən istifadə olunur.

Broyler toyuğunu antibiotiklə böyüdürlər

Toyuqların yeminə 59 adda dərman qatılır

İndi hamı ağ ət deyib toyuq əti yeməyə çalışır ki, kökəlməsin, kilo almasın, bəzi xəstəliklərə yaxalanmasın. Amma çoxu hələ də bilmir ki, broyler toyuğu dediyimiz “əldəqayırma” məhsullarla qidalanma sağlamlığımızı daha çox təhlükədə qoyur. Bunu mən demirəm. Son illərin araşdırmaları, müşahidələri göstərir ki, broyler toyuğunun yetişdirilməsində istehsalçılar yenə də gəlir əldə etməyi hər şeydən üstün tuturlar. “Qafqazinfo” üçün bilmədiyiniz maraqlı məqamları araşdırmışam.
Kənd toyuğu deyilən məhsulların gec bişməsini hamımız yaxşı bilirik. Bəzən saatlarla qaynadıqdan sonra yeməli vəziyyətə gəlir. Sümüyü də daha sərt olur. Broyler toyuqları isə
20-25 dəqiqəyə hazır olur. Həyət toyuğu gün işığı görür, sərbəstdir, broyler toyuğunun azadlığı məhduddur. Bütün günü yeyir, içir, “şişir”. Bəs bu toyuqlar necə olur ki, xəstələnmirlər?

26.06.2014

Suriyalı hərbçi Quseyr əməliyyatı, sionist-vəhhabi əlaqələri və Azərbaycan haqqında


Tanınmış suriyalı hərbçi Ayham Əbdülrəhmanın qafqaznews.com saytına eksklüziv müsahibəsini təqdim edirik

-Əssalamu əleykum, cənab Əbdülrəhman. Şəxsən Sizi və bütün Suriya xalqını əl-Quseyrin azad olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol, əzizim. Bu hər birimizin qələbəsidir. Bu qələbə ilə müharibəni bitmiş hesab etmək olar. Orada terrorçuların beli sındırıldı. Onların məhv edilməsi məsələsi artıq zaman məsələsidir. Onların tam yox olmasına az qaldı.


Айтен - Творческий Мир

 







Автор: http://odnoklassniki.ru/profile/559794293219

25.06.2014

Götür şələ şüləni...

Gunel Treu

götür şələ-şüləni, get
tərk et ürəyimi, adam.
gedəndə cırp qapısını
yaxşı ört ki, acılmasın.
ki, qayıtma bir də geri,
hesab et ki sənə yadam.
hesab et ki, tanımadıq
nə sən məni, nə mən səni!
caşıb qalmışam həyata
allah belə etməz axı!
bir bəndəsin bu qədər də
gözdən iraq atmaz axı...
ağır gəlirsən könlümə
daşıya bilmirəm səni.
sevəni yanında olan
bəzi bəxtəvərlər kimi,

Səkidə yatan adam


Dünyanın ən rahat yerimi bura?
Bu asfalt döşəyi əvəz edirmi?
Başının altına qoyub yatdığın,
Bir cüt ayaqqabı səninkidirmi?


Sən olmasaydın

Elnur Rəsuloğlu (Əliyev)

Rahat buraxmayır məni bu sual:
Görən nə edərdim sən olmasaydın?
Bəxtəvər olmağa tapmamış macal,
Bil, ölüb gedərdim sən olmasaydın.

Gözlərim həmişə tox olub inan,
Üzümə gülənlər çox olub inan,
Qapanıb özümə, yox olub inan,
İynətək itərdim sən olmasaydın.

Bizim ikimizi hisslər bağlayır,
Sevgi qapısını pislər bağlayır,
Cümləni həyata sözlər bağlayır,
Cümlətək bitərdim sən olmasaydın.

Fransız kollecləri və Türk okulları

TURAL SAHAB

Deməli belə, mən də bir-iki kəlmə yazmaq istəyirəm, bu bağlanan Araz kursları və digər okullardan. Bunu bir vətandaş, bir araz məzunu, bir zamanlar o qrumlarda çalışmış biri olaraq yazmağı özümə bir mənəvi borc bildim. Onu da deyim ki, nurçu falan da deyiləm. Sadəcə düşünən bir beyin olaraq bu məktəblərin mənfi və müsbət cəhətlərini deyəcəm.
Hər kəsə məlumdur bu məktəblərin Fətullah Gülənə aid olan hizmət hərəkatının tabeliyində olması. Və yenə hər kəsə məlumdur bağlanma səbəbinin Türkiyədə Hoca ilə hökumətin tərs düşməsi olduğu. Yəni sabah Türkiyədə AKP hakimiyyətdən getdiyi an, bu okullar yenidən açılacaq. İndi biriləri nurçu söhbətinə görə bağlandığını deyəcək, bir başqası başqa şey. Ancaq bu məktəblər açılandan dövlətimiz onu kimin açdığını yaxşı bilirdi və bir təhlükə olaraq görmürdü. Təhsil Nazirinin olduğu hər yerə Çağ Öyrətimin rəhbərliyi dəvət edilir, ölkəmizdə etdiyi hizmətlərdən dolayı təşəkkür edilirdi ona. Yəni kimsə onlardan narazı deyildi.

İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU

Şirinxanım Kərimbəyli Şadiman

İnsan, insan olmaqçın, doğulan gündən borclarla doğulur. Bu borcları aşağıdakı kimi oxucuların diqqətinə çatdırmaq olar.
1.Allahı tanımaq.
2. Halalı haramdan ayırmaq.
3.Yaxşını pisdən ayırmaq.
4. Paxıl olmamaq.
5. Ədalətli olmaq.
Bu tələbləri körpə vaxtdan insana əxz etmək üçün, birinci növbədə ailə, sonra təlim-tərbiyə ocaqları olan uşaq bağçaları, məktəblər önəm kəsb edir. Yəni şəxsiyyətin yetişməsi üçün bu ocaqlar mənəvi dayaqdır, yəni insanın insan olması tam mənada onlardan aslıdır. Sovet vaxtının böyük pedaqoqu Makarenko demişdi ki, «uşağı beş yaşına qədər tərbiyələndirmək lazımdır. Beş yaşından sonra o əks tərbiyə tələb edir.» Mənə elə gəlir ki, bu fikir öz dəyərini itirməyib.

Talış mənzərələri


avrasiya.info

Пригороды Петербурга - Пушкин

avrasiya.info

Анна Кондор. Трансформация - творчество