31.07.2019

Türkiyə təyyarəni ABŞ-dan almalıdır, ya Rusiyadan?

F-35 - sürəti: 1 931 km/saat, uçuş məsafəsi: 2 200 km, uçuş müddəti: 2,5 saat, qalxma ağırlığı: 31 751 kq, hərbi fəaliyyət mənzili: 1 093 km.

SU-57 - sürəti: 2 600 km/saat, uçuş məsafəsi: 4 300 km, uçuş müddəti: 5,8 saat, qalxma ağırlığı: 35 480 kq, hərbi fəaliyyət mənzili: 1 600 km.

30.07.2019

Xərçəng və QİÇS-in müalicəsini tapan həkim müəmmalı şəkildə öldürüldü – DÜNYA ŞOKDA

Araşdırmaçı həkim Bradstreetin klinikasına basqın edilib. medicina.az xəbər verir ki, onun araşdırmaları götürüldükdən sonra bir çayda ölü tapılıb.
Xərçəng, AİDS, Autizm kimi xəstəliklərin dəqiq çarəsini tapmağa yaxınlaşan Dr. Bradstreet sinəsindən vurularaq öldürülüb. Bildirilir ki, həkimin araşdırması yaxşı gedirmiş və uğurlu nəticələrin əldə edilməsi yaxın imiş. 24 həftəlik bir müalicə müddətində 20 min dollara yaxın maliyyə xərclənib, 85 % uğurlu nəticə verən tədqiqatın daha çox uğurlu ola biləcəyi təsdiqlənmişdi.
ABŞ qida və dərman idarəsi isə həkimin bu araşdırmasını qanunauyğun hesab etmirdi. İstifadə etdiyi dərmanları isə təsdiqlənməmiş hesab edirdilər. Lakin bu müalicə üsulu təsdiqini tapmasa da, Yaponiya daxil olmaqla, bir çox ölkədə olduqca uğurlu nəticə verib. Bundan sonra beynəlxalq səviyyədə "xərçəng üçün şəfa üsulu" olaraq elan edilib.
Bu həkimin müalicə metodu ilə bir çox xəstəliklər müalicə edilə bilir. Onun müəmmalı ölümünün təfərrüatı isə gizlin saxlanılıb. Həkimin ailəsi belə bu barədə məlumatlandırılmır. Ailənin məhkəməyə ölüm səbəbi barədə tələbləri də nəticəsiz qalır.
Bu ölüm araşdırmaçı həkimlərlə bağlı bir faktı yenidən diqqət mərkəzinə çıxarıb. Keçmiş vaxtlardan ciddi xəstəliklər üzərində aparılan araşdırmaların nəticəsi tibdə inqilab etməyə yaxınlaşanda tədqiqat müəmmalı şəkildə dayandırılır, həmin araşırmanı aparan həkimlər isə müəmmalı şəkildə ölü tapılır.

Ayna Məmmədova              medicina.az

80 faiz uşaq doğuş vaxtı bədbəxt edilir: çox xəstəliklərin əsası doğum evində qoyulur – MƏŞHUR ALIMDƏN SENSASİYA

Professor, həkim nevroloq Aleksandr Ratner Kazan uşaq nevrologiya məktəbinin banisi hesab olunur. Kazanda sağlam uşaqların sayının artmasında əvəzsiz rolu olan, xüsusi Kazan doğuş metodikasını tətbiq edən həkimə dünya şöhrətini tibb elmində açdığı yeni xətt gətirib. Ratner sübut edib ki, doğuş zamanı əksər uşaqların sinir sistemi zədələnir, bu da gələcəkdə xəstəliklərin əsasını qoyur. Düzgün aparılmayan və xüsusi texnikası olmayan doğuş zamanı nəinki uşağın baş-beyni, həmçinin onurğa beyni də travma alır.
Ratnerin təşəbbüsü ilə doğuma icazə və buraxılış qaydaları, eləcə də doğuş zamanı uşaqların beyin və onurğasının travma almasının qarşısını alan tədbirlər, yeni metodlar Kazanda yenidoğulmuşlarda nevroloji problemləri 4 dəfə azaldıb.
QISA ARAYIŞ. Aleksandr Ratner 1934-cü ildə anadan olub. Atası Kazan onkologiya məktəbinin banisi cərrah idi. Əsas sahəsi onurğa, baş beyin, boyun problemləri olan Ratner, hələ 1964-cü ildə "Boyun miqreni" mövzusunda namizədliyini, boyun ostexondrozu üzrə isə doktorluq disertasiyasını müdafiə etmişdi. 33 yaşında doktorluq alan ən gənc həkimlərdən idi. O 1973-cü ildə Kazanda uşaq nevroloji kafedrasını təşkil edir və 20 il rəhbəri olur. İlk dəfə onun rəhbərliyi altında ölkədə uşaqların vertebrogen sinir sisteminin problemləri üzrə klinika yaradılıb. Onun bütün elmi fəaliyyəti perinatal nevralgiyaya həsr olunub. O dövrdə SSRİ-də ilk alim idi ki, bu mövzuda açıq çıxışlar edib, elmi məqalələri beynəlxalq dərgilərdə çap olunurdu. Ratner 1992-ci ildə vəfat edib. 2004-cü ildə 70 illik yubileyi ərəfəsində şəhər kliniki uşaq xəstəxanasına onun adı verilib.
Medicina.az dahi alimin uşaq nevroloji problemlərinin kökündə doğuş travmaları, mamaça səhvləri, perinatal dövrdə düzgün diaqnostika olunmaması barədə günümüzdə də aktual olan fikirlərini və elmi yanaşmasını təqdim edir.

Bir xəstə uşaq bir ananın ömrünü cəhənnəmə döndərir. Niyə?
"Mən həkimliyə böyük, yəni 18 yaşdan yuxarı insanların nevroloji problemlərini həll etmək üçün gəlmişdim.
Miqren, ostexondroz, onurğa problemlərini müalicə etmək həvəsi ilə alışırdım. Mənim elmi rəhbərim Ruseçskiy rəhmətə gedəndə kafedra rəhbəri kimi məni hazırlayırdılar. Amma sağ olsun, dostlarım və ya düşmənlərim deyək, mənə bu vəzifəni  etibar etmədilər, digər kafedraya təyin etdilər. Buna görə mən onlara indi minnətdaram. O vaxt yeni yaradılmış uşaq nevroloji kafedrasında ağ vərəqdən başladım. O dövrdə şəhərdə uşaq mütəxəssisi yox idi, heç xəstə də tapılmırdı. Hamı uşağını pediatra göstərirdi.
Mənim xəstəxanamda həmişə çarpayıların yarısı boş idi. Uşaq nevrologiyası bir elm kimi mövcud deyildi. 
Deməli, mən də öyrənməliydim. Moskvaya getdim, kafedrada oxudum, öyrəndim, geri qayıdıb qollarımı çırmaladım. Uşaqlarda nevroloji problemləri çox öyrəndikcə, müşahidə etdikcə bir o qədər çox boşluqlar, ağ ləkələr aşkarlanırdı. Hər bazar günü morqda uşaq meyitlərinin yarılmasında iştirak edib, ölkədə uşaq ölümü və xəstəliklərinin araşdırılmasının bərbad olmasını gördüm. Yalnız uşaqlar doğuşdan sonra qəfil ölə bilərdilər. Bu diaqnoz idi, təsəvvür edin, uşaq ölür və deyirlər: qəfil öldü. Yenidoğulmuşlar nədən ölüb, səbəblər nə idi? Mən bunun doğuş travmaları olduğunu görürdüm. Amma heç kim bunu qəbul etmirdi. İndi-indi Amerika və Avropada da bunu qəbul edirlər.
Uşaqlarda ensefalopatiya adlanan beyin patologiyası var. Əgər cərrah bryuxopatiya diaqnozu qoyursa, onu işdən qovmaq lazımdır. Pediatrlar isə analara deyirdi, nə olsun ensefalopatiyadır, böyüyəcək. Uşaq pəncəsini yerə gec basır – böyüyəcək. Gec danışır- eybi yox, gözlə. Qol əzələsi gücsüzdür, yanında sallanıb– böyüyəcək. Hamı beləcə özünü aldada-aldada illəri yola verirdi. Pediatrlar deyirdi, eybi yox, cəmi 2% uşaqda əl-ayaq zəifdir, cəmi 3% gec danışır. Nə qədər uşaqdır? Kazanda 300-400 uşaq. Bu 300-400 uşaq  səhiyyə üçün heç nə idi, cüzi rəqəm. Qalanı ki, normaldır. Əgər normal demək olarsa. 
300 uşaq o deməkdir ki, 300 ana xəstə uşaq böyüdür və 300 ananın həyatı cəhənnəmə dönüb.
"Siçanlar belə insan doğuş metoduna dözmədi".
Bizim kafedranın əməkdaşı laboratoriyada siçanlar üzərində təcrübə apardı. Dişi siçanlara insansayağı doğuş modeli tətbiq etdi. Hamilə siçanları necə ki, qadın  doğur o şərtlər, o texnika ilə doğuzdurdular. Bax, bu tibbi manipulyasiyalara heç bir siçan balası dözmədi, hamısı doğuşdan sonra öldü. Ona görə sübut olundu ki, hətta ən normal, ideal keçən doğuşda belə mamaça uşağa travma vura bilər: ya boynunu, ya onurğasını sıxacaq, əyəcək, ya arteriyasını dartacaq. Bunun nəticələri isə çox acınacaqlı olur.
Uşaqda qıcolmalar olur. Ağlayır, qızarır, qıc olur, hərarət olur, qıc olur. Analar qıcolmalardan qorxmalıdır. Əgər uşaq göyərənə kimi ağlayırsa, onu artıq həkimə aparmaq lazımdır.
Bəzən isə bu doğuş travmaları illər sonra özünü göstərir.
Məktəbəqədər uşaqları müayinə edəndə, 33%-də nevroloji problem və kənarlaşma aşkarlayırdıq. Hansı ki, o uşaqlar sağlam hesab olunurdu. Və bu problemlərin 29%-i doğuş travmasından qaynaqlanmışdı.
Hansı xəstəliklər doğuş travmasından yaranır? Bu siyahı ildən-ilə artır. Bizim həkim Yelena Maqomedova ilk dəfə uşaqlarda gecə sidik saxlamama probleminin patogenetik müalicəsini təklif edib.
Pediatr Saidova təyin edib ki, tənəffüs pozulması, ağciyər problemləri doğuş travması ilə bağlıdır.
Çox hallarda raxit sadəcə raxit deyil, kobud nevrologiyadır.
Əyri boyunluq. boyun fəqərələrndə problem, skolioz, ostexondroz, çanaq-bud çıxığı, sümükdə əyilmələr, yaxındangörmə, çəpgözlük, baş-beyin qan dövranı pozğunluğu, vertebro bazilyar çatışmazlıq, hemorragik insult, baş ağrıları, oyanıqlıq, hoperaktivlik, enurez – bunlar hamısı nevrologiyadır və özəyi 80% hallarda  doğuşdan qoyulur.
Uşaqlarda onurğa beyin insultu olur. Bu da doğuş travmasından qaynaqlanır.
Epilepsiyaların 70% i doğuş travmasıdır – baş-beyin zədələnib. Epilepsiyanın müayinə-müalicəsi uşaq doğum evindən hələ çıxmamış başlamalıdır, bax onda sağalma şansı olar.
Uşağa nevroloqlar komandası doğulan kimi baxmalıdır. 10% yenidoğulmuşda ciddi və kobud zədələnmə, 25% uşaqda isə orta və yüngül zədələr aşkarlanır. Bu metodların və mexanizmin sayəsində Kazanda doğum travması 4 dəfə azalıb.
Mamaçada günah yoxdur, o da düz bildiyini edir. "Mamaçaların bizdən küsmək, etiraz etməyə səbəbləri yox idi. Onlar pis işləmirdilər, doğuşu da qəbul edirlər. Necə görüblərsə, öyrəniblərsə, onu da edirlər. Amma barışmaq lazımdır ki, müasir doğuş nəyi tələb edir və qaydalar dəyişməlidir. İlk dəfə mən bu işlərə başlayanda şəhərin baş mamaçası və professor Sidorov dəstəklədi. İndi Rusiyanın bir çox şəhərlərində Kazansayağı doğuş edirlər. Bu metodu isə bizim tələbəmiz Albira Xasanova ilk dəfə tibbə gətirdi.
Kazanda xüsusi elmi-araşdırma mərkəzi fəaliyyət göstərir. Ölkədə yeganə yerdir ki, burda doğum travmaları öyrənilir.
Mənim "Sinir sisteminin gecikmiş ağırlaşmaları” kitabım dünyada bir çox professorun stolüstü kitabıdır.
İnsan doğuşdan ya xəstə olur, ya da sağlam. Körpənin sağlam doğulması 40% perinatal dövrdən, bətndən başlayırsa, 60%-i doğuşdan asılıdır. Bətndaxili müayinədə onsuz da ağır patologiyalar görülür və xəstə döl yaşamır, ya da biz götürürük. Bəs qalan 60%? Heç bir mamaça etiraf etməz ki, dölü bir qədər sərt dartdı və ya boyun damarını sıxdı. Heç gərək də deyil.  Bunu nevroloqlar təyin etməlidir. Uşaq nevroloqlarının xəstəxanalarda oturub xəstə gözləməsinin əhəmiyyəti yoxdur. Uşağı 5-6 yaşından sonra nevroloqa göstərmək də gecdir. Nevroloq doğuşda olmalıdır və uşaq doğulandan sonra da hər ay təkrar müayinə etməlidir.
Uşaq ağlayır, əsəbidir, gec danışır, yaddaşı zəifdir, əfəldir, yatmır, başına qan yaxşı işləmir, sümüyü, əzələsi zəifdir, yerimir, ayağı əyridir, beli əyildi – bunlar hamısı 90% hallarda doğuş travmasının "hədiyyəsidir”.
Burda nə ananın, nə də uşağın günahı var. Burda günah tibbdədir.
Kazansayağı doğuş barədə. Kazanda 50 ildir fəaliyyət göstərən məşhur doğum evlərində doğan qadın öz istəyi və ona rahat olan vəziyyətdə doğuşa qəbul edilir. Kazan doğuş metodunun texnikası bir qədər fərqlidir. Artıq  ginekoloji kresloda kürəyi üstə uzanaraq doğuş məcburi deyil və hər qadın uşağın rahat gəlişi və ağrını azaldan pozanı özü seçir və mamaça da buna uyğun taktika götürür. Xüsusən Kazanda vertikal doğuş aktualdır. Bu zaman doğum daha asan, tez, həm qadın, həm körpə üçün travmasız olur.

Aygün Musayeva               medicina.az

Hacı İbrahimdən alındı, adı dəyişdirildi - “Xəzər adaları”na “gün doğdu”

Azərbaycanda 8 il bundan qabaq maliyyə tutumuna və miqyasına görə böyük səs-küyə sahib olan bir layihənin təməli qoyuldu. “Qafqazinfo” xəbər verir ki, 2011-ci ildə “Avesta” şirkəti 100 milyardlıq “Xəzər adaları” layihəsini ortaya qoyaraq dənizdə yeni bir ada şəhərin salınacağının anonsunu verdi. Burada 1 milyon nəfərin yaşaması planlaşdırılırdı. Bunun üçün lazım olan bütün infrastrukturların qurulacağı da planda öz əksini tapmışdı.
Şirkətin prezidenti İbrahim İbrahimov (Hacı İbrahim) o zaman bildirmişdi ki, layihənin həyata keçirilməsinə Amerika, Türkiyə, ərəb və Çin investorları maraq göstərirlər. Hətta bu dövrlərdə bir neçə xarici şirkətin rəhbərlərinin layihəyə yatırım edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. 2013-cü ilin oktyabrında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı da olub. Ancaq bu proyektin inşası 2015-ci ildə dayandırıldı. Buna səbəb layihənin icraçısı olan İbrahim İbrahimovun müflis olması idi. Məlum oldu ki, o dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ndan götürdüyü 1 milyard dollara yaxın vəsaiti təyinatı üzrə xərcləməyib. Layihə rəhbəri “Beynəlxalq Bank” işi məsələsində ödəmədiyi borcuna görə cinayət məsuliyyətinə də cəlb olunmuşdu. O, borcunu ödəmək şərtiylə sərbəst buraxılıb.
Bu günlərdə də iş adamı mətbuata verdiyi açıqlamada “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını vurğulayıb. Ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.
Qeyd edək ki, zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib. Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.
Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin (1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.
Bu xəbərlə birgə Hacı İbrahimin də verdiyi açıqlama üst-üstə düşdüyünə görə, bu dəfə başıbəlalı layihənin gerçəkləşməsinin mümkünlüyü gün üzünə çıxır.
Bəs, bu layihənin belə tez başa çatması mümkün ola bilərmi? Növbəti dəfə layihənin fiaskoya uğramaq riskləri varmı? Pul layihəyə haradan cəlb olunacaq? Bu suallarla “Qafqazinfo” layihənin təhvil verildiyi Azərbaycan Sənaye Korporasiyasına müraciət edib. Sözügedən quruma bir neçə sualla müraciət etsək də, qısa cavab göndərilib. Bildirilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə “Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 499,9573 ha torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər (“Yeni şəhər” kompleksi) “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib. “Yeni şəhər” kompleksinin gələcək inkişafı baxımından texniki və iqtisadi cəhətdən yenidən əsaslandırılması üçün yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən yekun rəy verildikdən sonra, layihənin davam etdirilməsi, gələcək inkişaf perspektivləri, investorların axtarışı barədə qərar qəbul ediləcək.
Milli Məclisin deputatı Vahid Əhmədov da “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən layihəylə özü tanış olub: “Orada çox böyük işlər görülüb. İşlərin ağır hissəsi görülsə də, müəyyən işlər hələ də qalıb. Şirkət rəhbəri borclu olduğu üçün layihə satılıb və Azərbaycan Sənaye Korparasiyasına təhvil verilib. Yəqin ki, layihənin üzərində işləyəcəklər. Kreditlər cəlb edəcəklər. Həmin layihəni axıra qədər başa çatdıracaqlar. Bu, çox gözəl bir layihədir. Sözügedən layihənin inkişaf etdirilməsi Azərbaycanda bir sıra sahələrin, o cümlədən, turizmin inkişafına da təsir edəcək. Yəqin hökumət belə bir qərar qəbul edibsə, onun tikintisinin davam etdirilməsi nəzərdə tutulur. Bu layihəyə vaxtilə xaricdən də maraq göstərənlər olub. Sonradan kredit borcu ilə bağlı problemlər ortaya çıxdı və məsələ yarımçıq qaldı. Hesab edirəm ki, rəhbərlik tamamilə düzgün qərar qəbul edərək həmin layihəni təhvil verdi. Azərbaycanda həm əhatə dairəsi, həm böyüklüyü, həm də maliyyə tutumu baxımından bundan böyük layihə görməmişəm. Onu başa çatdırmaq çox vacibdir”.

Günel Türksoy

Gömrük Komitəsi hansı nazirliyə birləşdiriləcək?

Son günlər Gömrük Komitəsinin ləğvi ilə bağlı informasiya yayılıb. İlin sonyna kimi bu qurumun ləğv olunacağı ehtimal edilir. Bəs komitə ləğv olunarkən onun səlahiyyətləri hansı nazirliyə veriləcək? Dünya təcrübəsində bu necə həll olunur?
Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən  iqtisadçı ekspert Akif Nəsirli Azərbaycandakı durumun daha çox monopoliyadan qaynaqlandığını deyib: “Müxtəlif təcrübələr var. Gömrük Komitəsinin müstəqil fəaliyyət göstərdiyi ölkələr də var. Daha geniş praktikada gömrük xidməti Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi kimi qurumların tərkibində iqtisadi fəaliyyət ilə məşğul olur. Hətta ölkələr var ki, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərir. Azərbaycanda son illər gömrük xidmətində xeyli islahatlar aparılır. Yəqin bu islahatlar davam etdiriləcək. Çünki ölkədə ciddi problemlər olan xidmətlərdən biri də gömrük xidmətidir. Bu xidmət  vasitəsi ilə idxal monopoliyası həyata keçirilir. Bü gün Azərbaycanda Gömrük xidmətini hansı qurumun tərkibinə versələr belə, xidmətin sağlamlaşdırılması üçün məhz siyasi iradə olmalıdır. Məncə, gömrük xidmətində baş verənlər ölkənin iqtisadi seqmentini idarə edən vəzifəli şəxslərə bəllidir. Ona görə də yüksək səviyyədə siyasi iradə ortada olmalıdır. Əgər belə olsa, gömrük xidmətini heç bir başqa quruma birləşdirmədən də sağlamlaşdırmaq mümkündür”.
Ekspert Vergilər Nazirliyindəki prosesdən də bəhs edib: “Mikayıl Cabbarov vergilər naziri gəldikdən sonra Nazirlikdə müəyyən islahatlar həyata keçirilir, irəliləyişlər aparılır. Məncə, Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilərsə, müəyyən dəyişikliklər, irəliləyişlər baş verər. Amma dediyim kimi bunlar üçün siyasi iradə olmalıdır. Ümumi iqtisadiyyatda monopoliyanın aradan qaldırılması hədəflənsə, bunun davamı olaraq  Gömrük Komitəsində bu problemin həlli üçün hansısa islahatların həyata keçirilməsini gözləmək mümkündür. Yoxsa yarımçıq olardı. Yəni biz Gömrük Komitəsində monopoliyanın aradan qaldırılması üçün çalışıb iqtisadiyyatda, daxildə bunu etmiriksə, uzlaşma mümkün olmaz”.
Bəs bu birləşmə mövcud problemləri həll edə bilərmi? A. Nəsirli deyir ki, hansısa quruma birləşdirmə elə də ciddi bir dəyişikliyə səbəb olmur: “Sadəcə olaraq birləşdirilən  qurumun rəhbərinin şəxsi, idarəetmə keyfiyyətlərindən asılı olaraq hansısa dəyişiklik ola bilər. Bu adi fiksasiya xarakteri də daşıya bilər. Bayaqdan bu müstəqil idi, indi keçdi Vergilər Nazirliyinə tabe oldu. Bütün hesabatları Vergilər Nazirliyinə verdi, başqa heç nə dəyişmədi. Məsələn, bu yaxınlarda Sosial Müdafiə Fondunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirdilər. Heç nə dəyişmədi. Gömrük Komitəsi də belə bir hədəfə xidmət edəcəksə, onda xidmətdə hansısa dəyişiklik gözləmək elə də ciddi görünmür”. 

Elnarə İlham 

“Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur”

Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtomobillərə rast gəlirik. Buna səbəb son illlər avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aparılmır.
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: “Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib. Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır. Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər- bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən avtomobil firması o maşından 5 min dollar qazansın, bizim gömrük onu sadəcə 1 km bu tərəfə buraxmaq üçün 10-15 min qazansın. Belə bir rüsvayçı vəziyyət dünya tarixində görünməmişdir. Belə hallar ölkəmizin nüfuzuna ağır zərbələr vurur. Bütün bunlardan əlavə, idxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə. Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.
E.Bayramlının sözlərinə görə, dəfələrlə bəyan edib ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkərə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlament boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri ümzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.
Elçin Bayramlı: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkərə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlament boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri ümzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.
Elçin Bayramlı: “Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.
"İdxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə".

Elçin Bayramlı
Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən avtomobil firması o maşından 5 min dollar qazanır, amma bizim gömrük onu sadəcə 1 km bu tərəfə buraxmaq üçün 10-15 min qazanır.

Belə bir rüsvayçı vəziyyət dünya tarixində görünməmişdir.
Elçin Bayramlı:
-Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib. Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır. Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər- bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. 

Öz xeyri üçün

İlqar Bədəlov

Var adam işlədir ancaq başı öz xeyri üçün,
İstəyir dostu, yaxın yoldaşı öz xeyri üçün.

Guya öz dostu, yaxın yoldaşı qardaşdı bilən,
Hətta ağsaqqal edir qardaşı öz xeyri üçün.

Mal ətin yağlı yerin satdırır, etməz ziyanın.
Bişirir kəllə-paçayla xaşı öz xeyri üçün.

Gündə satmaq, ara qatmaqla keçirdir həyatın,
Hiyləgərliklə döyur göz-qaşı öz xeyri üçün.

Beləsin orqan alır nömrəsinin hər birisin,
Pul əzizdir həmən o oğraşı öz xeyri üçün.

Çıxmayır tüstüsü yandırdığı hər bir ocağın,
Quru yandıqca əl atmış yaşı öz xeyri üçün.

Baş əyir, bel bükülür Heykələ qəddin əyərək,
Acı göz yaş tökə cansız daşı öz xeyri üçün.

İlqarın olmasa da heç nəyi, ancaq yaşayır,
Dostu-qardaşları, sirdaşları öz xeyri üçün.

Немецкий генерал рассказал, почему американский солдат всегда будет бояться русского

Немецкий генерал Харальд Куят уже неоднократно высказывался про то, что армию США нельзя называть лучшей в мире. Ходят слухи, что из-за своего мнения, ему пришлось уйти из НАТО в отставку, так как правительство Соединенных Штатов это сильно напрягало.
Помимо этого, Харальд Куят заявлял о том, что в отличие от американской армии, которая сражается исключительно за деньги, русский солдат имеет громадное преимущество, так как сражается за Родину. А как вы знаете, что патриот будет сражаться до последнего, в отличие от солдата, который идет в бой ради денег.
"У русского солдата будет громадное преимущество над американским, так как он идет в бой за свою Родину, а не за деньгами. Вы прекрасно знаете мировую историю, и как себя проявлял русский солдат во всех боях, его никогда не интересовали деньги, ему было важно, что он отдает долг Родине. В этом и есть самое главное и кардинальное отличие от американского солдата" - заявил Харальд Куят. 
Только генерал НАТО, который видел американскую армию своими глазами, может высказывать своё непредвзятое мнение, причем это мнение будет авторитетно.
Однако Соединенные Штаты Америки видимо этого не понимают, потому что если бы понимали, то не стали бы провоцировать Россию на конфликт, который, к слову, вряд ли закончится в пользу американской армии. /nashaplaneta.su/

«Смерть» трех лидеров за неделю: кому это было выгодно

На этой неделе СМИ, в том числе и российские, «похоронили» сразу трех мировых лидеров – президента Туркменистана, бывшего главу Казахстана и лидера Турции. Ни один из слухов не подтвердился, но породил ряд вопросов, в том числе – кому оказался выгоден этот информационный вброс?
СМИ написали, что президент Туркменистана Гурбангулы Бердымухамедов умер в субботу, 20 июля. Вероятной причиной ухода из жизни журналисты назвали острую почечную недостаточность. Обострение болезни, как утверждали источники, настигло Бердымухамедова во время отпуска.
Первые сообщения о смерти туркменского главы появились у агентства «Говорит Москва» от источников, проживающих в Ашхабаде. Данные в частности озвучил директор Центра мониторинга евразийских проблем, политолог Аслан Рубаев. В сообщении в Facebook он написал, что даже рад этому факт. «Люди, которые мне сообщили, они живут в Ашхабаде. Они бизнесмены. Я когда спросил, точно ли, они сказали: есть знакомые, которые работают в спецслужбах, они передают, что это так, что это произошло, когда он вышел в отпуск», – заявил Рубаев.
Сведения о смерти Бердымухамедова подхватил еще один политолог – Анатолий Несмиян – в своем блоге el_murid. Он ссылался на собеседников в туркменской оппозиции.
После вброса двух политологов новость распространилась не только по туркменским СМИ, но и по российским. О якобы смерти главы Туркменистана написали многие ведущие агентства, а некоторые даже сделали видеорепортажи, посвященные Бердымухамедову.
Однако уже в воскресенье, 21 июля, посольство Туркменистана опровергло информацию о смерти, назвав слухи «абсолютной ложью». За поспешные выводы Рубаеву тут же пришлось извиняться: «Приношу свои извинения родным и близким президента, а также всем гражданам Туркменистана», – написал политолог в соцсети.
Бердымухамедов 15 июля официально ушел в отпуск. До среды, 24 июля, в сети не появлялось никакой информации о том, как он проводит время и чем занимается. Однако сегодня глава Туркменистана позвонил и поздравил с днем рождения президента Узбекистана Шавката Мирзиеева. Этот разговор стал первым международным официальным сообщением после слухов о смерти Бердымухамедова.
Последние слухи о смерти бывшего президента Казахстана Нурсултана Назарбаева российским СМИ оказались не так уж и интересны. Однако по запросу «Назарбаев қайтыс болды» (Назарбаев умер – казахск.) можно найти множество спекуляций вокруг якобы смерти бывшего казахского главы.
Первые вбросы об уходе Назарбаева из жизни появились в СМИ еще в 2011 году, последний – в конце прошлой недели. Местные СМИ предположили, что экс-президент страны серьезно болен. Поэтому, писали они, Назарбаев появился на публике только 5 и 6 июля, после чего исчез на две недели.
За это время в интернете появился ряд слухов, в том числе и о смерти. Но 21 июля Назарбаев нарушил молчание – он поздравил металлургов с профессиональным праздником.
Президента Турции Реджепа Тайипа Эрдогана «похоронили» в понедельник, 22 июля, арабские СМИ. Некоторые из них утверждали, что первоисточником стала арабская версия BBC, но впоследствии она открестилась от этой версии.
Арабские журналисты со ссылкой на источники писали, что глава Турции скончался после сердечного приступа. Ряд турецких СМИ подхватил слухи о смерти Эрдогана, но российские медиа в этот раз отнеслись к информации осторожно. Только некоторые каналы в Telegram решили подогреть спекуляции, не став, впрочем, раздувать эту новость.
Корреспондент Investing.com в Турции Туна Ильмаз сообщил, что пока официальных подтверждений этих данных не было. По его словам, утром в среду Эрдоган выступил с речью по поводу ситуации на Ближнем Востоке и в Сирии и был «живее всех живых». Журналист Олег Кашин отметил для Investing.com, что самым интересным среди вышеперечисленных стала «смерть» именно президента Турции. «Эрдоган сумел за несколько лет привести Турцию к тем же стандартам, по которым живет наша средняя Азия. В соответствии с ними смерть первого лица может быть единственным значимым политическим событием. Чем больше закрытости, тем сакральнее власть, а с сакральной властью разлучить может только смерть», – сказал Кашин.
Политический обозреватель и автор канала в Telegram «Русское Будущее» Станислав Куприянов сообщил Investing.com, что авторами слухов могут быть банально какие-то тролли и «медиа-хакеры». Их вбросы, по его словам, просто легли на благодатную почву, которой становится сама по себе информационная закрытость стран. «Например, какие-то южнокорейские источники регулярно “вбрасывают” совсем вопиющие новости о том, как Ким Чен Ын [лидер КНДР – Investing.com] скормил генерала свиньям, привязал родного дядю к пушечному ядру и запустил на Луну и т.п. Люди сами, не особо задумываясь, разносят дезинформацию, мультиплицируя эффект действий троллей», – объяснил Куприянов. С другой стороны, подчеркнул Куприянов, все же распространение фейков в условиях информационной обособленности некоторых государств – очень интересная тема. Он не исключает того, что Казахстан, Туркменистан, а теперь и Турцию прощупывают какие-то внешние силы. «Условно говоря: что будет, если вбросить фейк о том, что глава государства умер. Каких размеров будут круги на воде? Сколько их? Сколько времени потребуется властям, чтобы опровергнуть фейк? Как именно они будут действовать? Это же все очень интересные вопросы, для геополитических врагов тех или иных стран – в первую очередь», – сказал автор канала «Русское Будущее». /ru.investing.com/

Россиянка, вернувшаяся из США в Россию: В Америке живут в грязи и страхе

«Американская мечта» бередит душу многих россиян. Почему-то они считают, что там, на чужбине, им обязательно улыбнется удача, а жизнь сразу же станет благополучной и в материальном, и в психологическом отношении. Так думала и уроженка Тольятти Елизавета Румянцева, которая 23 года назад перебралась в Соединенные Штаты. Для нее, получившей диплом учителя истории, в середине «лихих девяностых» было ясно – здесь, в России, ждет или нищенское прозябание бюджетника, или бесконечная пахота «на хозяина» на рынке или в магазине. Будучи молодой женщиной, в далеком уже 1996 году Елизавета приняла решение уехать в США, благо была такая возможность – в Америке жили родственники, эмигрировавшие сразу после перестройки.
Мы разговариваем с Елизаветой в уютном кафе на одной из московских улиц. Да, это не оговорка – Елизавета уже 4 года как вернулась в Россию. Те девятнадцать лет, проведенные в Соединенных Штатах, сегодня она вспоминает с ухмылкой и содроганием одновременно. В Америке россиянке не понравилось и на то есть свои причины.
«Самое главное – люди. У нас тоже «в семье не без урода», но большинство россиян все же люди хорошие, душевные, а главное – настоящие. Америка – это царство фальши. Здесь тебе могут улыбаться, а в действительности вообще не воспринимать как человека», – рассказывает Елизавета.
Только приехав в США, россиянка сразу же столкнулась с целым рядом проблем. Ее неприятно поразили цены на жилье – рядовой американец, если у его родителей не было недвижимости, практически не может позволить себе покупку квартиры в крупном городе типа Нью-Йорка или Сан-Франциско. Живут в арендованном жилье, выплачивая за аренду львиную долю ежемесячного дохода. Цены на жилье – прямая причина большого количества бездомных. Причем на улице могут жить не только спившиеся люди, как у нас, но и честные работяги, у которых просто не хватает денег на аренду жилья. 
Вторая проблема – преступность. В США сидит в тюрьмах больше людей, чем даже в сталинском СССР. Но ведь сидит лишь меньшая часть преступников, а большая – на свободе, где чувствует себя весьма вольготно, несмотря на жесткие нравы американских полицейских. В некоторые районы американских городов вообще невозможно зайти без сопровождения вооруженной охраны. Но о преступности и высоких ценах наслышаны многие. Куда интереснее особенности быта в Штатах.
«Мало кто знает, что в питьевую воду в США добавляют крысиный яд – фторид натрия», – рассказывает Елизавета. Связано это с тем, что в американских городах очень много крыс. Этому способствует грязь на американских улицах, огромное количество точек фастфуда с объедками и прочим мусором. Свою лепту вносят и бездомные.
К России, по словам нашей собеседницы, в США относятся с очень большой настороженностью. Многие американцы запуганы средствами масс-медиа и живут в постоянном страхе перед ядерной войной, нападением русских. «Нас американцы боятся, причем свои стереотипы строят на каких-то глупых голливудских фильмах, на очень поверхностных телепередачах», – говорит Елизавета.
Промучившись много лет в Штатах, Елизавета поняла, что не сможет принять американскую реальность. Кому-то это удается, кто-то остается в Штатах навсегда, но глубоко несчастным человеком, а наша собеседница приняла твердое решение вернуться в Россию. «Теперь я дома, а молодым своим знакомым, кто грезит отъездом на Запад, рекомендую трижды подумать перед тем, как принять окончательное решение. Хотят ли они жить в грязи, в постоянном страхе, в окружении преступников и бездомных», – говорит россиянка.

topcor.ru

Deputat Gömrük Komitəsinin ləğvinin ANONSUNU VERDİ: "Bu ilin sonuna qədər..."

"Səfər Mehdiyev guya rüşvətin kökünü kəsmək üçün vəzifəyə gətirildi, əslində o rüşvətin başında dayananlardan idi" 

"Son vaxtlar tez-tez gömrük əməkdaşlarının 50-100 manat rüşvətə görə işdən çıxarılması faktlarının ictmialəşməsi əslində vəzifədə qalmaq üçün çabadır"

Bu fikirləri qaynarinfo.az saytına adının çəkilməsini istəməyən millət vəkillərindən biri söyləyib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin vəziyyəti elə də ürəkaçan deyil: "Bildiyiniz kimi, Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri məhz gömrük sistemidir. Bu sahədə rüşvətin həddi-hüdudu yoxdur deyənlər heç də yanılmırlar. Məsələ ondadır ki, Səfər Mehdiyev guya rüşvətin kökünü kəsmək üçün vəzifəyə gətirildi. Hər halda belə bir rəy formalaşdırmağa çalışdı müəyyən dairələr. Lakin əslində yeni rəis əvvəlcədən gömrükdə rüşvətin başında dayananlardan idi. Cənab prezidentin gömrükdə rüşvətin kökünü kəsmək məqsədilə etdiyi təyinatın effekt vermədiyi artıq məlumdur. Bizdə olan məlumata görə, hətta xarici dairələrdən ölkə başçısına gömrükdə rüşvətin, haqsızlığın, süründürməçiliyin hələ də tüğyan etməsi ilə bağlı informasiya ötürülüb. Bu səbəbdən də artıq Gömrük Komitəsinin ləğv edilməsi məsələsi gündəmdədir".
Maraqlıdır ki, redaksiyamıza belə bir məlumat daxil olan gün tanınmış ekspertlərdən olan Natiq Cəfərli də oxşar açıqlama ilə çıxış edib. O da bildirib ki, bu ilin sonuna qədər Gömrük Komitəsinin ləğv edilməsi gözlənilir. "İlin sonunadək qərar çıxacaq ki, ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınsın, Vergilər Nazirliyinə verilsin. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə veriləcək. Bizdə güclü, arxalı, klanlara söykənən nazirlik və dövlət qurumlarını həmən ləğv etmirlər, əvvəl səlahiyyətləri "sünnət" edirlər, gücdən salırlar, sonra qərar verirlər. Gömrüklə bağlı eyni prosedur başlayıb” – deyə ekspert qeyd edib.
İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, iqtisadiyyatda vacib vergilərdən olan ƏDV-nin 2019-cu ildə 1804,0 mln manat olması gözlənilir: "2018-ci ilə nisbətən bu vergi üzrə 9 mln manat (0.5%) azalması proqnozlaşdırılıb. 2014-cü ilin dövlət büdcəsində 2139,0 mln manatla müqayisə etdikdə 335 milyon azalır (-18.6%). Demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması azalacaq. Ancaq Gömrük Komitəsi xətti ilə idxaldan alınan ƏDV 2294,0 mln manatdır, 2014-cü ildə 1070,0 mln manat olub. Bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki bu ilin əvvəlindən gömrük statistikasının Vergilər Nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmalı olan həcminə aydınlıq gətirir. Gömrük Komitəsi büdcədən nə qədər "yayındırıb"? Bu, onu sübut edir ki, Gömrük Komitəsinin vəzifəsi olan daxili istehsalı qorumaq funksiyası yerinə yetirilməyib, bu açıq-aşkar gömrük siyasətinin iflasıdır. Bəzi insanlar gömrük proqnozlarının artıqlaması ilə yerinə yetirilməsini nailiyyət hesab edirlər, ancaq onun strukturuna baxdıqda görürsünüz ki, 65-70% idxaldan ƏDV-dir, ona görə dəfələrlə dediyimiz kimi, bir ölkədə vergi toplanması ilə bir neçə qurum məşğul olmamalıdır, bu işlə Vergilər Nazirliyi məşğul olmalıdır. Dünyanın heç bir yerində gömrük ayrıca mərkəzi icra hakimiyyəti kimi fəaliyyət göstərmir, xidmət kimi, prosedurları həyata keçirən bir departament kimi Maliyyə və ya Vergilər nazirliklərinin tərkibində olur. O baxımdan hesab edirəm ki, idarəetmədə regionçuluq, monopoliya kimi mənfi imic yaratmış Gömrük Komitəsi ləğv olunmalı, onun bazasında yaradılacaq xidmətin səlahiyyətləri Vergilər Nazirliyinin bir departamentindən yüksək olmamalıdır. Bu departamentin də vəzifəsi prosedur orqan olaraq sahibkarlığa xidmətlə məhdudlaşdırılmalıdır, bunun üçün lazımi institusional, struktur və kadr islahatları aparılmalıdır".

Azərbaycandan İŞİD-ə 500 min dollar yardım edənlərin məhkəməsi başlayır

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki müəyyən edilməyib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər. Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib. Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib. İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.

Cəsus oyunları: İran kəşfiyyatı Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini Ermənistanda necə izləyib

İran kəşfiyyatı bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentini yaxaladığını elan edib. Virtualaz.org xəbər verir ki, iyulun 21-də İran rəsmi KİV-ləri agentlərin yaxalanması əməliyyatına dair vidosüjeti nümayiş etdirib və kadrlara əsasən agentlərin bir qisminin izlənilməsi Ermənistan ərazisində həyata keçirilib.
Bildirilir ki, agentlərin heç biri bir-biri ilə əlaqəli olmayıb, onlar Mərkəzi Kəşfiyyat İdarəsinin zabitləri ilə ayrı-ayrılıqda işləyiblər. Agentlərin bir hissəsi Amerika vizası almağın əvəzində əməkdaşlığa razı olub. “Bu şəxslərə məxfi informasiyanın toplanması üçün mürəkkəb texniki avadanlıqlar verilib və onlar MKİ əməkdaşları yanından xüsusi hazırlıq keçiblər”,- İran kəşfiyyatının məlumatında deyilir.
Agentlərin bəziləri barədə edam hökmü çıxarılıb, qalanları isə uzunmüddətli həbsə məhkum edilib. Maraqlıdır ki, MKİ agentlərinin izlənilməsinə dair bəzi kadrlar Ermənistanın restoranlarında həyata keçirilib. Bundan əlavə xüsusi sənədli rolikdə Yerevanın mərkəzindən çəkilmiş kadr da yer alır.
Bəs İran kəşfiyyatı Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini Ermənistan ərazisində necə izləyib? Ümumiyyətlə, həmin agentlər Ermənistan ərazisində nə gəzirdi? “Sputnik Armenia” agentliyi qeyd edir ki, ABŞ kəşfiyyatının bilavasitə İran ərazisində işləməsi kifayət qədər çətindir. Çünki istənilən xarici vətəndaş, xüsusən də Qərb ölkələrindən gələnlər dərhal İran xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Lakin İran vətəndaşları qonşu Azərbaycana, Ermənistana və Gürcüstana sərbəst gedib-gəlirlər, orada özlərini azad hiss edirlər. Deməli ABŞ kəşfiyyatı üçün İran vətəndaşlarını qonşu ölkələrin ərazisində “ələ almaq” daha münasibdir. Xüsusən də Ermənistan ərazisində ABŞ-ın güclü casus mərkəzinin fəaliyyət göstərdiyi haqda deyilənlər nəzərə alınarsa. Regionda ABŞ-ın ən iri səfirliyi məhz Yerevandadır və orada minlərlə əməkdaş işləyir.
Belə səfirlik təkcə Ermənistanda işləmək üçün həddən artıq böyükdür. Ona görə də istisna deyil ki, belə baza-səfirliyin mövcudluğu həm də İrana yaxınlıqla bağlıdır. İran kəşfiyyatının yaydığı rolikdə göstərilir ki, agentlərdən biri ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində “verbovka” olunub. Lakin Ermənistan barədə heç nə deyilmir, ancaq bu ölkədə çəkilmiş kadrlar nümayiş etdirilir.
Belə görünür ki, İran tərəfi agentlərin bəzilərinin məhz Ermənistan ərazisində “verbovka” olunduğuna eyham edir. Habelə göstərməyə çalışır ki, İran əks-kəşfiyyatı həmin agentləri Ermənistan ərazisində izləyib. Hərçənd Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu məsələdə tərəflərdən hansısa birinə-ABŞ-a və ya İrana dəstək verməsi ehtimalı azdır. Cəsus oyunları böyük ehtimalla Ermənistan xüsusi xidmət orqanlarının xəbəri olmadan baş verib.

29.07.2019

ХОРВАТЫ, ВЕНГРЫ, ИТАЛЬЯНЦЫ, ИСПАНЦЫ. ТРАНЗИТОМ ЧЕРЕЗ ЛЬВОВ. 1942 ГОД

23 января 1942 г. Во Львов приехало подразделение испанского антибольшевистского легиона. Легионеров завезли на Главный вокзал, откуда они поехали на восточный фронт. Вместе с ними во Львов приехало подразделение хорватских фашистов, которые заняли всю площадь перед вокзалом. Сегодня на вокзале произошёл случай, после которого немцы не допускают к перронам гражданское население. Хорватский солдат застрелил офицера СС, а затем двоих жандармов, которые хотели его арестовать. Прежде, чем смогли его разоружить, хорват совершил самоубийство. Теперь немцы распускают слухи, что хорват был пьяный. Другие говорят, что "ему не хватало пятой заклёпки".
9 февраля. Женщина, которая содержит на Главном вокзале общественный туалет, прячет у себя русского офицера без документов и его жену. Перед нами этого не скрывает и не раз просила табака для этого офицера. Сказала мне, что скоро вывезет этих двоих к своей семье в село. В лесах недалеко от деревеньки есть партизаны, к которым офицер с женой хотят пробраться.
11 февраля. За небольшое количество угля хотят золотые или серебряные часы. Люди уже сожгли много заборов и посрезали вокруг домов декоративные деревья. Разбирают даже веранды. Железнодорожники говорят, что этой зимы немцы в России не выдержат. Раненых привозят с каждым разом всё больше, и у многих из них отморожены руки, ноги, животы и лица. Их стало уже столько, что от нас вывозят товарными поездами, в которых ставят железные печурки.
17 февраля. Зима в этом году очень суровая, и многие люди не верят, что переживут её. Полиция на рогатках всё суровее обыскивает селян, привозящих продовольствие. Немцы перестали нянчиться с украинским населением, и если поймают крестьянина с салом, то бьют его независимо от того, какой он национальности.
1 марта. Возле самого дома DRK лежат на подстилках и спят венгерские солдаты. Они все грязные, запылённые и заросшие. Их стянули во Львов с русского фронта, где они воевали в венгерской армии против русских. Украинцы, работающие в DRK, говорят, что эти венгерские солдаты являются по происхождению евреями и после изъятия у них оружия и обмундирования они поедут в Бельжец.
7 марта. Сегодня прицепился к нам какой-то маленький мальчик и попросил, чтобы мы его взяли на заработки. Мы пошли на перрон к итальянскому эшелону, который тут задержался по дороге на фронт. Солдаты ехали в товарняках, в которых были установлены железные печурки. Поскольку сегодня было трудно заработать, то Николай и тот новый свистнули у итальянских солдат целый набитый рюкзак. Кто-то из солдат заметил это и погнался за парнями. Отобрал у них рюкзак и сообщил об этом случае в итальянскую жандармерию. Приехали на двух машинах и сильно на нас кричали, но никого не задержали. Потом всю нашу компанию отвезли в комендатуру итальянской полевой жандармерии, которая размещается на пересечении улиц Сикстуской и Леона Сапеги. Не нашлось итальянца, владеющего польским, поэтому переводили с польского и итальянского на немецкий язык.  Следствие было очень коротким. Мы сказали итальянским солдатам, что воруем их продукты и одежду, поскольку мы голодные и нам не во что одеться. Добавили также, что наши семьи живут только с того, что мы заработаем на вокзале или таскаем из итальянских и немецких складов.  Итальянцы нам даже не сказали, что мы поступаем плохо, обворовывая итальянскую армию. Посовещались между собой, потом унтер-офицер выпроводил нас на улицу и сказал нам идти отсюда.
14 марта. Если один входит в вагон, то второй не в состоянии одновременно вытаскивать товар из вагона и следить, не идёт ли баншуц. Для этого мы создали группу, в которой нас было четверо. 
Кроме товара, который можно унести домой или продать, есть и такой, который трудно забрать. На железнодорожных станциях, на боковых и пролётных ветках стоят вагоны-цистерны с бензином. Почти через день мы сливаем бензин из цистерн. Откручиваем контрольные краны, срываем эти краны с цепочки, и бензин толстой струёй вытекает в землю. Если открутить краны в нескольких цистернах, то можно за час спустить пару тысяч литров бензина. Лучше всех спускает бензин Брудас. Он родился и вырос возле вокзала, и о вагонах и цистернах знает всё. По несколько десятков литров этого бензина мы забираем, поскольку его можно пронести в гетто и там продать евреям. Немецкая администрация города прекратила подачу электричества и газа в гетто и, одновременно, не даёт евреям ни угля, ни дров. Евреям приходится тайно покупать топливо. Этот бензин смешивают с чем-то ещё и жгут в керосинках. В гетто в данный момент можно входить, и нет охраны на границе арийской и еврейской частей города. Хуже бывает, когда шпики ловят кого-то с товаром для гетто. Если поймают маленького пацана, то изобьют и отпустят, старших сажают или - если им чем-то не понравился - расстреливают.
19 марта. Сегодня вагоны-цистерны поставили недалеко от итальянской комендатуры вокзала. Мы с Брудасом пришли под вечер, когда было ещё видно. Когда мы возились возле кранов, из-за дома вышел итальянский солдат. Времени убежать не было, а у солдата на поясе был револьвер. Мы перестали откручивать краны, а он не спеша подошёл к нам. Потом внимательно прочитал немецкие надписи на цистерне и осмотрел краны. Потом поправил на себе ремень, кивнул нам головой и пошёл себе. Мы ждали пару минут, но никто не шёл. Тихо было и в доме итальянской комендатуры. Мы открутили поочерёдно краны в трёх цистернах. В одной цистерне мы взяли около 15 литров бензина, который Брудас продаст сегодня в гетто.
23 марта. На Главный вокзал сегодня прибыл эшелон итальянцев. Охраняли их только эсэсманы, которые били каждого, кто приближался к вагонам. Итальянские солдаты были без оружия и небритые. Всех их впихнули в машину и вывезли на пески около Винников. Когда их высаживали из открытых кузовов, солдаты кричали что-то по-итальянски, но невозможно было понять, что они говорят. Путейские работницы рассказывали, что это солдаты, которые не хотели помогать немцам в облавах на партизан в лесах под Равой Русской и Дрогобычем. 
24 марта. Во Львов приехали хорваты, которые должны идти на русский фронт. Одеты в немецкие мундиры, только на рукавах и пилотках у них какие-то свои знаки. Ходят разъярённые и бьют кого попало. Не знаю, где их расквартировали, - шастают по несколько человек в окрестностях вокзала.
25 марта. Сегодня хорваты выехали на машинах. Все были в касках, и у всех были заткнуты за пояс гранаты. Украинец из вокзальной охраны говорил, что хорваты поехали помогать ликвидировать гетто в Жолкве и Люблине.
29 марта. Сегодня в итальянской комендатуре целый день был шум. Когда итальянцы пришли утром, то нашли на окне повешенного коллегу. Уборщицы говорят, что этот самоубийца повесился от тоски по Италии. Уже вернулись хорваты. Они теперь не такие злые, как перед выездом. Разговаривают с людьми. Некоторые из них сегодня продавали вокзальным торговцам разные вещи - часы, обувь, обручальные кольца. За пол-литра водки можно было у них получить красивые дамские туфельки. За женские золотые часы хотели 10 литров водки. Но можно было сторговаться за 8 литров. На вокзале поднялся шум по поводу этого бензина. Немцы хватают и арестовывают разных людей, а перед этим очень плотно оцепили вокзал. Немецкое оцепление настолько густое, что только с трудом можно вынести оттуда хлеб или сигареты. Немцы тщательно обыскивают задержанных. На путях, где стоят цистерны, теперь крутится много баншуцев, а немецкий повар сказал, что комендатура вокзала назначила награду за поимку виновных в уничтожении бензина. Если бы просто забирали по несколько или несколько десятков литров бензина, то немцы бы ещё долго не догадались, что происходит. Только когда увидели оторванные краны и мокрую от бензина землю, то "шляк их трафил". Почти каждый день теперь бьют людей и тщательно проверяют пропуска работников железнодорожного вокзала. Теперь невозможно дойти до цистерн с бензином, из-за чего носим немцам чемоданы и рюкзаки. Денег от продажи бензина ещё осталось достаточно, и я даю их маме каждый день или через день. У меня больше свободного времени, так что я стал снова приходить помогать пану Роману. Около кухни крутится теперь несколько типов, которых я не знаю. Пан Роман даёт мне кофе, но и отгоняет от барака. Немцы и тут следят, а в 50 метрах от кухни находится штаб железнодорожной жандармерии.

Из дневника Я.Вильчура

Ya Hüseyn

Sinəni qıldın sipər tiri-bəlayə, ya Hüseyn,
Yetməsin ta rəxnə dini-Mustafayə, ya Hüseyn,
Can fəda səntək vəfalı aşinayə, ya Hüseyn,
Cəzbeyi-eşqinlə gəldim Neynəvayə, ya Hüseyn,
Neynəvadə ney kimi gəlləm nəvayə, ya Hüseyn.

Canım üçün tək səni xilqətdə canan bilmişəm,
Qəlbimə ismin edib həkk, özgə ismin silmişəm,
İltifat etsən diri, etməzsən əlhəqq ölmüşəm,
Lütf qıl, qurbanımı məndən qəbul et, gəlmişəm
Əldə can nəqdim Minayi-Kərbəlayə, ya Hüseyn.

Xaliqin ey bəhri-xilqətdə əmanət gövhəri,
Başını təndən cüda qıldı xəyanət xəncəri,
Verdik əldən damənin, aldı cəhalət hər yeri,
Sənsən Allahın yolu, sənsən hidayət rəhbəri,
Göstərirsən xəlqə yol yerdən səmayə, ya Hüseyn.

Xaliq etməklə səni xəlq, etdi xəlqə mərhəmət,
Şəmsi-həqsən, lütf nurunla dolubdur hər cəhət,
Olmaya adəmdə ta iblisə aid bir sifət,
İnqilabın aləmi-nasutə dərsi-mərifət,
Mərifətsiz yetməyib kimsə Xudayə, ya Hüseyn.

Asimani-mərifətdə mehrü mahimsən mənim,
Hicrə bitab aşiqəm, fəryadu ahimsən mənim,
Varlığınla yox olur dərdim, pənahimsən mənim,
Mən həqir əbdin, müəzzəm padişahimsən mənim,
Bir nəzər sal mən fəqirü binəvayə, ya Hüseyn.

Hər dəm, ey yar, aşiqin rəhm eylə əşki-alinə,
Bəllidir gülzarə həsrət bülbülün əhvali nə,
Yanmasın qoy atəşi-hicran ilə, yan halinə,
Qoyma tənha Əmrini, lütf et, çıx istiqbalinə,
Yetsə rehlət vədəsi dari-bəqayə, ya Hüseyn.

Ağasəlim Əmri

28.07.2019

Fazil Mustafa milləti sevsəydi...

Fazil Mustafanın guya milləti və vətəni sevdiyini idda edən başıboşlar var.
Sadəcə onlara bu həqiqəti çatdırmaq lazımdı:
1) Əgər Fazil Mustafa milləti sevən insan olsaydı, millətin qahir əksəriyyətini təşkil edən insanları təkfir edib, onları vahhabi bicbalaları leksikonu ilə təhqir etməzdi.
2) Əgər Fazil Mustafa milləti sevsəydi, milli qürur tariximiz və qırmızı xəttimiz olmuş Şah İsmayıl Xətaiyə dil uzatmazdı.
3) Əgər Fazil Mustafa milləti sevsəydi, millətin özünə sərf edən məfkurə dalıyca getməsini tələb etməz, onu tənqid edənlərə İran cəsusu yarlığı yamamazdı.
4) Əgər Fazil Mustafa milləti sevsəydi, bir vaxtlar mubarizəyə başladığı düşərgəyə və milli liderinə xəyanət etməzdi.
5) Əgər Fazil Mustafa milləti və vətəni sevsəydi, 2002-ci ildə hərbi xidmətə çağırıldığı üçün öz ölkəsini Avropa məhkəməsinə verməzdi.
Davam edim?

Anar Xəyali

https://www.facebook.com/groups/2158879010801885/permalink/3087968904559553/

27.07.2019

Рассекречивание 150 атомных баз США в Европе, в том числе в Турции

Американские СМИ отмечают, что один из комитетов военной коалиции НАТО в своем отчете раскрыл секретные места размещения ядерного оружия США в Европе.
Газета «Вашингтон пост» недавно сообщила, что канадский сенатор представил Комитету по безопасности и обороне Парламентской ассамблеи НАТО документ с описанием политики ядерного сдерживания военной коалиции на будущее, однако было обнаружено, что в этом документе случайным образом раскрываются секретные места размещения ядерного оружия в Европе.
В докладе говорится, что ядерное оружие США хранится на складах в Бельгии, Германии, Нидерландах, Италии и в Турции.
Заголовок этого документа следующий: «Новая эра ядерного сдерживания: модернизация, контроль над вооружениями и объединенные ядерные силы».
Первоначально документ был опубликован в апреле без какой-либо реакции, но недавно бельгийская газета опубликовала копию этого документа, в которой названо около 150 единиц ядерного оружия. 
Согласно информации данной газеты, бомбы хранятся на шести американских и европейских базах, включая базы Кляйна, Брейгеля в Бельгии, базы Бушель в Германии, базы Авиано и Гади-Туре в Италии, базу Волкел в Нидерландах и базу Инджирлик в Турции.
The Washington Post в своем отчете заявила: "Оригинальный документ не раскрывает эту информацию ни одному источнику".
Несколько дней назад была опубликована окончательная версия отчета, в которой не упоминалось местонахождение этого оружия.
Официальный представитель НАТО, который не назвал свое имя, заявил «Вашингтон пост», что это не официальный документ НАТО. Он подчеркнул, что этот документ был написан членами Парламентской ассамблеи НАТО. «Мы не комментируем детали состава ядерного оружия НАТО», - сказал он.
Однако директор исследовательской программы по разоружению в Ассоциации оружейного контроля (Arms Control Association) Кингстон Риф, заявил газете Washington Post: "Неудивительно, что было обнаружено местонахождение американского ядерного оружия в Европе". Он добавил: «Это давно все поняли касательно этого вопросе». /parstoday.com/

SSRİ-nin ikinci şəxsi olan kobud mexanik bir qabanın güdazına necə getdi? – Kiriçenkonu taxtdan endirən ov

Tarixə nəzər salsaq, siyasi liderlərin, dövlət məmurlarının çəkişmələrini, siyasi mübarizələrini çox müşahidə etmək olar. Bu isə anlaşılan və təbiidir, çünki siyasət elə həm də mübarizə deməkdir. Amma bəzən məmurlar siyasətdən kənar elə konfliktlərə gediblər ki, çoxlarımız bunu ağlımıza belə gətirə bilmərik. Hətta belə konfliktlər eyni siyasi əqidəli iki siyasətçinin yollarını ayırıb. Nikita Xruşovla Aleksey Kiriçenkonun yolları ayrıldığı kimi…
Baş vermiş konflikt haqqında yazmazdan əvvəl Aleksey Kiriçenkonun həyat və siyasi fəaliyyətinə nəzər salaq.
Kiriçenko 1908-ci ildə Xersonda anadan olub. 4 illik təhsildən sonra maddi sıxıntı keçirən ailəsinə kömək etmək məqsədilə çobanlıq edib. 1927-ci ildə Xersonda texniki peşə məktəbində traktor mexaniki peşəsinə yiyələnib. Bir müddət Xersonun ayrı-ayrı qəsəbə və kəndlərində mexanik işləyib. Daha sonra təhsilini Rostovda Mühəndis-mexanik institutunda davam etdirib. 1930-cu ildə partiya sıralarına daxil olub. 1936-1938-ci illərdə Aleksey Kiriçenko Xerson və Odessada texniki peşə məktəblərində müəllimlik edib.
1937-1938-ci illərdəki repressiyalar zamanı kadr çatışmazlığı yaranan zaman Kiriçenko fəal kommunist kimi Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə dəvət olunub və təlimatçı vəzifəsinə təyin edilib. İki il ötdükdən sonra ona daha böyük vəzifə- kadrlar şöbəsinə rəhbərlik həvalə olunub. Elə həmin dövrdən də onunla Ukraynanın birinci katibi vəzifəsinə təyin olunan Nikita Xruşovun arasında yaxın münasibətlər yaranıb.
Daha sonra Odessa vilayətinin birinci katibi və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyən Kiriçenko 1953-cü ildə Ukraynanın birinci kürsüsünə əyləşib.
1957-ci ildə “antipartiya qrupu”- Georgi Malenkov, Lazar Kaqanoviç, Vyaçeslav Molotov plenumda Nikita Xruşova qarşı çıxıb onu devirmək istəyəndə Aleksey Kiriçenko olduqca kobud və sərt çıxış edərək “qocalar” adlandırdığı üçlüyü ifşa edib. Xruşovun müdafiəsinə qalxan Kiriçenkodan çoxları belə od püskürtüsünü gözləməyib. Və onun bu xidməti cavabsız qalmayıb. Nikita Xruşov elə həmin il- 1957-ci ildə Aleksey Kiriçenkonu Kremlə dəvət edib, Mərkəzi Komitənin katibi vəzifəsinə seçilməsi məsələsini qaldırıb. Plenum Xruşovun irəlu sürdüyü namizədə razılıq verib. Elə həmin plenumda Xruşov bəyan edib: “Aleksey Kiriçenko Mərkəzi Komitənin katibi olmaqla partiya xətti ilə məndən sonra ikinci şəxsdir…”
Kiriçenkoya qarşı fikirlər birmənalı olmayıb. Marşal Georgi Jukov onun haqqında yazıb: “Mənim Kiriçenkoya qarşı münasibətim heç vaxt yaxşı olmayıb. Həmişə təəccüblənmişəm ki, primitiv mədəniyyətə belə malik olmayan bu adam Xruşovla necə dostluq münasibətləri yarada bilmişdi…” Kiriçenko ilə Anastas Mikoyanın arasında da heç vaxt xoş münasibətlər olmayıb. Mikoyanın oğlu Serqo Mikoyan öz xatirələrində bununla bağlı qeydlər edib: “Mərkəzi Komitənin iclaslarında Kiriçenko həmişə yüksək tonla danışıb, hətta az qala qışqırıb. İclasların birində yenə səsini qaldıraraq “mən ölkənin ikinci şəxsiyəm, verilən tapşırıq və göstərişləri vaxtında yerinə yetirmək lazımdır” deyə atamın üstünə qışqırıb. Atam isə onun bu iradını cavabsız qoymayıb: “Yoldaş Kiriçenko, siz bir də özünüzü belə aparsanız, partiyanın ikinci yox, sonuncu şəxsi olacaqsınız…” 1961-1967-ci illərdə SSRİ DTK-nın sədri vəzifəsində işləmiş Vladimir Semiçastnı öz xatirələrində Kiriçenkonun kobud bir şəxs olduğunu vurğulayıb: “Kiriçenko enerjili adam idi. Amma xarakterində diktatorluq açıq-aşkar hiss olunurdu. Elə bu kobudluğu ilə də vəzifə pillələrini sürətlə qalxaraq Ukraynadan Moskvaya, birbaşa Kremlə gəlib çıxmışdı…”
Aleksey Kiriçenkonun Kremldə peyda olması, “ikinci şəxs” statusu alması yüksəkçinli dövlət məmurları üçün əməlli-başlı problemə çevrilib. Məhz Kiriçenkonun göstərişi ilə Kreml məmurlarının xidməti avtomobillərinin sayı 1-ə endirilib, onların “Çayka”ları “Volqa”larla əvəzlənib. Həmçinin Kreml məmurlarının mühafizəçilərinin sayı da Kiriçenkonun göstərişi ilə minimuma qədər ixtisar edilib.
Sonralar Nikita Xruşov da öz məşhur xatirələrində Aleksey Kiriçenkoya daha çox etimad göstərməkdə yanıldığını qeyd edib.
Xruşovla Kiriçenko arasındakı konflikt 1959-cu ilin qışında Zavidovoda baş verib. Həmin qış günündə ölkənin birinci və “ikinci” şəxsi ova çıxıblar. Elə ilk anda gözə görünən qabana hər ikisi atəş açıb. Qəniməti gətirəndə Xruşovla Kiriçenkonun arasında əvvəlcə zarafatla mübahisə yaranıb. Xruşov öldürülmüş qabana yaxınlaşaraq sinəsinə döyüb: “Mənim bütün atəşlərim sərrast olur”. Kiriçenko etirazını bildirib:“Nikita Segeyeviç, axı qabanı mən vurmuşam”. Beləliklə, bu dialoq mübahisə şəklinə keçərək ciddiləşib. Nəhayət, qərara gəlinib ki, qabanın bədənindəki güllə çıxarılsın və kimin silahından çıxdığı müəyyənləşdirilsin. Həmin səhnəni DTK-nın 9-cu idarəsinin rəisi, sonralar DTK sədrinin birinci müavini olmuş general-polkovnik Nikolay Zaxarov belə xatırlayıb: “Biz əvvəlcə elə düşünürdük ki, onlar zarafat edirlər və həqiqətən də Xruşov zarafat edirdi, amma Kiriçenko ciddiləşmişdi, az qala qışqıra-qışqıra danışırdı. Nəhayət o ekspertin gətirilməsini tələb edəndə Xruşov da ciddiləşdi. Gəldilər, gülləni çıxartdılar, bu proses xeyli vaxt apardı. Meşədə Xruşov böyük stol açdırmışdı. O hamını süfrə başına dəvət etdi. Kiriçenko əyləşmədi. Nəhayət cavab gəldi ki, qabanı Xruşov vurub. Hər şey də bundan sonra başlandı. Kiriçenko səsini başına atdı və Xruşova “sən” deyə müraciət edərək onu ittiham etməyə başladı: “Sən göstəriş vermisən ki, belə desinlər. Bax bu, ədalətsizlikdir, sən öz birinciliyindən sui-istifadə edirsən…” Kiriçenko ürəyini boşaltdıqdan sonra sağollaşmadan getdi. Xruşov bu mənzərədən pərt olmuşdu…”
Kiriçenkonun bu və digər əməlləri Xruşovu ciddi düşünməyə vadar edib və o son qərarını verib. O 1960-cı ildə Kremldəki bütün vəzifələrindən azad olunaraq Rostova birinci katib göndərilib. Amma burada da çox qərarlaşa bilməyib. Cəmisi altı aydan sonra Rostov kommunistlərinin Mərkəzi Komitəyə ünvanladığı çoxsaylı şikayətlərə baxılıb və o bu işindən də azad olunub. Artıq siyasətdən tam uzaqlaşdırılan Kiriçenko 1960-1962-ci illərdə Penzada dizel zavodunun direktoru işləyib.
Kiriçenko təqaüdə çıxdıqdan sonra memuarlarını yazmaq qərarına gəlib. İki il bunun üzərində çalışsa da yazdıqları heç nəyə yaramayıb və heç bir nəşriyyat onun savadsız yazılarına sahib çıxmayıb.
Aleksey Kiriçenko 1975-ci ildə, 67 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib. /musavat.com/