Əlyazmalar İnstitutunun direktor müavini ilə bağlı 1 milyonluq qalmaqal
''Kislotanı mənə verdi ki, apar, o qadının üzünə at...''
“Qızı Gülşən mənə 20 min pul verdi ki, “apar kislotanı, ərimin gəzdiyi qadının üzünə at”. Getdim, onu gördüm, edə bilmədim. Gəldim, özünə də dedim ki, al bu pulu, mən eləyə bilmərəm. Pulu atdı yerə. Götürdüm, dedim: “Hara qoyum?” Dedi ki, mənə lazım deyil. Dedim, sənə lazım deyil, mənə lazımdır, götürdüm. Özü də gördü, bildi...”. Bunları məhkəmədə deyən 36 yaşlı Xanım Zeynalovadır. O, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min dollar nəğd pul və 143 min 400 manat dəyərində qızıl-zinət əşyaları (brilyant sırğa-üzük dəstləri, qızıl onluqlar, beşliklər, “Rolex” markalı və digər saatlar və s.) oğurlamaqda ittiham edilərək həbs olunub.
Ümumilikdə təxminən 1 milyon 50 min manatlıq oğurluqda təqsirləndirilən Xanım Zeynalova ittihamı qəbul etmir. O, Aybəniz Əliyevanın evində təxminən dörd il xidmətçi işləyib və 2014-cü ilin dekabrında çıxıb. Xanım Zeynalovanın sözlərinə görə, Aybəniz Əliyeva onu şərləyir: “Mən heç nə oğurlamamışam, öz əməllərini ört-basdır etməkdən ötrü mənim boynuma yıxırlar hər şeyi. Qızı Gülşən gəlib anasının seyfindən paçka-paçka pulları aparırdı. Arabir mənə də üzükdən-puldan verirdi ki, anasına deməyim. Anası özü də yaxşı bilir ki, pullar, qızıllar hara gedib. Bunlar polisə birinci dəfə mən oradan çıxandan 10 ay sonra şikayət ediblər. O vaxta qədər niyə xəbər tutmamışdılar ki, bu qədər pul-qızıl yoxdur? Deməli, yalan deyirlər, şərləyirlər”.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Aybəniz Əliyevanın evinə çoxlu adamlar gəlib-gedirmiş: “Onlardan biri də Nəsimi rayonunun prokuroru idi. Mənim həbsimə sanksiya veriləndə prokurorun özünə də dedim”.
Xanım Zeynalova Aybəniz Əliyevanın özünü dövlətin pulunu mənimsəməkdə ittiham edir: “Adamdan bir soruşan yoxdur ki, yaxşı, o qədər pul, qızıl səndə hardandır. Onun evində bilirsiz nə qədər kartlar vardı? Adı instituta işçi kimi yazılıb, maaşları bunlar alır. Hər ay mən gedib çıxarıb gətirirdim pulları. Bilirsiniz, bu, qızları Gülşən və Günelə şəhərin mərkəzində nə qədər bahalı evlər alıb? Nəvəsinə neçə bahalı maşınlar alıb? Hardandı bu pullar? İndi öz əməllərini ört-basdır eləmək üçün məni şərləyirlər”.
Təqsirləndirilən Xanım Zeynalova həbsinə görə həm də Aybəniz Əliyevanın bacısı oğlu Gülmar Abbasovu ittiham edir: “Bütün işlərin başında o dayanır”.
Gülmar Abbasovun Ali Məhkəmənin icra şöbəsinin rəhbəri olduğu bildirilir.
Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışıq sazişi imzalayıb. Məhkəməyə notariat kontorundan nümayəndə gətirilib və o, barışığı qeydə alıb. Razılaşmaya əsasən, Xanım Zeynalovanın evləri zərərçəkmişə verilir, o da şikayətindən imtina edir. /editor.az/

Комментариев нет:
Отправить комментарий