26.04.2023

Oğlundan İsa Qəmbərə ağır zərbə

Caspi1 internet resurslara istinadən xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev İsa Qəmbərin sonunu gətirəcək bir yazı paylaşıb. İddiaya görə İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.
Zaur Əliyev bildirib ki, “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında – Qədim tarix. Sənədli film” başlığı ilə yayılan filmin ssenari müəllifi İlkin Qəmbərdir, filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib.
Zaur Əliyev iddia edir ki, İlkin Qəmbərin ssenari müəllifi olduğu filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki, “Ermənistan qədim torpaqdır”; Azərbaycanın və Türkiyənin torpaqlarını uydurma bir “dənizdən dənizə Ermənistan”ın ərazisinə qatır; Azərbaycanın adını çəkmir, eyni zamanda sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub, ermənilər buranın ilk sakinləridir…
Zaur Əliyev yazısının sonunda Müsavat partiyasında üzv olan qarabağlılara səslənərək yazır: “Baxın, qarabağlılar, inandığınız İsa Qəmbərin oğlu sizin dədə-baba torpaqlarınızda “Böyük Ermənistan” yaradıb”.
Hələ ki nə İsa Qəmbər, nə də Müsavat partiyası yazıya münasibət bildirməyiblər.

Комментариев нет:

Отправить комментарий