Rizvan Şıxızadə
Dünyada tibb elmi sürətlə inkşaf edir. Min çeşiddə dərmanlar istehsal olunur, daha da müasir texniki avadanlıqlar kəşf olunur, lakin xəstəliklər azalmır, əksinə artır.
Səbəb?
Çünki tibb elmi xəstəliyi yaradan səbəblə yox, nəticə ilə mübarizə aparır. Bütün xəstəliklərin səbəbi düzgün həyat tərzi keçirməmək, düzgün qidalanmamamaq və hərəkətsizlikdir. Tibb elmi isə hazır xəstəliyin qabağını almağa çalışır, ancaq səbəbləri aradan götürmür. Ona görə də xəstəliklər baş alıb gedir.
Qayıdaq mövzuya. Qadın əri ola-ola başqası ilə yaxalanıb, bir qrup qohumlar da bunu çəkib, ictimailəşdiriblər.
Hər iki əməl yolverilməzdir. Ancaq bu hərəkətlər səbəb yox, nəticədir. Heç kim səbəbi araşdırmaq istəmir. Saytlar reytinq xətrinə bunu geninə-boluna paylaşır, çoxlu tanınmışlar da bu məsələyə fikir bildirir, hamı bu hadisədən özünə reklam qazanmağa çalışır.
Niyə qadın əri ola-ola başqası ilə xəyanət etməlidir?
Niyə qadını xəyanət edən kişi bunu çəkib paylaşmalıdır? Suallar çoxdur.
Cəmiyyət körpə uşaq kimidir, onu tərbiyələndirmək lazımdır. Hanı bu millətin ziyalı təbəqəsi?
Bütün günü "Maşın şou", "Çal-Çağır", "Şəmi-Şöşü", Türkiyə seriallarına baxan gənclik necə olmalı idi ki?
İnstgramda məşhur olub, sponsor tapıb, bahalı həyat yaşamaq istəyən gənclikdən xanım Zeynəb qeyrəti gözləmək nə dərəcədə düzgündür.
Televiziyalar öz işini gördü. Allah özü kömək olsun.

Комментариев нет:
Отправить комментарий