İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya və İran qarşıdan gələn 2019-cu ildə hərbi əməkdaşlığa dair razılıq əldə ediblər. Tehranda hərbi əməkdaşlığa dair ikitərəfli qrupun ikinci iclası zamanı müvafiq sənədlər imzalanıb.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının başçısının müavini vitse-admiral İqor Osipov başıçılıq etmişdir.
Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında hərbi əməkdaşlığa dair razılıq əldə edilmişdi. O zaman bu sazişi Rusiya və İran müdafiə nazirləri imzalamışdılar.
Qeyd edilir ki, sənəd “hərbi sahədə qarşılıqlı əlaqələrin nəzəri əsasını” təşkil edir. Bu sənəd “böyük təcrübi istiqamətlidir” və Rusiya və İran ordularının döyüş qabiliyyətinin artmasına səbəb olur.

Комментариев нет:
Отправить комментарий