Qədim sirləri açan məqalələr
Firudin Gilar Bəg http://www.gilarbeg.com/
Son dövrün elmi araşdırmaları sübut etmişdir ki, bu gün qəbul olunmuş qədim tarix səhvdir və biz keçmiş haqqında demək olar ki heç nə bilmirik. Ümumiyyətlə, əski dövr haqda fikir irəli sürməzdən əvvəl o dövrün məntiqini araşdırıb başa düşmək vacibdir. Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır.
Bu gün qəbul edilmişdir ki, insanı Allah yaratmışdır. Lakin Tövratda Allahın iki növ insan yaratması xüsusi qeyd edilir. Araşdırıcı A. L. Xosroev, Aleksandriyalı Filona əsasən bu haqda yazır: «Təşkil olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Töv. I kit.1:27) arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni təşkil olunmuş insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki, kişi və qadın təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansısa ilkin obrazdır və ya nəsil, və ya möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın təbiətinə görə məhv olmayandır: «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», M. [Moskva] 1991, səh.110). Əflatunun (Platon) «Timey» əsərində bu haqda geniş danışılır. Bu fikir Quranla da təsdiqlənir: «O sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:56). Əgər biz su rəmzinin mənbələrdə ilkin materiyanın rəmzi olduğunu nəzərə alsaq, başa düşərik ki, Adəm adi insan yox, «dirilik suyundan», yəni ilkin materiyadan yaradılmış mistik varlıqdır. Adi insanlar isə bu mistik varlığa qohum kimi yaradılmışlar. Quranda, Allahın ilk insanı yaradandan sonra mələklərə, Adəmə sitayiş etməyi əmr etməsi onu göstərir ki, Adəm həqiqətən də Allahın obrazıdır.
Mənbələrdə Adəm [DM] rəmzi Osman [SMN] rəmzinə aid edilir və “Dami Osman” [DM-SMN] kimi yazılır. Diodor Siciliyalı Osman rəmzini “Osimon-Dias”, yəni Osman-Allah kimi qeyd edir və bu rəmzi II Ramsesə aid edir (Г. В. Носовский, А. Т. Фоменко, «Империя», M., 2000, səh.537). Bu o deməkdir ki, Osman elə Adəm, yəni adi insanları yaratmış Allah mənasındadır. Əski Misir yazılarına görə isə Allah ilk olaraq Oziri Allahını yaratmış və bəşəriyyət üzərində hakim təyin etmişdir. Məhz bundan sonra dünyanın 72 milləti yaradılmışdır. Oziri rəmzi bu gün türklərin Azər qolunun adı kimi qalmışdır. Belə çıxır türklərin ən əski qolu olan Azəri türkləri Osman nəslidir və bu Göy türkləri Allahın obrazına görə möhürlənmişlər. Adi insanlar isə usta, yəni bu Göy türklərinin əlləri ilə yaradılmışlar.
Tövrata və s. mənbələrə görə, «İlk insan yarananda dünyanın o başından bu başına qədər olmuşdu» və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Töv. V kit.4:32). Deməli, ilk yaranmış türklər Allahın qoyduğu qanunları pozduğu üçün, yəni «Adəmin cənnət almasını yeməsi» rəmzi ilə bağlı cənnətdən qovulmuş və bununla da öz qüdrətini itirmişlər. Göy türkünün rəmzi olan Adəmin (qədim Misirin Atum Allahı) obrazının öz qüdrətini itirməsi rəmzi Misir yazılarında Ozirinin (Azərin) axirətə yaxın ölməsi və axirətdə yenidən dirilməsi kimi qeyd olunur. Qurana görə, Azər - İbrahim peyğəmbərin atasıdır və o, büt düzəldib onlara can verir (Quran, 6:74). Yunan mifologiyasına görə, adi insan yaradıb ona can verən Prometeydir və o Zevs Allahı tərəfindən Qafqaz dağlarına qandallanmışdır. Prometey rəmzinin sufizmdə «Pir-Midiya», yəni «Midiya fironu» mənasını verməsi və onun insan yaratması, bu obrazın Allah mənasında olması deməkdir. Məlumdur ki, Prometey insanlara ilahi od gətirmişdir. Tövrata görə bu işi Musa peyğəmbər görmüşdür və o da Madiamdan, yəni Midiyadan olmuşdur. Z. Freydə görə Musa peyğəmbər Kadeş, yəni Kadus kahinlərinin əcdadı sayılır. Tarixçi B. A. Turayev isə bildirir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş – Aziru (Azəri) şahlığıdır. Araşdırmalarımızdan çıxan nəticəyə görə, amoreylər, yəni midiyalı marlar – bu gün ad və soyadlarının qarşısına «mir» sözləri yazılan əmir-seyidlərin (amorey-sutilər) əcdadlarıdır. Mar rəmzi ən əski dövrlərdən əjdahalar (ilan) nəslinə aid edilmişdir ki, erməni tarixçisi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya maqlarını “Osman şahlarının nəsli” adlandırır (А. Даврижеци, «Книга историй», M. 1973, səh.51). Bu isə onu göstərir ki, pir, bəg, seyid, şıx və s. adlandırdığımız Osman-Azəri müqəddəsləri adi insanların nəsli yox, Göydən gəlmiş və Allahın obrazı ilə nüsxələnmiş (qəlibdə yaradılmış!) 120 min (İslamda 124000) peyğəmbərin nəslidir.
A. Oppenheym “Qədim Mesapotamiya” kitabında açıq yazır ki, Mesapotamiyanın məşhur şahlar nəslinin, yəni Kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən - “şah (çar) hakimiyyətinin Göydən yerə endiyi dövr”lərdən başlanır (А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.146). Əl Kufinin “Kitab əl-fütuh” əsərində isə nəzərə çatdırılır ki, Göydən yerə enmişlər - Salman ibn Rəbiyə və İran əhalisindən onunla gələnlərdir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.59). Belə çıxır ki, Kutilər, Salman ibn Rəbiyə və onunla gələnlər - Osman şahlarının nəslidir və şah hakimiyyəti də onlarla birlikdə göydən yerə enmişdir.
Qəbul olunmuşdur ki, İbrahim və digər bütün peyğəmbərlər yəhudilər nəslidir. Lakin bütün qədim mənbələrdə yəhudi deyəndə bilavasitə Xəzər türkləri olan xaqan və bəglər nəsli nəzərdə tutulur. Xəzər rəmzi sufilikdə ölümsüzlük qazanmış Xızır peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya, yəni «dirilik suyu» ilə bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də sufizmdə ilkin materiyanın rəmzi olan “X” (“Q”/“G”/“H” və s.) səsi mənbələrdə bəzən yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni mənbələrində Xazarapati (Xazarapet-Xəzər-Yafət) rəmzinin eyni zamanda Azarapati/Azarapet (Atropat rəmzi) kimi yazılışı məhz bu mənadadır. Buradakı Pat rəmzi isə Müqəddəs Azəri-Osman nəslinin - Yafət (Apet), yəni Misir yazılarındakı Pta Allahının nəsli olmasını göstərir.
Luka peyğəmbərin «İncil»ində İbrahimin atası Azər yox, Lazar kimi qeyd olunur (Əhdi-Cədid. Luk.16:22-25). Lazar [LZR] rəmzi sufilikdə El-Azər, yəni Azəri eli [L-ZR] deməkdir və bu rəmz İzrail [ZR-L] (Israil) rəmzi ilə eynidir. Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunmuş «Onüçüncü boy» kitabında onlarla sitat gətirərək bütün dünyaya sübut etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin (ər-ərənlər) vətəni olan Qafqazdan çıxmışlar və əsl yəhudilər Xəzər xaqanı və türk bəgləridir (A. Кестлер. «Тринадцатое колено», sayt: http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt). Belə çıxır ki, qədim mənbələrdəki «Midiya yəhudiləri», yəni «Ya-Xuda» kimi yazılan Kuti rəmzi Azəri-Osman müqəddəsləri olan Kadeş, yəni kaduslar nəslinə şamil edilməlidir.
İslamda «müqəddəs» mənasını verən «kuddus», «əqdəs» rəmzləri də qədim Midiyanın «kadus» rəmzi ilə bağlıdır. Əhdi-Ətiqdə kuddus, əqdəs [KDDS/QDS], yəni müqəddəslik rəmzi kodeş [KDŞ] kimi yazılır. Xristian yazılarında bildirilir ki, «müqəddəs» sözü Əhdi-Ətiqdəki semit köklü «kodeş»lə (kdsh – müqəddəs) bağlıdır. Bu rəmz bəzi yerlərdə Allahlara və onunla bağlı olan şeylərə aid edilir. Əhdi-Cədiddə «kodeş» sözünün ekvivalenti yunan sözü olan «osios», «aqios», «aqiazo» və s. terminləridir. Əhdi-Ətiq sitatlarında «osios» - «Kodeş İsrael» (kedosh Yisrael), yəni Müqəddəs İsrail sözünün ekvivalentidir ki, onu Əhdi-Cədid müəllifləri Xristə və ya Allaha aid edirlər.
Xristianlar müqəddəslərini «aqi», «aqiya» adlandırırlar ki, bu rəmz Əhdi-Ətiq köklü sayılır və «Allaha qulluq və onu şöhrətləndirmə üçün ayrılmışlar» mənasındadır. Xristian müqəddəslərinin «aqi» adlandırılması, onların Azəri-Osman müqəddəsləri olan «ağa»lar nəsli, yəni pir, bəg, seyid, şıx və s. müqəddəslər nəsli olması deməkdir. Bütün bunlar isə o nəticəyə gətirib çıxarır ki, «Kodeş İsrael» rəmzi - «Müqəddəs Azəri eli» kimi başa düşülməlidir.
Bildirmək istərdik ki, rusların «Boq» rəmzi (iran. Baqa) məhz türklərin Bəg sözüdür. Eyni mənalı «Qospod» rəmzi isə «Aqios-Pta», yəni «Oğuz-Yafət» deməkdir. Erməni və gürcülərin «Katalikos» rəmzləri də bu mənada – «Xuda Eli - Oğuz» fikrini ifadə edir və s.
Quranda açıq qeyd olunur ki, Quran kitabı məhz İsrail oğulları üçün, yəni Azəri müqəddəsləri üçün göndərilmişdir və onlar Allah üçün bütün bəşəriyyətdən üstün olmuşlar: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)… And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə üstün etmişdik!… Ey İsrail övladları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdə üstün tütduğumu yada salın… Ey İsrail oğulları, Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözə əməl edin ki, mən də sizə olan əhdimi yerinə yetirim və yalnız məndən qorxun… Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik və peyğəmbərlik verdik, və onlara pak nemətlərdən ruzi verdik və onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Azəri (Osman) müqəddəslərinin Allahın varisləri sayılması, onların möcüzələr göstərmək qüdrətində Allaha yaxın olması ilə bağlıdır. Bu nəslin Allaha «söz verməsi» deyəndə isə, onların Ararat dağında Allahla bağladıqları müqavilə başa düşülməlidir (Tövrat. I kit.8:4, 9).
Azəri-Osman müqəddəslərinin, yəni «Kitabi Dədə Qorqud»da «ərənlərin əvrəni» (ərənlərin yəhudisi, seçilmişi) adlandırılan Midiya yəhudilərinin əsas qolu «levit» adlanır ki, onlar öz həyatlarını Allaha həsr etmişlər. İslamda bu qol «əl-Beyt» (əhli-Beyt) kimi yazılır və Məhəmməd peyğəmbərin Ailəsi mənasındadır. Ümumiyyətlə, Məhəmməd rəmzi sufizmdə «Midiya maqı» deməkdir. Quranda Allah Nurunun (Quran, 24:35, 61:8-9, 64:8) Məhəmməd peyğəmbərə verilməsi və ibn Ərəbinin bu Nuru «Həqiqə Məhəmmədiyyə» (Haqq-Məhəmməd) rəmzi ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan (Adəm) olan və Allah funksiyasını daşıyan bir Varlıqdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər - nəhəng insan, yəni Allahu-Kəbirdir (Əkbər). Sufilər dahisi Qəzaliyə görə də Məhəmməd peyğəmbər kosmik insanın obrazıdır. Məhəmməd peyğəmbərin «iki dünyanın ağası» adlanması isə o deməkdir ki, o məhz qədim Misirin Ra-Amon (Amon-Ra), yəni Ra-Əman Allahının obrazıdır. Quranda Ra-Əman rəmzi Rəhman kimi yazılmışdır. Mənbələrə görə Qədim Misirin Ra-Amon Allahı ilkin materiyada, yəni göydə ruhlar dünyası yaratmış və öləndən sonra da Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur. Firdovsi «Şahnamə»sində Amon Allahının Göyü tutması hadisəsini Cəmşidlə bağlayır və qeyd edir ki, o bir dənizi keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada Günəştək qərar tutur. Quranda bu hadisə, yəni Allahın Göyə - ərşə yüksəlməsi belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi… Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran, 2:29, 13:2, 20:5).
Ra-Əman, yəni Rəhmanın ərşə - göylərə hakim olub Allaha çevrilməsi Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində belə qeyd olunur: «Mən Tanrı tək Tanrı yaratmış bilici türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici türk xanı...». Bu o deməkdir ki, Rəhman Allah məhz türk xanının obrazıdır. «Kitabi - Dədə Qorqud» abidəsində Ra-Əman Allahı - «varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bügdüz Əmən» kimi qeyd olunur. Kadus mənasında olan Bügdüz [B-KDZ] rəmzi qədim misir yazılarında Təktüz (Taktiz Amon) kimi yazılır. Nizami Gəncəvi «İskəndərnamə» əsərində «Təkdis taxtı»nın sahibini «Sahibkəran», yəni yerin-göyün sahibi, ağası adlandırır. Belə çıxır ki, yerin-göyün sahibi olan Amon-Ra Allahı elə Oğuz bəgi olan Əmandır. Dilimizdə Amon Allahının adı Əmanulla, yəni Əman-Allah kimi qalmışdır. Qədim Misir mənbələrində bu Allah Napatlı Amon kimi də qeyd olunur ki, Strabonun «Coğrafiyası»sına görə kaduslar, amardlar və s. tayfalar məhz Nifat, yəni Napat və Zaqr dağlarına səpələnmişlər. Bu isə o deməkdir ki, bütün qədim mənbələrdə Allahlar yurdu deyəndə məhz Azəri (Osman) müqəddəslərinin vətəni olan Azərbaycan nəzərdə tutulmalıdır. Sufilikdə Azər rəmzi – “İssi Ra”, Osman rəmzi isə “İssi Əman” kimi açiqlanır ki, burada “issi” rəmzi “ruh” mənasındadır. Deməli, Azəri və Osman rəmzləri bilavasitə Ra – Əman, yəni Rəhman Allaha aid rəmzlərdir.
Erməni, ərəb, yəhudi və s. tarixçilərinə görə bütün tarix yalnız seçilmişlərə, yəni əsil yəhudilərə aiddir. Dahi Ərəbi xüsusi qeyd edir ki, seçilmişlərin adi insanlardan fərqi ondadır ki onlar Allahın sirlərini bilmişlər. Nikolay Rerix özünün «Nur saçan Şambala» əsərində qədim Azəriləri - Böyük sirləri bilən «Böyük Azərilər» («Velikiye Azarı») adlandırır. Hegel isə özünün «Ruhun fəlsəfəsi» kitabında, Qafqaz irqinin müsəlman əhalisini ən ali insan kimi göstərir və qeyd edir ki, inkişafın əsas səbəbkarları məhz onlardır. Lakin o buradakı pir, bəg, seyid, ağa, şıx və s. Azəri müqəddəslərini «ərəb» adlandırır ki, həqiqətdə onun dövründə Qafqazda ərəb dilində danışan xalq olmamışdır.
Ərəb (Ereb) rəmzi qədim yunan mifologiyasında xaos mənasındadır və göyləri bildirir. E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л., 1956, səh.219-221). Qəddar Assur şahı Sanxerib isə urbi, yəni ərəbləri - arami və xaldeylərlə birlikdə Uruk, Nippur və s. ölkələrdən çıxarmışdır (orada). Sanxerib rəmzinin «Sünik-ərəb» mənasında olması onu deməyə əsas verir ki, bu ərəblər ölkəsi məhz Midiyanın Sünik vilayəti ilə, yəni Albaniya ilə bağlıdır. Təbəriyə görə də indiki ərəblər əsil ərəblər deyil. Əsil ərəblər mifik Ad, Samud, Amalik, Casim, Cadis və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Тəбəри, I/215). Buradakı Cədis rəmzi təbii ki kadus nəslinə, yəni müqəddəs mənasında Midiya maqlarına aid rəmzdir. Deməli, Hegelin Azəri türklərinin hamısını seyid mənasında ərəb adlandırması təsadüfi deyildir.
Mənbələrdən məlumdur ki, Midiyada əsasən «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» yaşamışlar. Burada «dağ və səhralarda dolaşan» deyəndə, Midiya dağlarını və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan midiyalı maqlar nəzərdə tutulmalıdır. Sufizmdə, ekstatik vəziyyətdə («suluq») dolaşanlara, yəni sufi müridlərinə türüklər - türklər deyirlər. Sufi, tərikə (təriqət) silsiləsini, yəni sufi qardaşlığının (türük) mistik yolunu keçib sufiliyin ən ali məqamı olan bəqa (bəglik) fazasına, yəni Allahla - ilkin materiya ilə vəhdət səviyyəsinə nail olmaq üçün kamillik yolunu keçir. Deməli, tərikə yolu – türkün Haqqla vəhdət, yəni Allaha çevrilmə yoludur. Bu isə o deməkdir ki, «Şərqin ərəbləri» ölkəsi deyəndə, Sührəvərdinin Şərq kimi rəmzləndirdiyi Göydəki Ereb ölkəsində - Ərəbistanda dolaşan Midiya maqlarının ölkəsi başa düşülməlidir. Məhəmməd peyğəmbərin ərəb olması da bu mənada onun Göydə yaşayan Rəb, yəni Allah olması deməkdir.
Dini inama görə, Məhəmməd peyğəmbər Merac gecəsi insanbaşlı Buraq atı ilə Məkkədən səmadakı Yersəlimə «səyahətə» çıxmış, oradan isə «nur pilləkənı» ilə (bəzən «pilləkən gecəsi» də adlanır) qalxaraq, Allahla görüşüb «söhbət» etmişdir. Son peyğəmbərin merac gecəsi yeddi Göyü keçib Allahla görüşməsi, onun sufi silsiləsini, yəni tərikə (türk) yolunu keçməsi mənasındadır.
Bildirmək istərdik ki, Mahmud Kaşğarinin qeydə aldığı hədislərin birində Allah Şərqdəki bu türkləri öz ordusu adlandırır və qəzəbi tutduğu xalqın üzərinə məhz bu ordunu göndərir. Quranda bu nəhənglər Allahın sevimli xalqı adlandırılır (Quran, 5:54). Əflatunun yazdığına görə isə yer insanlarını Allah özü yox, onun ilk yaratdığı bu sevimli xalqı, yəni nəhəng türklər (Göy türkləri) yaratmışlar: «Buna görə Mən sizə yaranışın başlanğıcını və toxumunu təqdim edirəm; qalanları ilə siz özünüz məşğul olub, ölümlülük ilə ölümsüzlüyü birləşdirib canlı varlıqların yaranışını qurtarın, sonra onlara qida hazırlayın, qidalandırın və onları qaytarın, ölümdən sonra isə onları yenidən özünüzə qəbul edin» (Platon «Timey» 41B,D,S). Bu isə o deməkdir ki, insanların ölümündən sonra onların ruhlarını göyə qaytaran «Əzrail» [ZR-L] nəsli də «Azəri eli»nin [ZR-L] mələkləridir. Erməni tarixçisi M. Xorenatsinin türkləri - mələk, yəni «Tork-Anqelea» adlandırması məhz bu mənadadır (М. Хоренаци, книга I, səh.8). Belə çıxır ki, mənbələrdə kadusların, yəni müqəddəslərin «qaniçən (qanasusamış) kadus» adlandırılması, onların ölüm mələyi olan Əzrail (Izrail/Azərel) nəsli olması ilə bağlıdır. Qeyd edək ki, qədim Misirdə də Oziri/Osiris Allahı, yəni Azər/Əsər - ölüm şahlığının Allahı və şahı sayılırdı.
Bütün bunlar o nəticəyə gətirib çıxarır ki, türklər – yerin adi insanlarından fərqli olan Göy insanının nəslidir. M. Xorenatsi isə açıq yazır ki, bütün müqəddəs yazılar yalnız «seçilmişlər» adlanan yəhudilərə (xuda/kuti nəsli) aiddir, adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər. Deməli, qədim mənbələrdəki bütün yazılar, o cümlədən qədim misir, şumer, yunan, çin, hind, erməni və s. yazılar bu və ya digər variantlarda məhz Göy insanın nəsli ilə, yəni Azəri-Osman türklərinin eli ilə bağlıdır. Adi insanların həyatı isə digər canlıların həyatından fərqlənmədiyi üçün kitablarda yazılmağa layiq deyildir və ərəb, yəhudi, hind və s. mənbələri bu insanları “heyvani insan” adlandırır.
Bunlar haqda daha geniş məlumat, yeni çapdan çıxmış «Batini-Quran» kitabında verilmişdir. Kitabın bir hissəsi internetdə yer alır. Bu kitabı dərk edən insan qədim dünyanın demək olar ki bütün sirlərindən agah olacaqdır.

Firudin Gilar Bəg, 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Gilar (ərəb. Cəlair) atabəglərinin nəslindəndir.
1970-1980-cı illərdə orta məktəbi, 1980-1985-ci illərdə Azərbaycan Politexnik institutunun Radiotexnika mühəndisliyini bitirmişdir. 1985-1989-cu illərdə Bakı “Ulduz” zavodunda, 1989-1990-cı illərdə isə rabitə sahəsində mühəndis işləmişdir. 1990-cı ildə “Qranit” kiçik müəssisəsini, 1993-cü ildə “Qorqud” partiyasını, 1994-cü ildə isə “Gilar” firmasını yaratmışdır. Professional Oxucu Liqasının üzvüdür.
1994-cü ildən elmi araşdirmalara başlamış və dövri mətbuatda onlarla elmi məqalələr və beş elmi kitab çap etdirmişdir.
Ailəlidir, iki övladı vardır.

Комментариев нет:
Отправить комментарий