“Onların hamısını anla. Çox az hissəsini sev və fərqləndir”. Alber Kamyu
Donub qalmış ədəbi proses bir balaca canlanmaqdadır. Bu hələ ilkin prosesdir və qəzetlər ətrafında birləşmələr alternativ ədəbiçevrələrin formalaşmasına gətirib çıxara bilər. Prosesin böyüməsi üçün sadəcə total təşkilat olan AYB-yə alternativ ədəbi mühitlərin özündə də «generallaşma» xəstəliyindən imtina etmək gərəkdir. «Biləcəri» sindromunu almamış ədəbiyyat nümayəndələri paqonsuz eqoist generallardan başqa bir şey deyil. Bizim çox yaxşıəsgərlərə ehtiyacımız var. Yaradıcı ədəbi atmosferin qurulması yolunda, dünyaya çıxmağımıza baza yaradacaq əsgərlərə.
Beləliklə, çağdaş ədəbi prosesdə nə var; yəni ədəbiyyat oxumaq istərkən (və yaxud ədəbi məhsullarınızı dərc etdirmək arzusu ortaya çıxanda) hansı ünvanlara üz tuta bilərsiniz:
«ALATORAN»- baş redaktoru Rasim Qaraca olsa da, AYO deyilən azad yazarların müştərək yaradıcılıq məhsuludur. Nəinki Quzey, həm də Güney Azərbaycandan olan yazarlarımız (əsasən gənclər) burada əsərlərini dərc etdirir. Jurnal içərisində jurnal layihəsi çərçivəsində xarici jurnallardan geniş səhifələr verir. Tez yayılır. Jurnalın müəyyən saylarına R. Qaraca ilə yanaşı, Nərmin Kamal, Əli Əkbər də redaktorluq etmişlər. İnternet saytı var: adyazar.az, alatoran.org.Donub qalmış ədəbi proses bir balaca canlanmaqdadır. Bu hələ ilkin prosesdir və qəzetlər ətrafında birləşmələr alternativ ədəbiçevrələrin formalaşmasına gətirib çıxara bilər. Prosesin böyüməsi üçün sadəcə total təşkilat olan AYB-yə alternativ ədəbi mühitlərin özündə də «generallaşma» xəstəliyindən imtina etmək gərəkdir. «Biləcəri» sindromunu almamış ədəbiyyat nümayəndələri paqonsuz eqoist generallardan başqa bir şey deyil. Bizim çox yaxşıəsgərlərə ehtiyacımız var. Yaradıcı ədəbi atmosferin qurulması yolunda, dünyaya çıxmağımıza baza yaradacaq əsgərlərə.
Beləliklə, çağdaş ədəbi prosesdə nə var; yəni ədəbiyyat oxumaq istərkən (və yaxud ədəbi məhsullarınızı dərc etdirmək arzusu ortaya çıxanda) hansı ünvanlara üz tuta bilərsiniz:
«Alatoran»da ədəbi həyatın ən son mənzərələrini görüb, müəyyən tendensiyalarını duymaq olar. Roman, şeir, hekayələr, publisistika, bədii tərcümə, tənqid notları; ədəbi-bədii prosesi ictimai-siyasi əhatədə, çağdaş sənət kontekstində vermək cəhdi. Ardıcıl və konseptualdır; jurnal oxucuya stimul verir, maraqlarını işğal eləyir, müəyyən istiqamətdə çəkib-aparır. Burada siz xatirə yarpaqlarınızdan tutmuş tənqid nümunələrinə kimi, sevgilinizə yazdığınız mesajlardan tutmuş, romanlarınızdan parça-parça da verə bilərsiniz, tam azadlıq var. «Alatoran» bir çox tanınmış markalar üçün tramplin rolunu oynamışdır. Görkəmli tənqidçi Tehran Əlışanoğlu «Alatoran»ı belə xarakterizə edir: «Jurnal hazırkı çağda-situasiyada radikalizmi Ədəbiyyatın etik-estetik ölçüsü kimi mütləqləşdirir, yəni radikalsansa, artıq Ədəbiyyatdasan…»
Məramnaməsində isə oxuyuruq: «Məqsədimiz mənsub olduğumuz toplumu içərisində bulunduğu həmin bu alatorandan işıqlığa çıxarmaqdır… Ədəbiyyatda və incəsənətdə, dolayısı ilə, düşüncədə inqilab olmadıqca biz millət olaraq yeni müstəviyə çıxa bilməyəcəyik…»
«Əgər bir adam sənə zəng edib desə ki, mən Rasim Qaracayam, siz «İstedadlar axtarırıq!» layihəsinə düşmüsünüz, sən ona «Onda mən də Alik Dumbrovskiyəm» deməyə tələsmə, çünki o adam doğrudan da Rasim Qaraca ola bilər…» (Vitoşun gündəlikləri).
«XƏZƏR»- Afaq Məsudun jurnalıdır. 1989-cu ildən çıxır, rəsmən Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşridir. «Dünya ədəbiyyatı jurnalı» vurğusu ilə 500 nüsxədə nəşr olunan dərgi yaxşı oxunur; hər halda köşklərdə qalmır.
Qeyd edildiyi kimi, jurnalın həm coğrafi, həm də estetik əhatə dairəsi genişdir.
Redaksiya kollegiyasından Ramiz Rövşən «Xəzər»ə müsahibəsində belə deyir: «Bu gün, qapılarımızın dünyaya taybatay açıldığı bir vaxtda, zahiri informasiya bolluğu altda dəhşətli bir nadanlaşma gedirdi. Xəzər curnalının ən böyük missiyası məhz bu nadanlığa qarşı dayanmaqdı».
«Belə getsə, Tərcümə Mərkəzi bir məktəbə çevriləcək»- bunu isə Sabir Rüstəmxanlı deyir.
Tərcümə dünyaya, başqa ədəbiyyatlara, mədəniyyətlərə açılan nəfəscikdir. Ayrıca götürülmüş, əlahiddə mədəniyyət olmadığı kimi, əlahiddə ədəbiyyat da yoxdur: ədəbiyyatlar bir-birini qarşılıqlı surətdə zənginləşdirir, bütövlükdə söz sənətinin inkişafına təkan verirlər.
Azərbaycan tərcümə sənəti zaman-zaman pərakəndə də olsa, başqa ədəbiyyatlardan ustalıqla çevrilən əsərlərlə zənginləşib. Sözün əsl mənasında, klassik tərcümələr səviyyəsinə yüksəlmiş bu cür çevirmələr elə indi də sevilə-sevilə oxunmaqdadır. Orijinalın ruhunu, üslubunu, poetikasını əsl sənətkarlıqla saxlayaraq dilimizdə «səsləndirən» istedadlı qələm adamları bununla mübaliğəsiz ədəbiyyatımıza xidmət göstərirlər.
«DÜNYA ƏDƏBİYYATI». Səlim Babullaoğlu buraxır. Dünya ədəbiyyatından books seriyasından ardıcıl kitabları da çıxır. Ümumən tirajı 300-350 nüsxə arasıdır, kitab dükanlarına verilir. Burda iri, bütöv, ayrıca görünən əsərlərə də yer var: Patrik Züskindin «Kontrabas» mini- pyesi, Alber Kamyunun «Kaliqula» pyesi, Milorad Paviçin «Xəzər sözlüyü» roman-leksikonu, Orxan Pamukun «Qar» romanı kimi əsərlər. Maarfçilik əzmi jurnalda aparıcıdır; bir görün kimlərin esseləri ilə tanış oluruq: Herman Hesse, Mişel Uelbek, Umberto Eko, Tomas Sternz Eliot, F.Q.Lorka, Otar Çiladze…; kimlərlə müsahib olur, fikirlərini eşidirik: Kşiştof Zanussi, Çeslav Miloş, Dmitri Zatonski, Vladimir Sorokin; kimlərin hekayə, ya şeirindən nümunələr alırıq: X.L.Borxes, Robert Forst, R.Bredberi, X.Kortasar, Qoderzi Çoxeli, Dino Bussati, Qrem Qrin, Ximenes, Vislava Şimborska, Aleksandr Solcenitsın, Varlam Şalamov, İosif Brodski, Yasunari Kavabata, Yukio Misima, Akutaqava Rünoske, Xaruki Murakami…- 3, 4, 5 və daha çox, bəziləri hətta qoy ikicə səhifə olsun, tanınmış adlarla təmsil olunan mətnlər birgəlikdə XX əsr ədəbiyyatı aurasını yarada bilir jurnalda.
«TƏNQİD-NET»- akademik zəminə söykənməklə, eyni zamanda klassik akademizmdən fərqli, bu gün ədəbiyyatın, sənətin özündə gedən dəyişikliklərə adekvat reaksiya vermək qəsdindədir. Tanınmış tənqidçi Tehran Əlişanoğlunun təsis etdiyi bu jurnalı məmləkətin 1 nömrəli elmi-kulturoloji jurnalı da saymaq olar.
Əgər siz həqiqi ədəbiyyatsevərsizsə və ya ədəbiyyat aləminə qatılmaq fikrindəsinizsə, «Tənqid.net» məcmuəsinin istənilən nömrəsini əlinizə qələm alıb, qeyldlər edə-edə, ciddi bir maraqla oxuyacaqsınız. Bizdə belə bir məcmuənin nəşr olunması bir tərəfən böyük bir fədakeşlikdən xəbər verir, çünki dövlətdən vəsait alınmır, maliyyə mənbələri çox məhduddur, necə deyərlər boğazlarından kəsib, jurnal çıxarırlar. Digər tərəfdən isə bu jurnalın nəzəri-estetik səviyyəsi, problematikanın vacibliyi, məsələlərin işıqlandırılmasında ədəbi zövqün yüksəkliyi şübhəsiz ki, tənqidimizin silkələnməsindən, canlanmasından xəbər verir…
Təbii ki, çağdaş ədəbiyyatın göründüyü məkan daha genişdr. Geniş kitab prosesi ilə yanaşı, ənənəvi ədəbi məkanı təşkil edən «Azərbaycan», «Ulduz» jurnallarının, «Ədəbiyyat qəzeti»nin də çıxdığından xəbərdarıq. Amma bizə görə, bu nəşrlər məxsusi proses yaratmaq qayğısına qalmır, konseptual mövqe nümayiş etdirmirlər; eləcə stixiyalı gəlişən ədəbiyyatın çapı üçün daha bir imkanı, şəraiti təmsil edirlər. Olsun, qoy çox olsun, oxucu ələk-vələk eləyib, burdan da nəsə tapırsa, nəyi pisdir?
İbrahim Sel Professional Oxucu Liqası
Комментариев нет:
Отправить комментарий