27.11.2013

Donqilisiz müxalifət

Müxalifətdən gedən hər donqili mənim üçün bayram hədiyyəsidir. İndidən yazını oxuyub burcudanlar üçün deyim naxçıvanlı yox, donqili. Hərgah bu sözü leksikona ilk gətirən onlardır. Donqili o kəsdir onun üçün ən ali dəyər Tayfadır. Ən əziz adamı kəndçisi, ən hörmətli məmur vəzifədə olan yerlisidir. Hakimiyyətə o zaman səmimi müxalifdir ki, orda Tayfa üzvləri yox, başqaları təmsil olunur.
Bizim Tayfa zehniyyətinin Afrikadakı adı traybalizmdir. 50 ildir kolonializmdən azad olan Afrikaya niyə demokratiya gəlməyib? sualının cavabı orda hakim olan tayfa zehniyyətidir. Məsələn Qəddafi 40 ildir Tripoli qəbiləsi ilə Benqazililərə zülm edirdi. Öz tayfasının köməyi ilə hakimiyyətə gələn hannibal donqililər diktatora çevrilir. Özündən olmayanları hakimiyyətdən uzaqlaşdırır. Soymağa başlayır. Yeri gələndə genosidə də əl atır.
Yazının konkret hədəfinə gələk. AXCP sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa verib. Səbəbi guya Milli Şura onda narahatlıq yaradırmış :) Bəzilərinin üzüntülü sifətini görüncə dedim, Allah yetirdi ki. Bir aktivistkanın sözü olmasın, elə sevindim, elə sevindim ki.
Şəxsən mənim üçün gözlənilən hal idi. Simptomları hələ iyun ayında görünürdü. Milli Şura elan ediləndə. Müxalifətin seçkini boykot etməsini kim istəyirdi? - Naxçıvan klanı. Paşayevlər, ermənistanlılar yox, beynəlxalq güclər yox, məhz Naxçıvan klanı. 
Bəs müxalifət seçkini boykot etməlidir deyənlər kim idi? - Rəsul Quliyev, Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu və bu cəbhəçi Asəf Quliyev. Təsadüfmü? Azərbaycan reallığından xəbəri olanlar üçün əsla.
Bunların qafasına görə Azərbaycanı idarə edə biləcək kişi ancaq öz içlərindən çıxmalıdır. Başqa torpaqdan olsa, o proses sabotaj edilməlidir. Bax bu xalq belə acı reallıqla üz-üzədir. Siyasi hakimiyyətə yerlipərəst yanaşma hər zaman nifrət mənbəyim olub. Bu yolda həqiqəti olduğu kimi yazmışam, yazacam. Kim inciyir incisin.
Məsələn, bu Asəf Quliyev mitinq dövrü gələndə canfəşanlıqla özünü ortaya atdı. Milli Şuranın mitinq təşkilatçılığını boynuna götürdü. Hələ də mənə sirr olaraq qalır. Hansı bacarığına görə? Müxalifətin 18 avqust mitinqi uğursuzluğa düçar olanda isə çıxıb dedi ki, "Milli Şura insanlarla birbaşa ünsiyyət qura bilmədi". Bu sözü deyən partiya üzvünün ağzından ilk olaraq partiya sədri vurmalı idi. Adama  deyərlər bacarmadığın iş idisə, niyə gəlib özünü soxurdun?
Kiçik torpaqdan Azərbaycana heç vaxt xeyir gəlməyib. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti elan olunanda Naxçıvan Araz-Türk respublikası elan edib kənarda qaldı. Meydan hərəkatı dövründə çoxu saf əqidə ilə gəlsə də, bir çoxu Elçibəyi tayfabaşı kimi görüb gəldi. Elçibəy bu təfəkkürü Turana, İrana qovmağa çalışsa da, bacarmadı. Hakimiyyətin Heydər Əliyevə təhvil verilməsi anı Tayfa zehniyyəti öz sözünü dedi. 
Elçibəyin ölümündün sonra vəziyyətə baxaq. Qüdrət Həsənquliyev, Fazil Mustafa. Bunlar AXCP-dən getmələrinə min cür səbəb gətirirlər. Real səbəb tək idi. Onlar tayfabaşını itirmişdilər. Başqa regiondan olanın sədrliyi altında işləmək bu zehniyyət üçün qəbul edilməz idi. Haqqına deyək ki, Elçibəyin ölümündən sonra Fazil kənarda hələ 3 il prinsipial müxalifətçlik elədi. Nə fərqi vardı AXCP-də, ya ondan kənarda? Deməli varmış.
Tayfa zehniyyəti elə mərəzdir ki, insanları könüllü kölə olmağa razı salır. Götürək Naxçıvan MR. Vasif Talıbovun zülmündən didərgin düşmüş adamlar İstanbul bazarlarından Qusar bağlarınacan qara fəhlə kimi işləyirlər. O boyda regionda bircə üsyan olurmu? Ora gedən QHT nümayəndələri deyirlər ki, elə bil Norveçin şəhərkənarı qəsəbəsinə getmişik. Tam sakitçilik. Vasif Talıbovun etdiyi alçatmalar İsmayıllı, Quba, Şəki rayonlarının camaatına edilsəydi, hakimiyyət 1 yox, 100 üsyan görmüşdü. Amma Tayfa zehniyyəti dözür. Hələ üstəlik Bakıda qara fəhləçilik edənin yanında Xanı tənqid edəndə az qalır adamın boğazından yapışsın.
Donqililər hər yerdədir. Onların regionu, rayonu olmur. Onlarla hər gün qarşılaşırıq. Yanlarında Azərbaycanı söy, səslərini çıxarmayacaqlar. Elə ki, yerliləri haqda kiçik tənqid de, üstünə cumacaqlar. Belə baxırsan təhsilli, mədəni oğlandır. Hər mövzuda həmfikir olur. Yerliçilik damarına basanda bəlli olur ki, həminki eşşəkdir.
Asəf Quliyev məsələsinə gəldikdə, burda AXCP sədri Əli Kərimlinin də səhvi var. Asəf Quliyev haqda partiya üzvlərindən mütəmadi xəbərdarlıq siqnalları gəlirdi. Altıncı barmaq vaxtında kəsilməlidir. "Nə şiş yansın, nə kabab" yanaşmasının zərərini müxalifət illərdir çəkir. Müxalifətlə birgə bu xalq. Adı çəkiləcək bir neçə şəxs də var. Biri Kəmalə Bənənyarlı. Quldur Quskaya mədhiyyə deyirdi. Bu qadın lap sabah istefa versə, mənə toxunmaz. Amma qeyri-adekvat davranışı ilə elə bir şey edə bilər ki, müxalifət onun altından çıxa bilməz.
Milli Şura yarananda  müxalif naxçıvanlı gənclərdən birinə sual vermişdim ki, "Rəsul Quliyevin Milli Şurada nə işi var? Okeanın o tayından hansı köməyi dəyə bilərki?" Cavab vermişdi ki, "Bəy, haqlısan. Ancaq Rəsul təmsil olunmasa heç bir naxçıvanlı bu təşkilata yaxın durmaz".
Həqiqət dillərdədir. Müharibəni udmaq istəyən sərkərdə muzdlu əsgərlərlə qələbə çala bilməz. Onun ruhu və bədəni ilə sadiq yetişdirilmiş əsgərləri olmalıdır. Kim bu hakimiyyətə qarşısıdırsa, yerliçiliyi, tayfa zehniyyətini atıb gəlsin. Beyni təzək iyindən təmizlənməyənlər demokratiyanı (xalq idarəçiliyini) anlamaz. Onlar üçün tək müqəddəs idarəçilik vardır - Tayfa idarəçiliyi. Çayxanada, qonşuda belə adamların olması normaldır. Siyasətdə təmsil olunması isə millətin faciəsi.
Son olaraq deyim ki, böyük sevinc içindəyəm. Çox seçki görmüşəm. Amma bu prezident seçkisi kimi xalq müxalifətini görməmişəm. Xarici oyunlardan kənar, donqililərdən təmizlənmiş, müxalifətin tək lider ortaya qoyduğu yeganə seçkidir. İllərdən sonra.
Sabah 5 oktyabr professor Cəmil Həsənlinin görüş-mitinqinə gəlin. İnşaatçılar metrosu. "Məhsul" stadionu. İnanaraq gəlin. Gözəl günlər görmək ümidi ilə təmiz insanların olduğu yerə gəlin!

azadig.blogspot.com

Комментариев нет:

Отправить комментарий