Belarus çöllərində, meşələrində üzü qərbə doğru Rusiya tankları, zirehli texnikaları, əsgərləri düzülüb. Baltik dənizində hərbi gəmilər manevrlər keçirir. Desantçılarla dolu təyyarələr havaya qalxmağa hazırlaşır. Düşmən kimdir? Qərbin maliyyələşdirdiyi terrorçuların kök saldığı davakar dövlət Veyşnoriya, hansı ki Rusiyadakı vəziyyəti destablizə edib onun nüfuz sferasına soxulmaq istəyir.
Virtualaz.org xəbər verir ki bu sətirlər “The Financial Times” qəzetinin “Zapad-2017” Rusiya-Belarus hərbi təlimlərinə və Rusiyanın müasir hərbi doktrinasının əsasını təkil edən hibrid müharibənin banisi, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimova həsr edilmiş məqaləsindəndir.
Əslində Veyşnoriya uydurulmuş ölkədir, Rusiya isə “uzaqbaşı” Avropa İttifaqının şərq sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirir. Bununla belə NATO-nun liderləri əsəbi halda deyirlər ki, bu güc nümayişi general Gerasimovun işləyib hazırladığı “hibrid müharibə” konsepsiyasını əks etdirir. Gerasimovun doktrinası Rusiyanı soyuq müharibənin başa çatmasından bu yana ən ciddi hərbi təhdidə çevirib.
“Qərb-2017” təlimlərinin başlanmasına aylar qalmış NATO ölkələri şərq sərhədləri boyu ehtiyat tədbirləri görməyə başlayıblar. Baltikyanı respublikalardakı NATO qruplaşmaları gücləndirilib, ABŞ Hərbi Hava Qüvvələri Baltikyanı hava sahəsini nəzarətə götürüb, Avropa hökumətləri isə Rusiyadan qaynaqlanan dezinformasiyalardan, saxta xəbərlərdən və kiberhücumlardan qorunmağa çalışır.
Az danışan, çox nadir hallarda publika qarşısında görünən general Gerasimov nümunəvi generaldır. Rusiya müdafiə naziri Sergey Şoyqu bir dəfə onun haqqında demişdi: “Saçının kökünə qədər hərbçidir”.
Hesab edilir ki, Şoyqu generala çevrilmiş siyasətçidir, o hərbi məsələlərdə keçmiş tankçıya- general Gerasimova arxalanır. Belə deyim var ki, Şoyqu gitarada yaxşı çalır, bir şərtlə ki, arxa planda Gerasimov ifa etsin.
Rusiya ordusunu faktiki komandanı kimi general Gerasimov hərb elmi barədə öz fikirlərini 2013-cü ildə “Hərbi-sənaye xəbərləri” nəşrində dərc edilmiş geniş məqaləsində çatdırıb. “21-ci əsrdə müharibə və sülh vəziyyəti arasında sərhədlər silinib gedir. Müharibə artıq elan edilmir, başlayanda isə adi şablon üzrə getmir. Asimmetrik hərəkətlər anlayışı geniş yayılıb... Bura daimi mövcud olan cəhbə formalaşdırmaq üçün xüsusi təyinatlı qüvvələrdən və daxili müxalifətdən istifadə, habelə informasiya ilə təsir göstərmə də daxildir. Bunun forma və üsulları daim təkmilləşir”- general yazmışdı.
Həmin fikirlər generalın Baş qərargah rəisi təyin olunmasından 3 ay sonra prezident Putinə təqdim etdiyi analitik hesabatdan bir hissə idi. Bu hesabatda siyasi, informasiya, humanitar və digər hərbi olmayan yollardan da istifadə edilməklə hibrid müharibənin aparılması konsepsiyasından bəhs edilirdi.
Cəmi bir il sonra geyimlərində tanınma nişanları olmayan QRU xüsusi təyinatlıları Krımda peyda olub əməliyyat keçirməyə başlayanda və Ukraynanın bir hissəsi ilhaq ediləndə hamı Gerasimovun həmin hibrid müharibə konsepsiyasını yada saldı. Generalın dedikləri necə də peyğmbərcəsinə özünü doğrultmuşdu! Bunun ardınca həmin konsepsiya Donbassda işə düşdü və bötövlükdə Ukraynanın qərbyönümlü hökumətinə qarşı istifadə edilməyə başlandı.
Qərb müşahidəçiləri dərhal Gerasimovun konsepsiyasını Qərbə qarşı gələcək hibrid hücumların layihəsi kimi nəzərdən keçirməyə başladı. Rusiyayönümlü xəbər KİV-lərində aparılan təbliğat, hakim istebleşmenə qarşı çıxan avropalı siyasətçilərə pulların paylanması, rus hakerlərinin kütləvi hücumları, Qərb seçkilərinə və siyasi kampaniyalarına müdaxilə- bütün bunlar Gerasimovun doktrinasından irəli gəlir.
“Düşmənə məsafədən təmassız təsir döyüşdə və əməliyyatda qarşıya qoyulmuş hədəfə nail olmağın başlıca vasitəsinə çevrilir. Bütün bunlar gizli xarakterli hərbi tədbirlərlə, o cümlədən xüsusi təyinatlı qüvvələrin işə salınması və informasiya məkanında görülən tədbirlərlə tamamlanır”- general Gerasimov yazırdı. Amerika dəniz piyadaları Korpusunun komandanı Rotbert Neller etiraf edirdi ki, o, generalın məqaləsini üç dəfə oxuyub.
Gerasimov evlidir, bir oğlu var. O, 1955-ci ildə Kazanda fəhlə ailəsində anadan olub, orada Ali tank məktəbini bitirib. Sovet ordusunun müxtəlif hərbi birləşmələrində sürətlə hərbi karyera qurub, Şimali Qafqazdakı 58-ci orduya komandanlıq edib. Çeçenistanda döyüşüb. Moskva və Sankt-Peterburq hərbi dairələrinin komandanı olub, sonra Baş qərargah rəisinin müavini təyin edilib. Həmin vəzifədə öz rəisi ilə qarşıdurmaya görə işdən çıxarılıb, lakin beş ay sonra Putin onu Baş qərargah rəisi postuna təyin edib.
virtualaz.org
Комментариев нет:
Отправить комментарий