"Azadlıq radiosu"nun yaydığı şəkillər...
Minskdən...
Həqiqətdə isə onları rəngləyib, şəkillərini çəkiblər... Qan deyil, kraskadır.
(Əlbətdə, orda güc strukturları ilə dalaşmada hər iki tərəfdən yaralananlar olub, amma o yaralananların vəziyyəti "Azadlıq radiosu"nu, digər imperialist mətbuatını qane etmir ki, bu cür yalana əl atırlar).
"Azadlıq radiosu" öz ampluasındadır. 20 Yanvar faciəsinin sabahı "25 min insanı öldürüb, cəsədlərini dənizə atıblar" yalanını utanmadan yayan mətbuatdır...
Suriyada çəkdiyi kinoları həqiqət kimi dünyaya yayan "ağ dəbilqəliləri" yəqin ki xatırlayırsınız.
Bilirsiz biz niyə bunlara məğlub oluruq?
Əsas səbəblərdən biri elə budur - onlar üçün ləyaqət və şərəf anlayışı boş şeydir. Mənəvi qəhbədilər... Gebbelsin mənəvi övladları... Yalan və böhtan danışmaqdan qətiyyən çəkinmirlər. Bİz öz həqiqətlərimizlə bu qədər yalanla, böhtanla necə baş edə bilərik?!
Onların bir yalanını ifşa etməyə macal tapmamış milyonlarla digər yalanlar səpilir başımıza...
"Qərbçi musavatçı" dediyim Azərbaycanın qərbçi sağçı-liberalları niyə görə həmişə ABŞ-ın istədiyi dövlət çevrilişlərinə sevinirlər, dəstəkləyirlər?
Yaxşı, tutalım ki həmin o sağçı və liberalların arasında sadəlövh olanlar da var, təsir altına düşürlər, səhv edirlər... Ki hamımız ömür boyu səhvlər edirik... Amma bu dövlət çevrilişlərindən sonra bir özlərinə sual vermirlər ki: Fayda oldumu?
İraq xalqı daha da xoşbəxt oldumu?
Liviya?
Ukrayna?
Bizim sağçı-liberalların hakimiyyət dəyişikliyinə dəstək verdiyi hansı ölkədə yaxşılığa nəsə gedib?
Yənı bu adamların azacıq da olsa vicdanı yoxdur ki, öz seçimlərini sorğulasınlar?
İndi də düşüblər Belarusun üstünə... Yənı bu adamlar heç anlamırlar ki, belorus xalqına zərər verirlər?
Nə deyim, əgər belorusların bir qismi anlamırsa, bizim sağçı-liberallardan nə gözləyəsən?!
1988-1991-ci illərdə meydanlarda, küçələrdə Xalq Cəbhəsinin, Nemət bəyin arxasınca gedən işçilərə, zavod fəhlələrinə cəmi bir neçə il sonra sual versələrdi ki, "zavodlarınızın, müəssissələrinizin bağlanmasından peşman deyilsiniz ki?" - mütləq əksəriyyəti it kimi peşman olduqlarını deyərdilər. İndi Belorusda da o ağılda işçilər var. Çox yaxşı bilirlər ki, müxalifət namizədlərinin hamısının proqramında özəlləşdirmə var. Yənı bu işçilərin hamısı, ən azından çoxu bir neçə ilə işsiz qalacaq, amma bunu anlamırlar. Çünki beyinlərini "azad seçki", "azadlıq" sözlərilə doldurublar. Anlamırlar ki, qulağa xoş gələn bu ifadələrin yanında işçi üçün ən vacib olan söhbətlər olmalıdır. İş saatı azaldılacaqmı? İş yerləri saxlanılacaqmı? Təqaüd yaşı azaldılacaqmı? və s...
İşçinin sosial həyatını əhatə edən, işçi haqqlarını ifadə edən söhbətlər yoxdursa, deməli "azad seçki" ancaq hansısa imperialist və kapitalist dairələrə öz qara və çirkli işlərini həyata keçirmək üçün bəhanədir.
Akşin Sultanov
Комментариев нет:
Отправить комментарий