“Ölkənin taleyində rolu olan dövlət şirkətləri öz statuslarına uyğun şəkildə hərəkət etməldirlər. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda bəzi qurumlar dövlətin mövqeyindən daha çox, öz fərdi mövqeyindən çıxış edirlər”.
Bunu moderator.az-a açıqlamasında siaysi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspertin sözlərinə görə, bəzi qurumlarda məmurlar korrupsiya yolu ilə daha çox vəsait qazanmaq üçün olduqca hiyləgər üsul və vasitələr fikirləşib tapıblar: “Bu qurumlarda hər şey fərdi maraqlara hesablanıb. Onlar müxtəlif fırıldaqlarla məşğuldurlar. Onlar korrupsiya ilə bağlı elə şeylər fikirləşib tapırlar ki, bunu şeytan da fikirlərşib tapa bilməz. Bunu yalnız DTX tapıb, ifşa edə bilər. Buna inanıram. Çünki DTX-nın fəaliyyəti onu göstərir ki, bu qurum iqtisadi fırıldaq mexanizmilərini açmaq istiqamətində də ciddi iş ortaya qoyur, bu yöndə zamanla daha da püxtələşir. Bu baxımdan DTX-nin bu qurumlarla bağlı da lazımi addımlar atması tamamilə mümkündür. Hesab edirəm ki, fəaliyyətində ciddi nöqsanlara yol verən, dövlət büdcəsinin formalaşmasında lazımınca iştirak etməyən, korrupsiyaya yol verən qurumlarda islahatların həyata keçirilməsi, onların fəaliyyətinin yenidən, daha sağlam şəkildə təşkili istiqamətində konkret addımların atılması gözləniləndir”.
Комментариев нет:
Отправить комментарий