Dünyanı idarə edən güclər başımıza müharibə zınqırovunu salıblar- nə dalaşa bilirik, nə barışa. Nə müharibə, nə də sülh dünya güclərinə sərf etmir, əksinə indiki vəziyyət onları qane edir. Yəni iki qonşu dövlət, xalq bir-biri ilə düşmənçilik şəraitində yaşayır, sərvətləri talanır, silah sənayesinə milyardlarla dolları gedir və hər iki dövləti müharibə ilə qorxudub nəzarəti təmin edirlər.
"Qarabağ"ın açarı Rusiyanın əlindədir. Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsiri o qədər güclüdür ki istənilən vaxt bu məsələni həll edə bilər. Deməli biz əgər milli hisslərlə yox, siyasi baxışla yanaşsaydıq Rusiyanı öz tərəfimizə çəkib məsələdə müsbət nəticəyə nail olardıq.
Biz isə 90-cı illərdə müharibənin qızğın vaxtında Rusiyaya məxsus hərbi hissələri tez-bazar ölkədən qovduq, ermənilər isə onlara pul verib özü üçün istifadə etdilər. Nəticədə 20 mindən çox şəhid verdik, ölkənin 20%-i işğal olundu.
İlham Əliyev höküməti Rusiya ilə nə qədər yaxın olsa da Qərb və Türkiyədən yaxa qurtara bilmir.
Qərb Türkiyənin əli ilə NATO-nu Qafqaza gətirmək istəyir. Bu çox təhlükəli oyundur. Köhnə Sovet respublikalarından Gürcüstan və Ukraniya buna cəhd etdilər, Putinin ciddi müqaviməti ilə rastlaşdılar. Gürcüstan 5 günlük müharibədə az qala müstəqilliyini itirəcəkdi. Ukraniya da oxşar taleyi yaşadı, öz ərazilərinin xeyli hissəsini itirdi.
İndi Azərbaycanı bu səhvə sürükləmək istəyirlər- guya Türk ordusu məskən salıb, Qarabağı işğaldan azad edəcək.
Qarabağ müharibəsi zamanı Türkiyə və İranın Azərbaycana açıq dəstək verə bilməməsi Rusiyadan ehtiyat etmələrinin nəticəsi idi.
Heç Ərdoğan hakimiyyətinin də Rusiyanın marağında olan Qafqazda nəsə edəcəyi inandırıcı deyil. Lap əgər olsa belə, Türkiyənin Rusiyaya qalib gəlməsi inandırıcı deyil.
Arada fasilələrlə 10 dəfə Rusiya və Turkiyə (Osmanlı) arasında müharibə olub, 7 dəfə qalib tərəf ruslar, 2 dəfə türklər, daha 1 dəfə isə bərabərlik bərpa olunub.
Hər vətəndaşın qəlbində nəsə arzusu ola bilər- kimsə Turan arzulaya bilər, kimsə İran- ancaq bu gün NATO-nun ölkəmizdə möhkəmlənməsi Azərbaycan dövlətinin süqutu ilə nəticələnə bilər.
Комментариев нет:
Отправить комментарий