19.03.2022

Bizim mediamız ABŞ tərəfindən idarə olunur - bunu bazara çeviriblər

Aydın Məmmədov

Əgər Rusiya Meksikada hərbi baza qurarsa ABŞ Meksikanın külünü göyə sovurar! Sovurar, ya sovurmaz? Deyin.
Həmin şey indi Ukraynada baş verir.
ABŞ əvvəlki razılaşmaları pozaraq öz müstəmləkələrinin sayını şərqə doğru genişləndirir.
Ukrayna müharibəsi Rusiya-Ukrayna arasında getmir, Rusiya-ABŞ arasında gedir. Sadəcə ABŞ bu müharibəni Ukrayna ərazisində aparır.
ABŞ qalib gəlsə bütün dünya ölkələri onun müstəmləkəsinə çevriləcəkdir.
Burda bizim üçün sevinəsi bir şey yoxdur - biz daha çox müstəmləkə olacayıq!
Rusiyanın məğlubiyyətini arzulayan azərbaycanlılar belə şeyləri başa düşmürlər.
Doğrudanmı onlar bilmirlər ki, əgər Rusiya olmasaydı bu gün Azərbaycan adlı respublika da olmazdı və bu ərazi hal-hazırda İranın tərkibində idi?
Doğrudanmı onlar bilmirlər ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qarantiyasıdır və Rusiyaya görə heç bir dövlət Azərbaycanı işğal edə bilməz?
Doğrudanmı onlar bilmirlər ki, Şuşaya qədər geri aldığımıza görə Rusiyaya minnətdar olmalıyıq və onların mələk kimi gördükləri ABŞ və Qərb həmin ərazilərin ermənilərdə qalmasına çalışırdı?
Doğrudanmı Azərbaycan xalqı bu qədər zombiləşib, düşünmə qabiliyyətini bu qədər itirib və ABŞ necə istəyirsə yalnız elə düşünə bilir?
Yox, Azərbaycan xalqı heç də zombiləşməyib, düşünmə qabiliyyəti də normaldır. Sadəcə bizim mediamız ABŞ tərəfindən idarə olunur, bunu bazara çeviriblər.
Bəli, rəsmi şəkildə Azərbaycan mediası bazardır və jurnalist isə yalnız alverlə, ticarətlə məşğul olmalıdır.
Bu elə Milli Məclisin qəbul etdiyi, Prezidentin imzaladığı Media haqqında qanunda da təsdiqini tapmışdır...

Комментариев нет:

Отправить комментарий