Vladimir Putin: “Döyüş zamanı həlak olan əsgərlərin ailələrinə bir dəfəlik 7 401 000 (118 600 azn) ödəniləcək. Mən bu məbləğə əlavə olaraq 5 000 000 rubl (80 200 azn) ödənilməsinə tapşırıq vermişəm və o ailələr aylıq müavinət alacaq. Döyüş zamanı yaralanan əsgərlərə 2 168 000 rubl (34 700 azn) ödəniləcək. Onlar pulsuz sığorta ilə təmin olunacaqlar və aylıq müavinət alacaqlar. Müharibədə iştirak edən hər bir zabitdən tutmuş əsgərə kimi birdəfəlik 3 000 000 rubl (47 300 manat) ödəniləcək”.
“Deyirəm bu Putin nə zalım adam imiş. Müharibə iştirakçılarına və həlak olanların ailələrinə belə zülm eləmək hansı kitabda yazılıb? Bunun heç dini, imanı yox imiş. Müharibə əlilləri aylarla qapılar gəzmədisə, küçələrdə üstünə benzin töküb yandırmadısa, müalicəsi üçün ona-buna ağız açmadısa bunun harası ədalət oldu? Şəhid anaları, müharibə əlilləri günlərlə aksiyalarda hay-haray salmadısa bunun harası ədalət oldu? Müharibə əlilləri müalicəsi üçün xirtdəyəcən borca girmədisə, bank faizlərinin altında boğulmadısa bunun harası ədalət oldu? Hələ şəhid analarının keçirdiyi aksiyaları güc tətbiq edərək dağıtmağı demirəm. Hələ müharibə əlillərinin İcra qapılarından rədd edilməsini demirəm. Çox zalım və ədalətsiz adamsanmış, Putin! Sənin heç ədalət sözünün Ə hərfindən xəbərin yoxdur”. Elsevər Hüseynov
Комментариев нет:
Отправить комментарий