07.03.2022

Putin dəfələrlə NATO-un Şərqi Avropaya tərəf genişlənməsindən narahatlığını Qərbə bildirmişdi

Kənan Əsgərzadə

Putin xarakterli, prisipial və öz məqsədlərinə çatmaq üçün qətiyyəti olan bir şəxsdir. Bu da dövlət başçısı olan biri üçün çox vacib bir məqamdır. Tərif etmirəm, xarakterini yazıram. Ona görə də düşünürəm ki, Putin seçim qalmayandan sonra bu müharibəni başlatmaqda qəti idi və qalib gəlməyi də qaçılmazdır. Hətta Ukraynanın ikiyə bölünməsinə bahasına olsa belə. Çünki onun çıxışlarını izləyən bilir ki, o dəfələrlə NATO-un Şərqi Avropaya tərəf genişlənməsindən narahatlığını Qərbə bildirmişdi. Gələcəkdə NATO-nun öz ölkəsinə qarşı hər hansı həmlənin olmayacağı barədə yazılı qaranti də istəyirdi. Əlbəttə Qərb bunlara məhəl qoymadı. Hətta bir az da irəli gedərək Ukraynanı NATO-ya üzv etmək istədi. Halbuki Putin Ukraynanın artıq onun "qırmızı xətti" olduğunu da bildirmişdi. Nəticə də göz qabağındadır. Putin dediyini eləyir. İtirən isə Ukrayna xalqı olur.
Amma olmaya da bilərdi. Qərbin peşkası olan biri Qərbin maraqlarına görə öz dövlətini və xalqını təhlükəyə atıb qırğına verdi. Qərb onsuz da onlara kömək etməyəcək. Ukrayna xalqını qırğınla baş-başa qoyacaq və qoyur da. Bu onların xislətidir, zatıdır. 
Bir dövlət başçısı ki bunları bilmir, gələcəyi analız edə bilmir, xalqını qeyri-bərabər müharibəyə atır, ondan qəhraman yox, ancaq qəhhhraman ola bilər.
Ukrayna xalqı hələ Putinə çox sağ ol desin - yavaş-yavaş irəliləyir ki, sivil insanlardan az itki olsun. Yoxsa əlindəki vəhşi silahlardan bir dəfə istifadə etsəydi, (ki təzyiq olsa edə bilər) Kievdən əsir-əlamət belə qalmazdı!
Təsəvvür edin bizdə Qərbin peşkası olan müxalifət nümayəndələrindən biri prezident olur və başlayır Qərbin maraqlarına görə Rusiyaya "kəllə" atmağa. İndiki zaman üçün nəticəsini təsəvvür edin. Təsəvvür etdiz?
Zatən Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək askiyasinda Qərbin peşkalarını orda görmək bir çox məsələlərə aydınlıq gətirir.
Mən də Ukrayna xalqının öldürülməsini istəmirəm. Niyə istəyim ki? Hətta düşmənimin günahsız körpələrinin belə ölməsini istəmirəm. Bəziləri kimi yalandan humanistlik donu da geyinmirəm. Bu mənim əqidəmdir.
Yoxsa ki Fələstində, Suriyada, İraqda, Yəməndə öldürülən körpələrin ölümünə göz yum, vecinə alma, vicdanın belə sızlamasın, amma gəl Ukrayna xalqı üçün alt paltarını başına çək! Belə vicdan, belə humanistlik, ümumiyyətlə, belə insanlıq olmur. Məsələ insanların öldürülməsidirsə, məsələ hansısa xalqın və dövlətin təhlükəsizliyidirsə, məsələ işğalçılığa qarşı çıxmaqdırsa, Ukraynadan qabaq bu zülmlərə məruz qalmış ölkələr və xalqlar var. Özü də onlara olan zülm illərdi davam edir və davam etməkdədir.
Demək ki məsələ zülmə etiraz deyil!

Комментариев нет:

Отправить комментарий