05.10.2022

Natalya Makeeva: Düşmənimiz anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və NATO-dur

Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeeva:

— Düzgün diaqnoz qoyulub. Düşmənin kim olduğu dəqiq müəyyən edilib. O anqlosakslar, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb və onun hərbi qanadı olan NATO-dan ibarətdir. Eyni zamanda, postsovet məkanında gedən bir çox neqativ proseslərdə Rusiyanın günahı göz qabağındadır. Amma ukraynalı təbliğatçıların “Rusiya günahkardır!” sözlərinə verdiyi mənada deyil. Rusiyanın günahı SSRİ dağılandan bəri düşmən vaxt itirmədiyi halda, keçmiş SSRİ respublikalarında işləməməkdir. Düşmənin Ukraynanı götürməsinin səbəbi, orda baş verənlər, Rusiya diplomatlarının və o vaxtkı “Rossotrudniçestvo”nun günahıdır. Amerikanlar Ukraynanı zəbt etdilər, bizsə mahnı oxuduq və çay içdik... Nə etməliyik? Postsovet məkanında aktiv olmalıyıq. Keçmiş Sovet respublikalarının daxili siyasətinə qarışmalıyıq. Lakin bu yetərli deyil! Düzdür, müdafiə lazımdır, amma müdafiəçilikdən uzaq olmaq lazımdır! Çünki yalnız özümüzü müdafiə etsək, istər-istəməz uduzacaq, məğlub olacağıq... Hücuma keçməliyik. Axı ABŞ-da SSRİ-nin dağıldığı vaxta nisbətdə daha çox ziddiyyətlər var. Təzadlı qanunvericilik, ziddiyyətli cəmiyyət var. “Azad Texas” və “Kaliforniya Uber Alles” şüarlarını xatırlamağın vaxtıdır. “State” sözü “dövlət” kimi tərcümə olunur, odur ki biz “Amerika Birləşmiş Dövlətləri” ilə ciddi məşğul olmalıyıq. Azacıq səy göstərsək, əsas rəqibimiz haldan düşəcək və fəsadlarını dayandıracaq.

Комментариев нет:

Отправить комментарий