26.11.2022

Rusiyalı politoloq, İzbor Klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovin:


“Ənənəçi cəmiyyət kimi Türkiyə bizimçün olduqca əhəmiyyətlidir. Belə bir passionar dövlət ilə müttəfiq və dost olmaq – böyük üstünlükdür. Rusiya Türkiyəyə daha çox vaxt ayırmalıdır, onun ideoloji və siyasi quruluşunun məziyyətlərinə diqqət yetirməlidir. Ümumiyyətlə Türkiyə – Rusiya üçün potensial və olduqca vacib müttəfiqdir. Məhz buna görə tarix boyu xarici qüvvələr bizi daim düşmənçiliyə yönəltməyə çalışmışlar. Həm Britaniya imperiyası, həm də ABŞ daim regionun iki güclü oyunçusunu bir-birinə qarşı qoymağa cəhd göstərmişlər. Çeçen müharibəsi də amerikan strateqlərinə onunçün vacib idi ki, Türkiyə ilə Rusiya arasında qarşıdurmanı kəskinləşdirsinlər, bundan istifadə edib regionu ələ keçirsinlər”.

Комментариев нет:

Отправить комментарий