Bəzən gah düşünüb
Fikrə dalırsan
Bəzən də həm qorxub,
Həm usanırsan.
Gedim ya getməyim,
Edim ya etməyim.
Bir addım irəli,
Bir addım geri
Birdən ürəyində təşviş
Edirsən,
Köməyə çatımmı, yoxsa
Çatmayım.
Əlini verməyib inad
Edirsən,
Bir addım irəli,
Bir addım geri.
Deyir, həyatından artıq
İstəyir.
Məni itirirsə, ölmək
İstəyir.
Görəsən ürəyim onu
İstəyir?
Bir addım irəli,
Bir addım geri.
Onu bağışlamaq olarmı
Görən?!
Ondan qorxduğumu düşünər
Birdən,
Məni alicənab sanarmı
Görən?!
Bir addım irəli,
Bir addım geri.
Bu yolu gedim
Yoxsa getməyim?!
Məni gözləyən var,
Əşi, neyləyim?!
Gözləri yoldadır
Bəlkə zəng edim?!
Bir addım irəli,
Bir addım geri.
Söz söyləməliyəm
Deyən yeri deyil.
Qoy fikrimi deyim,
Yoxsa vaxtı deyil.
Vaxtımı satıram,
Gün ömürdən gedir.
Bir addım irəli,
Bir addım geri.
Nə qədər tərəddüd eyləmək
olar,
Həyatda ya qorxmaq, ya da
Qorxmazsan.
Bir dəfə ürəkli olsaq da
olar.
Addımı irəli sən
Atmalısan.
Комментариев нет:
Отправить комментарий