08.07.2023

BARIŞMAZ QONŞULUQ. DAĞLIQ QARABAĞIN NİYƏ SÜLHMƏRAMLILARA EHTİYACI VAR?


Valeri Korovin

“SİYASƏT BU GÜN” SAYTI ÜÇÜN MÜSAHİBƏ, 05.10.2020

—Dağlıq Qarabağdakı konfliktlə bağlı: konflikti sülhməramlı qüvvələr olmadan həll etmək mümkündürmü? Yoxsa Yerevan və Bakının dualoqu üçün vaxt əldən verilmişdir?
—Mənim nəzərimcə, sülhməramlı qüvvələr qarışmadan konflikti nizamlamaq çətin mümkün olsun. Lakin bu iş üçün hər sülhməramlı qüvvə yaramır. Söhbət yalnız Rusiya tərəfinin sülhməramlı missiyasından gedə bilər. Çünki həm Azərbaycan, həm də Ermənistan Rusiyanın mədəni-sivil təsiri zonasındadırlar, Rusiya ilə ümumi tarixə, dəyərlərə görə birləşiblər və məhz Rusiya bu xalqların qorunub saxlanmasını təmin etmişdir. Daha dəqiq desək, erməni xalqının qorunmasını və Azərbaycan siyasi millətinin formalaşmasını təmin etmişdir. Bunlar öz tiplərinə görə iki fərqli subyektlərdir: ermənilər xalqdırlar, azərbaycanlılar isə siyasi millətdirlər. Hər ikisi Rusiyanın təsir orbitindədir və məhz Rusiya konfliktin nizamlanmasına görə missiyanı öz üzərinə götürməlidir, konfliktogen mənbələri kənarlaşdırmalıdır. Dəqiq desək, Qərbin, ilk növbədə ABŞ-ın müdaxiləsinə imkan verməməlidir, eyni zamanda Türkiyənin hərbi və siyasi müdaxiləsini minimuma endirməlidir.
Əlbəttə Azərbaycanda ölkənin mədəni cəhətcə Rusiyadan da çox Türkiyəyə yaxın olması fikri ortalığa atılıb. Bu tezisin yeridilməsi üçün külli miqdarda pul sərf olunub. Lakin onu da nəzərə almaq lazımdır ki, indiki gərginliyin əsas səbəbkarlarından biri də məhz Türkiyə olub ki, neoosman siyasəti çərçivəsində özünün maraqlarını Azərbaycanın hesabına regionda həyata keçirməyə çalışıb. Yəni Azərbaycan Zaqafqazyedə təsir dairələrinin Türkiyənin maraqlarına uyğun bölünməsi yolunda zərbə altına qoyulmuşdu. Və bu Türkiyə tərəfdən, yüngül desək, yaxşı hərəkət deyildi. Ümid etmək olar ki, Azərbaycan siyasətçiləri indiki gərginliyin nəticələrinə uyğun olaraq Türkiyə ilə münasibətlərinə yenidən baxacaqlar. Bir daha qeyd etmək lazımdır ki, bu gərginlik yalnız Rusiyanın köməyilə nizamlana bilər.
ABŞ və Qərbin regiondakı təsiri tam yox edilməlidir, çünki məhz bu bütün konfliktlərin əsas mənbəyidir, bütün gərginliklərin katalizatorudur. Qərb özünün Rusiyaya qarşı geopolitik hücumu yolunda Zaqafqazyeni plasdarma çevirmək istəyən maraqlı tərəfdir. Onlar üçün nə Azərbaycan, nə də Ermənistan heç bir dəyər kəsb etmir.

—Türkiyədən, onun siyasi ambisiyalarından başqa 30 ildir dondurulmuş vəziyyətdə qalan, indi yenidən başlayan bu konfliktin katalizatoru daha nə olmuşdur?
—Sovet İttifaqının dağılması və onun dağıntıları üzərində siyasi milllətlərin ortalığa çıxması: erməni siyasi milləti ki dövlət-millətdir və Azərbaycan siyasi milləti ki mahiyyətcə Sovet dövründə yaranmışdır, yəni hələ Qafqazın sovetləşdirilməsinə kimi elan olunmuşdur, Sovet dövründə isə formalaşmışdır. Siyasi millət – süni siyasi dövlət quruluşudur ki, atomar vətəndaş individlərini siyasi saziş əsasında birləşdirir.
Siyasi müllətin üç əsas kateqoqiyalarından biri sərt administrativ sərhədlərin olmasıdır. Yəni Qarabağ Azərbaycan üçün – ona məxsus ərazidir. Yalnız ərazi. Bu ərazinin problemi ondadır ki, orda ermənilər də yaşayır. Bu zaman Cənubi Osetiyada, Abxaziyada olduğu kimi olaylar baş verir, harda ki gürcü siyasi milləti öz ərazilərini qaytarmağa çalışdı, osetin, abxaz kimi xalqlar isə bu yolda maneə oldular. Qarabağla bağlı da həmin vəziyyətdir. Orda ermənilər yaşamasaydı, arzuolunan halda isə ümumiyyətlə heç kəs yaşamasaydı, bəlkə də Azərbaycan həmin ərazini çoxdan qaytarardı.
Odur ki siyasi millət modeli çərçivəsində həmin konflikt heç cür həll oluna bilməz. Azərbaycanın xeyrinə konfliktin həllinin yeganə üsulu ərazilərin ümumhərbi əməliyyatlar və ermənilərdən təmizləmə yolu yolu ilə tutulmasıdır. Belə ssenarinin isə nə dərəcədə qanlı olacağını təsəvvür etmək mümkündür. Başqa heç bir variant yoxdur, çünki dövlət-millət siyasi etnosluğu, mədəniyyətlərin və ənənələrin müxtəlifliyini nəzərə almır, vahid siyasi millət çərçivəsində vətəndaş siyasi unifikasiyasını nəzərdə tutur. Belə halda ermənilər azərbaycanlı olmalıdırlar və deməlidirlər: Biz indi azərbaycanlıyıq, erməni deyilik. Azərbaycan pasportu almalıdırlar və onda problem həll olunur. Lakin buna heç vaxt razılaşmayacaqlar, odur ki həmin ərazilərin Azərbaycanın tərkibinə qaytarılmasının yeganə üsulu onları hərbi güc yolu ilə tutmaq və ermənilərdən təmizləməkdir. Bakının ciddi şəkildə belə qanlı ssenarini həyata keçirməyə cəhd və ümid etməsi adamın heç ağlına da gəlmir.
İstənilən halda və istənilən gedişatda sülhməramlı missiyasının yeridilməsindən, bu yolla tərəflərin aralaşdırılmasından, konfliktin durdurulmasından başqa alternativ yoxdur. Bu konflikt sistemli şəkildə yalnız Rusiyanın iştirakı ilə həm Ermənistanın, həm də Azərbaycanın milli məsələdən yüksəkdə duran Avrasiya təşkilatına, məsələn, Avrasiya Birliyinə qəbul olmaları çərçivəsində həll edilə bilər. Onda bu problem sistemli şəkildə ortalıqdan götürüləcək. Başqa heç bir həll yolu yoxdur.

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий