12.07.2023

DAĞLIQ QARABAĞA ERMƏNİ TƏRƏFDƏN SƏFƏR BARƏDƏ


Valeri Korovin
VESTİ.AZ PORTALI ÜÇÜN MÜSAHİBƏ, 3.03.2017

—Dünyanın heç bir ölkəsinin, o cümlədən sizin vətəndaşı olduğunuz ölkənin tanımadığı bir “referendumda” “müşahidəçi” qismində iştirak etməklə siz Azərbaycan sərhədlərini məqsədyönlü şəkildə pozmusunuz?

—Təbii ki mən müşahidəçi kimi hara yollandığımın fərqindəydim. Mənə konfliktin tarixi bəllidir, lakin bir tradisionalist və avrasiyaçı kimi mən xalqların identikliyinin saxlanması tərəfdarıyam, postsovet məkanında milli dövlət formatının tənqidi ilə çıxış edirəm, Rusiya prezidenti Vladimir Putinin o tezisini dəstəkləyirəm ki, Rusiyanın Leninsayağı qurulması Rusiya dövlətçiliyi altına qoyulmuş gec işə düşən mina oldu.

Mən xalqların hüququnu dəstəkləyirəm, amma milli dövlət qismində siyasi özünü təyinetmə hüququnu deyil, öz identikliyini, mədəniyyətini, dilini, adət-ənənələrini, dini mənsubiyyətini saxlamaq hüququnu. Yəni xalqı öz loqosuna malik təbii camiə kimi qəbul edirəm, süni siyasi surroqat kimi deyil.

Bu mənada siyasi suverenliyin elan edilməsi xalqın identikliyinin saxlanması üçün mümkün yolların içində ən bəd yoldur, lakin bu indilərdə identikliyin saxlanması üçün yeganə leqal vasitədir. Bu bizə sona çatmış Modern epoxasından qalmış bir formatdır. Və bu bütün mümkün formatlardan ən pisidir. Mənsə xalqların hüquqlarını rəngarəngliyin strateji birliyi çərçivəsində həyata keçirmək tərəfdarıyam ki, burda subyekt dövlət deyil, xalq – təbii camiə - etnos və yaxud laos olur. Odur ki Qarabağ məsələsində mənimçün ərazi deyil, xalq əsasdır. Konfliktin mənbəyi administrativ sərhədlərdir ki, canlı şəkildə süni çəkilmişdir. Konfliktin həlli formatı isə millilikdən üstün olan yeni birliyə inteqrasiyadır ki, burda subyekt administrativ vahidlər deyil, xalqlar olacaq.

—Hansı özünütəyinetmədən söhbət gedə bilər ki, artıq Ermənistan öz sərhədlərində qərarlaşıb, Rusiya isə Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır?

—Qarabağdakı vəziyyət bu gün Donbasda müşahidə etdiyimiz vəziyyətlə çox şeydə oxşardır. Rusiya Ukrayna dövlətinin bütövlüyünü tanıyır, lakin rusların genosidini qəbul etmir, hansılar ki məcburi ukrainləşdirmədən imtina etmişlər, öz identikliklərində - rus olmaqda israrlıdırlar, o cümlədən bu yolda əldə silah çarpışırlar. Ukraynadakı, Moldovadakı və Gürcüstandakı analoji konfliktlərdə olduğu kimi Qarabağ konfliktinin də problemi milli dövlət formatının özündədir. Milli dövlət vahid universal format altında sosial-siyasi unifikasiyanı nəzərdə tutur ki, bu da identikliklərin rəngarəngliyinin silinməsi, hamının dominantlıq edən siyasi millətin vahid standartı altına yerləşdirilməsi deməkdir. Ukraynada bu məcburi ukrainləşdirmədir, Moldovada rusların Dnestryanıda ortastatistik hətta moldavanlara da deyil, rumınlara çevrilməsidir, Gürcüstanda hamının gürcü siyasi milləti formatına salınmasıdır – yəni heç bir osetin, abxaz, acar ola bilməz, hamı gürcü adlanmalıdır və nöqtə. Azərbaycan da Qarabağda təkcə ərazini görür, erməni xalqını görmək istəmir. Azərbaycan milli dövlət formatı orda erməni xalqının olmasını nəzərdə tutmur. Bu mexaniki yanaşmadır. Beləcə Gürcüstan da osetinləri görmək istəmirdi, lakin Cənubi Osetiyanın ərazisinə yiyələnmək istəyirdi, 2008-ci ildə keçirdikləri “Təmiz çöl” hərbi əməliyyatının da adı elə buna görə belə qoyulmuşdu. İndiki Kiyev də Donbasda belə “Təmiz çöl” görmək istəyir. Lakin xalqlar məsrəf materialı deyil, ali dəyərdirlər ki, istənilən dövlətin əsasını təşkil edirlər. Əgər ənənəvi dövlətçilik olan imperiyalar xalqların rəngarəngliyini normativ hal kimi qəbul edirlərsə də, Modern dövrünün dövlətləri, yəni milli dövlətlər onları yalnız özlərinin süni siyasi mexanizmlərinin qurulması üçün xammal kimi görürlər. Axı identiklik – insanın mahiyyətidir, onun ekzistensial sorğusunun cavabıdır. Mən kiməm? – sualının cavabıdır. Gürcü deyil, osetin, ya abxaz olmaq, məcburi şəkildə azərbaycanlıya çevrilməyərək erməni qalmaq hüququna malik olmaq, ukraynalı, moldovalı və ya rusiyalı deyil, rus olmaq. Öz identikliyini qorumaq insanı insan olaraq saxlayan daxili seçim məsələsidir. Lakin milli dövlət bununla hesablaşmaq istəmir. Dünyada baş verən çoxsaylı konfliktlər də elə bu səbəbdəndir. Çünki Qərbsayağı qurulmuş milli dövlətlər hələ də dövlətçiliyin yeganı forması olaraq qalır.

—Necə hesablaşmaq istəmir ki, Azərbaycan Qarabağın erməni əhalisinə geniş avtonomiya verməyə hazırdır və erməniləri dostluq platformasına birləşməyə dəvət edir?

—Etnik təmizləmə və qırğın aktlarından, çoxillik düşmənçilikdən və qarşılıqlı məhvetmədən sonra azərbaycanlıların və ermənilərin “dostluq platformasına” gəlmələri olduqca çətindir. Belə variantı hələ ilk başlanğıcda, 1991-ci ildə, SSRİ-nin dağılması dövründə realizasiya etmək gərək idi. Onda heç bir düşmənçilik və qarşılıqlı nifrət də olmazdı. Lakin o vaxt Azərbaycan hakimiyyəti öz əhalisini qırğından saxlaya bilmədi, ümumiyyətlə hakimiyyət o vaxt bütün postsovet məkanında zəif idi, Qarabağ erməniləri isə suverenliklərini elan etməkdən və ayrıca dövlət çərçivəsində qalmaqdan başqa yol tapmadılar. O vaxt başqa formatlar təəssüf ki nəinki nəzərdə tutulmurdu, heç məlum da deyildi. Belə modellə Yuqoslaviya da çox qanlı və sərt şəkildə dağıldı. Lakin xalqlar arasında müharibə çıxış yolu olmayan maneə deyil. Ruslar çeçenlərlə vuruşdular, amma çeçenlər bu gün Rusiyada bəzi rusların özündən də çox vətənpərvərdirlər. Sirr də ondadır ki, Rusiya çeçenlərə ənənəvi etnos kimi qalmağa – öz dilini, mədəniyyətini, adət-ənənələrini, hətta özünün teyp-toxum quruluşlu milli strukturunu qorumaqla yaşamağa imkan verdi.

Azərbaycanın SSRİ dağılarkən ilkin seçimi – atlantik, qərbyönümlü və hətta amerikanyönümlü vektoru seçməsi səhv idi. Azərbaycan antirus GUAM blokuna üzv oldu, Rusiyaya əks mövqe sərgilədi, iki stulda birdən oturmağa çalışdı. Qarabağ isə Rusiyayonlü orientasiyanı, rus mədəniyyəti və dili müstəvisində qalıb qorunmağı seçdi. Necə ki Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Donbass da Rusiyayönlü orientasiyanı seçdilər. Bu geopolitik kənarlaşmadır. Açıq-aydın Rusiyayönlü, Avrasiya inkişaf yolunun seçilməsi Qarabağda konfliktin müalicəsinin başlanğıcı olacaq. Qərbyönümlü kursu davam etdirmək isə Azərbaycanı get-gedə nəinki Qarabağdan və Ermənistandan, eləcə də Rusiyadan daha da uzaqlaşdıracaq. Qərb həmişə aldadır. Xaosun, qan-qadanın, nifrətin və qarşılıqlı düşmənçiliyin mənbəyi Qərbdir.

—Demək konfliktin nizamlanması üçün Azərbaycan Rusiyanın tərkibinə girməlidir?

—Yox. Rusiyaya qarşı əks mövqe tutmamalıdır və Rusiyaya qarşı çıxış etməklə Qərblə oyun oynamamalıdır. Ən minimalı budur, amma konstruktivdir. Daha kostruktivi isə Avrasiya inteqrasiyası proyektlərində iştirakdır, postsovet məkanı ilə tarixi, mədəni və sivil əlaqələrin bərpasıdır, daha bizim hamımıza yad olan Qərb ilə deyil. Bundan sonrakı strateji inkişafı nifrətdə və konflikt potensialını çoxaltmaqda deyil, dostluq və əməkdaşlıqda qurmaq lazımdır. 

—Yəni əgər Azərbaycan Rusiya ilə olmasa Qarabağı itirəcək?

—Çox güman ki hə. Və təkcə Qarabağı deyil, öz suverenliyini də, stabilliyini də, təhlükəsizliyini də. Azərbaycan nə Amerikanın, nə Qərbin vecinə deyil. Qərbli partnyorları üçün Azərbaycan yalnız Rusiyaya qarşı cəbhə kimi, Moskva üçün problem və başağırı mənbəyi kimi maraqlıdır. ABŞ-ın Azərbaycan üçün pozitiv ssenarisi yoxdur. Özü də ABŞ heç vaxt Azərbaycanın təhlükəsizlik məsələləri ilə məşğul olmayacaq. ABŞ-dan, Rusiyadan və ola bilsin Çindən başqa heç kəs təklikdə öz suverenliyini qorumaq və təhlükəsizlik məsələlərini həll etmək iqtidarında deyil. Və əgər, məsələn, İŞİD-in yüz minlik ordusu Suriyaya, Liviyaya və ya İraqa deyil, Azərbaycana girsə, onu Rusiyadan başqa heç kəs xilas etməyəcək. Tam dəqiqdir ki, Qərb bunu heç vaxt etməyəcək. Biz ən dəhşətli, kontrastlı misal çəkdik, lakin amerikanların qurduğu müasir dünyada belə təhlükələr olduqca çoxdur.

Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından

Комментариев нет:

Отправить комментарий