İngilis dili kurslarında əsl ingilislərin danışdığı dildən fərqli dil öyrədilir
Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olmayanlar fərqli danışırlar və əsl ingilislər onların nə dediyini anlamırlar. Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Chong bildirir ki, dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür. İsveçrənin Baden şəhərində yerləşən dil kursu TLC Beynəlxalq Evində ingilis dili rəhbəri Dale Coulter də deyilənləri təsdiqləyir: "Başqa dildə danışa bilməyən ingilisdillilər ingilis dilinin beynəlxalq səviyyədə istifadə üsulundan tam xəbərsizdirlər". O Berlində Fortune 500 adlı şirkətin alman işçilərinin Kaliforniyada yerləşən baş ofisdən göndərilən bir videolinki izlədiklərini görüb və misal çəkir. İngiliscə yaxşı bildiklərinə baxmayaraq, həmin almanlar amerikalı layihə rəhbərlərinin nə demək istədiyini anlamaya bilmirdilər. Nəticədə ortaq məxrəcə gələrək öz aralarında mənanı yozmuşdular. Halbuki həmin məna Kaliforniyadan gələn məqsədlə üst-üstə düşmürdü. "Bir çox məlumatlar yanlış anlaşılır"- Coulter deyir.
İngilis dili kursuna gedənlər hansı dildə danışdıqlarını heç özləri də bilmirlər!
Комментариев нет:
Отправить комментарий