16.01.2018

İngilis dili kursuna gedənlər fərqli dil öyrənirlər və əsl ingilislər onların danışığını başa düşmürlər

Araşdırmalar göstərir ki, ana dili ingilis dili olmayanlar fərqli danışırlar və əsl ingilislər onların nə dediyini anlamırlar. Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür. Başqa dillərin nümayəndələri adətən ingiliscə məhdud lüğətə və sadə ifadələrə əl atırlar. Buna görə də onlar əsl ingilisləri başa düşməsələr də, bir-birlərini rahat başa düşürlər. Southampton Universitetinin professoru Jennifer Jenkins müəyyənləşdirmişdir ki, məsələn, Britaniya universitetlərində təhsil alan beynəlxalq tələbələr bir-birlərini ingilis dilində daha yaxşı anlayırlar və dili daha az bilən üzvlər istənilən qrupa asanlıqla yovuşurlar. Professorun fikrincə, ingilis dilini müxtəlif səviyyədə bilən şəxslərdən ibarət qrupla ünsiyyət qurmağa çalışarkən anlayışlı və uyumlu olmaq şərtdir: "Qulaqlarınızı istifadə olunan ingiliscənin müxtəlif tezliklərinə uyğun kökləmək lazımdır. Başqa dilləri öyrənən insanlar bunun öhdəsindən asanlıqla gəlirlər. Lakin ana dili ingilis dili olan şəxslər adətən birdilli olurlar və dili müxtəlif yanlardan istifadə etməyi yaxşı bacarmırlar". Vəziyyətdən çıxış yolu ilə bağlı professor bildirir ki, dünyanın böyük hissəsində ingiliscə danışa bilən insanların əksəriyyətinin ana dili başqa dildir, ona görə də ingilislər özləri danışıqlarını onların danışıqlarına uyğunlaşdırmalı və vəziyyətlə ayaqlaşmağa çalışmalıdırlar: "Müxtəlif dilli insanlar arasında ingilisdillilərin vəziyyəti adətən daha çətin olur. Anlamaq və anlatmaqda çətinlik çəkənlər məhz ana dili ingilis dili olan şəxslərdir".
(Qısası, ingilislərin canı çıxmalıdır bizim danışdığımız ingiliscəni öyrənməlidirlər!)))

İnteqrasiya oseçka verdi: İngilis dilini öyrənən cüvəllağılarımız əsl ingilis cəmiyyətinə yox, maksimum London truşşobalarında məskunlaşmış hindistanlı və pakistanlılara yovuşa bilərlər!

Комментариев нет:

Отправить комментарий