16.01.2018

İngilis dili kurslarına gedənlərin öyrəndikləri əsl dil deyil, “alət” imiş!

İngilis dili kursuna gedənlər fərqli dil öyrənirlər və əsl ingilislər onların danışığını başa düşmürlər


Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olmayanlar fərqli danışırlar və əsl ingilislər onların nə dediyini anlamırlar. Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilisdillilər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Chong bildirir ki, dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür. Beynəlxalq Biznes Maşınları şirkətinin (ingiliscə IBM) beynəlxalq marketinq üzrə keçmiş icraçısı Jean-Paul Nerrierenin dediklərindən aydın olur ki, beynəlxalq tədbirlər keçirilərkən, hətta dövlətlərarası müqavilələr bağlanarkən ana dili ingilis dili olmayanlar əsl ingilisləri başa düşmürlər: "İngilis dili ana dili olmayan bir çox insanlar, xüsusilə də asiyalılar "axmaq görünməkdən" çəkinirlər və deyilənləri başa düşməsələr belə, razılıqla baş tərpədirlər". Nerriere hətta bu problemin aradan qaldırılması üçün asiyalılar üçün Globish adlı bir aparat də hazırlayıb. Burada ingilis dilində süzgəcdən keçirilmiş 1500 söz və sadə, amma standartlara əsaslanan qrammatika tətbiqi toplanıb. Nerriere özlərinin ingilis dilini öyrəndiklərini zənn edən asiyalılara üz tutaraq deyir: "O dil deyil, alətdir". Globish-i 2004-cü ildə istifadəyə verdikdən bəri o 200 000-dən çox Globish dərsliyi satmışdır. Nerriere ingilis dilini öyrənmiş qeyri-ingilislərə onun dərsliklərini almağı və ingilis dilini yenidən öyrənməyi məsləhət görür: "Məhdud və sadə dillə ünsiyyət quraraq vaxta qənaət edir, yanlış anlaşmadan yaxa qurtarır və ünsiyyətdə səhvlər buraxmırsan".


     İngilis dilliləri beynəlxalq müqavilələr bağlamağa buraxmaq olmaz!

Комментариев нет:

Отправить комментарий