"Azərbaycan müharibə olmadan öz torpaqlarını Ermənistandan geri alacaq" - bu sözləri tanınmış rus politoloq, Rusiyanın xarici və daxili siyasət məsələləri ilə məşğul olan "İzborski klubu"nun daimi üzvü Mixail Xazin Gürcüstanda yaranmış siyasi böhran və ABŞ-İran əlaqələrinin pisləşməsi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya regionda sülhün təminatçısı kimi qalmağa davam edəcək. "Bu kimi hadisələr Ermənistanı qorxutmamalıdır. Cənubi Qafqazda sülhün təminatçısı həmişə Rusiya olub və bu, indi də belədir. Bu vəziyyətdə dünya valyuta bölgələrinə bölünür. Türkiyə Rusiya ilə eyni Avrasiya zonasında yerləşir. Rusiya regionda sülhün təminatçısı kimi qalmağa davam edəcək",- deyə politoloq bildirib.
O qeyd edib ki, Azərbaycan müharibə olmadan öz torpaqlarını Ermənistandan geri alacaq. "Azərbaycan müharibə istəmir, Qarabağ münaqişəsi isə müharibə olmadan həll olunacaq, lakin bu vəziyyətdə 7 rayonu qaytarmağa məcbur olacaqlar", - deyə Xazin əminliklə vurğulayıb.

Комментариев нет:
Отправить комментарий