17.06.2019

Meyvə və tərəvəzlərdə istifadə edilən dərmanların DƏHŞƏTLİ FƏSADLARI

Kənd təsərrüfatında istifadə edilən xlorpyrifos sinir sisteminin fəaliyyətinə zərər verir. Bu, körpələrdə və uşaqlarda neyro-davranış inkişaf pozulması ilə nəticələnir.
Publika.az xəbər verir ki, türkiyəli millət vəkili Gülizar Bıçer Karaca 2016-cı ilin yanvar ayında Avropa Birliyi (AB) tərəfindən kənd təsərrüfatı istehsalında xlorpirifosların istifadə edilməsinin qadağan edildiyini bildirib. Millət vəkili bildirib ki, Türkiyədə istifadə edilən bu dərmanlar uşaq sağlamlığı üçün çox zərərlidir.
O əlavə edib ki, pestisidlər kənd təsərrüfatı istehsalında istifadə olunan zəhərli maddələrdir. Xlorpyrifos isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün həşəratların öldürülməsində istifadə olunan üzvi fosfat adlı kimyəvi qrupun tərkibində olan bir zəhərdir.
Kənd təsərrüfatı zəhərləri nevroloji sistemə zərər verir. Odur ki, bu beyin inkişafına mənfi təsir göstərir. Mənfi təsirlərə ən həssas olanlar körpə və uşaqlardır. Uşaqlar xüsusilə ana bətnində ikən xlorpyrifoslara məruz qaldıqda intellektual qabiliyyətlərin mənbəyi olan beynin serebral korteks inkişafı zəifləyir.

Комментариев нет:

Отправить комментарий