01.06.2019

Ağdam 7 min yox, cəmi 3 min şəhid verib

Zamin Hacı:
– Bizdə bir dəb var. Xüsusən kütləvi informasiya vasitələrində qeydə alınır. Bir yanlış məlumat yazırlar, sonra bu yanlış məlumat bir-iki gün saytda, qəzetdə qalır. Sonra adamlar öz yazdıqları yanlış məlumata istinad edərək başqa yanlışı yazırlar və bunu davam etdirirlər. Belə deyək ki, əvvəlki yalan artıq yaddan çıxır, onlar elə hesab edirlər ki, artıq bu unuduldu, beyinlərə oturdu. Artıq biz bunu davam etdirək. Bir dəfə kimsə mənimlə mübahisə etdi ki, Ağdam rayonu yeddi min şəhid verib. Mən də bilirdim ki, Ağdamdakı şəhidlərin sayı üç minə qədərdir. Bununla ciddi mübahisəyə girdim. O mənə dedi ki, vikipediyada bu barədə məlumat var. Dedim ola bilməz, vikipediyada belə məlumat olsun. Olsa da, Azərbaycandilli vikipediya səhv materiallarla çox zəngindir. Demək olar ki, 90 faizi cəfəngiyatdır. Yəni Azərbaycandilli vikipediyaya istinad edən adamın ağlına ciddi şübhələr var. Buna baxmayaraq, biz birlikdə həmin saytı açdıq və həmin məqaləyə baxdıq. Məlum oldu ki, bu məqalədə “Ədalət” qəzetində Aqil Abbasın nə vaxtsa uydurduğu yalana istinad olunub. Həmin adam da Aqil Abbasın qəzetində işləyirdi. Yəni bu vaxtilə öz qəzetlərinin uydurduğu yalan imiş. Ağdam cəmi üç min şəhid verib.

Комментариев нет:

Отправить комментарий