Deputat Rasim Musabəyov deyib ki, Azərbaycan postsovet məkanında ən müasir hava hücumundan və raketdən müdafiə sisteminə malikdir. Bu sistem Rusiyanın özündən alınmış ən son S-300PMU2 Favoritdən, çoxlu sayda Buk-MB, Tor-M2E-dən, həmçinin İsrailin SPYDERSR-indən (məşhur Dəmir Günbəz) və Barak-8-dən ibarətdir. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın hava və raket hücumundan müdafiəsi enerji infrastrukturu obyektlərini etibarlı şəkildə qoruyub...
Səhərdən bir neçə qərbpərəst politoloqun fikrini oxumuşam. Birmənalı deyirəm, bunlar hamısı təxribat xarakterli çıxışlardır. Guya ki, Rusiya bizə heç nə edə bilməz, biz etibarlı şəkildə qorunuruq və s. Rasim Musabəyov, Aslan İsmayılov kimi adamlar bulanıq suda balıq tutmağa çalışanlardır. Onlar Azərbaycanı Rusiya ilə qarşıdurmaya sövq etmək, ölkədəkı vəziyyəti qarışdırmaq, bundan öz xeyirlərinə faydalanmaq istəyirlər. 1989-1992-cı illərdə də belə oldu. Rusları provokasiyaya çəkib, 20 Yanvarı və Xocalını törətdilər, özləri qaçıb gizləndilər, qırğınlar olandan sonra üzə çıxıb tumanlarını başlarına keçirdilər və qəhbəşüvənlik saldılar.
Ay Rasim, enerji strukturlarına düşməyən bomba havadamı qalacaq? Heç bir yerə düşməyəcəkmi? Yoxsa bunun əhəmiyyəti yoxdur? Əsas odur ki, obyektlərə bir şey olmasın?..
Vallah, mənim hərbi savadım yoxdur, amma bu heç də o demək deyil ki, ağlım da yoxdur. O ağıl mənə deyir ki, bomba atmaq istəyən Rusiya onu atmağa yer tapacaq. Bizsə Rusiya boyda nəhəngə cavab vermək gücündə deyilik. Bu gücümüz olsa belə, müharibə arzuolunan deyil. Heç o boyda ABŞ Rusiya ilə açıq döyüşə girmir.
Rasimin hərbi savadının da mənimkindən yüksək olduğunu düşünmürəm. Bu iki cümləni də yəqin ki internetdən kopyalayıb...
Комментариев нет:
Отправить комментарий