Bəziləri onu məsxərəyə qoyub gülür, ona nifrət edir, bəziləri isə ona heyran qalırdı. Onun haqda çoxlu şaiyələr gəzdi, anekdotlar yarandı.
Aşağıdakı ifadələr Jirinovskinin ayrı-ayrı vaxtlarda söylədiyi çıxışlarından götürülmüş nümunələrdi. Bu fikirlər onun ziddiyətli şəxsiyətini xarakterizə etmək baxımından maraq doğurur.
*Mən arzu edirəm rus əsgərləri öz ayaqlarını Hind okeanının ilıq sularında yusunlar. Həm də qoy orda istirahət bazaları, gənclər düşərgələri, sanatoriyalar, dispanserlər olsun!
*Əsgərlikdə çeçenlərə kim corab yumayıb ki?! Şəxsən mən yumuşam.
*Səddam Hüseyn mənə bir dinar da vermədi. Versəydi, alardım.
*Məndən soruşurlar, “Mercedes-Maybach”ı hardan almısan? Hardan alacam? Almaniyadan!
*Mənim əllərim bu saat tərtəmizdir, ancaq prezident olsam, onlar mütləq qana batacaq.
*Qadının işi budur: evdə oturmalı, ağlamalı, corab toxumalı və yemək bişirməlidir!
*Ey qadınlar, bütün kişilər sizə nifrət edir, çünki siz həmişə kişinin inkişafına mane olursunuz! Kişiyə lazım olanda isə yoxa çıxırsınız. Ancaq kişilər sizi pulu ilə, vəzifəsi ilə alır. Kişi həm də sizin tənhalıq qorxunuza, uşaqla tək qalmaq qorxunuza şərik çıxır.
*Ana oğluna hər şeyi öyrədə bilməz, çünki onun özü heç vaxt oğlan olmayıb!
*Uşaqlarımızın ingilis dili öyrənməsi lazım deyil! Yaxşısı budur qoy onlar gedib avtomat Kalaşnikovu öyrənsinlər. Bax, onda bütün dünya rusca danışmağa başlayacaq.
*Xalq nə qədər savadlı olsa, inqilablar bir o qədər tez olar.
*Dünya siyasətində ən alçaq və ən məkrli şey Britaniyadır!
*Amerika Xirosimanı və Naqasakini bombalayır – hamı susur. Amerika yüz əlli ölkəni işğal edib – hamı susur.
*Bir vaxtlar almanlar bizə içi bolşeviklərlə dolu möhürlənmiş vaqonlar göndərmişdilər. İndi də biz Avropaya möhürlənmiş, içi çeçenlərlə dolu vaqonlar göndərməliyik.
*Gecə bizim alimlər Yerin qravitasiya sahəsini bir balaca dəyişsə, ABŞ su altında qalacaq!
“Biz bu dəfə 10 milyon rusu Amerikaya göndərəcəyik və Amerikada öz prezidentimizi seçəcəyik. Və sənə, ey Corc Buş, Butırka türməsində yaxşıca bir kamera ayıracayıq!
*Mən bilmirəm bu baş katib Mixail Qorbaçovu başqa hansı sözlərlə ifadə edə bilərik? Görəsən, rus dilində “satqın”, “xəyanətkar”, “əclaf” sözlərindən başqa hansı təhqiramiz sözlər var ona deməyə?!
* “Yeltsin Mərkəzi”nin binasının pəncərələrinə dəmir barmaqlıqlar bərkidilməlidir ki, Yeltsinin Rusiya rəhbəri olduğu müddətdə tutduğu əməllərinə görə heç olmasa, simvolik olaraq nəyə layiq olduğu görsənsin!
*Biz Qorbaçov və Yeltsin dövrünün bütün daxili və xarici siyasətini mühakimə etmək qərarı verdik! Lakin qanunverici orqan bu işdə bizə mane olur.
*Bəli, Yeltsin artıq yoxdur. O, niyə öldü, bilirsinizmi? Utandığından, vicdan əzabından! Bəs Yeqor Qaydar? O da xəcalətindən ölüb getdi! Bəs bu Çubays niyə ölmür, bilirsinizmi? Çünki həyasızdı, vicdanı yoxdu!
Комментариев нет:
Отправить комментарий