Gülağa Aslanlı mənə mövqeyimə görə "Ayıbdır!" dediyi kimi, Əli Kərimli də İlham Əliyevin Putinə məktub yazmasını, "ayıb" və "şərin yanında olmaq" adlandırıb...
Bu adamlar öz düşüncələrinə və mövqelərinə o dərəcədə həyasızcasına əmindirlər ki, onlar kimi olmayanları, düşünməyənləri, danışmayanları yekə-yekə məzəmmət edirlər. Ə, məndeyənlər, ayıb sizədir ki, 20 Yanvar təxribatının olması üçün hər şey etdiniz və tülkü kimi qaçıb gizləndiniz. Ayıb sizədir ki, hazır olmaya-olmaya Amerikanın fitvasıyla hakimiyyəti qamarladınız. Ayıb sizədir ki, əyyaş bir avaranı prezident edib ətrafında, arxasında min oyundan çıxdınız. Sonra yenə dabanınıza tüpürüb aradan çıxdınız. Biz əlimizdə silah Surətin yaraqlılarını küçədə gözləyərkən Əbülfəzin Kələkiyə qaçdığı xəbərini aldıq. Ayıb sənədir ki, Əli Kərimli, 30 ildir amerikanların aldığı xəracın faizi ilə yaşayırsan. Ayıb sənədir ki, faizini artırmaq üçün ən böyük Şər Yuvasına durmadan donos ötürürsən. Ayıb sənədir ki, avam, səriştəsiz, təcrübəsiz adamları həbsə atdıraraq, bunun üzərində toz-duman qaldırır, siyasət yapırsan...
Yaxın, böyük, güclü qonşu ilə münasibətləri qorumaq üçün səylər göstərmək, görüşlər keçirmək, məktub yazmaq niyə ayıb olsun ki? Xalqını bəladan, ölkəni dağılmaqdan qorumaq üçün diplomatik addımlar atmağın harası ayıbdır, ay üfunət torbaları?! Axı nə vaxt adam olacaq, kişi kimi hərəkət edəcəksiniz? Bu üfunətli ritorikadan nə vaxt əl çəkəcəksiniz...
Bəlkə, İlham Əliyev də Zelenskinin yolunu gedib, Amerikadan, İngiltərədən "malades" qazanmaq üçün ölkəni oda atmalıdır?! Yoxsa meydanı sizə verməlidir ki, maladesi siz qazanasınız?!
Rəhbər xalqa xidmət etməli, ilk növbədə onun mənafe və maraqlarını qorumalıdır. Dəfələrlə yazmışam ki, Çingiz xan kimi böyük, məğlubedilməz fateh, sərkərdə, hökmdar, imperator heç vaxt özündən güclü düşmənlə açıq döyüşə girməyi məsləhət görməyib. Şirvanşah İbrahim Teymurləngin Şamaxı ətrafında qurduğu düşərgəyə gedərkən hər ənamdan 7 ədəd, ancaq 6 kölə aparmış və 7-cinin özü olduğunu demişdi. Bununla da Şirvanı Teymurun əsgərlərinin tapdağından, vəhşiliyindən qorumuşdu. O bu hərəkəti ilə təkcə xalqının təhlükəsizliyini deyil, həm də namusunu qorumuşdu. Amma sizin ağılsız bəyiniz Ter-Petrosyana əl uzatmamışdı ki, mən düşmənlə görüşmürəm. Nəticəsi nə oldu? O qədər torpaq itirildi, nə qədər cavan şəhid oldu, nə qədər insan əsir düşdü, nə qədər ev dağıldı, ailə məhv oldu, nə qədər insanın namusu ləkələndi! Amma sizin bundan tükünüz tərpənmədi. Zərrə qədər utanmadınız. Əslində xəcalətdən yerə girməli olduğunuz halda bu gün də utanıb-qızarmadan hökküldəyir, avam kütlənin başını piyləyirsiniz.
Çox həyasız adamlarısınız. Təcrübəsiz, səriştəsiz insanları da öyrədib, yönləndirib həqiqəti deyən abırlı adamları susdurmağa çalışırsınız. O vaxt, 20 Yanvardan qabaq insanları doğru yola dəvət edən Zərdüşt Əlizadəni satqın elan etdiniz, daha sonra hakimiyyətlə konsensus təklifi ilə şıxış edən Aydın Məmmədova xəyanətkar damğası yapışdırmağa çalışdınız və kişinin başını yediniz. İndinin özündə də bəziləri Zərdüştün atasını Əbülfəz Əliyevin üzünə durmaqda, agent olmaqda suçlayırlar.
Agent olmağa qalanda ən böyük agentlər elə sizlərsiniz! Əbülfəz kimi piyada, araqdan içib rabitəsiz sözlər danışan bir adam agent olmadan prezident ola bilməzdi. Elə sənin özün, Əli Kərimli! Necə oldu ki, komsomol təşkilat katibliyindən AXC-yə tullandın? Guya bu işlərin elə-belə olmadığını biz bilmirik? O komsomol təşkilat katibi 1-ci kursda oxuyanda mənə də təklif olunmuşdu. Ancaq imtina etdim. Qəbul etsəydim, məni də sənin kimi, İqbal kimi, digərləri kimi "verbovka" edib özlərinə işlədəcək, lazımi məqamda istədikləri kimi istifadə edəcəkdilər. Ancaq qəbul etmədim deyə gördülər ki, ambisiyalı və karyerist deyiləm.
Bir də ki Mübariz Əlizadə agent olsaydı, Əbülfəzi açıq ittiham etməzdi. Agentlər heç vaxt özlərini ifşa etmir, gizli işləyirlər. Elə sənin kimi, daim arxasınca danışdığın, iş çevirdiyin, yazı yazdırdığın liderin Əbülfəz kimi...
Mübariz Əlizadə məhkəmədə Əbülfəzi açıq şəkildə millətçilikdə, dövlət əleyhinə fəaliyyətdə günahlandırıb. O vətəndaşı olduğu Sovet dövlətinə inanırdı və hesab edirdi ki, Əbülfəzin tutduğu yol dövlətə xəyanətdir. Necə olur ki bu gün sənin İlham Əliyevi yerli-yersiz tənqid etməyin, şərin yanında olmaqda ittiham etməyin üzə durmaq, cəsusluq sayılmır, ancaq Əlizadənin Əbülfəzi ittiham etməsi agentlik olur?
Hərdən özünə sual ver ki, niyə sənə xarici pasport vermirlər? Mən deyim. Xidmət etdiyin şəbəkə ilə görüşüb, məxfi tapşırıqlar ala bilməməyin üçün. Səni tam nəzarətdə saxlaya bilmək üçün. Ölkə əleyhinə işlər görüb Azərbaycanı Ukraynanın gününə sala bilməməyin üçün...
Nadir Qocabəyli
Комментариев нет:
Отправить комментарий