24.04.2022

Siz Amerikanın şantaj müxalifətisiniz!


Əli Kərimli yazdığı statusda Rusiya Kommunist Partiyasının Dövlət Dumasına SSRİ bayrağının bərpası ilə bağlı verdiyi təklifdən bərk narahat olub. Vətənpərvərlik qanı coşaraq, dərhal 20 Yanvarı və Xocalını xatırlayıb. Bununla da ürəyi soyumayb və RFKP-ni Putinin "cib müxalifəti" adlandırıb, İlham Əliyevi Qarabağa sülhməramlıları gətirməkdə ittiham edib, Ukrayna haqqında həmişəki cəfəngiyyatları təkrarlayıb. Nə isə, kim maraqlansa, oxuyar. Mənsə sadəcə ona yazdığım cavabı burda təkrar paylaşıram ki, birdən silər...
20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Girenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi...
Siz də itkilər daha çox olsun deyə "güllələr xolostoy olacaq" şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr "xolostoy" olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb, canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu, birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy.
İkincisi, siz özünüz bəs kimin "cib müxalifətisiniz"? Elə bilirsiniz, hər gün İlham Əliyevi ittiham etməklə izləri itirə bilirsiniz? Xeyr! Artıq insanlar ayılıb. Siz Amerikanın şantaj müxalifətisiniz. Siz Qərb dairələrinə donos ötürməklə onların ölkəmizdən aldığı xəracların faizləri ilə yaşayırsınız. Əgər arxanızda amerikanlar dayanmasa, İlham Əliyevin adını belə çəkə bilməzsiniz. Sizin bu "cəsarətiniz" icazəlidir, tapşırıqladır. Sizin ilk baxışda guya xalqın maraqlarını müdafiə edən müxalifliyiniz "cib müxalifəti" adlandırdıqlarınızın fəaliyyətindən daha saxta və daha ziyanlıdır. Onlar heç olmasa yerli hökümətə işləyir, onunla əməkdaşlıq edir, onu qoruyurlar. Sizsə xaricilərə arxalanaraq, höküməti şantaj edir, faiz alırsınız. Bu yolda təcrübəsiz, günahsız, avam adamları güdaza verir, tutdurur, bunun üzərində şou düzəldirsiniz...

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий