12.01.2018

"Bir dəfə kəndə qaynanamı görməyə gedirdik, yoldaşım dedi ki, bir sənəd var, yolüstü ona qol çəkdirim, verim şöbəyə gedək. Biz maşında oturduq, o düşüb lazım olan adamları çağırdı. Onlar da başladılar bir-birinin əbi-əjdadını söyməyə... Nəsə birtəhər imza atdırıb, maşına oturanda, biri qayıtdı ki, rəis, başaa dönüm, bə mən çəpəri havax çəkim? Yoldaşım ikrahla başını buladı, əsəbindən güclə bunu dedi ki, ə, o torpağınız alınsaydı, cəhənnəm olub gedərdiniz, canımız qurtarardı sizdən! Kişi hırıldaya-hırıldaya qayıtdı ki, dərdin alım, a rəis, hara gedirik, gəlif burda hamam görmüşük ey, qağa... Sonra bildim ku, bunlar iki qardaşdı, oranı zəbt eləyib ev tikiblər, indi bir qarış torpağın üstündə qırırlar bir-birini. Biri deyir, mən burdan götürmüşəm, çəpəri burdan çəkirəm, o biri deyir yox, bu bir qarış mənimdi, mən çəpəri burdan çəkirəm. Kəlbəcərlidilər. Bir qarış torpaq üstündə bir-birinə düşmən kəsilən doğmaca qardaşlar, o boyda yurdu-yuvanı necə olub ki, halalca düşmənə verib, qaçıblar?! Ha fikirləşirəm, bir yerə çıxara bilmirəm..." (Zeynəb Cəfərli)

Комментариев нет:

Отправить комментарий