11.03.2018

Gəlmeylər, qağa, gəlmeylər!

İqbal Nehmət

Dostlar, söz verdiyim kimi öz ləhcəmdə (Yardımlı ləhcəsi) yazdığım şeir

Gedeysən dərdüy deməyə,
Qoymeylər, qağa, qoymeylər.
Başlar qərışıb yeməyə,
Doymeylər, qağa, doymeylər.

Gedəndə biyaz dərinə,
Arvad bağırey ərinə,
Adamı adam yerinə,
Saymeylər, qağa, saymeylər.

Kim döyulsən, sən bi şeysən,
Bi düşün görəy yaşeysən?
Toy edib borcə düşeysən,
Gəlmeylər, qağa, gəlmeylər!

Göl içində qur-qura bax,
Qulu çapan quldura bax,
Otuz illik məmura bax,
Ölmeylər, qağa, ölmeylər.

Min gül əkdüy, birin dərdüy,
Söz istəyənə söz verdüy,
İqbal, nöşün sənün qədrüy, 
Bilmeylər, qağa, bilmeylər.

Комментариев нет:

Отправить комментарий