11.03.2018

Zəhradı

Rəvan Məhərrəmli

Xəlq olmadı aləmlər əbəs, illəti Zəhradı,
Çünki yaranan şah əsərin ziynəti Zəhradı.

Var olmağı bu kainatin qüdrəti-Xaliqdir,
Yox olmamağın tək səbəbi hörməti-Zəhradı.

Bir mə'rifət istər ki olaq aşiqi Zəhranın,
Bizlərdə bu eşq olsa əgər, ne'məti-Zəhradı.

Xəllaqi-Xuda aləmi xəlq eylədi, ərz etdi,
Bu aləmi zibavər edən itrəti-Zəhradı.

Zahirdə vücudən doğulub, lakin Əbəlfəzlə,
Gər mə'rifətinən baxasan, qeyrəti-Zəhradı.

Şövq ilə Hüseyn canınıi məşuqinə verdikdə
Ərz etdi mələklər: bu ki xasiyyəti-Zəhradı.

Zəhrayə bəşərdir demə, çünki o Xudadandır,
Görmək diləsən nuri-Xuda, nisbəti Zəhradı.

Bir qəlbdə Zəhraya məhəbbət ola, vallahi,
Məhşərdə olar Ali o- keyfiyyəti-Zəhradı.

Tərsa olasan ta ki, Rəvan, əfv edər Allahun,
Ol aşiqi-Zəhra, o gün əmniyyəti-Zəhradı!

Комментариев нет:

Отправить комментарий