12.03.2018

Zərdüşt Əlizadə:
-Xaliqdən gizli deyil, məxluqdan niyə gizli qalsın, bizim ölkədə hakimiyyət məsələsi müzakirə olunanda heç kəs camaatı incidib onun öyrəşmədiyi fikirləşmək əziyyətini ona vermək istəmir. Yuxarıda əyləşənlər bu əziyyəti insanpərvərliklə öz üzərinə götürüb hakimiyyət halvasını çalır və müəyyən tədbirlərdən sonra həmin bu qara camaatın qarşısına bir nimçə halva qoyub deyir ki, “ye!” Camaat bu halvanı yemək istəməyəndə bir az uca səslə deyir ki, “tıx!” Yenə yemək istəməyəndə bağırır ki, “boğmalan!” Qara camaat yenə qanmayıb bu gözəl halvanı yemək, tıxmaq və boğmalanmaq istəməyəndə, həmin bu bişüur camaatın başına qapaz, sifətinə şillə, burnuna yumruq gəlir.

Комментариев нет:

Отправить комментарий