Tofiq Əzizbəyli
Azərilərin kimliyi məsələsində İqrar Əliyevin Əhməd Kəsrəviyə haqq qazandırmaq üçün gördüyü "işlər"
Azərbaycan tarixinin həllini gözləyən problemlərindən biri də X–XIII əsr ərəb mənbələrindəki Azəri dili və azərilərin kimliyi məsələsidir. Tarixçi və arxeoloq kimi indiyədək bu mövzuda "Azərilər kimdir: Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri" başlığı altında dörd məqalə yazmışam. Bu məqalələri oxuyan həm separatçı Əlikram Hümbətovçular, həm də özünü türkçü hesab edən dostlarımın əksəriyyəti gəldiyim və ya müdafiə etdiyim nəticələrlə ya razılaşmadılar, ya da qərarsız vəziyyətdə qaldılar. Müzakirələr zamanı söylənilən rəylər göstərdi ki, azərilərin kimliyi haqqında həlledici hökm vermək iddiasında olanların əksəriyyəti ixtisasca heç tarixçi, dilçi də deyil və bu problemin yaradıcısı Ə. Kəsrəvinin azəri dedikdə, kimləri nəzərdə tutduğunu belə bilmirlər. Hətta onlardan bir çoxları, o cümlədən də Araz Əlizadə kimi bəzi millət vəkilləri elə bilirlər ki, azərilər, ana dili Azərbaycan türkcəsi olan azərbaycanlıların (Azərbaycan türklərinin) türklərlə irandillilərin qarışıq nikahlarından törəyən hissəsidir.
Onlar bilməlidirlər ki, Ə. Kəsrəvi azəri dedikdə, qarışıq nikahlardan törəyənləri nəzərdə tutmurdu. Ə. Kəsrəvinin 1926-cı ildə "Azəri, yaxud Azərbaycanın qədim dili" adlı əlli səhifəlik kitabı çapdan çıxanadək ərəb mənbələrindəki azərilər Azərbaycan türkləri, Azəri dili də Azərbaycan türkcəsi hesab edilirdi. Ə. Kəsrəvi bu əsərində ilk dəfə belə bir iddia ilə çıxış etdi ki, güya ərəb mənbələrindəki azərilər və Azəri dili əslində Azərbaycan türkləri və Azərbaycan türkcəsi deyil, Səlcuq türklərinin gəlişinə qədər Azərbaycanda yaşamış, sonralar azlıqda qaldıqlarından XVI əsrin sonu XVII əsrin əvvəllərinədək öz dilindən əl çəkib Azərbaycan türkcəsini ana dili kimi qəbul etmiş qədim farslar və onların dilidir. Ə. Kəsrəvinin güya Azəri dilinin nümunələri olduğunu iddia etdiyi materiallara Sovet alimi B.V.Millerin həsr etdiyi məqaləni oxuduqdan sonra o bu kitabının ikinci nəşrində səhvə yol verdiyini, bu dilin qədim fars dili yox, müasir tatilərin və talışların dilinə çox yaxın olan bir dil olduğunu etiraf etmək məcburiyyətində qaldı.
Əslində isə tarixdə Azəri adlı nə irandilli xalq, nə də İran dilləri qrupuna daxil olan dil olmuşdur. Problemin ikili standartlarsız tədqiqi göstərir ki, Ə.Kəsrəvi və tərəfdarlarının bu dırnaqarası kəşfinin əsasında tarixi həqiqət yox, onların yazılı mənbələrdəki bir çox məlumatları təhrif etməsi, həqiqətə uyğun olmayan formada yozması və bütün məlumatları nəzərə almaması dayanır. Bu başlıq altındakı məqalələrimdə də yeddicildlik "Azərbaycan tarixi"nin I cildində akademik İqrar Əliyevin Ə. Kəsrəvi və tərəfdarlarına haqq qazandırmaq üçün gördüyü belə "işlərdən" bəhs edəcəyəm.
Eratosfen və Strabonun Ariana haqqındakı məlumatına İqrar Əliyevin verdiyi şərh barədə. Ə. Kəsrəvi "Azəri, yaxud Azərbaycanın qədim dili" adlı əsərində iddia edirdi ki, güya XI əsrdə Səlcuq türklərinin gəlişinə qədər Cənubi Azərbaycan ərazisində yaşamış türklər yalnız muzdlu döyüşçülərdən və müharibələr zamanı əsir düşənlərdən ibarət olmuşdur. Onlar da Azərbaycan əhalisinin cüzi hissəsini təşkil etdiyindən və irandillilər arasında dağınıq şəkildə yaşadıqlarından, qısa müddətdə assimilyasiyaya uğrayaraq irandilliləşmişlər. Buna görə də, X-XII əsr ərəb mənbələrindəki Azərbaycan əhalisinin əksəriyyətinin danışdığı Azəri dili hazırda oldu kimi, təbii ki, Azərbaycan türkcəsi ola bilməzdi (Bax: Abdulla Fazili. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı – 1984, s. 116). İqrar Əliyev Ə. Kəsrəvi və tərəfdarlarına haqq qazandırmaq üçün Midiyanın tərkibində olmuş Cənubi Azərbaycan ərazisini də irandillilərin sıx şəkildə yaşadıqları Arianaya daxil edərək yazır: "Strabon Eratosfenin çox qiymətli şəhadətini saxlamışdır. Eratosfen öz əsərində Makedoniyalı Aleksandrın silahdaşlarının məlumatlarından istifadə etmişdir. Eratosfenə görə, "Parsanın, Midiyanın, Baktriyanın və Soqdiananın əhalisi azınadək birdillidir" (yəni mahiyyətcə birdillidir)” (Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s. 281).
Əslində isə yunan coğrafiyaşünası Strabonun e.ə. 7-ci ildə yazıb başa çatdırdığı "Coğrafiya" əsərindəki həmin məlumat belədir: "Parsa və Midiyanın bir hissəsi, həmçinin baktriyalıların və soqdiyalıların ölkələrinin şimal hissələri Ariana adlanır. Arianada yaşayan bütün Ari xalqları bir-birindən azacıq fərqlənən, demək olar ki, bir dildə danışırlar” (Strabon. "Coğrafiya". XV, II, 8; Həmçinin bax: Keмал Алиев. Античные источники по истории Азербайджана. Баку – 1987, с. 33; Г. А. Гейбуллаев. К этногенезу азербайджанцев. Ваку – 1991, с. 388).
Göründüyü kimi, İqrar Əliyev yunan coğrafiyaşünasları Eratosfen və Strabonun Ariana və əhalisi haqqında verdiyi məlumatları tamamilə təhrif etmişdir.
İ. Əliyevdən fərqli olaraq Rusiya Elmlər Akademiyasının akademiki, qədim İran və Mesopotamiya tarixi üzrə mütəxəsis M. A. Dandamayev yazır ki, Eratosfen və Strabonun verdiyi məlumatlara görə, Arianaya Midiyanın bütün ərazisi yox, ayrı-ayrı hissələri daxildir (https://bigenc.ru/world_history/text/1828072.
Herodotun verdiyi məlumatların təhlili göstərir ki, həmin vaxt Əhəmənilər imperiyasıının ərazisində yaşamış İrandilli (farsdilli) tayfalar bunlar olmuşdur: Fars, Pasarqad (haxamanişilər - əhəmənilər bu tayfadandır), Marafi, Maspi, Panfiley, Derusey, Kerman, Day, Mard və Dropik (Herodot. Tarix. I kitab, 125).
Eratosfen və Strabonun İqrar Əliyevin iddiasını təkzib edən məlumatlar məlumatlar bunlardır:
1. İ. Əliyevin yazdığına görə, şimalda təxminən Kür çayının aşağı axınınadək uzanan Midiya ərazisi (bax: Azərbaycan tarixi. Yeddi cilddə... Xəritə 3) bütünlüklə Ariananın tərkibində olmuşdur. Strabon isə yazır ki, Eratosfenin verdiyi məlumatlara görə, Ariana Makedoniyalı Aleksandrın Şərqə yürüşü zamanı Şərqdə Hind çayına qədər uzanır (Strabon, "Coğrafiya", XV. 1, 10), şimaldan və cənubdan dağ və dənizlərlə əhatə olunurdu. Həmin dənizlərdən Cənubdakı Böyük dəniz adlısı Hind okeanı, şimaldakı isə Kaspi (Xəzər) dənizi idi. Ariana şimal-qərb tərəfdə Kaspi dənizindən cənub tərəfdə yerləşən müasir Elburus dağlarındakı Kaspi Qapınısınadək uzanırdı (Strabon, "Coğrafiya", XV. II, 1, 8, 9 ). Kaspi Qapısı Raqa (orta əsrlərdə Rey, Tehran yaxınlığındadır) şəhərindən 500 stadi (təqribən 88-97 km) şimal tərəfdə yerləşirdi (Strabon, "Coğrafiya", XI. 13, 6).
2. Kaspi qapısından şimal-qərb tərəfdəki ərazini Strabon Kiçik Midiya (Atropatena) adlandırırdı və yazırdı ki, Atropat Kiçik Midiyanın makedoniyalılara tabe olmasına yol vermədi (Strabon, "Coğrafiya", XI. 13, 1). Yəni, İ.Əliyevin xüsusi olaraq vurğuladığı Strabonun saxladığı Eratosfenin Ariana ilə bağlı şəhadətinin Cənubi Azərbaycana (Atropatenaya) aidiyyəti yoxdur.
3. Kaspi qapısından şimal-qərbə doğru uzanan Atropatenada yaşamış ən böyük qeyri irandilli tayfalar kaspilər və kadusilər olmuşdur. Strabon yazırdı ki, kadusilər arilərlə qonşuluqda yaşayan xalqdır (http://avrasiya.info/maraq-dunyamiz/2665-kadusiler-ve-talishlar-yazili-menbelerdeki-melumatlar-faktlar-tehrifler-ve-yozumlar.html). Kaspi və kadusilərin kimliyi haqqında müxtəlif fikirlər söylənilsə də, onların qədim Kassi və Subar tayfaları ilə eyni mənşəli olması şübhə doğurmur (http://avrasiya.info/arasdirmalar/3583-kadusiler-kimdir-yehudi-gil-skif-gel-yoxsa-turk.html).
Beləliklə, İ.Əliyevin xüsusi olaraq vurğuladığı Eratosfenin şəhadətinə görə, makedoniyalı İskəndərin (Aleksandrın) Şərqə yürüşü dövründə Cənubi Azərbaycan (əvvəlki Manna, sonrakı Kiçik Midiya - Atropatena) ərazisi Ariananın tərkibində olmamış, irandillilər isə onun əhalisinin əhəmiyyətsiz hissəsini təşkil etmişdir. Həmin vaxt Ə. Kəsrəvi və İ. Əliyevin uydurma azərilərinin əcdadları Cənubi Azərbaycandan çox-çox uzaqlarda – Hirkaniyada (müasir Qorqanda) və Ekbatandan (Həmədandan) xeyli cənub-şərq tərəfdə yaşayırdılar. X-XII əsr ərəb müəllifləri də onların sonralar Azərbaycana köçürülmüş hissəsinin dilinə Azəri yox, əl-Fəhləviyyə, özlərinə də ət-taylasan demişdir.

Комментариев нет:
Отправить комментарий