19.06.2018

Aydın Məmmədovun qardaşı oğlu yeddinci sinif şagirdini zorladı

Lerik rayonunun Axundov küçəsində yaşayan Tələtov Sevinc Rakif qızı (ad şərtidir) adlı yeddinci sinif şagirdi sabiq FHN-nin əməkdaşı Məmmədov Elnur Elman oğlu tərəfindən zorlanıb.
mer.az asiya.info-ya istinadən xəbər verir ki, 3 ay öncə baş vermiş hadisənin gizlədilməsinə səbəb, Məmmədov Elnur Elman oğlunun, qızı özü tərəfindən çəkdiyi video ilə şantaj etməsi olub.
7-ci sinif şagirdinin hamilə olması üzə çıxdıqdan sonra isə maraqlı hadisə baş verib. Baş vermiş rüsvayçı olayla bağlı Lənkəran Regional Elektrik Şəbəkəsinin müdir müavini Aydın Məmmədov işə qarışıb.
Məlum olub ki, hadisəni törədən keçmiş FHN-nin əməkdaşı, indi isə Lənkəran Regional Elektrik Şəbəkəsinin müdir müavini Aydın Məmmədovun sürücüsü, o cümlədən qardaşı oğlu imiş.

Комментариев нет:

Отправить комментарий