19.06.2018

Halal olsun

İqbal Nehmət

Ruha nə var, ölən bədən,
Qayıdacaq bir gun gedən,
Qohum qohumdu, özgədən,
Yarıyana halal olsun.

Olmaz dedim olmağına,
Yağmağına, dolmağına,
Bu milləti barmağına,
Sarıyana halal olsun.

Halal süfrə, halal çörək,
Yaşadınmı danış görək? 
Bir yastıqda iki ürək,
Qarıyana halal olsun.

Gördüm qaça-qaçlarını,
Tox dediyin aclarını, 
Bir yetimin saçlarını,
Darayana halal olsun.

Əlləşəsən tər içində,
Ər olasan ər içində,
Vətəni səngər içində,
Qoruyana halal olsun.

Комментариев нет:

Отправить комментарий