Yusif Rəhimi
Ömür edib arxamıza baxanda
Xəyal dənizində üzüb batanda
Gəncliyin dadını yada salanda
Zamanın qədrini bilə bilmədik
Bizlər də həyatda bir gün görmədik
Nakam sevgilərin qurbanı olduq
Gözəl nazəninlər heyranı olduq
Sevgi səhrasının karvanı olduq
Yusiftək Züleyxa heyif sevmədik
Bizlər də həyatda bir gün görmədik
Həyat yollarını addımladıqca
Neçə ömürləri varaqladıqca
Pis ötən günləri qaraladıqca
Görürəm doyunca biz heç gülmədik
Bizlər də həyatda bir gün görmədik
Dağların başına duman yaraşar
Payıza bağlarda xəzan yaraşar
Qışın qarına da boran yaraşar
Niyə bir qərara heç cür gəlmədik?
Bizlər də həyatda bir gün görmədik
Bir ümid sönürsə min ümid yanar
Dualar çox olsa kamına çatar
Etdiyim dualar yarıda batar
Çünki cənnət üçün bir gül əkmədik
Bizlər də həyatda bir gün görmədik
Əzib zəifləri zirvəyə qalxdıq
Kasıba gözlərin ucu ilə baxdıq
Məzarlar üstünə milyonu yığdıq
Bir yetim başına sığal çəkmədik
Bizlər də həyatda bir gün görmədik
Qaçdıq insanların düşüncəsindən
Qorxduq dərdlilərin kəlmələrindən
Bilmədik nə keçir ürəklərindən
İnsanın sözünə qulaq vermədik
Bizlər də həyatda bir gün görmədik
Ömür edib arxamıza baxanda
Xəyal dənizində üzüb batanda
Gəncliyin dadını yada salanda
Zamanın qədrini bilə bilmədik
Bizlər də həyatda bir gün görmədik
Nakam sevgilərin qurbanı olduq
Gözəl nazəninlər heyranı olduq
Sevgi səhrasının karvanı olduq
Yusiftək Züleyxa heyif sevmədik
Bizlər də həyatda bir gün görmədik
Həyat yollarını addımladıqca
Neçə ömürləri varaqladıqca
Pis ötən günləri qaraladıqca
Görürəm doyunca biz heç gülmədik
Bizlər də həyatda bir gün görmədik
Dağların başına duman yaraşar
Payıza bağlarda xəzan yaraşar
Qışın qarına da boran yaraşar
Niyə bir qərara heç cür gəlmədik?
Bizlər də həyatda bir gün görmədik
Bir ümid sönürsə min ümid yanar
Dualar çox olsa kamına çatar
Etdiyim dualar yarıda batar
Çünki cənnət üçün bir gül əkmədik
Bizlər də həyatda bir gün görmədik
Əzib zəifləri zirvəyə qalxdıq
Kasıba gözlərin ucu ilə baxdıq
Məzarlar üstünə milyonu yığdıq
Bir yetim başına sığal çəkmədik
Bizlər də həyatda bir gün görmədik
Qaçdıq insanların düşüncəsindən
Qorxduq dərdlilərin kəlmələrindən
Bilmədik nə keçir ürəklərindən
İnsanın sözünə qulaq vermədik
Bizlər də həyatda bir gün görmədik
Комментариев нет:
Отправить комментарий