12.10.2018

Bayılda sürüşmə başladı, yollar bağlandı

Bu gün saat 16 radələrindən etibarən Bakıda Bayıl yamacında yenidən sürüşmə prosesi başlayıb. “Qafqazinfo”nun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, bununla əlaqədar olaraq, Bakı Şəhər Yol Polisinin əməkdaşları “Gülüstan” sarayının yuxarısından Bayıl istiqamətində gədən yolu bağlayıblar və avtomobillərin hərəkəti dayandırılıb. Yolun bağlanması üçün əraziyə kranlar və digər texnika cəlb olunub. Onlar yolun qarşısına beton səddlər düzürlər. Hadisə yerinə FHN-nin və digər dövlət qurumlarının mütəxəsssisləri cəlb olunub. Mütəxəssislərin bildirdiyinə görə, yamacda yenidən sürüşmə baş verib və çatlar əmələ gəlib. 
Adının çəkilməsini istəməyən mütəxəssislərdən biri bildirib ki, 4 ay bundan əvvəl Yaponiyadan gəlmiş ekspertlər burada araşdırma aparıblar. Yaponlar Azərbaycan hökumətinə araşdırmaların nəticəsi barədə hesabatla yanaşı, sürüşmənin qarşısını almaq üçün təkliflər də veriblər. Lakin Azərbaycan hökuməti yapon tərəfinin irəli sürdüyü təkliflərdə göstərilən məbləğlə razılaşmayıb. 
Sürüşmənin yenidən başlanmasının səbəbləri isə bilinmir. Lakin bunun qarşısını nisbətən almaq üçün hələlik həmin ərazidən keçən avtomobil yolunun bağlanması qərara alınıb. 
Hal-hazırda hadisə yerində iş gedir. Göstərilən ərazidə əhali yaşamasa da, sürüşmə istiqamətində biri özəl şirkət və digəri isə Dövlət Dəniz Adminstrasiyasına məxsus 2 bina yerləşir. /qafqazinfo.az/

Комментариев нет:

Отправить комментарий