09.10.2018

Dana Mazalova, çex jurnalisti (1980-ci illərin sonundan keçmiş SSRİ-nin bir sıra qaynar nöqtələrində, o cümlədən dəfələrlə Qarabağda, Bakıda çəkilişlər aparıb, telejurnalist Çingiz Mustafayevlə dostluq münasibətləri olub):
-Çingiz Ağdamın kənarına vertolyotla uçmuş və ölənlərin bir hissəsini dəfn etməkçün gətirmişdi. Bunlar Ağdamdan təxminən 10 km məsafədə məshəti türklərinin yerə sərilmiş cəsədləri idi, hamısı da paltarlı və toxunulmamış vəziyyətdə idi. Əraziyə Azərbaycan tərəfi tərəfindən nəzarət olunurdu və cənazələr arasında Çingiz Azərbaycan hərbi vertolyotundan qorxmayan hərbi formalı adam da görmüşdü. Bir neçə gün sonra Mustafayev cəsədlərin qalan hissəsini gətirməyə gedəndə meyidlərin vəziyyətindən dəhşətə gəlmişdi, meyidlərin dərsi soyulmuşdu. Təkrar edirəm: Mustafayevin (1-ci) çəkdiyi videolarda ümumiyyətlə belə bir şeylər: nə də çılpaq uşaqlar və qadınlar, nə də dəriləri soyulmuş kişilər yox idi. Amma çox yaxşı yadımdadır ki, ölənlər dizlərindən güllə ilə vurulmuşdu. Mustafayevin ixtisası həkimlik idi və dərhal anlamışdı ki, bu insanlar uzun və ağrılı bir əziyyətlə, qan itirmədən ölmüşdülər. Bundan əlavə, şübhəsiz ki, onlara yaxın məsafədən atəş açmışdılar və məhz dizlərindən nişan almışdılar. Kimsə bu insanları qəsdən öldürmüşdü. Çingiz bir həkim kimi mənə izah etmişdi ki, bu çox uzun və əzablı ölümdür (dizdən güllə ilə vurulma). Bu insanlar ağrıdan fəryad etməliydilər. Onların (ölənlərin) bu fəryadını Azərbaycan tərəfin sərhədçiləri eşitməliydi, çünki qərargahları çox da uzaqda deyildi. Onlar ağrıdan çığıran insanların səsini eşitməyə bilməzdilər. Bu mümkün deyil! Xocalılıarı əvvəl dizindən gülləlmişdilər, yerdə zarıyanları baltalamışdılar, bir neçə gün sonra isə gəlib skalplarını çıxarmışdılar. Daha sonralar öyrənəndə ki, bu talesiz insanların demək olar ki, hamısı məshəti türkləridir, dəhşətə gəlmişdim... Çingiz yalnız bunu dedi: "Dana, anladınmı? İndi mən bronijilet geymədən Bakıda gəzməkdən qorxuram". Bir neçə aydan sonra Mustafayev öldürüldü...

Комментариев нет:

Отправить комментарий