Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətini aşkar edilib.
R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb. Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.
Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d'Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır (mənbəyə baxın - https:/ / www.vivino.com/maison - d-aslanli - bordeaux-bordeaux - red-wine - v-9nudy / w/5692372).
Maraqlıdır ki, Rüfət Aslanlının məhsulları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.
Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib. /virtualaz.org/

Комментариев нет:
Отправить комментарий