Elvin Elmar
Bir körpənin doğmadan,
Bir düşmənin doğmadan,
Fərqini bilmək olmur
Yeni bir gün doğmadan.
Bir anlıq düşünərkən
Aləmi başdan-başa
Anlayırsan görürsən
Fərq varmış başdan başa.
Nə peşmanlıqlar olur
Vurulur başlar daşa,
Səbəb o ki qərarlar
verilmir başla qoşa.
Bu xətalı az ömrü
Günahsız başla yaşa.
Çünki deyilməz bir də:
Həyatı başdan yaşa.
Nə deyirəm gör sənə!
Üzünə çökmüş qəmin
İstəmirəm görsənə.
Kədərlisən nəyəsə,
Mənimçün gülümsənə.
Ricamı qəbul etsən
Əlimdə gizlətdiyim
Qırmızı bu gül sənə.
Qəm üçün verilməyib
O qara qaş, göz sənə.
***
Ən qalıcı hisslərin
Qarşısında baş əyin
Saxta olur gülüşlər
Boş yerə öyrəşməyin
Uduzmarıq inanın
Çıxsaq bu axtarışa
Nə olsun ki uzanar
Yollar bəzən yoxuşa
Hər şey gözəl görsənir
Uzaqdan baxılınca
Dəyərini itirir
Yanına yanaşınca
Alovun çevrəsində
Cismini qızdırarsan
Toxunsan şöləsinə
Əlini yandırarsan
Günəş göyə çıxarsa
Aləm ondan güc alar
Bizlər ona baxarsaq
Gözlərimiz qaralar.
Demək hər bir varlığa
Məsafəmiz gərəkdir
Düzdü həyatda hər şey
Birgədir müştərəkdir
Amma dolanmaq üçün
Birlikdə qalmaq üçün
Bəzən ayrı qalmalı
Bəzən uzaq durmalı
Bəzən də susmalıyıq
Sevgi qazanmaq üçün
Bəzən zaman keçməli
Bəzən ümid etməli
Birdə inanmalıyıq
***
Bir dostum vardı mənim
Xətrini istədiyim,
Hər an arxa köməyim.
Nəysə sözün qısası
O mənə söyləyərdi;
-İmkan vermə desinlər
Hər bir halda sabit dur.
Bəzən çalış çabala,
Şəraiti özün qur.
Bilmirəm, bacarmadım,
Öhdəsindən gəlmədim,
Oturub gözləməklə
Düzəlməz ki, bu işlər.
Canın yemək çəkirsə
Çeynəsin gərək dişlər.
Yollara çıx gələcək
O vəfalı sevgili,
Yollara çıx gəlməsə
Sənsən vəfalı biri.
Hər iki halda gözlə
Sevibsə gələcəkdir.
Əgər getmək istəsən
Bu səninçün eyibdir.
Nəticədə üzülmə
Hər bir işin sonunda
Mükafat iki cürdür.
Ya sevincdən uçarsan,
Ya pərişan olarsan.
Burda da aldanmayaq
Gözlər var ki pərişan
Amma qəlbi rahatdır.
Üzlər var ki sevinər
Lakin ruh narahatdır.
Ən əbədi hisslərin
Qarşısında dik durun
Saxta olan şeylərdən
Çalışın uzaq durun!
***
Dünəni bu günlə qarşılaşdıraq,
Həyatla ölümü aydınlaşdıraq,
Ölüm həyat üçün qorxuludursa
Həyatı ölümçün yaxşılaşdıraq!
Könlündə sevgidən bir damla varsa,
Sevən aşiqdirsə, sevilən yarsa,
Bütün küskünlüklər, ruh incitmələr
Dünənin qəmində, dünəndə qalsa.
Sanki hər kəs eyni, hamımız biriz,
Yox olub insanda insanlıqdan iz?
Hamıdan gizlənən, utancaq, zərif
Sınıq ürəkləri biz dağladıq, biz.
Nə gözlər ağladı, nə yaşlar axdı,
Sinəm ortasında şimşəklər çaxdı.
Soyuqluğun bir ox, baxışın nizəm,
Gözlər hər gün dolar, buludlar bəzən.
Od tutan hisslərə mənəmmi məruz?
Mən qara kömürəm sən sılsıra buz.
Kim deyir, yalandı- alçaltmazdır eşq,
Bu gün müqəddəsdir, əlçatmazdır eşq.
Bir az cəsarətin qoynuna çəkil,
Budur məharətdə görsənən şəkil.
Nədir bu nisgilin həddən ziyadə?
Ən gözəl duyğudur- insan azadə.
Rahat güzəranın tək formulası
Yaşamın özüdür sadədən sadə.
Dünəni bu günlə qarışılaşdıraq,
Həyatla ölümü aydınlaşdıraq.
Ölüm həyat üçün qorxuludursa
Ölümü həyatçün asanlaşdıraq.
Bir körpənin doğmadan,
Bir düşmənin doğmadan,
Fərqini bilmək olmur
Yeni bir gün doğmadan.
Bir anlıq düşünərkən
Aləmi başdan-başa
Anlayırsan görürsən
Fərq varmış başdan başa.
Nə peşmanlıqlar olur
Vurulur başlar daşa,
Səbəb o ki qərarlar
verilmir başla qoşa.
Bu xətalı az ömrü
Günahsız başla yaşa.
Çünki deyilməz bir də:
Həyatı başdan yaşa.
Nə deyirəm gör sənə!
Üzünə çökmüş qəmin
İstəmirəm görsənə.
Kədərlisən nəyəsə,
Mənimçün gülümsənə.
Ricamı qəbul etsən
Əlimdə gizlətdiyim
Qırmızı bu gül sənə.
Qəm üçün verilməyib
O qara qaş, göz sənə.
***
Ən qalıcı hisslərin
Qarşısında baş əyin
Saxta olur gülüşlər
Boş yerə öyrəşməyin
Uduzmarıq inanın
Çıxsaq bu axtarışa
Nə olsun ki uzanar
Yollar bəzən yoxuşa
Hər şey gözəl görsənir
Uzaqdan baxılınca
Dəyərini itirir
Yanına yanaşınca
Alovun çevrəsində
Cismini qızdırarsan
Toxunsan şöləsinə
Əlini yandırarsan
Günəş göyə çıxarsa
Aləm ondan güc alar
Bizlər ona baxarsaq
Gözlərimiz qaralar.
Demək hər bir varlığa
Məsafəmiz gərəkdir
Düzdü həyatda hər şey
Birgədir müştərəkdir
Amma dolanmaq üçün
Birlikdə qalmaq üçün
Bəzən ayrı qalmalı
Bəzən uzaq durmalı
Bəzən də susmalıyıq
Sevgi qazanmaq üçün
Bəzən zaman keçməli
Bəzən ümid etməli
Birdə inanmalıyıq
***
Bir dostum vardı mənim
Xətrini istədiyim,
Hər an arxa köməyim.
Nəysə sözün qısası
O mənə söyləyərdi;
-İmkan vermə desinlər
Hər bir halda sabit dur.
Bəzən çalış çabala,
Şəraiti özün qur.
Bilmirəm, bacarmadım,
Öhdəsindən gəlmədim,
Oturub gözləməklə
Düzəlməz ki, bu işlər.
Canın yemək çəkirsə
Çeynəsin gərək dişlər.
Yollara çıx gələcək
O vəfalı sevgili,
Yollara çıx gəlməsə
Sənsən vəfalı biri.
Hər iki halda gözlə
Sevibsə gələcəkdir.
Əgər getmək istəsən
Bu səninçün eyibdir.
Nəticədə üzülmə
Hər bir işin sonunda
Mükafat iki cürdür.
Ya sevincdən uçarsan,
Ya pərişan olarsan.
Burda da aldanmayaq
Gözlər var ki pərişan
Amma qəlbi rahatdır.
Üzlər var ki sevinər
Lakin ruh narahatdır.
Ən əbədi hisslərin
Qarşısında dik durun
Saxta olan şeylərdən
Çalışın uzaq durun!
***
Dünəni bu günlə qarşılaşdıraq,
Həyatla ölümü aydınlaşdıraq,
Ölüm həyat üçün qorxuludursa
Həyatı ölümçün yaxşılaşdıraq!
Könlündə sevgidən bir damla varsa,
Sevən aşiqdirsə, sevilən yarsa,
Bütün küskünlüklər, ruh incitmələr
Dünənin qəmində, dünəndə qalsa.
Sanki hər kəs eyni, hamımız biriz,
Yox olub insanda insanlıqdan iz?
Hamıdan gizlənən, utancaq, zərif
Sınıq ürəkləri biz dağladıq, biz.
Nə gözlər ağladı, nə yaşlar axdı,
Sinəm ortasında şimşəklər çaxdı.
Soyuqluğun bir ox, baxışın nizəm,
Gözlər hər gün dolar, buludlar bəzən.
Od tutan hisslərə mənəmmi məruz?
Mən qara kömürəm sən sılsıra buz.
Kim deyir, yalandı- alçaltmazdır eşq,
Bu gün müqəddəsdir, əlçatmazdır eşq.
Bir az cəsarətin qoynuna çəkil,
Budur məharətdə görsənən şəkil.
Nədir bu nisgilin həddən ziyadə?
Ən gözəl duyğudur- insan azadə.
Rahat güzəranın tək formulası
Yaşamın özüdür sadədən sadə.
Dünəni bu günlə qarışılaşdıraq,
Həyatla ölümü aydınlaşdıraq.
Ölüm həyat üçün qorxuludursa
Ölümü həyatçün asanlaşdıraq.
Комментариев нет:
Отправить комментарий